Cümə günü, 14 avqust 2026
     

Zakir Sultanovun qanunsuz əməllərindən sonra mədəniyyət abidələrinin bərpası üçün Milli Agentlik yaratmaq məsələsi ortaya çıxıb

Image


Azərbaycan ərazisində tarixi abidələrin qorunması, bərpa edilməsi sahələrində ciddi problemlərin mövcudluğu heç kəsə sirr deyil.

Azərbaycan müstəqillik əldə etdikdən sonra arxeoloji, tarixi, mədəni abidələrin yerinin müəyyən edilərək yenidən siyahıya alınması, onların kataloqlaşdırılması, inventar nömrələrinin müəyyən edilməsi prosesi daha çevik formada həyata keçirilməli olduğu halda, biz bu sahədə elə də güclü irəliləyiş hiss edə bilmədik. Təəssüflər olsun ki, tarixi abidələrin mühafizəsi və bərpası sahəsində görülən işlər tam olaraq qənaətbəxş deyil. Mədəni İrsin Qorunması, İnkişafı və Bərpası üzrə Dövlət Xidməti bu məsələlərlə məşğul olmalı olduğu halda, başqa işlərlə məşğul olmağa başladı. Halbuki, onun vəzifəsi abidələri mühafizə etmək, bərpasını həyata keçirməkdir.

Bildiyimiz kimi, bu gün yerlərdə, xüsusən də ucqar kəndlərdə, vətəndaşların ev və əkin sahələrində kifayət qədər müxtəlif dövrlərə aid olan abidə var ki, indiyə qədər həmin abidələr nəinki qeydiyyata alınmayıb, heç Dövlət Xidmətinə onların yeri məlum deyil. Əslində, ölkə üzrə bütün abidələrin qeydiyyata alınması, sonra isə mühafizəsi, bərpası təşkil edilməli idi. Lakin bütün bunlar yerinə yetirilmədi. Sirr deyil ki, abidələrin qeydiyyata alınmaması ortaya bir sıra alver üsulları çıxardı. Vətəndaşda belə təəssürat yarandı ki, abidə ona məxsus ərazidə, torpaq sahəsində yerləşdiyi üçün, o, həmin abidədən istədiyi kimi istifadə edə bilər. Bu amil həm vətəndaşların o abidələrə qanunsuz müdaxilələrinin, həmçinin, “qara arxeologiya”nın yaranmasına şərait yaratdı. Bu gün Azərbaycan abidələri ən çox “qızıl axtaran”lardan, “qara arxeologiya”dan əziyyət çəkir. Qeydiyyatdan kənarda qalan abidələrə “qızıl axtaran”lar müdaxilə edir, orada qanunsuz qazıntı işləri aparıb əldə etdikləri sərvəti “qara bazar”a daşıyırlar. Gizlin deyil ki, qanunsuz yolla əldə edilən materialların hətta onlayn satışı və imkan düşən kimi xaricə daşınması halları da mövcuddur. Dəfələrlə əlaqədar dövlət qurumlarının həyata keçirdikləri əməliyyat tədbirləri nəticəsində “qara arxeologiya” həvəskarlarının əməlləri ifşa edilsə də, onlar yenə də fürsət düşən kimi əməllərini davam etdiriblər.

Məlum olduğu kimi, 2014-cü ildə Prezident İlham Əliyevin müvafiq fərmanı ilə mədəni irsimizin qorunması, inkişafı və təbliğinə bilavasitə cavabdeh olan dövlət qurumu - Mədəni İrsin Qorunması, İnkişafı və Bərpası üzrə Dövlət Xidməti yaradılıb. Mədəni İrsin Qorunması, İnkişafı və Bərpası üzrə Dövlət Xidməti mədəni irsin qorunması, “İçərişəhər” Dövlət Tarix-Memarlıq və “Qala” Dövlət Tarix-Etnoqrafiya qoruqlarının əraziləri istisna olmaqla, dövlət mühafizəsində olan daşınmaz tarix və mədəniyyət abidələrinin istifadəsi, bərpası, rekonstruksiyası, konservasiyası və yenidən qurulması sahəsində dövlət nəzarətini həyata keçirən icra hakimiyyəti orqanıdır.

Göründüyü kimi, Dövlət Xidmətinin əsas işi ölkəmizdə bir sıra tarixi abidələrin bərpa və konservasiyasını həyata keçirmək olsa da, qurum bu istiqamətdə çox az iş görüb. Dövlət Xidmətinin hazırda həbsdə olan sabiq rəhbəri Zakir Sultanov isə bu yöndə gözdən pərdə asmaq üçün bəzi işlər görsə də, əsasən dövlət malını dağıtmaqla məşğul olub. Bu istiqamətə ayrılan vəsaitlərin hansı məqsədlərə israf olunduğunu o özü istintaq zamanı etiraf edib. Bu səbəbdən də bu barədə artıq heç bir fikir söyləmək istəmirik.

Bu gün mütəxəssislər hesab edirlər ki, Dövlət Xidməti kifayət qədər vacib, mötəbər bir qurum olsa da, Z.Sultanovun neqativ fəaliyyəti, bu qurumu lazımi səviyyədə irəli apara bilməməsi narahatlıq yaradır. Bu gün təkliflər var ki, xarici təcrübədən istifadə edərək, Azərbaycanda arxeoloji abidələrlə bağlı ayrıca bir struktur  yaradılsın.

Ekspertlər hesab edirlər ki, Dövlət Xidməti ayrıca olaraq mədəniyyət və digər abidələrin qorunması, mühafizəsi, bərpası və sairlə məşğul olmalıdır. Çünki bu qurum bütövlükdə ölkəmizdəki abidələrlə bağlı çevik tədbirlər görməkdə çətinlik çəkir.

Bildiyimiz kimi, son illər ölkəmizin müxtəlif ərazilərində 30-dan artıq arxeoloji ekspedisiya fəaliyyət göstərib və bunun nəticəsində də xeyli nailiyyət əldə edilib.

Qəzetimizin ötən saylarından birinə müsahibəsində Azərbaycan Milli Elmlər Akademiyasının (AMEA) Arxeologiya və Etnoqrafiya İnstitutunun şöbə müdiri, tarix üzrə fəlsəfə doktoru Fərhad Quliyev ölkəmizdə ayrıca struktur olaraq Mədəni İrs Dövlət Agentliyinin yaradılmasının zəruri olduğunu qeyd etmişdi.

  • Rizvan Hüseynov: “…dövlətlə əməkdaşlıq edən bir struktur kimi fəaliyyət göstərməlidir”

AMEA-nin Hüquq və İnsan Haqlari İnstitutunun böyük elmi işçisi, Qafqaz tarixi mərkəzinin sədri Rizvan Hüseynov “Bakı-Xəbər”ə açıqlamasında həm baş verən məlum hadisələrə münasibətini bildirdi, həm də təklif edilən agentliyin yaradılmasını dəstəklədiyini qeyd etdi: “Baş verən hadisələr haqqında onu deyim ki, əslində, bu çoxdan gözlənilirdi. Əfsuslar olsun ki, abidələrin vəziyyəti, arxeoloji qazıntılar zamanı baş verən bəzi faktlar, abidələrin sonrakı aqibəti - arxeoloji qazıntılar nəticəsində tapılan əşyalar, üzə çıxan memarlıq və sair örnəklərin taleyi çox ağır olub. Ümid edirik ki, bu istiqamətdə inqilabi dəyişikliklər olacaq. Bilirsiniz, dövlət nəzarəti çox gözəl bir haldır. Amma dövlət, sözsüz ki, daim ictimaiyyətlə, mütəxəssislərlə vəhdətdə istənilən həssas məsələlərin üzərinə birgə getməlidir. Lakin arxeoloji qazıntılarla bağlı və toxunduğunuz məsələlərlə əlaqədar  bir irəliləyiş yox idi. Hətta deyim ki, biz bu sahələrdə bəzi qonşu və digər ölkələrdən çox geridə qalmışıq. Bu da adamda naümidlik yaradırdı. Deyim ki, vəziyyətlə əlaqədar bir neçə il əvvəl bir qrup alim və araşdırmaçı ilə biz “Günəşin axtarışında” adlı beynəlxalq bir qrup yaratdıq.  Fərhad Quliyev də, digər mütəxəssislər də bizim işçi qrupunun üzvüdür. “Günəşin axtarışında” işçi qrupu UNESCO-nun nəzdində fəaliyyət göstərir. Birbaşa mədəni irsin, dini abidələrin qorunması, milli-mənəvi dəyərlərimizin inkişafı üzrə çalışan UNESCO-nun kafedrasının nəzdində fəaliyyət göstərir. Bizə dəstək verən qurumlardan da ən önəmlisi AMEA-nın Mərkəzi Elmi Kitabxanası olub. 2 illik fəaliyyət ərzində Azərbaycanın bölgələrinə, Gürcüstana və Dağıstana, ümumilikdə, 80-dən çox səfər etdik. Bilirsiniz ki, həmin respublikalarda da bizim abidələrimizin sayı çoxdur. Bizim “Günəşin axtarışında” işçi qrupunun nəzdində fərqli-fəqrli qruplar yaratdıq. Gənc könüllülər, mütəxəssislər, diyarşünaslar, alimlər, xarici ölkələrdən mütəxəssislər cəlb etdik. Qrupa 12 ölkədən xarici mütəxəssislər qoşulub və onların böyük bir qismini ölkəyə gətirmişik. İstər tarixçilər, istər arxeoloqlar, istər kinematoqraflar olsun, burada təmsil olunurlar. Yəni istədik ki, burada təkcə alimlər yox, həm də bu həssas mövzuya diqqət göstərən insanlar birləşsin. Təəssüflər olsun ki, fəaliyyətimizdə bəzi problemlər ortaya çıxdı. Biganəlikdən və bəzi dövlət qurumlarının bizə dəstək verməməsi nəticəsində problemlə üzləşdik. Bu fəaliyyəti özümüz maliyyələşdirdik və işləri öz daxili gücümüzlə həyata keçirdik. Həm qonaqların gəlişini təmin etdik, həm də abidələrin pasportlaşdırılması işinə başladıq. Bu çox böyük işdir. Bu işi Elmi Mərkəzi Kitabxana aparır. İndiyə kimi qeydiyyata alınmamış abidələrin pasportlaşdırılması, onların müəyyən edildiyi yerə xüsusi lövhələrin vurulması, onların foto-videoda vəziyyətinin görünüşü həyata keçirilmişdi və onlar hamısı böyük bir bazaya toplanmışdı. “Günəşin axtarışında” qrupu olaraq bu layihəyə fəal qoşulduq. Mən də hesab edirəm ki, Milli İrs Agentliyi yaradılmalıdır. Yaradılmasına ehtiyacı olan qurum agentlik formatında müstəqil şəkildə təsis edilərsə, daha effektiv nəticələr ortaya qoymaq olarıq.  Amma acı təcrübə göstərir ki, bu sahədə dövlət qurumu, yaxud dövlət agentliyi, eləcə də dövlət xidməti olduqda burada əsas maraqlardan daha üstün başqa maraqlar ortaya çıxır. Yəni tapşırılan işlər əvəzinə, tamam başqa işlər görülür. Ona görə də düşünürük ki, yaradılması aktual və vacib olan Mədəni İrs Agentliyi təşkil edilərsə, bu, dövlət qurumu olmamalı, dövlətlə əməkdaşlıq edən bir struktur kimi fəaliyyət göstərməlidir. O, eyni zamanda, UNESCO ilə əməkdaşlıq etməlidir. Çünki UNESCO-nun qanunvericilik bazasında abidələrin qorunması, qeydiyyatı, pasportlaşdırılması, ən əsası isə onların xaricə və ölkə ictimaiyyətinə çatdırılması ilə bağlı məsələlərdə bizə dəstək verə bilər. UNESCO ilə daha sıx işlənilsə və dövlətlə əməkdaşlıq əlaqələri qurulsa, qrant dəstəyi və başqa ianələrlə o agentliyin fəaliyyətini çox gözəl qurmaq olar”.

R.Hüseynov qeyd etdi ki, “Günəşin axtarışında” beynəlxalq işçi qrupu olaraq bu işə çox ciddi şəkildə dəstək verməyə hazırdırlar.

  • Fərhad Quliyev: “Mədəni İrs Dövlət Agentliyinin yaradılması da məhz bu məqsədlə…”

Təklifin müəllifi, AMEA-nın Arxeologiya və Etnoqrafiya İnstitutunun şöbə müdiri, tarix üzrə fəlsəfə doktoru Fərhad Quliyev də “Bakı-Xəbər”ə yaradılması zəruri olan agentliyin vəd etdiyi perspektivləri açıqladı. “2014-cü ildə Mədəniyyət Nazirliyinin nəzdində Mədəni İrsin Qorunması, Bərpası və İnkişafı Xidməti yaradıldı. Şübhəsiz, xidmətin fəaliyyəti çox əhəmiyyət daşıyır. Bizim ölkənin zəngin tarixi keçmişi var və adətən, biz təcrübədən görürük ki, zəngin tarixi keçmişi olan ölkələrin mədəni irsin qorunması və öyrənilməsi sahəsində olan təşkilatlarının çiyninə çox böyük məsuliyyət düşür.

Bizim ölkəmizlə bağlı ona deyə bilərik ki, həm ən qədim dövr tariximiz, yəni yazıya qədərki tariximiz çox zəngindir, o dövrü əsasən maddi mədəniyyət abidələrimiz - arxeoloji abidələrimiz özündə əks etdirir. Eyni zamanda, çoxlu sayda orta əsr şəhər yerimiz var ki, onların qalıqları, xarabalıqları bizə məlumdur. Onların da qorunması, bərpası, gələcək istifadəsi çox önəmlidir. O cümlədən, çoxlu sayda memarlıq tarixi abidəsi var ki, onlar da xüsusi növ abidələrdir, bu sahədə də işlər görülməlidir. Bütövlükdə götürdükdə, əcdadlarımızın tarixi keçmişi müxtəlif mərhələli olduğu üçün, ölkəmiz müxtəlif tipli abidələrlə zəngindir. Bu abidələrə yanaşma da xüsusi olmalıdır. Burada ən çətini isə arxeoloji abidələrdir. Çünki arxeoloji abidələrin qorunması çox çətin bir prosesdir. Belə olan halda, ölkənin bu sahədə fəaliyyət göstərən təşkilatı da çox güclü və səlahiyyətli bir təşkilat olmalıdır. Həm də dünya təcrübəsindən yenə çıxış edərək qeyd etmək istəyirəm ki, bu gün hansı ölkələrdə tikinti işləri hədsiz dərəcədə çox gedir, yəni sənaye industriyasının inkişafı həyata keçirilir, əhalinin artımı kimi müsbət yöndə proseslər gedir, həmin ölkələrdə ən çox zərbə alan məhz mədəni irs, tarixi abidələr olur. Bizim ölkədə də son illər böyük tikililər, transmilli layihələr həyata keçirilir. Belə bir mühitdə, istər-istəməz, bu tikinti işləri, bu layihələr abidələrimizin saxlanması, qorunması üçün bir qədər problem yaradır. Bu problemin baş verməməsi üçün bölgələrdə qanunlarımıza ciddi şəkildə əməl olunmalı, abidələr qorunmalı, xüsusən də bütün özəl şirkətlər, sahibkarlar mövcud qanunlara riayət etməlidirlər. Bu işə cavabdeh olan aidiyyəti dövlət strukturları öz işlərini layiqincə yerinə yetirməlidirlər. Amma biz təəssüf ki, bəzi hallarda bununla bağlı problemlər yaşayırıq.

Son günlər Qobustan ərazisində məhz tikinti zamanı Qafqaz Albaniyası dövrünə aid tarixi abidəyə xələl gətirilməsinin şahidi olduq. Dediklərimizə bu bir nümunədir. Bu da onu göstərir ki, qanunlarımızda və qanunlarımızın icrasında boşluqlar olduğu üçün, abidələrimiz dağıntıya məruz qalır. Ümumilikdə götürdükdə, ölkəmizdə son dövrlər dövlətin idarəçilik sistemində aparılan islahatlar çox maraqlı nəticələr ortaya qoyur. Bilirik ki, ölkə başçısının sərəncamı ilə bir sıra sahələrdə dövlət agentlikləri yaradılıb. Son yaranan isə turizmlə bağlı olan agentlikdir. Təcrübə göstərir ki, bu cür müstəqil agentliklər az sayda olmasına baxmayaraq, daha çox effektiv fəaliyyət göstərə bilirlər. Bizim də gələcəkdə görmək istədiyimiz belə bir agentlikdir. Hesab edirəm ki, Mədəni İrs Dövlət Agentliyinin yaradılması da məhz bu məqsədlə təklif olunur. Çox istərdik ki, bu ayrıca bir struktur olsun və bu struktur ictimaiyyətlə daha çox əlaqəli olmalıdır. Çünki cəmiyyətimizdə çoxlu sayda mədəni irs məsələsi, mədəni irsin təbliği və tədqiqi ilə məşğul olan həm ciddi elmi qurumlar var, həm də QHT-lər mövcuddur. Bunların işbirliyini təşkil etmək üçün  Mədəni İrs Dövlət Agentliyinin yaradılmasına ehtiyac var. Yəni məhz bunların həm də qorunması, saxlanması və gələcək istifadəsi üçün layihələrin hazırlanmasına ehtiyac böyükdür. Vaxtilə Sovet dövründə olan yanaşmalardan uzaqlaşaraq, daha effektiv layihələrin həyata keçirilməsinə zərurət yaranıb. Sovet dövrünün siyasəti idi ki, hər bir abidənin ətrafında böyük qurumlar təşkil olunsun, bura böyük ərazilər cəlb edilsin. Belə bir yanaşmanın artıq köhnəlmiş olduğu hiss olunur. Ola bilsin, daha yeni başqa təkliflər, ideyalar həyata keçirə bilən, kiçik arxeoloji parklar yaradıla, bərpa işləri aparılan abidələrin yanında kiçik muzeylər təşkil oluna bilər. Yəni, həmçinin, əsas odur ki, bölgənin özünün xüsusiyyətlərini nəzərə alaraq, bölgələrdəki sahibkarları, bölgə əhalisini bölgələrdə olan abidələrin qorunmasına cəlb etmək mümkündür. Yəni bir qədər məmurçuluq sistemindən uzaq, daha çox cəmiyyətlə, ictimai strukturlarla ünsiyyətdə olmaqla, o cümlədən, həmin abidələrin qorunması, bərpası üçün qrant layihələrinin təşkili məsələsi gündəmə gələ bilər” - deyə bildirən F.Quliyev  hesab edir ki, Azərbaycanda gələcəkdə sözügedən agentlik yaradılarsa, onun bu istiqamətdə faydası daha böyük olacaq.

İradə SARIYEVA



VİDEO

Biri ermənini öpür, biri sovet bayrağı qaldırır... Günümüzə baxın! - VİDEO

Lavrov işdən kənarlaşdırılır, yoxsa oyun qurulur? - VİDEO

Dünyada xaos böyüyür, Azərbaycana təhlükə də artır... - VİDEO

Ərdoğan “Məkkə sazişi”nin arxasındakı sirri açdı - Ekspertlər şübhə ilə baxır...

Avropa Birliyinin Naxçıvan dəmir yollarında marağının görünən və görünməyən tərəfləri...

İrəvanda Azərbaycan təbii qazına qarşı ikitərəfli kampaniya başladı...

SON XƏBƏRLƏR

14.08.2026 / 13:55
Türkiyədən ABŞ-a xəbərdarlıq - İsrailə lazımi təzyiq göstərməsəz, biz hərəkətə keçəcəyik…

14.08.2026 / 13:07
NATO qırıcıları Latviyanın hava məkanını pozan dronu vurdu…

14.08.2026 / 12:50
Xəyalları ölümsüzlüyə qovuşan şəhid Xəyal...

14.08.2026 / 12:35
"Vətən müharibəsindən sonra mina partlayışları nəticəsində 73 nəfər həlak olub, 363-ü xəsarət alıb" - Baş Prokurorluq

14.08.2026 / 12:22
Naxçıvanda külli miqdarda saxta aksiz markalı alkoqollu içkilər aşkarlandı

14.08.2026 / 11:50
Norveçdən Trampı özündən çıxaracaq açıqlama - İranla müharibə məqsədlərinə çatmadı…

14.08.2026 / 11:33
Trampın Yaxın Şərqə göndərdiyi təyyarə gəmisində baş verənlər ABŞ-ı ayağa qaldırdı – silahlı qarşıdurma, intiharlar… çox sayda ölü, və yaralı var…

14.08.2026 / 10:42
Kəlbəcərdə minaya düşən şəxsin ayağı amputasiya olunub, vəziyyəti orta ağırdır

14.08.2026 / 10:20
Bölgələrdə yanğın törədən 5 nəfər məsuliyyətə cəlb olundu

14.08.2026 / 10:08
Azərbaycan Pakistanı Müstəqillik Günü münasibətilə təbrik etdi

14.08.2026 / 09:10
Xankəndiyə növbəti köç yola salındı

14.08.2026 / 08:21
Yaponiya Putinə “əks-həmlə” hazırlayır - mövzu Kurildir

14.08.2026 / 08:09
ABŞ İranla müharibədə MQ-9 Reaper dronlarının dörddə birini itirib - The Washington Post

14.08.2026 / 07:54
Moskva və Tokio arasında “Kuril mübahisəsi” yenidən qızışır

14.08.2026 / 07:21
Odessa bölgəsində "Şahed" pilotsuz təyyarəsi 340 sərnişin daşıyan qatara çırpılıb - ölənlər var…

13.08.2026 / 23:22
Rum patiarxının saxta fikirlərini partiya funksioneri yenidən səsləndirdi

13.08.2026 / 22:57
Lazarev Klubu Patriarx Kirill və Papanı bütün ermənilərin katolikosunun müdafiəsinə çağırdı - Paşinyanı “hakimiyyətin qəsbi”ndə suçladı

13.08.2026 / 22:49
Ağ ayını oyatdı, 50 min cərimə ödədi - Norveçdə…

13.08.2026 / 22:41
Macarıstanda Yupiterə həsr olunmuş qurbangah aşkarlandı

13.08.2026 / 22:09
Tahirov Vüsal Mehdi oğlunun orden və medalları

13.08.2026 / 21:44
Ərdoğan “Məkkə sazişi”nin arxasındakı sirri açdı - Ekspertlər şübhə ilə baxır...

13.08.2026 / 21:26
Zelenski ABŞ-dan “Patriot” ehtiyatlarının 5 faizini istədi - Onda qışdan sağ çıxarıq...

13.08.2026 / 21:10
Zəngəzur Elektrik Dəhlizi - Metsamor Atom stansiyası mütləq bağlanacaq...

13.08.2026 / 20:31
Tərtər sakini Kəlbəcərdə minaya düşdü...

13.08.2026 / 20:16
Avropa Birliyinin Naxçıvan dəmir yollarında marağının görünən və görünməyən tərəfləri...

13.08.2026 / 19:58
"PKK qanunu" Türkiyə siyasətini parçaladı - beynəlxalq reytinqçilər inamsız yanaşır...

13.08.2026 / 19:41
İrandan Azərbaycana narkotik keçirməyə cəhd göstərən şəxs saxlandı

13.08.2026 / 19:25
İran generalı TRIPP layihəsi ilə bağlı Ermənistanı hədələdi - heç bir razılıq yoxdur...

13.08.2026 / 19:08
Naxçıvanın üzərindən Türkiyəyə və Avropaya elektrik ixrac olunacaq...

13.08.2026 / 18:49
Müharibə aparan ölkələrə "Avroviziya” qadağası - Təşkilatçılar qərar verdi...

13.08.2026 / 18:32
Rusiya Kennedinin qardaşı oğlu barədə qiyabi həbs qərarı çıxardı

13.08.2026 / 18:17
İran Fransanı “utancverici ikiüzlülükdə” ittiham etdi – buna son qoyun...

13.08.2026 / 18:05
Medvedev vətənpərvərlik hisslərini bölüşməyən rus gəncləri təhqir etdi - "axmaqlar"…

13.08.2026 / 17:48
Türkiyəda göyərtəsində 115 nəfərin olduğu gəmi yandı... - VİDEO

13.08.2026 / 17:43
Trampın "ən etibarlı köməkçisi” işdən ayrıldı

13.08.2026 / 17:25
Azərbaycanda vətəndaş cəmiyyətinin inkişafında rəqəmsallaşma və innovasiyalar ön plana çıxır

13.08.2026 / 17:09
Ermənistan enerji təhlükəsizliyini Azərbaycana həvalə etməyə hazırdır

13.08.2026 / 16:56
TRIPP ətrafında yeni oyunlar başlanır, amma Azərbaycan israrlıdır...

13.08.2026 / 16:41
APA ilə Çinin CCTV+ Agentliyi arasında əməkdaşlıq sazişi imzalanıb

13.08.2026 / 16:30
Rusiya Azərbaycan üzərindən Ermənistana 20 vaqon buğda göndərdi... - YENİLƏNDİ

13.08.2026 / 16:17
“İran Azərbaycana qarşı qərəzli yanaşmadan imtina etsə, əməkdaşlıq üçün böyük imkanlar açılar”

13.08.2026 / 16:05
"Toxumçuluq haqqında" qanun təsdiqləndi

13.08.2026 / 16:00
Məşhur rejissorların teatr premyeraları və əfsanəvi tamaşaları Bakı Beynəlxalq İncəsənət Festivalında nümayiş olunacaq

13.08.2026 / 15:57
Səhiyyə Nazirliyi və TƏBİB "qarayara" xəstəliyi ilə bağlı birgə məlumat yayıb

13.08.2026 / 15:43
Naxçıvanı, Qarabağ və Zəngəzuru vahid konsepsiyada birləşdirən nələrdir?..

13.08.2026 / 15:30
İrəvanda Azərbaycan təbii qazına qarşı ikitərəfli kampaniya başladı...

13.08.2026 / 15:25
ABŞ-dan Kubaya hərbi müdaxilə təhdidi - Bütün variantlar masadadır…

13.08.2026 / 15:05
Rusiya ilə Yaponiya arasında gərginlik… Putinin Kuril adalarına səfəri 80 illik böhranı yenidən alovlandırdı - səfir XİN-ə çağırıldı...

13.08.2026 / 14:50
Trampın mühafizəsi gücləndirildi – qolfu belə HHM sisteminin mühafizəsi altında oynayır...

13.08.2026 / 14:23
Paşinyan azərbaycanlı mütəxəssislərin Ermənistan səfər etdiyini açıqladı…

13.08.2026 / 13:41
Naxçıvanın dəmiryolları beynəlxalq konsorsiuma veriləcək - Tramp burada da aparıcı ola bilər...

13.08.2026 / 13:23
Rusiyada yanacaq böhranının yeni dalğası - benzin satışında növbələr yenidən başladı…

13.08.2026 / 13:21
Samuxda kütləvi zəhərlənmə - xəstəxanaya yerləşdirilənlərin sayı 10-a çatdı...

13.08.2026 / 13:02
Məleykə Abbaszadə abituriyentlərə çağırış etdi

13.08.2026 / 12:48
Ata valideynlik hüququndan könüllü imtina etdi - Ali Məhkəmədən SON QƏRAR...

13.08.2026 / 12:36
Prezident İlham Əliyev Almaniyanın yeni səfirinin etimadnaməsini qəbul etdi - FOTO

13.08.2026 / 12:24
Sədərəklilər TRİPP layihəsinin tezliklə icra olunacağına ümid edirlər

13.08.2026 / 12:10
Paşinyan Alen Simonyana yeni vəzifə verdi…

13.08.2026 / 11:52
Gürcüstan Azərbaycan və Türkiyə ilə əlaqələrini gücləndirmək istəyir

13.08.2026 / 11:34
Hörmüz boğazı sözdə Trampın, praktikada SEPAH-ın nəzarətindıdir... Müəmma...

13.08.2026 / 10:19
Putin ilk dəfə Kuril adalarına səfər edib…

13.08.2026 / 10:08
Özgür Özəlin toxunulmazlığının götürülməsi prosesi başladı...

13.08.2026 / 10:05
İran ABŞ-ı təkzib etdi - Hörmüz şərtlərimiz qəbul edilənə qədər açılmayacaq…

13.08.2026 / 09:45
DYP piyadalara müraciət etdi...

13.08.2026 / 09:10
ABŞ Latın Amerikası müttəfiqlərini BCM-dən çıxmağa çağırdı

13.08.2026 / 07:27
ABŞ ordusu İraqdan çıxır…

13.08.2026 / 07:18
The Intercept və Mətbuat Azadlığı Fondu (FPF) Trampı məhkəməyə verdi - vəzifədən şəxsi mənfəəti üçün istifadə…

13.08.2026 / 07:05
ABŞ vətəndaşlığı üçün “doğum turizmi” çiçəklənir? - Dövlət Departamenti hərəkətə keçdi

12.08.2026 / 23:34
"Raket və dronlarımızın 75%-dən çoxunu istifadə etməmişik" - İranlı general ABŞ-a meydan oxudu...

12.08.2026 / 22:19
İran Məkkə sazişınə qoşula biıər?

12.08.2026 / 22:09
Zaxarova Zelenskinin İrəvandakı bəyanatından hələ də qıcıqlanır

12.08.2026 / 21:53
Fransa müstəmləkələri ilə bağlı Bakıdan önəmli təşəbbüs - BMT yenidən müdaxilə etməlidir...

12.08.2026 / 21:35
Rusiya ilə Britaniya arasında birbaşa toqquşma risqi - Gerasimov ingilis həmkarının zənglərinə cavab vermir...

12.08.2026 / 21:12
Naxçıvan möcüzəsi - blokadadan regional nəqliyyat-tranzit mərkəzinə qədər...

12.08.2026 / 20:34
Tramp bütün dünyaya elan etdi - ABŞ ordusu Hörmüz boğazında nəzarəti tam ələ keçirdi...

12.08.2026 / 20:20
Bugünkü Günəş tutulmasının hesablaması dəccalizmin tezliklə bitəcəyini xəbər verir

12.08.2026 / 19:25
Xaçmazda divarlara narkotik vasitələri təbliğ edən yazılar yazan üç nəfər yaxalandı

12.08.2026 / 19:12
Xocavənddə buldozer minaya düşüb, 2 nəfər yaralandı...

12.08.2026 / 18:58
Putin orduya Qərb ölkələrinə cavab vermək əmri verdi - gəmiləri ələ keçirin!...

12.08.2026 / 18:44
Türkiyə parlamentinin "PKK qanunu" kağız üzərində qala bilər...

12.08.2026 / 18:24
Ukraynanın dron hücumundan sonra Novorossiyskdəki taxıl terminalı fəaliyyətini dayandırdı

Azərbaycanda vətəndaş cəmiyyətinin inkişafında rəqəmsallaşma və innovasiyalar ön plana çıxır

XƏBƏR ARXİVİ