Cümə günü, 14 avqust 2026
     

Viva, İtaliya!

Image


... Koronavirus ətalətindən hələlik birtəhər qurtulub, dünyanı düşündürən və təbii ki, məni də narahat edən, gün ərzində dağdan arana, arandan dağa gətirən fikirlərimi yazmaq istədim

 …. Klaviaturanı qələm, kompda açılmış yeni səhifəni də kağız bilsək, durum öz-özünə qiyaslanır. Zatən bu qlobal  metamorfozalardan sonra yəqin daha heç nə əvvəlki kimi olmayacaq. Görünür, hər şey buna hesablanıb. Olmasın heç! Məgər bəşəriyyət buna can atmırmı… məgər insanlıq hər şeyi kamilləşdirməyə çalışmırmı… (kənara deyirəm, bütün çevrilmələrin daha kamil olacağını təsdiqləyən bir düstür da yoxdur a) Buyur, bu da sənə fürsət - dəyiş, təzələn, irəli get (doğrusu, niyə Tanrıya bəşəriyyətin inkişafı üçün bizə məhz orta əsrləri – alimlərin, həkimlərin, astroloqların falçı kimi edama məhkum edilən zamanları xatırlatması lazım gəldi, orası da hələlik  bir sirri-xuda). Amma yaşa… yaşa və bunları  unutma!     

       ....Gəldiyimiz qənaət odur ki, dəyişmək qaça-qovunda, cəmiyyətin hər şeyin daha yaxşısına malik olmaq marafonunda  unutduğu nəsnələr bu dəyişmənin faciələrlə müşaiyətinə səbəbdir… bu arada, kimsə istənilən dəyişikliyi faciə kimi qəbul edər, həyatın əvvəlki ritmindən, halından imtina etmək istəməz, kimi isə çox asanlıqla bir rejimdən o birinə keçər, bir vəziyyətdən o birinə düşər, sonunda güclü olan qalib gələr deməyək, sadəcə mövcud qalar… Bu da bir təbii seçim, ALLAHın taleyə, gedişata yüklədiyi hikmətidir… İfrat fatalist olub dibə yatmaq, Allahdan  buyruq, ağzıma quyruq deyib yaşamaqçün heç nə etməmək də çıxış yolu deyil… Mənim üçün bu o demək oldu ki, səbrli ol, et, gör, yarat, danış, gül, sev, amma asi olma, unutma, şükr et və ol!…Ümidini itirmədən, təmkinlə! Ağzıyanmışlıqdan söhbət getsə… Min dəfə “bu sondur, hər şey bitdi, daha necə yaşamaq olar” qənaətinə gələn mən, indi insanlara təmkin dərsi keçirəm….Özümə gülürəm, vallah!…Bəzilərini həyat labirintlərindən onsuz da  hadisələrə təsir etmək rıçaqlarından məhrum olması (yenə də lap ucadan gülürəm: kim bilir Allah dəvəyə qanad versəydi nələr olardı, bəzən əl-qolunun bağlı olması da işə yarayarmış), sarkastik özünüqamçılamalar , özünəkinayə qurtarır… Gücsüz, heç nəyi həll edə bilməyən, sadəcə panikləyib zəhlətökən  depresssivliyi ilə ailəni və dostlarını bezdirən birinin özündə  heç vaxt nə yaxşılığı, nə də pisliyi unutmamağa, ətrafındakılardan küsmədən, körpüləri yandırmadan…(kənardan bəzən belə görünsə də) uzaqlaşıb düşünməsi də olur… Amma qəfildən həyat elə kəskin qərarlar verir ki, adam çaşıb qalır. Yəqin burda, tam zamanında, ilahi ədalət deyilən o Mütləq  Həqiqət  devrəyə girir …Beləliklə,  “qordi düyünü” öz-özünə çözülür...

...Bütün qlobal anlayışların yanında bir qlobal unutqanlıq yer alır... arada unudulan pisliklərlə bərabər yaxşılıqlar, gözəlliklər, mərhəmət də qaynayıb buxarlanır… bəşəriyyətin əsrlər boyu qazandığı mədəni-mənəvi miras məhv olur, dəyərlər aşılanır, həyatda qalmaq namınə dostların xəyanəti ilə üzləşilir, dar gündə kömək etmək əvəzinə zamanında dünyaya sivilizasiya bəxş edən xalqlardan, dövlətlərdən üz döndərilir, taleyin umuduna buraxılır … son günlərin real mənzərəsi təxminən  belədir... Fəqət dünya yenə də fırlanır, həyat bir az başqalaşsa da... bu gedişlə onu da bilmək olmaz ki, gələcəkdə həyat olacaq, ya olmayacaq, Yerdəmi, Marsdamı,  o da Allaha qalıb… amma hələ ki varıq, yaşayırıqsa, demək ki, nəsə etməliyik.

Niyə bu ədalətsiz həyatdan vaz keçə bilmirik, niyə hələ də mövcuduq sualına  “Ona qalsa, gərək Sizif çoxdan cəhənnəmə vasil olaydı” cavabını veririk. İşlədiyi günahlara görə ilahlar onu əbədi olaraq dairəvi bir kürəni dağın başına qaldırmağa məhkum etmişdilər. Amma yazıq Sizif o kürəni gətirib mənzilə çatdıran kimi kürə yenidən diyirlənib düşür və Sizif yenidən onu yuxarı dığırlatmağa məcburdur. Beləcə o, sıfırlanmış əməyinə görə ədəbiyyatın əbədi  çarəsizlik məhkumiyyətinin rəmzinə çevrilir! Bunun əbədi belə olacağını bilən Sifiz gərək çoxdan intihar edəydi. Həyatımıza davam etmək konusunda hər birimiz bir sizifik əslində. Pandoranın qutusunda hələ də qalan Ümidin varlığından, orda bizi hansısa işığın gözlədiyindən əminik deyə, ya da, ən azından, bunun belə olmasını istəyirik deyə, Kamyu kimi biz də bu absurd vəziyyətin içindən mat qalmalı bir məntiq çıxarırıq: bütün dəyişimlərə faciə damğası yapışdırmaqdan vaz keçib  sadəcə ciddiyə alsan, olanlara ciddiyyətlə yanaşsan, həyat sənə ümid verəcək və insanlara hələ orta əsrlərin dərinliklərindən hayqıran dövrünün ilk bankiri Lorenso Mediçinin dediyi kimi, özünə nə qədər xoşbəxt olmağı rəva görsən,  bir o qədər xoşbəxt olarsan, çünki sən demə, hər kəs özünə rəva gördüyü qədər xöşbəxt olurmuş.

Bəlkə dostların yadında olar AZTV-də “İlham Pərisi” adlanan müəllif  proqramımız… Rəssamlar ən yaxın dostlarım, mövzu alanım, etibar etdiyim çevrə idi, gərçi indi də elədir. Azərbaycan rəssamlarının yer üzündə tayı-bərabəri yoxdur! 90-larda sərgilərdə, dost yığıncaqlarında tez-tez çox kübar, alicənab, ingilis, fransız, türk, alman və italyan dillərində sərbəst danışan gözəl bir xanım görünməyə başlamışdı… Bir gün Çardaqdakı, o vaxt hələ andeqraund sənətin təmsilçilərinin postmodernist sərgilərinin birində,  əziz dostumuz, Azərbaycanın Xalq rəssamı, gözəl insan Elbəy Rzaquliyevin qızı, istedadlı rəssam, əzizim Aytən Rzaquliyva bizi tanış etdi: rəssam Füsun Akbaygil-Fallavollita, İtaliyanın Azərbaycandakı fövqəladə və səlahiyyətli  səfiri Alessandro Fallavollitanın xanımı! Sən demə, təşkilatçı da elə o imiş. Gələn gündən rəssamların çevrəsinə düşən Füsun xanım bizim sənətkarlara valeh olub, gənclərə vurulub, artıq dilimizi öyrənir, kimlərəsə himayədarlıq da edir, üstəlik bir azdan elə  bu çardaqda böyük bir emalatxanası olacaq və ora sənətkarların yığışıb dərdləşdiyi, planlar quracağı bir oazisə çevriləcək.

O oldu, bu oldu, biz Füsunla ayrılmadıq və bu günə qədər də belədir! Səfirlərin biri gəlib, o biri getdi, aradan  nə qədər sular axdı, məsafələr bizi ayıra bilmədi, zaman dostluğumuzu əskitmədi, nə Füsun və Alessandronun Azərbaycana, Bakıya sevgisinə kölgə saldı, nə də mənə onları unutdura bildi! Bilmirəm, əgər İtaliya səfirinin xanımı bir türk qızı olmasaydı hadisələr necə cərəyan edəcəkdi, amma fakt budur ki, Füsunu dəlicəsinə sevən italyan Alessandro nəinki türk xalqını və Türkiyəni, həm də Azərbaycanı və azərbaycanlıları, Bakını öz vətəni kimi sevdi! Unudulmaz Heydər Əliyev də zarafatla onu “kürəkən” deyə çağırırdı. Alessandro həm İtaliyanın, həm də Azərbaycanın diplomatiya tarixinin yaddaşında həm İtaliyanın müstəqil Azərbaycandakı ilk səfiri, həm də elə doğrudan “kürəkənimiz” kimi qaldı! Ah, o bundan necə zövq alırdı, hər dəfə söhbət düşəndə şirin-şirin qımışırdı!

Füsunla emalatxanasındakı söhbətlərimiz, şəhərimizı qarış-qarış gəzməyimiz, evimizdə plovlar yeyib, çaylar içməyimiz, uzun-uzun dərdləşməyimiz, Füsunun dinləməkdən doyamadığım bir romanlıq taleyi, onun dünyanın ortasında bir Türk-İtalyan ailə-qala yaratması, dörd cavana - həm italyan, həm türk gəncinə əvəzsiz ana olması, istedadlı rəssamlığı və ən başlıcası isə mükəmməl bir insan olması məni ona çox bağlamışdı! İtaliyanı, onun dilini və ədəbiyyatını əlinin içi kimi bilməsi də Alessandroya məhəbbəti və bu xalqın böyüklüyü qarşısında heyranlığına görə idi… Mənim antik və dünya ədəbiyyatı ilə tanışlığım ünsiyyətimizi asanlaşdırır, paylaşacaq mövzularımız bitmirdi… Füsun- rəssam, Füsun -həyat yoldaşı, Füsun- diplomat xanımı, səfirliyin ilk və daimi binasının memarı və rəssamı!  Senyor və senyorina Fallovollitalar  Azərbaycan dilində şeirlər və muğam dinləməyə, ədəbiyyatımızla maraqlanmağa, ətrafımızda nə varsa ilgilənməyə, Bakının rəsmini çəkməyə, Füsunun təbirincə, bayılırlardı! Üstəlik, bütün bunları Alessandroya necə sevdirmişdisə, adam məni görüncə azərbaycanca danışmağa başlayırdı!  Füsun Bakı xatirələrinin onları heç zaman tərk etmədiyini deyir! “Ah, Zöhreciim, Baküyü ne kadar özlerim, bi bilsen! Hep hatırlarım, heyatımın en güzel dönemi Baküde kecti, biliyormusun, ben heç zaman Baküdeki kibi çok çalışmadım, bahtiyar olmadım, hep beni çalıştırıyordu Bakünün enerjisi, hep dönmek isteriz Baküye,  o günlere, senin anneciyine, sizin sıcak evinize” deyir Füsun məktublarında! Bakıdakı görəvləri bitəndən sonra onlar dünyanı gəzdilər və hər yerə bir parça Azərbaycan apardılar, çünki Füsunun və Alessandronun  əldə etdiyi Bakı atributları evlərindən, Azərbaycan sevgisi ürəklərindən əskik olmadı! Dediyinə görə, Zöhrə də həyatlarında canlı bir Azərbaycan olaraq qaldı, necə ki, senyor və senyora Fallavollitolar azərbaycanlı Zöhrənin yaddaşında İtaliyanın rəmzi kimi yaşamaqdadır!

Dünyanı saran bu taclı illətin tüğyan etdiyi bir vaxtda Füsunla həmişəkindən daha tez-tez yazışırıq! Uzun-uzadı məktublarımızda zamanın gərdişindən, həyatın qəribəliyindən, fanıliyindən, sənətdən, musiqidən, ədəbiyyatdan danışırıq, inanılmaz mütaliəsi olan Füsunun Azərbaycan və rus ədəbiyatıyla bağlı sualları bitib-tükənmir. Prezidentimizlə birinci xanımımızın elə bu olaylar ərəfəsindəki Romaya səfərindən danışır, kaş Romada yenə də Azərbaycan rəssamlarının sərgisi açılaydı, koşa-koşa gedərdim deyir, Azərbaycanla  hər təması səbrsizliklə gözləyir.

Bir gün soruşdum ki, dünyanı gəzən Alessandro və Füsunun həyat  hekayəsi bu gün harda davam edir? Cavabı məni əslində gərək təəccübləndirməyəydi, zatən İtaliyanın hər yeri bir əfsanə. Amma “Abruzzo – dedi - Mərkəzi İtaliya, Sulmona vadisi, Zöhreciim, biliyormusun, Alessandro burda Ovidi lisesinin məzunu olmuştur, annesi de, babası da Lisenin hocaları olmuşlar,  burası Ovidinin doğduğu mekan. Ovidini tanırmısın?” Əlbəttə, Zöhrə Ovidini tanıyır,  “benim akıllı Zöhreciim” dedi. Onun sevdiklərini tanıdığım və bildiyim üçün mənə minnətdar idi. Donub qaldım, o Ovidinin ki bütün dünya qədim Roma və yunan əsatirlərini onun “Metamorfozalar”ından öyrənir, o Ovidinin ki, yazdığı məhəbbət əfasanələrinə görə Oktavian Avqust onu Bessarabiyanın tənha çöllərinə sürgün edib, sonra da hələ e.ə.43-cü ildə yaşayan şairin ruhu ilə XIX əsrin dahilərindən biri,  oralara sürgünə göndərilən  Aleksandr Puşkin görüşüb, “Qaraçılar” poemasında ona ithaflar yazıb, bütün rus ədəbiyyatına tanıdıb, o Ovidinin ki, ailə və vətən həsrəti ilə elə  qürbətdəcə yalnız, tənha vəfat edib və ordaca dəfn olunub… Bəlkə Ovidi olmasaydı dünya ədəbiyyatı heç zaman antik əsatirlərin bircə hekayəsinə belə sahib çıxa bilməyəcək, mütləq bir az daha kasıb olacaqdı. Kunun “ Mifı i legendı drevnrey Qresii” (“Qədim yunan mifləri və əsatirləri”) kitabını oxuduqca hər hekayənin başında “Ovididən götürülüb” yazısını görürük... Bu qədimliyin havasını udan, hər gün oyanınca pəncərəsindən Ovidinin heykəlini görən senyor Alessandronun böyük xalqı dünyaya zamanında meydan oxudu… bu xalq sərkərdələr də yetişdirdi, Sezar olub ölkələr də fəth elədi, amma dünyanın yaddaşında sevgi nəğməkarı, gözəlliklər,  Mikelanjelo,  Leanardo, Rafael, Verdi kimi rəssamlar, heykəltəraşlar, bəstəkarlar - dünyanı dünya edən nəsnələr diyarı, dahi sənət yaradıcıları bir millət olaraq  qaldı.

Bu gün İtaliya yenə də dünyanın diqqət mərkəzindədir! Həyatsevərliyi, gülərüzlüyü üzündən bir Meduza Qarqona qədər vəhşi və hiyləgər mikrob onu öz əsarətinə alıb diz çökdürmək istəyir. Gərçi bunu bizdən yaxşı kim biləcək?! Erməni virusu azmış kimi, bir də taclı idbar bəlasına qalib gəlmək vəzifəsini qoyub qarşımıza Tanrı!! Dünyanın  da bunu sakitcə seyr etməkdən başqa əlacı yoxmuş məgər!

Biz dünyanı daha gözəl, daha anlayışlı, daha tolerant görmək istəyi ilə bir multikultural məkan yaratmaq,  millətlər və xalqlar isə İtaliyanı görmək arzusu ilə yaşarkən miskin bir virus nəhəng xalqları, minillik sivilizasiyaları diz çökdürəcək hala gətirib bəşəriyyətin planlarını pozur!… Gerçəkdən də sən saydığını say, gör fələk nə sayır!...Budurmu ədalət!?

Ah, dahi Ovidi,  sən “Metamorfozalar”da dünyanın hər halının necə bir-birinə sirayət edəcəyini, o möcüzəli cevrilmələri bu qədər uzaqgörənliklə necə qələmə ala bildin axı ?! Bu əsərlərdən Kamyular, Kafkalar, Borxeslər bəhrələnəcək, zəmanəmizdən sənə boylanıb Təbiətin və İnsanın  ruhunun metamorfozasının səbəblərini axtaracaqlarmış… Bir öncəgörmə var böyük Sənətin ruhunda ki, o da bir ayrı hikmət, ayrı möcüzə…

... İndi hər kəs öz evində, mən - Bakıda, Nigar Axundova Moskvada, Sona və Herve Fransanın Bordosunda bir gözəl azərbaycanlı qızı böyütməkdə, Nigar Brnoda, Kazımla Nigar Nissada, Züleyxa ,  Aytac, Servet Türkiyədə, Sevil Londonda  Rasim Almaniyada, Sevda və Qalıb Norveçdə,  Əqidə Amerikada, Səbinə və Ramella İsveçdə, Ella İsveçrədə, dostlarımın biri Bəhreyndə, o biri Mərakeşdə, Yaponiyada, Yekaterina və Oksana  Lvovda, Odessada, Tamri və Ekaterina Tbilisidə, İntiqamla Nərgiz oğullarıyla Belçikada, Zarema Xarkovda,  Qasım müəllim Kurskda, Rza Təbrizdə, Şəfa Rəşid İspaniyada, kimsə Tehranda,  kimi unutdumsa, məzur tutun, dostlar, və s. Alessandro və Füsun da  İtaliyada, Publi Ovidi Nazonun vətəni Abruzzonun Sulmonasında, kimimiz xristian, kimimiz də müsəlman kimi  Uca Tanrıya eyni metamorfoza duasındayıq!.. Amma Tanrı dahilərin qulaqlarına öz istədiyi süjetləri pıçıldarmış. Kim bilir, nə vaxt gerçək olacaq, bu gerçəyi də görmək bizim nəsibimiz olsun. O üzdən mən burda dostlarıma ürək-dirək amacıyla  “Viva, həyat! Viva, İtaliya!” deyincə, Sulmonadan gələn məktubda “Viva, Baku! Viva, Azərbaycan!” oxudum.

Zöhrə ƏLİYEVA

Filologiya üzrə fəlsəfə doktoru,

Əməkdar Mədəniyyət İşçisi



VİDEO

Biri ermənini öpür, biri sovet bayrağı qaldırır... Günümüzə baxın! - VİDEO

Lavrov işdən kənarlaşdırılır, yoxsa oyun qurulur? - VİDEO

Dünyada xaos böyüyür, Azərbaycana təhlükə də artır... - VİDEO

Ərdoğan “Məkkə sazişi”nin arxasındakı sirri açdı - Ekspertlər şübhə ilə baxır...

Avropa Birliyinin Naxçıvan dəmir yollarında marağının görünən və görünməyən tərəfləri...

İrəvanda Azərbaycan təbii qazına qarşı ikitərəfli kampaniya başladı...

SON XƏBƏRLƏR

14.08.2026 / 13:55
Türkiyədən ABŞ-a xəbərdarlıq - İsrailə lazımi təzyiq göstərməsəz, biz hərəkətə keçəcəyik…

14.08.2026 / 13:07
NATO qırıcıları Latviyanın hava məkanını pozan dronu vurdu…

14.08.2026 / 12:50
Xəyalları ölümsüzlüyə qovuşan şəhid Xəyal...

14.08.2026 / 12:35
"Vətən müharibəsindən sonra mina partlayışları nəticəsində 73 nəfər həlak olub, 363-ü xəsarət alıb" - Baş Prokurorluq

14.08.2026 / 12:22
Naxçıvanda külli miqdarda saxta aksiz markalı alkoqollu içkilər aşkarlandı

14.08.2026 / 11:50
Norveçdən Trampı özündən çıxaracaq açıqlama - İranla müharibə məqsədlərinə çatmadı…

14.08.2026 / 11:33
Trampın Yaxın Şərqə göndərdiyi təyyarə gəmisində baş verənlər ABŞ-ı ayağa qaldırdı – silahlı qarşıdurma, intiharlar… çox sayda ölü, və yaralı var…

14.08.2026 / 10:42
Kəlbəcərdə minaya düşən şəxsin ayağı amputasiya olunub, vəziyyəti orta ağırdır

14.08.2026 / 10:20
Bölgələrdə yanğın törədən 5 nəfər məsuliyyətə cəlb olundu

14.08.2026 / 10:08
Azərbaycan Pakistanı Müstəqillik Günü münasibətilə təbrik etdi

14.08.2026 / 09:10
Xankəndiyə növbəti köç yola salındı

14.08.2026 / 08:21
Yaponiya Putinə “əks-həmlə” hazırlayır - mövzu Kurildir

14.08.2026 / 08:09
ABŞ İranla müharibədə MQ-9 Reaper dronlarının dörddə birini itirib - The Washington Post

14.08.2026 / 07:54
Moskva və Tokio arasında “Kuril mübahisəsi” yenidən qızışır

14.08.2026 / 07:21
Odessa bölgəsində "Şahed" pilotsuz təyyarəsi 340 sərnişin daşıyan qatara çırpılıb - ölənlər var…

13.08.2026 / 23:22
Rum patiarxının saxta fikirlərini partiya funksioneri yenidən səsləndirdi

13.08.2026 / 22:57
Lazarev Klubu Patriarx Kirill və Papanı bütün ermənilərin katolikosunun müdafiəsinə çağırdı - Paşinyanı “hakimiyyətin qəsbi”ndə suçladı

13.08.2026 / 22:49
Ağ ayını oyatdı, 50 min cərimə ödədi - Norveçdə…

13.08.2026 / 22:41
Macarıstanda Yupiterə həsr olunmuş qurbangah aşkarlandı

13.08.2026 / 22:09
Tahirov Vüsal Mehdi oğlunun orden və medalları

13.08.2026 / 21:44
Ərdoğan “Məkkə sazişi”nin arxasındakı sirri açdı - Ekspertlər şübhə ilə baxır...

13.08.2026 / 21:26
Zelenski ABŞ-dan “Patriot” ehtiyatlarının 5 faizini istədi - Onda qışdan sağ çıxarıq...

13.08.2026 / 21:10
Zəngəzur Elektrik Dəhlizi - Metsamor Atom stansiyası mütləq bağlanacaq...

13.08.2026 / 20:31
Tərtər sakini Kəlbəcərdə minaya düşdü...

13.08.2026 / 20:16
Avropa Birliyinin Naxçıvan dəmir yollarında marağının görünən və görünməyən tərəfləri...

13.08.2026 / 19:58
"PKK qanunu" Türkiyə siyasətini parçaladı - beynəlxalq reytinqçilər inamsız yanaşır...

13.08.2026 / 19:41
İrandan Azərbaycana narkotik keçirməyə cəhd göstərən şəxs saxlandı

13.08.2026 / 19:25
İran generalı TRIPP layihəsi ilə bağlı Ermənistanı hədələdi - heç bir razılıq yoxdur...

13.08.2026 / 19:08
Naxçıvanın üzərindən Türkiyəyə və Avropaya elektrik ixrac olunacaq...

13.08.2026 / 18:49
Müharibə aparan ölkələrə "Avroviziya” qadağası - Təşkilatçılar qərar verdi...

13.08.2026 / 18:32
Rusiya Kennedinin qardaşı oğlu barədə qiyabi həbs qərarı çıxardı

13.08.2026 / 18:17
İran Fransanı “utancverici ikiüzlülükdə” ittiham etdi – buna son qoyun...

13.08.2026 / 18:05
Medvedev vətənpərvərlik hisslərini bölüşməyən rus gəncləri təhqir etdi - "axmaqlar"…

13.08.2026 / 17:48
Türkiyəda göyərtəsində 115 nəfərin olduğu gəmi yandı... - VİDEO

13.08.2026 / 17:43
Trampın "ən etibarlı köməkçisi” işdən ayrıldı

13.08.2026 / 17:25
Azərbaycanda vətəndaş cəmiyyətinin inkişafında rəqəmsallaşma və innovasiyalar ön plana çıxır

13.08.2026 / 17:09
Ermənistan enerji təhlükəsizliyini Azərbaycana həvalə etməyə hazırdır

13.08.2026 / 16:56
TRIPP ətrafında yeni oyunlar başlanır, amma Azərbaycan israrlıdır...

13.08.2026 / 16:41
APA ilə Çinin CCTV+ Agentliyi arasında əməkdaşlıq sazişi imzalanıb

13.08.2026 / 16:30
Rusiya Azərbaycan üzərindən Ermənistana 20 vaqon buğda göndərdi... - YENİLƏNDİ

13.08.2026 / 16:17
“İran Azərbaycana qarşı qərəzli yanaşmadan imtina etsə, əməkdaşlıq üçün böyük imkanlar açılar”

13.08.2026 / 16:05
"Toxumçuluq haqqında" qanun təsdiqləndi

13.08.2026 / 16:00
Məşhur rejissorların teatr premyeraları və əfsanəvi tamaşaları Bakı Beynəlxalq İncəsənət Festivalında nümayiş olunacaq

13.08.2026 / 15:57
Səhiyyə Nazirliyi və TƏBİB "qarayara" xəstəliyi ilə bağlı birgə məlumat yayıb

13.08.2026 / 15:43
Naxçıvanı, Qarabağ və Zəngəzuru vahid konsepsiyada birləşdirən nələrdir?..

13.08.2026 / 15:30
İrəvanda Azərbaycan təbii qazına qarşı ikitərəfli kampaniya başladı...

13.08.2026 / 15:25
ABŞ-dan Kubaya hərbi müdaxilə təhdidi - Bütün variantlar masadadır…

13.08.2026 / 15:05
Rusiya ilə Yaponiya arasında gərginlik… Putinin Kuril adalarına səfəri 80 illik böhranı yenidən alovlandırdı - səfir XİN-ə çağırıldı...

13.08.2026 / 14:50
Trampın mühafizəsi gücləndirildi – qolfu belə HHM sisteminin mühafizəsi altında oynayır...

13.08.2026 / 14:23
Paşinyan azərbaycanlı mütəxəssislərin Ermənistan səfər etdiyini açıqladı…

13.08.2026 / 13:41
Naxçıvanın dəmiryolları beynəlxalq konsorsiuma veriləcək - Tramp burada da aparıcı ola bilər...

13.08.2026 / 13:23
Rusiyada yanacaq böhranının yeni dalğası - benzin satışında növbələr yenidən başladı…

13.08.2026 / 13:21
Samuxda kütləvi zəhərlənmə - xəstəxanaya yerləşdirilənlərin sayı 10-a çatdı...

13.08.2026 / 13:02
Məleykə Abbaszadə abituriyentlərə çağırış etdi

13.08.2026 / 12:48
Ata valideynlik hüququndan könüllü imtina etdi - Ali Məhkəmədən SON QƏRAR...

13.08.2026 / 12:36
Prezident İlham Əliyev Almaniyanın yeni səfirinin etimadnaməsini qəbul etdi - FOTO

13.08.2026 / 12:24
Sədərəklilər TRİPP layihəsinin tezliklə icra olunacağına ümid edirlər

13.08.2026 / 12:10
Paşinyan Alen Simonyana yeni vəzifə verdi…

13.08.2026 / 11:52
Gürcüstan Azərbaycan və Türkiyə ilə əlaqələrini gücləndirmək istəyir

13.08.2026 / 11:34
Hörmüz boğazı sözdə Trampın, praktikada SEPAH-ın nəzarətindıdir... Müəmma...

13.08.2026 / 10:19
Putin ilk dəfə Kuril adalarına səfər edib…

13.08.2026 / 10:08
Özgür Özəlin toxunulmazlığının götürülməsi prosesi başladı...

13.08.2026 / 10:05
İran ABŞ-ı təkzib etdi - Hörmüz şərtlərimiz qəbul edilənə qədər açılmayacaq…

13.08.2026 / 09:45
DYP piyadalara müraciət etdi...

13.08.2026 / 09:10
ABŞ Latın Amerikası müttəfiqlərini BCM-dən çıxmağa çağırdı

13.08.2026 / 07:27
ABŞ ordusu İraqdan çıxır…

13.08.2026 / 07:18
The Intercept və Mətbuat Azadlığı Fondu (FPF) Trampı məhkəməyə verdi - vəzifədən şəxsi mənfəəti üçün istifadə…

13.08.2026 / 07:05
ABŞ vətəndaşlığı üçün “doğum turizmi” çiçəklənir? - Dövlət Departamenti hərəkətə keçdi

12.08.2026 / 23:34
"Raket və dronlarımızın 75%-dən çoxunu istifadə etməmişik" - İranlı general ABŞ-a meydan oxudu...

12.08.2026 / 22:19
İran Məkkə sazişınə qoşula biıər?

12.08.2026 / 22:09
Zaxarova Zelenskinin İrəvandakı bəyanatından hələ də qıcıqlanır

12.08.2026 / 21:53
Fransa müstəmləkələri ilə bağlı Bakıdan önəmli təşəbbüs - BMT yenidən müdaxilə etməlidir...

12.08.2026 / 21:35
Rusiya ilə Britaniya arasında birbaşa toqquşma risqi - Gerasimov ingilis həmkarının zənglərinə cavab vermir...

12.08.2026 / 21:12
Naxçıvan möcüzəsi - blokadadan regional nəqliyyat-tranzit mərkəzinə qədər...

12.08.2026 / 20:34
Tramp bütün dünyaya elan etdi - ABŞ ordusu Hörmüz boğazında nəzarəti tam ələ keçirdi...

12.08.2026 / 20:20
Bugünkü Günəş tutulmasının hesablaması dəccalizmin tezliklə bitəcəyini xəbər verir

12.08.2026 / 19:25
Xaçmazda divarlara narkotik vasitələri təbliğ edən yazılar yazan üç nəfər yaxalandı

12.08.2026 / 19:12
Xocavənddə buldozer minaya düşüb, 2 nəfər yaralandı...

12.08.2026 / 18:58
Putin orduya Qərb ölkələrinə cavab vermək əmri verdi - gəmiləri ələ keçirin!...

12.08.2026 / 18:44
Türkiyə parlamentinin "PKK qanunu" kağız üzərində qala bilər...

12.08.2026 / 18:24
Ukraynanın dron hücumundan sonra Novorossiyskdəki taxıl terminalı fəaliyyətini dayandırdı

Azərbaycanda vətəndaş cəmiyyətinin inkişafında rəqəmsallaşma və innovasiyalar ön plana çıxır

XƏBƏR ARXİVİ