Cümə günü, 20 noyabr 2026
ANA SƏHİFƏ
SON XƏBƏRLƏR
BAKI-XƏBƏR TV
ƏLAQƏ
MENYU
Dünya
Gündəm
Siyasət
İqtisadiyyat
Sosial
Kriminal
Mədəniyyət
İdman
Mətbuata dövlət qayğısının müasir kamil modeli-azərbaycançılığın praktik nümayişi kimi...
Tarix: 22.07.2016 / 01:47
Bölmə: Layihə
II yazı
Azərbaycançılıq ideologiyasının formalaşmasında, təbliğində, yayılmasında önəmli rolu olan Azərbaycan milli mətbuatı bu müqəddəs ideologiyanın ən güclü daşıyıcısıdır. Milli mətbuatımız və azərbaycançılıq yüz ildən artıqdır yol gəlir. 141 ildir milli mətbuatımız azərbaycançılıq ideologiyasının yorulmaz tərənnümçüsü, təbliğatçısı kimi özünü göstərə bilir.
Bildiyimiz kimi, Azərbaycan mətbuatı 15-20 il əvvəlki mətbuat deyil, artıq güclənmiş ölkəmizdə və Cənubi Qafqazda, eləcə də beynəlxalq aləmdə öz sözünü deyən mətbuatdır. Onu da qeyd edək ki, mətbuatımızın bu səviyyədə inkişafına görə dövlətimizə borcluyuq. Çünki ən çətin şəraitdə Azərbaycan dövləti mətbuatdan öz dəstəyini əsirgəmədi. Bu da mətbuatımızın yad təsirlərə düşməsinə əngəl oldu. Mediamız dövlətçiliyə, azərbaycançılıq ideologiyasına sadiq bir təsisatdır. Yeni dövrünü yaşayan mətbuatımızın 141 yaşının tamam olması həqiqətən də qürurverici bir hadisədir. Qos-qoca mətbuatımız xalqımızın maariflənməsində, cəmiyyətimizin inkişafında, dövlətçiliyimizin qorunmasında mühüm rola malikdir. Müstəqil Azərbaycan dövləti çoxmillətli, çoxdinlidir və mediamız da hər bir xalqın, dinin nümayəndəsinə böyük sayğı ilə yanaşır. Mətbuatımıza gəlincə, respublikamızda çeşidli media orqanları, elektron KİV-lər, radio və televiziyalar fəaliyyət göstərir. Faktdır ki, dövlət quruculuğunda, dövlət və ictimaiyyət münasibətlərinin yaranmasında, formalaşmasında önəmli rolu mətbuat oynayır. Mediamız bu gün də o missiyanı davam etdirməkdədir.
Azərbaycan mətbuatının 130 illiyi ilə bağlı verilən Sərəncamda qeyd edilirdi ki, azad mətbuatın inkişafına əngəl yaradan süni məhdudiyyətlərin, o cümlədən senzuranın aradan qaldırılması, qanunvericiliyin təkmilləşdirilməsi və müasir dünya standartlarına uyğunlaşdırılması, kütləvi informasiya vasitələrinin maddi-texniki bazasının möhkəmləndirilməsi və onlar üçün çoxsaylı güzəştlərin müəyyənləşdirilməsi, bu istiqamətdə verilmiş bir sıra fərman və sərəncamlar, mətbuat işçiləri ilə mütəmadi görüşlər ənənəsinin yaradılması, KİV-lə bağlı problemlərə operativ və prinsipial müdaxilə - bütün bunlar Heydər Əliyevin azad sözə və onun daşıyıcılarına münasibətini səciyyələndirən faktlardır: "Bu gün dövlət-mətbuat münasibətlərində Heydər Əliyevin siyasətini və ənənələrini davam etdirərək, Azərbaycan dövləti mətbuatın fəaliyyətinə normal şərait yaradılması, onun cəmiyyət həyatına təsirinin, demokratikləşmə proseslərində rolunun təmin edilməsi və artırılması, vətəndaşların və jurnalistlərin informasiya almaq hüququnun tam reallaşdırılması üçün ardıcıl tədbirlər görür. Qloballaşma və informasiya əsrində bütün dövlət orqanlarının fəaliyyətində professionallıqla yanaşı, şəffaflıq prinsiplərinin də tətbiq olunmasını təmin etmək zərurəti yaranır, onların ictimaiyyətlə əlaqələrinin fəallaşdırılması üçün təsirli tədbirlər görülür. İndiki şəraitdə dövlət qurumları qarşısında KİV-lə normal, işgüzar münasibətlərin qurulması, jurnalistlərin informasiya almaq hüquqlarına hörmətlə yanaşılması, mətbuatla hərtərəfli əməkdaşlıq edilməsi vəzifəsi qoyulmuşdur. Bundan başqa, mətbuatın müstəqilliyinin, maddi bazasının, maliyyə təminatının möhkəmləndirilməsində, jurnalistlərin peşəkarlıq səviyyəsinin, jurnalist nüfuzunun yüksəldilməsində dövlətin maraqlı olduğu bəyan edilir və bunun üçün konkret tədbirlər görülür. Mətbuat və informasiya sahəsində münasibətləri tənzimləyən dövlət qurumunun olmadığı şəraitdə ictimai özünütənzimləmə orqanı kimi Mətbuat Şurasının rolu artırılmalıdır. Mətbuat Şurası dövlət-mətbuat, vətəndaş-mətbuat münasibətlərinin sivil yolla nizamlanmasında, jurnalist etikasına əməl olunmasında, jurnalistlərin hüquqlarının müdafiəsində, informasiya almaq imkanlarının genişləndirilməsində getdikcə daha fəal rol oynamalıdır. Mətbuatdan və bütün kütləvi informasiya vasitələrindən daha çox obyektivlik, peşəkarlıq, qərəzsizlik, yüksək milli şüur və vətənpərvərlik, aktual problemlərə diqqət yönəldilməsi gözlənir...".
Milli mətbuatımız hər zaman ictimaiyyətlə dövlət arasında çox isti bir əlaqə forması olub. Əksər hallarda ictimaiyyət öz problemlərinin həllini mətbuata həvalə edib. Bir sözlə, mətbuat ictimaiyyətin və dövlətin maraqlarını müdafiə etmək məsələsində həmişə ön sırada durub. Azərbaycan dövləti də, öz növbəsində, müasir milli mətbuatımıza, media nümayəndələrinə qayğı və diqqət göstərib. Dövlət maraqlarının müdafiəsində, azərbaycançılığın təbliğində Azərbaycan mediası yetərli iş görür. Dövlətimiz inkişaf etdikcə mətbuatımız da böyük tərəqqi yolu keçir. Hətta milli mətbuatımızın müxtəlif dövrlərini müqayisə edib konkret nəticələr söyləyənlər də az olmayıb. Media ekspertləri qeyd edir ki, Azərbaycan mətbuatına dövlət qayğısı sovet dövründə də olub. Ekspertlər deyir ki, bu, Azərbaycanın sabiq prezidenti Heydər Əliyevin qayğısı ilə bağlı olub. Azərbaycanda mətbuata dövlət qayğısı hələ 1970-80-ci illərdə öz yüksək səviyyəsinə çatıb. Heydər Əliyevin mətbuata qayğısı nəticəsində bütövlükdə cəmiyyət həyatının bütün sahələri ilə birlikdə mətbuat da inkişaf etdirilib. Hələ keçən əsrin 90-cı illərinin ortalarında - müstəqil dövlətimiz öz ilk Konstitusiyasını qəbul etdikdən, yeni parlament seçildikdən sonra prezident Heydər Əliyev ölkədə teleradio yayımının keyfiyyətinin yaxşılaşdırılması məqsədilə yeni, müasir avadanlıqların alınmasına və quraşdırılmasına nail olub. Qeyd edək ki, Qafqazda ilk olaraq Azərbaycanda sovet dönəmindən qalan teleötürücü qurğular dəyişdirilib. Azərbaycanda son illər mətbuata dövlət qayğısının özünəməxsus nümunəsi formalaşdırılıb. Biz bunu milli mətbuatımızın yubiley dönəmlərində, eyni zamanda da başqa vaxtlarda hiss edirik. Dövlət jurnalistlərin əməyini yüksək qiymətləndirir. Redaksiyaların maddi-texniki bazasının möhkəmləndirilməsi üçün həyata keçirilən tədbirlər həmin məntiqi bir daha sübut etdi.
"İki Sahil" qəzetinin baş redaktoru, əməkdar jurnalist Vüqar Rəhimzadə mediamızın inkişafını şərh edib: "...Hər birimiz 1990-cu ildə Azərbaycanın düşdüyü ağır günlərin şahidiyik. Azərbaycanda çox çətin bir dövr idi, insanların sabaha ümidi yox idi, gərgin sosial həyat tərzi yaşayırdılar. İnsanların şəxsi həyatına kifayət qədər müdaxilələr olurdu. Bu proses təbii ki, mətbuatdan da yan keçmirdi. Azərbaycanda senzuranın, xüsusilə hərbi senzuranın mövcudluğu mətbuatın, jurnalistikanın məhvinə yönəlmişdi. Jurnalistlərə qarşı fiziki, mənəvi təzyiqlərin, təqiblərin baş alıb getdiyi bir dövrdə yaşayırdıq. Ulu öndərin 1993-cü ilin iyun ayında xalqın təkidli tələbi ilə hakimiyyətə qayıdışı bütövlükdə Azərbaycanı məhv olmaq təhlükəsindən qurtardı. Baxmayaraq ki, 1991-ci ildə ölkə parlamentində müstəqillik aktı qəbul olunmuşdu, amma ölkədə müstəqillikdən söhbət gedə bilməzdi. Bütün bu təqib və təhlükələr ulu öndərin hakimiyyətə qayıdışı ilə arxada qaldı, Azərbaycan tənəzzüldən tərəqqiyə qədəm qoydu. Bu dövrdə də kifayət qədər fərman və sərəncamlar imzalandı ki, bu gün Azərbaycan dövlətinin varlığı, mövcudluğu, dünya birliyində özünə layiqli yer tutması ulu öndərin adı ilə bağlıdır. Azərbaycanda müstəqil mətbuatın inkişafı, yaranması, mövcudluğuna məhz həmin dövrdə və ulu öndərin imzaladığı sərəncamlarla, qərarlarla çox böyük təkan verildi. 1998-ci il avqustun 6-da senzuranın ləğvi ilə bağlı imzalanan Sərəncama əsasən, mətbuat üzərindən dövlət nəzarət mexanizmi götürüldü. Ulu öndərin təməlini qoyduğu siyasət bu gün cənab Prezident İlham Əliyev tərəfindən uğurla həyata keçirilir. İstər daxili, istər xarici siyasət, istərsə də regionlarda quruculuq işləri gedir. Bu gün Azərbaycan müasir şəkildə dünyaya təqdim olunur, bütövlükdə yenidən qurulur.
Bundan əlavə, Mətbuat Şurasının fəaliyyətini qeyd etmək istərdim. Bu müddət ərzində bu qurum çox uğurla fəaliyyət göstərib.
2005-ci ildə Azərbaycan milli mətbuatının yaranmasının 130 illiyində Prezident İlham Əliyev ümummilli lider Heydər Əliyevin siyasətini çox uğurla davam etdirərək, "Əməkdar jurnalist" adının bərpa olunmasını və ölkənin aparıcı media nümayəndələrinin ali mükafatlarla, həmçinin, "Tərəqqi" medalı ilə təltif olunmasını, redaksiyalara birdəfəlik maliyyə yardımlarının ayrılmasını təmin etdi. Təbii ki, bu da mətbuatın inkişafı üçün böyük zəmindir. Kütləvi İnformasiya Vasitələrinə Dövlət Dəstəyi Fondunun yaradılması və fəaliyyəti Azərbaycan mətbuatı tarixində çox önəmli bir hadisə idi. Hər bir qəzet, jurnal, mətbuat orqanı, jurnalist bu fondun fəaliyyətindən bəhrələnir və onunla yaxından əməkdaşlıq edir. Mən xüsusilə qeyd etmək istərdim ki, 2010-cu ildə milli mətbuatın yaranmasının 135 illiyində cənab Prezident İlham Əliyev Azərbaycan Mətbuat Şurasının inzibati binasının açılışında və orada MŞ-nin İdarə Heyətinin üzvləri ilə görüşdə bir çox məsələlərə toxundu. Burada jurnalistlərin mənzil-məişət şəraitinin yaxşılaşdırılması ilə bağlı məsələlər dinlənildi. Bundan bir neçə saat sonra xüsusi Sərəncamla jurnalistlər üçün yeni yaşayış binasının tikilməsinə vəsait ayrıldı. Hesab edirəm ki, bu, analoqu olmayan hadisədir. Həm jurnalistlərin mənzil-məişət şəraitinin yaxşılaşdırılması, həm Prezident yanında Kütləvi İnformasiya Vasitələrinin İnkişafına Dəstək Fondunun (KİVDF) yaradılması, jurnalistlərin ali dövlət mükafatları ilə təltif olunması və digər kifayət qədər faktlar sadalamaq olar ki, bu, dövlətin, xüsusilə dövlət başçısı İlham Əliyevin bu sahəyə diqqətinin nümunəsidir".
Vüqar Rəhimzadə, həmçinin, Azərbaycan jurnalistlərinin mənzil-məişət şəraitinin yaxşılaşdırılması məsələsinə də diqqət çəkib. Ehtiyacı olan jurnalistlərin mənzillə təmin olunduğunu vurğulayan baş redaktor həmin hadisəni ölkədə jurnalistlərə göstərilən dövlət qayğısının çox böyük nümunəsi adlandırıb, bu prosesin davamlı olaraq həyata keçirildiyini xatırladıb: "Jurnalistlər üçün tikilən binanın açılışında, növbəti binanın tikintisinin başlanması, təməlqoyma mərasimində möhtərəm Prezidentin şəxsən iştirakı jurnalistlərə bir daha böyük diqqətin, qayğının göstərilməsidir".
Qeyd edək ki, Azərbaycan Respublikası Prezidentinin mətbuata qayğısı misilsizdir.
Ekspertlər vurğulayır ki, Azərbaycan KİV-i tarixin bütün mərhələlərində öz sözünü deyə bilib. Qeyd edilənə görə, Azərbaycan mətbuatı öz platformasında bu istiqamətdə çox dəyərli işlər görməyi bacardı. Amma hesab etmək olar ki, sovet dövrü Azərbaycan mətbuatının yenidən formalaşmasını təmin etdi, həm də mətbuatın milli keyfiyyətlərdə formalaşmasının əsasını qoydu. 1978-ci il hüquqi-siyasi islahatı milli mətbuatın inkişafında keyfiyyətcə yeni mərhələyə yol açdı. 1978-ci ildə qəbul edilən Azərbaycan SSR-in Konstitusiyasında ulu öndər Heydər Əliyev tərəfindən Azərbaycan dili dövlət dili kimi təsdiq etdirildi. Məhz Azərbaycan dilinin dövlət dili kimi təsdiq olunması Azərbaycan mətbuat dilinin və bütövlükdə Azərbaycan dilinin inkişafı tarixində böyük bir hadisəyə çevrildi. Ona görə də məhz dilin inkişafı ilə bağlı belə bir hüquqi-siyasi, konstitusion əsasın yaradılması Azərbaycan mətbuatının inkişafı qarşısında yeni üfüqlər açdı. Beləliklə, artıq Azərbaycan dilinin inkişafı istiqamətində çox böyük işlər həyata keçirilməyə başlandı. Bu dövrdə Azərbaycan mətbuatı inkişaf etdi, gözəl bir ənənə yaratdı, Azərbaycan dilinin səlisləşməsinə xidmət etdi.
Əlbəttə, ən böyük hadisə 1991-ci il oktyabrın 18-də Azərbaycan Respublikasının dövlət müstəqilliyini əldə etməsindən sonra baş verdi. O illərdə artıq yeni əsaslarda müstəqil Azərbaycan mətbuatı formalaşdı. Azərbaycan mətbuatının böyük hamisi və qayğıkeşi, mətbuatın missiyasını və funksiyasını dərindən başa düşən, onu lazımınca qiymətləndirməyi bacaran Heydər Əliyev 1998-ci ildə mətbuat üzərində senzuranı ləğv etdi. Ulu öndərin imzaladığı Fərmanla Nazirlər Kabineti yanında mətbuat və digər kütləvi informasiya vasitələrində dövlət sirlərini mühafizə edən baş idarə ləğv edildi, hərbi sirlərin mühafizəsi ilə bağlı 16 aprel 1992-ci il tarixli Fərman və bütün informasiya üzərində nəzarətin tətbiq edilməsi ilə bağlı 15 aprel 1993-cü il tarixli Sərəncam qüvvəsini itirmiş elan edildi. Bundan başqa, 1999-cu ilin sonunda "Kütləvi informasiya vasitələri haqqında" yeni Qanunun qəbulu media təsisatının inkişafını şərtləndirən, bəhs edilən sahəyə müvafiq surətdə sahəvi və ümummilli münasibətləri tənzimləyən hüquqi bazanın zənginləşdirilməsi işinə əhəmiyyətli töhfə oldu.
2000-ci ilin mart ayında Heydər Əliyevin Sərəncamı ilə "2000-2001-ci illərdə kütləvi informasiya vasitələrinin maddi-texniki şəraitinin yaxşılaşdırılması üzrə tədbirlər proqramı" təsdiq olundu. İdarəçilik sisteminin islahatı çərçivəsində Mətbuat və İnformasiya Nazirliyi ləğv edildi, kütləvi informasiya vasitələrinin yaranması və fəaliyyətinin hüquqi əsaslarının möhkəmləndirilməsi məqsədilə Milli Mətbuat, Teleradio və İnternet Şurası yaradıldı.
Azərbaycan mətbuatı uzun və şərəfli bir yol keçib. Bu yolun yolçuları olan mətbuat nümayəndələri dövlətə, dövlətçiliyə, xalqa, azərbaycançılığa qəlbən bağlıdır. Azərbaycan mətbuatının uğurları hələ qabaqdadır...
İradə SARIYEVA
Yazı Azərbaycan Respublikasının Prezidenti yanında Kütləvi İnformasiya Vasitələrinin İnkişafına Dövlət Dəstəyi Fondunun maliyyə dəstəyilə çap olunur.
DİGƏR XƏBƏRLƏR
Tarix: 24.08.2016 / 01:18
Bölgələrimizdə multikulturalizm tədbirləri azərbaycançılığın əyani nümayiş forması kimi...
Tarix: 19.08.2016 / 02:28
Təsviri incəsənət tariximizin örnəkləri azərbaycançılıq nümunələri kimi...
Tarix: 18.08.2016 / 01:39
Təsviri incəsənət tariximizin örnəkləri azərbaycançılıq nümunələri kimi...
Tarix: 16.08.2016 / 15:36
Alimlərimizin multikulturalizm - mədəni müxtəlifliyin problemlərinin tədqiqinə azərbaycançılıq müstəvisində metodoloji yanaşmaları...
Tarix: 11.08.2016 / 01:34
Azərbaycançılığın ayrılmaz istiqaməti olan multikulturalizm Azərbaycanda dönməz həyat tərzinə çevrilib
Tarix: 10.08.2016 / 01:11
Azərbaycançılığın ayrılmaz parçası olan multikulturalizm Azərbaycanda həyat tərzidir...
Tarix: 09.08.2016 / 17:07
Mirzə Fətəli Axundovun fəlsəfi baxışları və Azərbaycan tolerantlıq tarixində onun yeri...
Tarix: 06.08.2016 / 01:49
Mirzə Fətəli Axundovun fəlsəfi baxışlarının Azərbaycan tolerantlığında yeri...
Tarix: 05.08.2016 / 01:42
Mirzə Fətəli Axundovun fəlsəfi baxışlarının Azərbaycan tolerantlığında yeri...
Tarix: 04.08.2016 / 01:29
Azərbaycan kinosu və azərbaycançılıq təbliğatı...
Tarix: 03.08.2016 / 02:14
Azərbaycan kinosu və azərbaycançılıq...
Tarix: 02.08.2016 / 02:00
Aşıq sənəti - azərbaycançılığın mühüm ifadə formalarından biri kimi...
VİDEO
Tarix: 17.10.2026 / 17:10
Aydın Quliyev Mətbuat Şurasında seçkilərə qatılmamasının səbəblərini qurultayda açdı... - VİDEO
Tarix: 27.11.2025 / 11:10
Biri ermənini öpür, biri sovet bayrağı qaldırır... Günümüzə baxın! - VİDEO
Tarix: 12.11.2025 / 11:05
Lavrov işdən kənarlaşdırılır, yoxsa oyun qurulur? - VİDEO
Tarix: 19.11.2026 / 21:35
“Günəş fəallığı” Xəzər suyuna təsir edən sonuncu amıldir - Rusiyadan gələn izaha cavab...
Tarix: 19.11.2026 / 20:33
Putin “nüvə çantası”nı özü ilə Çinə niyə aparmışdı...
Tarix: 19.11.2026 / 16:18
Ermənilər Qarabağda Amaras udin-alban abidəsinə kor iddialardan əl çəkmirlər...
SON XƏBƏRLƏR
20.11.2026 / 08:21
Ukraynanın NATO-ya üzvlüyü gündəmdə -
yalnız ərazi güzəşti qarşılığında…
20.11.2026 / 08:11
Netanyahunun əsas rəqibi hərəkətə keçdi -
Ayzenkot ərəb partiyaları ilə koalisiyaya gedir
20.11.2026 / 08:01
Senat Trampın İrana qarşı müharibə səlahiyyətini məhdudlaşdırmaq cəhdini rədd etdi
20.11.2026 / 00:45
Beynəlxalq Məhkəmədən tarixi qərar...
Myanma Arakan müsəlmanlarına qarşı rəsmən soyqırımda ittiham olundu – təzminat ödəyəcəklər…
20.11.2026 / 00:11
Qarakənd faciəsindən 35 il ötür...
20.11.2026 / 00:01
Bu gün Ağdam Şəhəri Günüdür
- Qarabağın dirçəliş rəmzinə çevrilən Ağdam...
19.11.2026 / 22:53
Azərbaycan tarixinin öyrənilməmiş səhifələri
19.11.2026 / 22:35
Sadiq həmişə müharibənin qələbə ilə bitəcəyini deyirdi…
19.11.2026 / 21:58
Yeni prezident seçkilərinə qədər Əkrəm İmamoğluna “siyasətlə məşğulluq” qadağası qoyuldu...
19.11.2026 / 21:35
“Günəş fəallığı” Xəzər suyuna təsir edən sonuncu amıldir
- Rusiyadan gələn izaha cavab...
19.11.2026 / 21:17
Almaniya Cənubi Qafqazda sülh prosesi ilə bağlı yeni kurs elan etdi...
19.11.2026 / 21:04
Prezident İlham Əliyevin sosial media hesablarında Vyetnama səfəri ilə bağlı videoçarx paylaşılıb
19.11.2026 / 20:50
Paşinyan Azərbaycan XİN-lə tam razılaşdı...
19.11.2026 / 20:33
Putin “nüvə çantası”nı özü ilə Çinə niyə aparmışdı...
19.11.2026 / 20:19
QHT “Süni intellekt dövrünün tələbəsi necə olmalıdır” adlı layihə icra edir...
19.11.2026 / 20:15
Aşqabad bütün istiqamətlərdə diplomatiyanı dəyişir, tək Türk birliyindən başqa
- Şok səbəblər...
19.11.2026 / 19:55
Paşinyandan üsyan etdi
- 1870-ci illərdən bəri... bizi türklərə düşmən etdilər...
19.11.2026 / 19:35
Sumqayıtda “Psixologiya və Şəxsi İnkişaf” forumu keçirilib
- FOTO
19.11.2026 / 19:18
2023-cü ilin 1 yanvarından bu yana 220 manat məbləği dəyişməyib
- niyə?
19.11.2026 / 19:02
Ermənistan Alban irsini özününküləşdirərək UNESCO-ya daxil etmək istəyir – TƏXRİBAT
19.11.2026 / 18:56
Tramp Putin və Cinpinlə görüşdə İranın nüvə silahına sahib olmasına imkan verməyəcəyini bəyan etdi...
19.11.2026 / 18:43
Putindən sərt mesajlar
- Krım körpüsünə cavab, ərazi məsələsində güzəştsizlik və Qərbə xəbərdarlıq...
19.11.2026 / 18:41
ORMEŞƏNİN ŞƏRƏF DASTANI
- Vətənə, qəhrəmanlığa və yaddaşa yazılan əbədi abidə
19.11.2026 / 18:28
YAP: 34 illik zəngin siyasi irs və yeni dövrün strateji hədəfləri
19.11.2026 / 18:23
Sahibə Qafarova Türkmənistanda Matviyenko ilə görüşdü
19.11.2026 / 18:21
Şəhid adı əbədidir...
19.11.2026 / 18:18
Ermənistanda TRIPP layihəsinin həyata keçirilməsi üçün vəsait ayırdı...
19.11.2026 / 18:13
Putin, Tramp və Si Cinpin sülh haqqında Bəyannamə qəbul etdilər
19.11.2026 / 18:01
İranın ağası və... dığası
- YUNUS OĞUZ yazır
19.11.2026 / 17:57
Səməd Vurğunun böyük Vətən sevgisi
19.11.2026 / 17:41
“Deputatların “üsyankar” çıxışları idarə olunur”
- İddia...
19.11.2026 / 17:24
Astanada TÜRKPA Səhiyyə komitələri üzvlərinin 3-cü iclası keçirilib
19.11.2026 / 17:10
Prezident İlham Əliyev Vyetnama səfərə edib
- FOTO
19.11.2026 / 16:55
Çində tarixi görüş
- Putin, Tramp və Cinpin nələri müzakirə etdi...
19.11.2026 / 16:18
Ermənilər Qarabağda Amaras udin-alban abidəsinə kor iddialardan əl çəkmirlər...
19.11.2026 / 16:10
Almaniya Qafqazda ümidini Azərbaycana bağladı -
enerjinin gücü budur bax...
19.11.2026 / 15:49
Tramp İranla bağlı təzə taktika işə salıb -
"məhdud zərbələr"...
19.11.2026 / 15:18
Anna Akopyan Nikol Paşinyanı hakimiyyətdən devirir...(?)
19.11.2026 / 14:46
Qərbi Azərbaycan İcması Tom Lantos Komissiyasını qərəzli yanaşmadan əl çəkməyə çağırdı
19.11.2026 / 14:41
Bakı-İrəvan sülh prosesinin "altına bomba qoyulur" -
qatil Monte Melkonyana kino çəkildi...
19.11.2026 / 14:40
Azərbaycanda ərzağa xərclənən pullar artır, lakin başadüşülən səbəblər var...
19.11.2026 / 14:26
Tramp APEC sammitində Cinpin danışarkən yatdı...
- VİDEO
19.11.2026 / 14:22
Parakənd Xalkolit yaşayış yeri
19.11.2026 / 14:11
İnformasiya texnologiyaları Azərbaycanın inkişafında yeni güclü mənbə kimi özünü daha çox təsdiqləyir....
19.11.2026 / 13:57
Rusiyanın ABŞ-la yeni bazarlıq planları -
Kalininqraddan çıxırıq, Ukraynanı NATO-ya buraxırıq...
19.11.2026 / 13:56
"Ermənistanın 200-dən çox kütləvi məzarlığın yerini açıqlamasını gözləyirik"
- Hikmət Hacıyev
19.11.2026 / 13:44
Prezident İlham Əliyev: "Bu gün Azərbaycan Cənubi Qafqazda əsas logistika və energetika habıdır"
19.11.2026 / 13:42
"Heydər Əliyev Fondu Vyetnamla humanitar münasibətlərin dərinləşməsinə fəal surətdə kömək edir"
- Prezident
19.11.2026 / 13:40
Prezident: "Vyetnam biznesinin Azərbaycan iqtisadiyyatında iştirakı münasibətlərin mühüm tərkib hissəsidir"
19.11.2026 / 13:37
Paşinyan yeni Konstitusiya qəbul olunmayacağı təqdirdə istefa verəcəyini bəyan etdi...
19.11.2026 / 13:34
"Azərbaycan-Vyetnam iqtisadi-ticari əlaqələri ardıcıl şəkildə inkişaf edir"
- Prezident
19.11.2026 / 13:32
Prezident İlham Əliyev Vyetnam Xəbər Agentliyinə müsahibə verib
19.11.2026 / 13:21
Cinpin Tayvanla bağlı Trampa çağırış etdi
- Tramp ABŞ-ın Tayvanın müstəqilliyini dəstəkləmədiyini dedi...
19.11.2026 / 13:06
Alen Simonyan müxalifəti hədələdi
– “yeni Konstitusiya qəbul edilməsə... onları darmadağın edəcəyik”
19.11.2026 / 12:47
Putin, Tramp və Si Cinpin arasında ilk üçtərəfli görüş başladı...
19.11.2026 / 12:26
Putin və Tramp arasında görüş keçirildi...
19.11.2026 / 12:12
Xeyirxahlıq missiyası
19.11.2026 / 12:07
Xəzərin sahilboyu ərazilərinin idarə olunması üçün yeni mexanizmlər tətbiq ediləcək...
19.11.2026 / 11:59
Simonyan Azərbaycana gəlir...
19.11.2026 / 11:43
Xəzərin sahilindəki qanunsuz tikililərin taleyi necə olacaq?
- Açıqlama
19.11.2026 / 11:30
"Xəzərin sahilboyu ərazilərində qanunsuz fəaliyyətlər də mövcuddur"
- İlqar Həbiyev
19.11.2026 / 11:17
“Dünya misli görünməmiş kiberdəyişikliklərin yalnız başlanğıcındadır"
- DTX rəis müavini
19.11.2026 / 10:30
Bakıda ilk dəfə avtobuslar üçün ayrıca svetofor quraşdırılacaq...
19.11.2026 / 10:07
Məleykə Abbaszadə Bakı Dövlət Universitetinin rektoru təyin edildi
19.11.2026 / 10:05
Elçin Babayev Bakı Dövlət Universitetinin rektoru vəzifəsindən azad edildi
19.11.2026 / 09:41
ABŞ-ın üç aviadaşıyıcısından biri Yaxın Şərqi tərk etdi -
nə baş verir?
19.11.2026 / 09:12
Vəkil Orxan Kəngərli saxlanıldı
19.11.2026 / 08:50
Azərbaycan Fransanı regionda sülh prosesinə mane olan qərəzli mövqeyindən əl çəkməyə çağırdı
19.11.2026 / 06:02
Çexiya da rus idmançıların ölkəyə girişini yasaqladı
18.11.2026 / 22:36
Ukraynada "ikinci Çernobıl" təhlükəsi... Avropada nüvə qəzası risqi son 40 ilin ən yüksək səviyyəsinə çatdı
- 38 ölkədən XƏBƏRDARLIQ...
18.11.2026 / 22:10
İtaliyada İsraili tənqid etmək qadağan edildi...
18.11.2026 / 21:44
Kaya Kallası Rusiya ilə danışıqlarda iştirakdan kim (lər) məhrum etdi...
18.11.2026 / 21:27
9-cu əsrdə Rusiyanı xristianlaşdıran da ermənilər olublarmış...
18.11.2026 / 21:11
Tramp ölkənin “bütün” hərbi gücünü İranın üstünə tökdü...
18.11.2026 / 20:53
Spiker Rubinyan sülh sazişinə Paşinyandan fərqli mövqe göstərdi...
18.11.2026 / 20:36
Ermənistan və Rusiya dəmiryolu üzrə qapalı İşçi qruplar yaratdı...
18.11.2026 / 20:20
Ermənistan parlamentində inanılmaz konstitusiya “bazarlığı” başladı...
18.11.2026 / 20:03
Ermənistanın hökumət sənədində Azərbaycana qarşı “070” kodlu təxribat rəsmiləşdirilir...
18.11.2026 / 19:44
Məmurlar Prezidentin qərarından sui-istifadəni davam etdirirlər...
18.11.2026 / 19:27
Britaniya Avropa İttifaqından çıxmasına peşman olub, yenidən quruma qayıtmaq istəyir
18.11.2026 / 19:15
8 nəfər saxlandı, 104 kiloqram narkotik ələ keçirildi
- DİN-dən irimiqyaslı əməliyyat...
İnformasiya texnologiyaları Azərbaycanın inkişafında yeni güclü mənbə kimi özünü daha çox təsdiqləyir....
Populyar xəbərlər
Tarix: 04.11.2026 / 14:39
Gələn il pensiyalar bu qədər artırılacaq...
Tarix: 16.11.2026 / 14:45
Azərbaycanda pensiya Ermənistandan 2 dəfə, Rusiyadan isə 40 dollar çoxdur
- RƏQƏMLƏR
Tarix: 14.11.2026 / 18:21
Macarıstanda keçmiş nazirə qarşı əməliyyat
- ələ keçirilən pulları 12 nəfər beş aparatla səkkiz saata saydı...
Tarix: 14.11.2026 / 11:23
Türkiyə Ermənistana uçan hərbi təyyarənin hava məkanından keçməsinə icazə vermədi...
Tarix: 14.11.2026 / 16:50
Ev təsərrüfatları ilə bağlı yeni qaydalar əslində əhalinin öz mənafelərinə uyğundur -
baxın, necə...
XƏBƏR ARXİVİ