Cümə axşamı günü, 08 oktyabr 2026
     

Ermənilərin erməniləşdirməyə cəhd göstərdiyi yazılı və şifahi irsimiz...

Image


Dənizdən-dənizə “Böyük Ermənistan” yaratmaq xülyası ilə yaşayan ermənilər 200 ilə yaxındır ki, bu sərsəm ideyanı həyata keçirmək üçün ağılagəlməz məkrli planlar qurur.

“Gülüstan” və “Türkmənçay” müqaviləsindən sonra Çar Rusiyası tərəfindən Cənubi Qafqaza, xüsusən də Azərbaycan ərazilərinə köçürülən və burada məskunlaşdırılan ermənilər ayaqları yer tutan kimi bizə qarşı ərazi iddiaları qaldıraraq torpaqlarımızda “Böyük Ermənistan”  kimi xam xəyallarını gerçəkləşdirmək niyyətini açıq şəkildə ortaya qoydular. Ermənilərin Azərbaycan torpaqlarında “yerli xalq olduğunu” “subut etmək” üçün onların torpaqlarımızı işğal etmələri, onu havadarlarının dəstəyi ilə ələ keçirmələri bəs etmirdi. Erməni ideoloqlarının planına əsasən ermənilər yerli Azərbaycan türklərinin folklor örnəklərini də mənimsəməli idilər. Qədim Azərbaycan torpaqları Dağlıq Qarabağa, Zəngəzura, İrəvana və s. köçürülən ermənilər Alban-xristian dəyərlərini oğurlamaqla yanaşı Qarabağ, İrəvan, Zəngəzur folklorunu da gizlincə mənimsəməkdə davam edirdilər. Çünki ermənilərin havadarları onlara bunu tövsiyə etmişdi ki, yerli xalqın dilini, folklorunu, həyat tərzini, mədəniyyətini gizli şəkildə mənimsəməlisiniz, əks halda sizin bu torpaqlara gəlmə olduğunuzun üstü açılacaq.

Azərbaycan Əqli Mülkiyyət Agentliyi erməni oğurluqlarının mərhələləri haqqında maraqlı təhlillər aparıb. Agentliyin təhlilinə görə, Azərbaycanın mədəni sərvətlərinin, irsimizin erməniləşdirilməsi meyllərinin, erməni əqli oğurluqlarının kifayət qədər qədim tarixi var. Qurumun ekspertlərinin qənaətinə görə, bunların kökündə ermənilərin Azərbaycana ərazi iddiaları durur. “...Çünki ərazi iddialarını əsaslandırmaq üçün torpağın əsil sahibinin maddi və qeyri-maddi (mənəvi) irsinə sahib çıxmaq lazımdır.

Erməniləşdirilmə xətti isə bir neçə mərhələ yolunu keçir, o cümlədən yiyələnmə (mənimsəmə), özününküləşdirmə və nəhayət erməniləşdirmə.

1.Özününküləşdirmək üçün ilk növbədə yiyələnmək, mənimsəmək lazımdır.

1.1. Bu məqsədlə Azərbaycan dilini bilən, heç də müvafiq istedaddan məhrum olmayan erməni ifaçıları, müğənniləri və s. Azərbaycan əsərlərini orijinalda qavrayıb, geniş şəkildə istifadə, ifa edirlər.

1.2. Daha sonra daha geniş erməni kütləsini (erməni əhalisini) yiyələnmə prosesinə cəlb etmək üçün Azərbaycan nümunələri erməni qrafikasında yazıya alınır.

1.3. Bundan sonra həmin nümunələr erməni dilinə tərcümə olunaraq, erməni əlamətləri qoşulur, maksimum dərəcədə erməni mühiti (obrazlar, personajlar, adlar, coğrafi məntəqələr və s.) yaradılmaqla Azərbaycan nümunələri təhrif olunur.

Beləliklə, yiyələnmə, mənimsəmə mərhələsi qarət edilmək, saxtalaşdırmaq, plagiat, təhrif olunmaqla müşayiət olunan geniş istifadə mərhələsidir, özü də bunlar yad olan əqli nəticələrin kütləvi erməni şüurunun özününkü kimi qəbul etməsinə və qavramasına yönəldilmişdir” - deyə təhlildə qeyd edilir. Təhlildə göstərilir ki, Azərbaycan folklorunu mənimsəmək, təhrif edərək erməniləşdirmək “Böyük Ermənistan” və “dahi mədəniyyət” xülyası ilə yaşayan və əsrlər boyu həyata keçirilən erməni millətçiliyinin “xaç atalarının” çirkin məqsədləri olub.

Məlum olduğu kimi “Azərbaycan folkloru nümunələrinin hüquqi qorunması haqqında” Qanuna əsasən, Azərbaycanda folklora əqli mülkiyyət kimi, millətimizə məxsus əqli mülkiyyətin yeni, qeyri-ənənəvi növü kimi baxılır. Bu isə o deməkdir ki, biz folklor nümunələrimizə münasibətdə, həm də hüquqi müstəvidən, müstəsna hüquqlar mövqeyindən çıxış edirik. Həmin müstəsna hüquqların, yəni əqli mülkiyyətin hüquq sahibi isə Azərbaycan xalqıdır. Odur ki, Azərbaycan folklor nümunələrindən hər hansı şəkildə istifadə, Qanunda təsbit olunmuş tələblərin yerinə yetirilməsi ilə həyata keçirilməlidir. Amma təəssüf ki, ermənilər folklorumuza da əl uzatmaqla beynəlxalq qanunvericiliyin bütün tələblərini pozur.

Əqli Mülkiyyət Agentliyi tərəfindən “Bir daha ənənələrimizin mənimsənilməsi – erməni ənənəsi haqqında” adlı məqalədə bununla bağlı kifayət qədər faktlar var. Yazıda qeyd olunana görə, xalqımızın qeyri-maddi mədəni irsinin, ədəbiyyat və incəsənətinin, xüsusən folklor nümunələrinin, hətta müəllif əsərlərinin ermənilər tərəfindən oğurlanması müəyyən tarixə malikdir. Qeyd edilir ki, bu saxtakar hərəkətlər “özgə ənənələrinin qarət edilməsi və mənimsənilməsi erməni ənənəsinə” çevrilib və məsələ ötən dövrdə Milli Məclisin nümayəndə heyətinin səyləri nəticəsində Avropa Şurası Parlament Assambleyasının sessiyasına “Azərbaycan mədəni irsinin qəsbi və dağıdılması” sənədində təqdim edilib, Milli Məclisin «Azərbaycan mədəni sərvətlərinin dağıdılması və mənimsənilməsi ilə əlaqədar» Bəyanatında da öz əksini tapıb.

“Həmin erməni ənənəsinin bir «mühüm» prinsipinə nəzər salaq: bir ölkənin ərazisinə iddia irəli sürmək üçün məskunlaşmış gəlmə xalq torpaq sahibinin mədəni irsini mənimsəməlidir. Bir sözlə «gəldim, gördüm,... mənimsədim».

«Böyük Ermənistan» xülyası ilə yaşayanlar tərəfindən oğurlanmış xalqımıza məxsus təzahürlər də «böyük erməni mədəniyyətinin» dəlilləri kimi göstərilir. Konkret folklor nümunələrimizin bir neçə mənimsənilmə və oğurluq «mərhələsinə» nəzər salaq.

Qədim dövrlərdən gələn Daş-balıq, Daş-qoç, Daş-at abidələrimizi özününküləşdirən, qədim Alban torpaqlarını və abidələrini «Şərqi Ermənistan» ərazisinə çevirmək istəyən saxtakarlar tariximizin xristian dövrünün kilsələrini, stella və xaçdaşları, nişan-daşları, başdaşları və bunlarda həkk olunmuş milli dekorumuzu, habelə digər maddi abidələrimizi mənimsəməklə yanaşı Musa Kalanqatlının «Alban tarixi»ni, Karakos Gəncəlinin «Tarix»ini, Muxtar Kosanın «Alban xronikasını» və «Adət hüququ»na aid Qaydaları da erməniləşdirdilər. Hətta qədim türk kökündən gələn, Gəmiqaya yazıları ilə səsləşən alban əlifbası və yazısını alban dilini bilməyən erməni Mesrop Maştosun adına bağladılar.

Azərbaycan xalqından mənimsəmə və oğurluqlar zaman–zaman elə ermənilərin öz dili ilə etiraf olunub: «Türkü lənətə gəlsin, amma onun dili Tanrı xeyir-duası görmüşdür», «Bizim dilimiz ən azı 50 faiz türk və fars sözlərindən ibarətdir», «Hər hansı bir təntənəli toplantı və ya toy olarsa, biz türkcə oxuyuruq», «Bizim dilə Azərbaycan dili o qədər daxil olub ki, nəğmələr, şerlər, atalar sözləri türk dilində səslənirdi» - (Abovyan «Ermənistan yaraları»).

Bunu hətta xaricilər də etiraf etmişlər: «Ermənilər erməni dilində yox, tatar (türk) dilində mahnı qoşurlar», «Ən məhşur erməni şairləri öz əsərlərini yaymaq üçün həmişə tatar (türk) dilində yazırlar, «bu dil ilə» Bütün Asiyanı başdan-başa dolaşmaq olar (Haksthauzen, Bestujev-Marlinski), əcnəbilər ünsiyyət, ticarət və qarşılıqlı anlaşmasına görə Azərbaycan dilini Avropada Fransız dili ilə müqayisə edirdilər” - deyə Agentliyin yaydığı məqalədə bildirilir.

Bundan başqa abovyanların və haqverdiyanların, ağayanların 19-cu əsrin ikinci yarısında «Əsli və Kərəm», «Şah İsmayıl», «Aşıq Qərib», «Koroğlu» kimi dastanlarımızı erməniləşdirməyə çalışdığı qeyd edilən məqalədə vurğulanır ki, onların mənəvi rəhbərliyi və yalan təqdimatları nəticəsində əcnəbilər fon Bodenştedt və başqaları Azərbaycan folklorunun atalar sözlərini, nağıllarını Avropaya “erməni nümunələri” kimi tanıdıblar... “...Həmin Abovyan və Ağayan ermənilərin «...mahnılarla qarışıq dastanları yoxdur, bunlar ancaq türkcədir», deyə-deyə, bizim aşıq musiqimizi erməni «aşıqların - «hüsanların» (fikir verin, uzan (ozan) sözündən gəlir!) özlərinin musiqi nümunələrinə çevirmişlər. Halbuki, bəllidir ki, 400-dən artıq erməni aşığı şerlərini Azərbaycan dilində yaradaraq, Azərbaycan dastanlarını Azərbaycan musiqisinin müşahidəsi ilə Ermənistan ərazisində yayırdılar. Uzun illər Azərbaycan xalqının iradəsindən asılı olmayaraq bu oğurluq faktlarının üstündən sükutla keçilmiş, istər Çar Rusiyası zamanında istərsə də sovet dövründə folklor nümunələrinin və müəllif əsərlərinin oxşarlığını, hətta eyniyyət təşkil etməsini yaxın coğrafi məkanda yaşamaqla, iqtisadi, sosial-siyasi münasibətlərlə izah etmişlər. XX-ci əsrin 80-cı illərində Təhməzyan, Siksiyan və başqalarının «çalışmaları» nəticəsində saxtakarlıqla dolu «böyük erməni» mədəniyyəti röyası yaradılmışdır. Nizami Gəncəvinin «Xosrov və Şirin» poemasında Şirinin milliyyətcə erməni şəhzadəsi olması, Xosrov Pərvizin saray musiqiçilərinin rəhbəri Sərkeşin Sarkis olması barədə, hətta Bertelsi təhrif etməklə «araşdırmalar» apardılar və ümumiyyətlə Ermənistanı mədəniyyət beşiyinə çevirmək üçün erməni mədəniyyətinin bütün Şərq xalqlarına təsiri barədə nağıllar uydurdular”.

Məqalədə həmçinin bizim “Kitabi Dədə Qorqud” abidəmizə də ermənilərin iddia etdiyinə dair fikirlər yer alıb. Qeyd edilənə görə, bütün dünya bir neçə il əvvəl Heydər Əliyevin təşəbbüsü ilə 1300 illiyi təntənəli şəkildə keçirilən “Dədə Qorqud» abidəsi Azərbaycan xalqının nadir abidəsi kimi tarixə düşüb. “Yunanlar Homer poemalarını yunan eposunun inciləri kimi, almanlar «Nibelunqlar haqqında mahnı»nı, fransızlar «Roland haqqında mahnı»nı, ruslar «Bilinaları»nı qoruduğu kimi, biz də «Dədə Qorqud»u xalqımızın qəhrəmanlıq abidəsi kimi əsrlərdən əsrlərə keçirib bugünki nəsillərə çatdırmışıq. Lakin ermənilər heç bir sübut və dəlil gətirmədən (bunlar ola da bilməz!) jurnallarda bu şah əsərimizin - «Dədə Qorqud»un erməni təəssuratı altında yazılması kimi fitnəkar mülahizələrini dərc etdirirlər və onun bir hissəsinə “öz müəlliflik möhürlərini” vurmaq istəyirlər.

Hələ bu azmış kimi, Eldəniz hökmdarlarının sifarişi ilə məşhur memarımız Əcəminin yaratdığı «Möminə Xatun» abidəsini də “erməniləşdirirlər”. Sən demə, Xaçaturyan adlı birisi «kəşf» edib ki, bu xatirə kompleksində «erməni memarlıq üslubu» hiss olunur. Bu, deyilənlər, yalnız bir neçə faktlardır, lakin bunların arxasında «məharətlə» işlənmiş prinsiplərə və üsullara söykənən məqsədlər durur. Əsas məqsəd isə ermənilərin ərazi iddiaları, xüsusən Azərbaycana olan ərazi iddialarıdır. Bunun üçün isə ilk növbədə bu torpaqların sahibi olan xalqın mədəniyyətinə, maddi və qeyri-maddi irsinə «sahib çıxmaq» lazımdır. Odur ki, ermənilərin saxtalaşdırma, kontafaksiya və mənimsəmə niyyətləri yalnız erməniləşdirmə xəttini güdür.

Onlar ilkin mərhələdə Azərbaycan torpaqlarında məskunlaşır, sonrakı mərhələdə bu torpaqları özününkü elan etmək üçün mədəniyyətimizə göz dikir, imkan daxilində onu öyrənir və geniş istifadə edir, daha sonrakı mərhələdə isə mənimsəyir və nəhayət, onları özünün milli mədəniyyət nümunələri elan edir” - deyə məqalədə vurğulanır.

İradə SARIYEVA

Yazı Azərbaycan Respublikasının Prezidenti yanında Kütləvi İnformasiya Vasitələrinin İnkişafına Dövlət Dəstəyi Fondunun maliyyə dəstəyilə çap olunur.



VİDEO

Biri ermənini öpür, biri sovet bayrağı qaldırır... Günümüzə baxın! - VİDEO

Lavrov işdən kənarlaşdırılır, yoxsa oyun qurulur? - VİDEO

Dünyada xaos böyüyür, Azərbaycana təhlükə də artır... - VİDEO

Ermənistan girov götürülmüş Azərbaycan əsgərini separatçı canilərlə dəyişmək istəyir...

Azərbaycanın dövlət qulluğunda “ikili vətəndaşlıq” problemi yarana bilər...

Ali Məhkəmə hüquqşünas olmayan gənclərlə bağlı mühüm layihənin sonuna yetişir...

SON XƏBƏRLƏR

08.10.2026 / 09:39
İran və Oman razılığa gəldi – Hörmüz planı yaxın vaxtlarda elan ediləcək…

08.10.2026 / 09:26
Prezident İlham Əliyevin Türkmənistana səfəri başlayıb

08.10.2026 / 09:24
Fransa İranın Parisdəki səfirini nazirliyə çağırıb xəbərdarlıq etdi.

08.10.2026 / 09:16
Qətər sahillərində neft tankerinə qanlı hücum - ölən və yaralananlar var…

08.10.2026 / 09:08
Husilər Səudiyyə hava limanlarına raket və PUA yağdırdı - ölənlər və çox sayda yaralı var...

08.10.2026 / 07:01
Həlak olan qadın döyüşçülərin ailələri Netanyahunu bağışlamır…

07.10.2026 / 22:56
MDB dövlət başçılarının zirvəsinə ilk dəfə İran prezidenti də qatılacaq - xeyirdirmi?

07.10.2026 / 22:25
Türkiyə Səudiyyə Ərəbistanında hərbi baza yaradır…

07.10.2026 / 22:17
Paşinyandan ağıllı mövqe - Azərbaycan əsgəri ilə Bakıdakı məhkum ermənilər fərqli məsələlərdi...

07.10.2026 / 22:06
“Pulluya” düşmüş tələbələrin sonradan pulsuza keçirilməsi suallar yaratdı...

07.10.2026 / 22:02
Yaşıllar Partiyasının üzvü "Əl-Qaidə" terrorçusunun "yaxın dostu"dur?

07.10.2026 / 21:51
Avrokomissiya Moskvadan “taun hesabatı” istədi

07.10.2026 / 21:44
İstanbulda məktəbli üç sinif yoldaşını bıçaqladı

07.10.2026 / 21:43
Medvedev İran mediasına Ermənistanın başına gələcək ən dəhşətli şeyin anonsunu verdi...

07.10.2026 / 21:39
Polşa məktəbində qanlı olay - 7 nəfər xəsarət alıb

07.10.2026 / 21:26
Rusiya Azərbaycanın üzərindən Ermənistana və Türkiyəyə yeni marşrut "salır"...

07.10.2026 / 21:09
“Korrupsiya xəbərçilərinə mükafat” qanunu insanlarda narahatlıq doğurub...

07.10.2026 / 20:53
NATO-ya üzvlük məsələsi Ukrayna konstitusiyasından çıxarılır...

07.10.2026 / 20:37
Azərbaycan Qarabağ Zəfərindən əvvəl mühüm beynəlxalq problemi həll etdi... Təcrid...

07.10.2026 / 20:21
Heydər Əliyevdən sonra Azərbaycan rəhbərlərinin taleyində eyni hadisə baş verdi... Təsadüfmü?

07.10.2026 / 20:07
Erməni separatizmini həvəsləndirən ən böyük səbəb Heydər Əliyevlə bağlı idi...

07.10.2026 / 19:53
Keçmiş MKİ rəsmisinin evindən sərvət çıxdı...

07.10.2026 / 19:38
Ceyhun Bayramov MDB Xarici İşlər Nazirləri Şurasının iclasında çıxış edib

07.10.2026 / 19:23
Pakistan və Türkiyə İranın müttəfiqi Husilərə qarşı ordu göndərdi... "Məkkə paktı” başladı...

07.10.2026 / 19:05
Gürcüstanda Qərbyönlü QHT-lərə və partiyalara qarşı müharibə açıldı...

07.10.2026 / 18:53
Əhliman Əmiraslanov Türkmənistanda beynəlxalq konfransda iştirak edir - FOTO

07.10.2026 / 18:41
Ukraynanın hücumlarından sonra Rusiyanın daha bir neft zavodu fəaliyyətini dayandırdı…

07.10.2026 / 18:32
İran qorxur - Ermənistan TRIPP layihəsini “Troya atı”na çevirəcək....

07.10.2026 / 18:10
BMT sessiyasında Azərbaycanın həmmüəllifi olduğu mina qətnaməsi qəbul edildi

07.10.2026 / 17:41
Qaradağda dəhşətli qəza - ölənlər var...

07.10.2026 / 17:38
Paşinyan “Türkiyə ilə sərhəd ən yaxın zamanda açılacaq” dedi – hətta Zəngəzurdan da əvvəl...

07.10.2026 / 17:24
Qars-Gümrü elektrik xətti də açılır... Paşinyan inamlı danışdı...

07.10.2026 / 17:09
Amerikalı milyarder Fransadakı etirazları “yavaş-yavaş baş verən işğal” adlandırdı...

07.10.2026 / 16:58
HAMAM SANDIĞININ İZİ İLƏ: SƏDİDƏN ŞƏKİYƏ, POEZİYADAN MADDİ MƏDƏNİYYƏTƏ

07.10.2026 / 16:45
Ermənistan Konstitusiya Məhkəməsi TRİPP sazişinin uyğunluğunu tanıdı - sonra nə olacaq?..

07.10.2026 / 16:40
Professor Qasım Hacıyev tədqiqatlarında Qarabağ mövzusu...

07.10.2026 / 16:34
Rubio Avropa ölkələrini qitənin müdafiə yükünün böyük hissəsini öz üzərinə götürməyə çağırdı

07.10.2026 / 16:29
Prezident maaşlarla bağlı fərman imzaladı...

07.10.2026 / 16:25
“Süni intellekt texnologiyaları sahəsində Azərbaycan və Belarus arasında əməkdaşlıq üçün geniş imkanlar var” - MÜSAHİBƏ

07.10.2026 / 16:24
Mirzoyanın Tehrana budəfəki səfəri əvvəlkilərə bənzəmir – pərdəarxası...

07.10.2026 / 16:18
"Gürcüstanda azərbaycandilli məktəblərdə təhsil alan şagirdlərin ana dilini mənimsəməsinə təsir edən amillər" kitabının təqdimat oldu

07.10.2026 / 16:05
Kanada separatçıları Trampın siyasi ömrünün bitməsini gözləyir...

07.10.2026 / 15:54
6 azərbaycanlı İsveç parlamentinə, regional və bələdiyyə şurasına üzv seçildi

07.10.2026 / 15:47
Qara dənizdə 100 min ton neft daşıyan tanker vuruldu, güclü yanğın başladı – Soçidə bütün çimərliklər bağlandı, sakinlərə xəbərdarlıq edildi...

07.10.2026 / 15:38
Prezident İlham Əliyev Putinə zəng edib

07.10.2026 / 15:26
ABŞ vəba xəstəliyi xəbərlərindən sonra vətəndaşlarına çağırış etdi - dərhal Rusiyanı tərk edin...

07.10.2026 / 15:11
Bakıda kanat yolu layihəsi ilə bağlı rəsmi açıqlama - ilkin araşdırma mərhələsindədir...

07.10.2026 / 14:53
Azərbaycan jurnalistlərinin IX qurultayının vaxtı dəyişdi

07.10.2026 / 14:27
Nazir Vilayət Eyvazov Şəkidə vətəndaş qəbulu və sıra baxışı keçirdi - FOTO

07.10.2026 / 14:09
Qəzənfər Abdullayev Naxçıvan Həmkarlar İttifaqları Şurasının sədrliyindən də kənarlaşdırıldı...

07.10.2026 / 13:44
"İtkin düşmüş şəxslər müəyyən edilmədiyi müddətdə bu məsələyə son qoymaq mümkün deyil" - Britaniya nümayəndəsi

07.10.2026 / 13:30
Yeni ildən pensiya artımı hamıya eyni cür tətbiq edilməyəcək...

07.10.2026 / 13:15
Parlament "Kilsə istintaq komissiyası" yaratdı - erməni müxalifətinin Katolikosa münasibəti dəyişdi...

07.10.2026 / 13:06
Ukrayna səfiri Azərbaycana təşəkkür etdi - bunu heç vaxt unutmayacağıq...

07.10.2026 / 12:50
Azərbaycan Ukraynaya növbəti humanitar yardım göndərdi

07.10.2026 / 12:15
Vüqar Rəhimzadə Ordubadda seçiciləri ilə növbəti görüşünü keçirib - FOTO

07.10.2026 / 11:50
Ceyhun Bayramov Türkmənistana getdi

07.10.2026 / 11:36
FBI direktoru erməni qızı ilə nişanlandı

07.10.2026 / 11:10
ABŞ müharibəni bitirmək üçün İrandan zəmanət istədi - real addımlar atmalıdırlar …

07.10.2026 / 10:48
"Əsir və girov götürülərək beynəlxalq təşkilatlardan gizli saxlanılmış 834 vətəndaşımızın siyahısını qarşı tərəfə təqdim etmişik" - DTX rəisi

07.10.2026 / 10:40
XİN Ermənistanı itkin düşmüş azərbaycanlılar barədə bütün məlumatları paylaşmağa çağırdı...

07.10.2026 / 10:26
"913 itkin şəxsə aid olduğu ehtimal edilən meyit qalıqları aşkarlanaraq götürülüb" - Əli Nağıyev

07.10.2026 / 10:21
Xıdırlı kənd məktəbinə Ayköl Manasın adı verildi

07.10.2026 / 10:16
Azərbaycanın BND işi ilə əlaqələndirilməsi cəhdi uğursuz oldu - Media və Yayım Şurası açıqlama yaydı...

07.10.2026 / 10:15
"Ermənistan müvafiq arxivlərin açılmasına və şahid ifadələrinin toplanmasına şərait yaratmalıdır" - Prezident

07.10.2026 / 10:10
Prezident İlham Əliyev: "İtkin düşmüş heç bir vətəndaşımız unudulmur"

07.10.2026 / 10:03
"Torpaqlarımızın azad edilməsi itkin düşmüş vətəndaşlarımızın axtarışı üçün yeni imkanlar açıb" - Prezident

07.10.2026 / 10:01
Prezident İlham Əliyev İtkin düşmüş şəxslər üzrə beynəlxalq konfransın iştirakçılarına müraciət etdi

07.10.2026 / 09:50
İtkin düşmüş şəxslər üzrə Bakı Dialoqu çərçivəsində IV Beynəlxalq Konfrans keçirilir

07.10.2026 / 09:17
Tramp İranla münaqişənin tezliklə bitəcəyini deyir, ancaq necəsini özü də bilmir…

07.10.2026 / 08:53
Abbas Əraqçi ABŞ-la icazəsiz danışıqlarda ittiham olunur - impiçmenti məsələsi gündəmə gəldi...

07.10.2026 / 08:15
Deputat İsrailin bayrağını ayaq altına atıb taptaladı…

07.10.2026 / 07:03
Ustad aşıq Hüseyn Saraçlının 110 illik yubileyinə həsr olunan beynəlxalq elmi konfrans keçiriləcək

06.10.2026 / 23:42
Federal Kəşfiyyat Xidmətinin keçmiş rəhbəri həbs edildi - casusluq ittihamı ilə...

06.10.2026 / 23:27
İrkutsk vəbadan ölən xəstə ilə təmasda olanlarda COVID-19 və rinovirus aşkarlandı – ABŞ Rusiyaya çağırış etdi…

06.10.2026 / 23:05
Fransa səfiri etirazçılara sərt müdaxiləyə görə İran XİN-ə çağırıldı – Tehran Parisi onların oz taktikası ilə vurdu…

06.10.2026 / 22:46
Rusiya 20 maşın erməni konyakını ölkəyə buraxmadı - müayinə nəticələrini gətirin…

06.10.2026 / 22:31
Fransada zorakılıqlar artır - ABŞ vətəndaşlarına xəbərdarlıq etdi…

06.10.2026 / 22:16
Kalininqrada təhdidlərdən sonra NATO Moskvaya zəmanət verdi - Rusiyaya hücum planımız yoxdur…

06.10.2026 / 22:01
Nizaminin qəzəli, Xətainin türkcə şeirləri hələ də Ermənistanda əsir saxlanılır...

06.10.2026 / 21:47
Fransada gərginlik artır – hakimiyyət orta məktəb etirazlarını polis gücünə boğmağa çalışır, saxlananların sayı 6 mini keçdi…

Dağ-mədən sənayesində yeni mərhələ - “Böyük Qayıdış”ın məşğulluq perspektivləri...

XƏBƏR ARXİVİ