Cümə günü, 20 noyabr 2026
ANA SƏHİFƏ
SON XƏBƏRLƏR
BAKI-XƏBƏR TV
ƏLAQƏ
MENYU
Dünya
Gündəm
Siyasət
İqtisadiyyat
Sosial
Kriminal
Mədəniyyət
İdman
Mətbuata dövlət qayğısının müasir kamil modeli-azərbaycançılığın praktik nümayişi kimi...
Tarix: 21.07.2016 / 01:20
Bölmə: Layihə
I yazı
Azərbaycançılıq ideologiyasının formalaşmasında, təbliğində, yayılmasında önəmli rolu olan Azərbaycan milli mətbuatı bu müqəddəs ideologiyanın ən güclü daşıyıcısıdır. Milli mətbuatımız və azərbaycançılıq yüz ildən artıqdır yol gəlir. 141 ildir milli mətbuatımız azərbaycançılıq ideologiyasının yorulmaz tərənnümçüsü, təbliğatçısı kimi özünü göstərə bilir.
Azərbaycançılıq ideologiyasının, milli məfkurəçiliyin media vasitəsilə cəmiyyətə, ictimaiyyətə aşılanması olduqca əhəmiyyətli fəaliyyətdir.
Azərbaycan mətbuatının keçdiyi yol uzundur və bu yolda mətbuatımız çox çətinliklərdən keçib. Buna baxmayaraq, əsas işini-azərbaycançılığın təbliğini, dövlətçiliyin qorunmasını yaddan çıxarmayıb. Bilirik ki, mətbuatımız dövlət qayğısı ilə hərtərəfli təmin olunub. Dövlət qayğısından danışarkən bura qəzetlərin maddi-texniki bazasının yenilənməsindən tutmuş, media orqanlarına göstərilən maliyyə yardımlarına, jurnalistlərin sosial müdafiəsinə, onların əməyinin stimullaşdırılmasına, mənzil-məişət şəraitinin yüksəldilməsinə qədər bir sıra məsələləri qeyd etməliyik. Real vəziyyət budur ki, dövlət tərəfindən jurnalistikanın inkişafına kifayət qədər diqqət, qayğı göstərilir.
Bilirik ki, Azərbaycan mətbuatına qayğı siyasətinin əsası Azərbaycan Respublikasının sabiq prezidenti mərhum Heydər Əliyevin adı ilə bağlıdır. Heydər Əliyevin mediaya göstərdiyi misilsiz qayğı bu sahədə maddi-texniki problemlərin aradan qaldırılmasına, həll edilməsinə səbəb olub. Bilirik ki, keçən əsrin 90-cı illərinin əvvəllərində Azərbaycan mətbuatı dərin böhranla üz-üzə qalırdı. Heydər Əliyev mətbuata arxa-dayaq duraraq onu uçuruma düşməyə qoymadı. Azərbaycan mediası Heydər Əliyevin dövründə özünün yeni inkişaf mərhələsinə qədəm qoydu və azərbaycançılıq ideyasının, bu ideologiyanın daşıyıcısı kimi özünü təqdim edə bildi. Azərbaycan Konstitusiyasında azad sözün müdafiəsi ilə bağlı təsbitlərin yer alması, müfəssəl müddəaların qeyd edilməsi, o cümlədən 1998-ci ildə senzuranın ləğvi, KİV haqqında qanunun qəbulu Azərbaycanın mətbuat tarixində mühüm hadisələrə çevrildi. Ekspertlər haqlı olaraq qeyd edir ki, milli mətbuatımız Heydər Əliyevin timsalında öz himayədarını, dostunu tapdı. Milli mətbuatımızın tarixini, keçdiyi yolu incəliyinə qədər bilən Heydər Əliyevin 2000-ci ildə Azərbaycan milli mətbuatının 125 illik yubileyinin keçirilməsi haqqında imzaladığı Sərəncam bu gün də minnətdarlıq hissi ilə xatırlanır. Bu onu göstərirdi ki, Azərbaycan mətbuatı dövlətin diqqət mərkəzindədir. Milli mətbuatın müstəqillik dövründə ilk yubileyi-125 illiyi Heydər Əliyevin Sərəncamı ilə qeyd edildi. Əlbəttə, mətbuat hər bir cəmiyyətin inkişafında xüsusi rol oynayır, dövlətin, dövlətçiliyin möhkəmlənməsində iştirak edir. Elə buna görə də mətbuat "dördüncü hakimiyyət" adlandırılır. Azərbaycan mətbuatının yaradılması, onun irəliləməsi dövlətin qarşıya qoyduğu əsas məqsədlərdəndir.
2000-ci il 22 iyul tarixində "Azərbaycanda milli mətbuatın yaradılmasının 125 illiyi münasibətilə Azərbaycan Respublikasının sabiq prezidenti Heydər Əliyev jurnalistlərlə görüşüb, onlarla maraqlı söhbət edib.
Rəsmi sənədlərdə qeyd edilir ki, Azərbaycanda milli mətbuatın yaranmasının 125 illiyi münasibətilə jurnalistlərlə görüşdə çıxış edən Heydər Əliyev demokratik, hüquqi, dünyəvi, qanunlarla yaşayan dövlətdə jurnalistikanın çox vacib peşə olduğunu, mətbuatın çox vacib sahə olduğunu qeyd edib. O hər zaman mətbuatın yanında olacağını da iştirakçıların nəzərinə çatdırıb.
Məlum olduğu kimi, 22 iyul 1875-ci ildə Azərbaycanda görkəmli ictimai-siyasi xadim, jurnalist Həsən bəy Zərdabinin "Əkinçi" qəzeti nəşr olunmağa başlayıb. Azərbaycanın ilk milli qəzetinin işıq üzü gördüyü həmin gün hazırda respublikada Milli Mətbuat Günü kimi qeyd edilir.
Azərbaycan dövlətində insan hüquqlarının, siyasi plüralizmin, vətəndaş cəmiyyətinin mövcudluğu öz təsdiqini həm də demokratik institut kimi formalaşmış kütləvi informasiya vasitələrinin müstəqil fəaliyyətində, onların inkişafı üçün yaradılmış hüquqi təminatlarda tapır. O da bildirilir ki, Azərbaycan Respublikası Konstitusiyasının 50-ci maddəsində ölkə vətəndaşlarının söz, məlumat toplamaq, öz rəyini sərbəst ifadə etmək və digər azadlıqları təsbit olunub. Bu azadlıqlar ölkə vətəndaşlarının qanuni üsullarla informasiya axtarmaq, əldə etmək, hazırlamaq, ötürmək və yaymaq hüququna dövlət tərəfindən verilən təminata əsaslanır.
Bəllidir ki, Azərbaycan Respublikası söz və mətbuat azadlığının təmin edilməsi sahəsində bir sıra beynəlxalq konvensiya və sazişlərə qoşulub. Ümummilli lider Heydər Əliyevin "Azərbaycan Respublikasında söz, fikir və məlumat azadlığının təmin edilməsi sahəsində tədbirlər haqqında" 16 avqust 1998-ci il tarixli Fərmanı ilə ölkədə kütləvi informasiya vasitələri üzərində senzura ləğv edilib. Mərhum Prezidentin bu Fərmanı kütləvi informasiya vasitələrinin sürətli inkişafına ciddi təkan verməklə yanaşı, cəmiyyət həyatında onların səmərəli rolunun artırılması sahəsində geniş dövlət proqramının əsas istiqamətlərini müəyyənləşdirib. Mətbuatımızın inkişafına böyük töhfə verən digər bir mühüm amil Azərbaycanın nüfuzlu beynəlxalq təşkilat olan Avropa Şurasına üzv qəbul edilməsi olub. Təşkilata üzvlükdən sonra ölkədə aparılan demokratik islahatlar söz və mətbuat azadlığının daha geniş bərqərar olmasına imkan yaradıb. Rəsmi məlumatlara görə, Mətbuat və İnformasiya Nazirliyinin ləğvi kütləvi informasiya vasitələrinin təsis olunmasını və onlardan istifadə qaydalarını qat-qat asanlaşdırıb, bu sahədəki bürokratik əngəlləri tamamilə aradan qaldırıb. Ölkədə ictimai televiziyanın yaradılması da adıçəkilən sahələrdə irəliyə atılmış addımlardan biridir.
Məlum olduğu kimi, respublikada mətbuatın problemlərini həll etmək, mətbuatla cəmiyyət, eləcə də dövlət arasında münasibətləri tənzimləmək məqsədi daşıyan Mətbuat Şurası yaradılıb. Şura yaradılarkən Avropa standartlarına önəm verilib, Avropa təcrübəsindən istifadə olunub. Qurumun tərkibində hüquq, dil, təhsil və şikayətlərlə bağlı komissiyalar fəaliyyət göstərir.
Qeyd edək ki, Azərbaycan Respublikası Prezidentinin Administrasiyasının İctimai-siyasi məsələlər şöbəsinin sektor müdiri Vüqar Əliyev çıxışlarından birində Azərbaycan mediasına dövlət qayğısından danışıb. O qeyd edib ki, milli mətbuatımız şərəfli tarixi yol keçib: "Azərbaycan milli mətbuatının yubiley tədbirlərinin qeyd olunması ənənəsi ümummilli lider Heydər Əliyev tərəfindən qoyulub. Mətbuatın 125 illik yubileyinin qeyd edilməsi barədə ulu öndərin Sərəncamı ilə əsası qoyulan bu iş bu gün də davam etdirilir. Azərbaycan mətbuatının intibah dövrü müstəqillik dövrünə təsadüf edir. Həmin illərdə mətbuat ciddi problemlərlə üzləşmişdi. Heydər Əliyevin hakimiyyətə gəlişindən sonra senzuranın və 2000-ci ildə Mətbuat və İnformasiya Nazirliyinin ləğvi, dünya standartlarına uyğun KİV haqqında qanunun qəbulu, 2001-ci ildə bu qanunun təkmilləşdirilməsi, Azərbaycan Mətbuat Şurasının yaradılması, redaksiyaların maddi-texniki bazasının gücləndirilməsi istiqamətində görülən işlər sonda Azərbaycanda güclü, peşəkar medianın formalaşmasına gətirib çıxardı. Bu prosesin davamı olaraq görülən işlər mətbuata dövlət qayğısının təzahürüdür...".
Qeyd edək ki, Azərbaycan mətbuatının inkişafına xüsusi qayğı göstərən Heydər Əliyev mətbuatın maddi-texniki bazasının təkmilləşdirilməsinə daim böyük əhəmiyyət verib. Bununla bağlı 2001-ci ildə KİV-lərə dövlət qayğısının artırılması üçün iki mühüm sənəd imzalanıb. KİV-lər əlavə dəyər vergisindən azad edilib. Onlara uzunmüddətli kreditlərin verilməsi qərara alınıb. Qəzetlərin "Azərbaycan" nəşriyyatına olan borcları beş il müddətinə dondurulub.
Heydər Əliyevdən sonra onun qoyduğu ənənələri Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev davam etdirib. 2005-ci ildə Prezident İlham Əliyev milli mətbuatımızın 130 illiyinin geniş miqyasda keçirilməsi haqqında sənəd imzaladı. 2000-2005-ci illərdə qəbul olunan dövlət sənədlərində və həyata keçirilən əməli işlərdə dövlətin mətbuata qayğısı özünü aydın göstərir. Bildiyimiz kimi, Azərbaycan Prezidenti İlham Əliyevin milli mətbuatın 130 illiyi münasibətilə imzaladığı Sərəncama əsasən, ölkənin aparıcı KİV-lərinin böyük bir qrupuna maddi yardım göstərilib. Eyni zamanda 140-dan artıq jurnalist orden, medal və digər fəxri adlara layiq görülüb. Mətbuata dövlət qayğısından danışarkən vurğulamalıyıq ki, görülən işlər sırasına "İnformasiya əldə etmək haqqında" Azərbaycan Respublikasının Qanunu da daxildir. Bu qanunun qəbul olunmasının əhəmiyyəti olduqca böyükdür.
Rəsmi sənədlərə istinadən onu da qeyd edək ki, Azərbaycan Prezidenti İlham Əliyev 2008-ci il iyulun 31-də Kütləvi İnformasiya Vasitələrinin İnkişafına Dövlət Dəstəyi Konsepsiyasının təsdiq edilməsi haqqında Sərəncam imzalayıb. Sərəncama əsasən, dövlət orqanları ilə kütləvi informasiya vasitələri arasında səmərəli əməkdaşlıq münasibətlərinin inkişaf etdirilməsi, kütləvi informasiya vasitələrinin iqtisadi müstəqilliyinin və jurnalistlərin peşəkarlığının artırılması məqsədilə Kütləvi İnformasiya Vasitələrinin İnkişafına Dövlət Dəstəyi Konsepsiyası təsdiq edilib.
Azərbaycan Respublikası Prezidentinin ictimai-siyasi məsələlər üzrə köməkçisi Əli Həsənov çıxışlarından birində Azərbaycan dövlətinin mətbuata göstərdiyi qayğıdan danışarkən mətbuatımızın yubiley tarixlərinə də toxunub: "Azərbaycan dünyada keçmiş mədəniyyəti yaşadan və bu gün də onu bəşəri dəyərlərlə zənginləşdirən, inkişaf edən bir dövlət kimi tanınır. Bu tanınmada da bizim ziyalılarımız, mətbuat orqanlarımız, onların apardığı təbliğat fəal rol oynayır. Həsən bəy Zərdabi də öz dövründə, zamanında o dövrdə ən ali məqsədli, ali təfəkkürlü ziyalının edə biləcəyi işləri görürdü. Ona görə də haqlı olaraq ümummilli liderimiz Heydər Əliyev 1995-ci ildə Azərbaycanda milli mətbuatın ilk yubiley ənənəsini qoyaraq Həsən bəy Zərdabinin xatirəsini faktiki olaraq dövlət siyasəti səviyyəsində əbədiləşdirdi. 1995-ci ildə ilk dəfə Azərbaycanda milli mətbuatın yubiley tədbiri keçirildi. İlk dəfə Milli Mətbuat Gününün 22 iyul olmasının təsdiqlənməsi ilə bağlı Prezident Sərəncamı oldu və ondan sonra Azərbaycanda milli mətbuatın yubileylərinin keçirilməsi ənənəsi qoyuldu. 1995-ci ildə, 2000-ci ildə, 2005-ci və 2010-cu ildə yubiley tədbirlərini keçirdik. Prezidentin xüsusi Sərəncamı ilə bir neçə mətbuat nümayəndəsi təltif olundu".
Qeyd edək ki, 2005-ci il 20 iyun tarixində Azərbaycan milli mətbuatının 130 illik yubileyinin keçirilməsi haqqında Azərbaycan Respublikası Prezidentinin Sərəncamı milli mətbuatımıza göstərilən qayğının bariz nümunəsidir.
2005-ci ildə zəngin tarixi, mütərəqqi və şanlı ənənələri olan Azərbaycan milli mətbuatının 130 illiyi ilə bağlı Sərəncamda vurğulanırdı: "1875-ci il iyulun 22-də "Əkinçi" qəzetinin nəşrə başlaması ilə böyük maarifçi, naşir Həsən bəy Zərdabi tərəfindən əsası qoyulmuş Azərbaycan milli mətbuatı ölkəmizdə həmişə qabaqcıl ideyaların carçısı, dövrün, ictimai-siyasi həyatın güzgüsü olmuşdur. XIX əsrin sonu-XX əsrin əvvəlində milli azadlıq ideyalarının, milli şüurun, mədəniyyətin, maarifçiliyin inkişafında Azərbaycan mətbuatının rolu danılmazdır. İctimai fikrin digər ifadə vasitələrinin kifayət qədər inkişaf etmədiyi bir zamanda mətbuat qabaqcıl ideyaları cəsarətlə təbliğ etmiş, xalqın geniş dairələrini düşündürən, zehnini məşğul edən problemləri diqqət mərkəzinə gətirmiş, ictimaiyyətin müzakirəsinə çıxarmışdır. Xalqımızın milli-mənəvi dəyərlərinin qorunmasında və zənginləşməsində, Azərbaycan ədəbi dilinin inkişafında milli mətbuat müstəsna xidmətlər göstərmişdir. Azərbaycan Respublikasının müstəqillik qazandığı və suveren dövlət quruculuğu prosesini yaşadığı müasir dövrdə kütləvi informasiya vasitələri, o cümlədən milli mətbuatımızın qarşısında tamamilə yeni vəzifələr durur. Bu gün mətbuat müstəqil dövlət, sivil, demokratik vətəndaş cəmiyyəti quruculuğunda, iqtisadi və sosial islahatların həyata keçirilməsində, cəmiyyətdə sosial ədalət və şəffaflığın təmin edilməsində, insan hüquqlarının müdafiəsində, həmrəylik və tolerantlıq mühitinin yaradılmasında, milli şüurun, siyasi mədəniyyətin və bütövlükdə sağlam mənəvi dəyərlərin formalaşmasında mühüm rol oynamalıdır. Hazırda ölkəmizdə həyata keçirilən bütün bu proseslərin mətbuatın, kütləvi informasiya vasitələrinin iştirakı olmadan reallaşdırılması təsəvvür edilə bilməz.
Azərbaycanda demokratik, plüralist mətbuatın formalaşmasından, onun hüquqi-normativ bazasının yaradılmasından, azad sözün, fikir və məlumat azadlığının təmin edilməsindən danışarkən ümummilli liderimiz Heydər Əliyevin xidmətlərini ayrıca qeyd etmək lazımdır".
İradə SARIYEVA
Yazı Azərbaycan Respublikasının Prezidenti yanında Kütləvi İnformasiya Vasitələrinin İnkişafına Dövlət Dəstəyi Fondunun maliyyə dəstəyilə çap olunur.
DİGƏR XƏBƏRLƏR
Tarix: 24.08.2016 / 01:18
Bölgələrimizdə multikulturalizm tədbirləri azərbaycançılığın əyani nümayiş forması kimi...
Tarix: 19.08.2016 / 02:28
Təsviri incəsənət tariximizin örnəkləri azərbaycançılıq nümunələri kimi...
Tarix: 18.08.2016 / 01:39
Təsviri incəsənət tariximizin örnəkləri azərbaycançılıq nümunələri kimi...
Tarix: 16.08.2016 / 15:36
Alimlərimizin multikulturalizm - mədəni müxtəlifliyin problemlərinin tədqiqinə azərbaycançılıq müstəvisində metodoloji yanaşmaları...
Tarix: 11.08.2016 / 01:34
Azərbaycançılığın ayrılmaz istiqaməti olan multikulturalizm Azərbaycanda dönməz həyat tərzinə çevrilib
Tarix: 10.08.2016 / 01:11
Azərbaycançılığın ayrılmaz parçası olan multikulturalizm Azərbaycanda həyat tərzidir...
Tarix: 09.08.2016 / 17:07
Mirzə Fətəli Axundovun fəlsəfi baxışları və Azərbaycan tolerantlıq tarixində onun yeri...
Tarix: 06.08.2016 / 01:49
Mirzə Fətəli Axundovun fəlsəfi baxışlarının Azərbaycan tolerantlığında yeri...
Tarix: 05.08.2016 / 01:42
Mirzə Fətəli Axundovun fəlsəfi baxışlarının Azərbaycan tolerantlığında yeri...
Tarix: 04.08.2016 / 01:29
Azərbaycan kinosu və azərbaycançılıq təbliğatı...
Tarix: 03.08.2016 / 02:14
Azərbaycan kinosu və azərbaycançılıq...
Tarix: 02.08.2016 / 02:00
Aşıq sənəti - azərbaycançılığın mühüm ifadə formalarından biri kimi...
VİDEO
Tarix: 17.10.2026 / 17:10
Aydın Quliyev Mətbuat Şurasında seçkilərə qatılmamasının səbəblərini qurultayda açdı... - VİDEO
Tarix: 27.11.2025 / 11:10
Biri ermənini öpür, biri sovet bayrağı qaldırır... Günümüzə baxın! - VİDEO
Tarix: 12.11.2025 / 11:05
Lavrov işdən kənarlaşdırılır, yoxsa oyun qurulur? - VİDEO
Tarix: 19.11.2026 / 21:35
“Günəş fəallığı” Xəzər suyuna təsir edən sonuncu amıldir - Rusiyadan gələn izaha cavab...
Tarix: 19.11.2026 / 20:33
Putin “nüvə çantası”nı özü ilə Çinə niyə aparmışdı...
Tarix: 19.11.2026 / 16:18
Ermənilər Qarabağda Amaras udin-alban abidəsinə kor iddialardan əl çəkmirlər...
SON XƏBƏRLƏR
20.11.2026 / 08:21
Ukraynanın NATO-ya üzvlüyü gündəmdə -
yalnız ərazi güzəşti qarşılığında…
20.11.2026 / 08:11
Netanyahunun əsas rəqibi hərəkətə keçdi -
Ayzenkot ərəb partiyaları ilə koalisiyaya gedir
20.11.2026 / 08:01
Senat Trampın İrana qarşı müharibə səlahiyyətini məhdudlaşdırmaq cəhdini rədd etdi
20.11.2026 / 00:45
Beynəlxalq Məhkəmədən tarixi qərar...
Myanma Arakan müsəlmanlarına qarşı rəsmən soyqırımda ittiham olundu – təzminat ödəyəcəklər…
20.11.2026 / 00:11
Qarakənd faciəsindən 35 il ötür...
20.11.2026 / 00:01
Bu gün Ağdam Şəhəri Günüdür
- Qarabağın dirçəliş rəmzinə çevrilən Ağdam...
19.11.2026 / 22:53
Azərbaycan tarixinin öyrənilməmiş səhifələri
19.11.2026 / 22:35
Sadiq həmişə müharibənin qələbə ilə bitəcəyini deyirdi…
19.11.2026 / 21:58
Yeni prezident seçkilərinə qədər Əkrəm İmamoğluna “siyasətlə məşğulluq” qadağası qoyuldu...
19.11.2026 / 21:35
“Günəş fəallığı” Xəzər suyuna təsir edən sonuncu amıldir
- Rusiyadan gələn izaha cavab...
19.11.2026 / 21:17
Almaniya Cənubi Qafqazda sülh prosesi ilə bağlı yeni kurs elan etdi...
19.11.2026 / 21:04
Prezident İlham Əliyevin sosial media hesablarında Vyetnama səfəri ilə bağlı videoçarx paylaşılıb
19.11.2026 / 20:50
Paşinyan Azərbaycan XİN-lə tam razılaşdı...
19.11.2026 / 20:33
Putin “nüvə çantası”nı özü ilə Çinə niyə aparmışdı...
19.11.2026 / 20:19
QHT “Süni intellekt dövrünün tələbəsi necə olmalıdır” adlı layihə icra edir...
19.11.2026 / 20:15
Aşqabad bütün istiqamətlərdə diplomatiyanı dəyişir, tək Türk birliyindən başqa
- Şok səbəblər...
19.11.2026 / 19:55
Paşinyandan üsyan etdi
- 1870-ci illərdən bəri... bizi türklərə düşmən etdilər...
19.11.2026 / 19:35
Sumqayıtda “Psixologiya və Şəxsi İnkişaf” forumu keçirilib
- FOTO
19.11.2026 / 19:18
2023-cü ilin 1 yanvarından bu yana 220 manat məbləği dəyişməyib
- niyə?
19.11.2026 / 19:02
Ermənistan Alban irsini özününküləşdirərək UNESCO-ya daxil etmək istəyir – TƏXRİBAT
19.11.2026 / 18:56
Tramp Putin və Cinpinlə görüşdə İranın nüvə silahına sahib olmasına imkan verməyəcəyini bəyan etdi...
19.11.2026 / 18:43
Putindən sərt mesajlar
- Krım körpüsünə cavab, ərazi məsələsində güzəştsizlik və Qərbə xəbərdarlıq...
19.11.2026 / 18:41
ORMEŞƏNİN ŞƏRƏF DASTANI
- Vətənə, qəhrəmanlığa və yaddaşa yazılan əbədi abidə
19.11.2026 / 18:28
YAP: 34 illik zəngin siyasi irs və yeni dövrün strateji hədəfləri
19.11.2026 / 18:23
Sahibə Qafarova Türkmənistanda Matviyenko ilə görüşdü
19.11.2026 / 18:21
Şəhid adı əbədidir...
19.11.2026 / 18:18
Ermənistanda TRIPP layihəsinin həyata keçirilməsi üçün vəsait ayırdı...
19.11.2026 / 18:13
Putin, Tramp və Si Cinpin sülh haqqında Bəyannamə qəbul etdilər
19.11.2026 / 18:01
İranın ağası və... dığası
- YUNUS OĞUZ yazır
19.11.2026 / 17:57
Səməd Vurğunun böyük Vətən sevgisi
19.11.2026 / 17:41
“Deputatların “üsyankar” çıxışları idarə olunur”
- İddia...
19.11.2026 / 17:24
Astanada TÜRKPA Səhiyyə komitələri üzvlərinin 3-cü iclası keçirilib
19.11.2026 / 17:10
Prezident İlham Əliyev Vyetnama səfərə edib
- FOTO
19.11.2026 / 16:55
Çində tarixi görüş
- Putin, Tramp və Cinpin nələri müzakirə etdi...
19.11.2026 / 16:18
Ermənilər Qarabağda Amaras udin-alban abidəsinə kor iddialardan əl çəkmirlər...
19.11.2026 / 16:10
Almaniya Qafqazda ümidini Azərbaycana bağladı -
enerjinin gücü budur bax...
19.11.2026 / 15:49
Tramp İranla bağlı təzə taktika işə salıb -
"məhdud zərbələr"...
19.11.2026 / 15:18
Anna Akopyan Nikol Paşinyanı hakimiyyətdən devirir...(?)
19.11.2026 / 14:46
Qərbi Azərbaycan İcması Tom Lantos Komissiyasını qərəzli yanaşmadan əl çəkməyə çağırdı
19.11.2026 / 14:41
Bakı-İrəvan sülh prosesinin "altına bomba qoyulur" -
qatil Monte Melkonyana kino çəkildi...
19.11.2026 / 14:40
Azərbaycanda ərzağa xərclənən pullar artır, lakin başadüşülən səbəblər var...
19.11.2026 / 14:26
Tramp APEC sammitində Cinpin danışarkən yatdı...
- VİDEO
19.11.2026 / 14:22
Parakənd Xalkolit yaşayış yeri
19.11.2026 / 14:11
İnformasiya texnologiyaları Azərbaycanın inkişafında yeni güclü mənbə kimi özünü daha çox təsdiqləyir....
19.11.2026 / 13:57
Rusiyanın ABŞ-la yeni bazarlıq planları -
Kalininqraddan çıxırıq, Ukraynanı NATO-ya buraxırıq...
19.11.2026 / 13:56
"Ermənistanın 200-dən çox kütləvi məzarlığın yerini açıqlamasını gözləyirik"
- Hikmət Hacıyev
19.11.2026 / 13:44
Prezident İlham Əliyev: "Bu gün Azərbaycan Cənubi Qafqazda əsas logistika və energetika habıdır"
19.11.2026 / 13:42
"Heydər Əliyev Fondu Vyetnamla humanitar münasibətlərin dərinləşməsinə fəal surətdə kömək edir"
- Prezident
19.11.2026 / 13:40
Prezident: "Vyetnam biznesinin Azərbaycan iqtisadiyyatında iştirakı münasibətlərin mühüm tərkib hissəsidir"
19.11.2026 / 13:37
Paşinyan yeni Konstitusiya qəbul olunmayacağı təqdirdə istefa verəcəyini bəyan etdi...
19.11.2026 / 13:34
"Azərbaycan-Vyetnam iqtisadi-ticari əlaqələri ardıcıl şəkildə inkişaf edir"
- Prezident
19.11.2026 / 13:32
Prezident İlham Əliyev Vyetnam Xəbər Agentliyinə müsahibə verib
19.11.2026 / 13:21
Cinpin Tayvanla bağlı Trampa çağırış etdi
- Tramp ABŞ-ın Tayvanın müstəqilliyini dəstəkləmədiyini dedi...
19.11.2026 / 13:06
Alen Simonyan müxalifəti hədələdi
– “yeni Konstitusiya qəbul edilməsə... onları darmadağın edəcəyik”
19.11.2026 / 12:47
Putin, Tramp və Si Cinpin arasında ilk üçtərəfli görüş başladı...
19.11.2026 / 12:26
Putin və Tramp arasında görüş keçirildi...
19.11.2026 / 12:12
Xeyirxahlıq missiyası
19.11.2026 / 12:07
Xəzərin sahilboyu ərazilərinin idarə olunması üçün yeni mexanizmlər tətbiq ediləcək...
19.11.2026 / 11:59
Simonyan Azərbaycana gəlir...
19.11.2026 / 11:43
Xəzərin sahilindəki qanunsuz tikililərin taleyi necə olacaq?
- Açıqlama
19.11.2026 / 11:30
"Xəzərin sahilboyu ərazilərində qanunsuz fəaliyyətlər də mövcuddur"
- İlqar Həbiyev
19.11.2026 / 11:17
“Dünya misli görünməmiş kiberdəyişikliklərin yalnız başlanğıcındadır"
- DTX rəis müavini
19.11.2026 / 10:30
Bakıda ilk dəfə avtobuslar üçün ayrıca svetofor quraşdırılacaq...
19.11.2026 / 10:07
Məleykə Abbaszadə Bakı Dövlət Universitetinin rektoru təyin edildi
19.11.2026 / 10:05
Elçin Babayev Bakı Dövlət Universitetinin rektoru vəzifəsindən azad edildi
19.11.2026 / 09:41
ABŞ-ın üç aviadaşıyıcısından biri Yaxın Şərqi tərk etdi -
nə baş verir?
19.11.2026 / 09:12
Vəkil Orxan Kəngərli saxlanıldı
19.11.2026 / 08:50
Azərbaycan Fransanı regionda sülh prosesinə mane olan qərəzli mövqeyindən əl çəkməyə çağırdı
19.11.2026 / 06:02
Çexiya da rus idmançıların ölkəyə girişini yasaqladı
18.11.2026 / 22:36
Ukraynada "ikinci Çernobıl" təhlükəsi... Avropada nüvə qəzası risqi son 40 ilin ən yüksək səviyyəsinə çatdı
- 38 ölkədən XƏBƏRDARLIQ...
18.11.2026 / 22:10
İtaliyada İsraili tənqid etmək qadağan edildi...
18.11.2026 / 21:44
Kaya Kallası Rusiya ilə danışıqlarda iştirakdan kim (lər) məhrum etdi...
18.11.2026 / 21:27
9-cu əsrdə Rusiyanı xristianlaşdıran da ermənilər olublarmış...
18.11.2026 / 21:11
Tramp ölkənin “bütün” hərbi gücünü İranın üstünə tökdü...
18.11.2026 / 20:53
Spiker Rubinyan sülh sazişinə Paşinyandan fərqli mövqe göstərdi...
18.11.2026 / 20:36
Ermənistan və Rusiya dəmiryolu üzrə qapalı İşçi qruplar yaratdı...
18.11.2026 / 20:20
Ermənistan parlamentində inanılmaz konstitusiya “bazarlığı” başladı...
18.11.2026 / 20:03
Ermənistanın hökumət sənədində Azərbaycana qarşı “070” kodlu təxribat rəsmiləşdirilir...
18.11.2026 / 19:44
Məmurlar Prezidentin qərarından sui-istifadəni davam etdirirlər...
18.11.2026 / 19:27
Britaniya Avropa İttifaqından çıxmasına peşman olub, yenidən quruma qayıtmaq istəyir
18.11.2026 / 19:15
8 nəfər saxlandı, 104 kiloqram narkotik ələ keçirildi
- DİN-dən irimiqyaslı əməliyyat...
İnformasiya texnologiyaları Azərbaycanın inkişafında yeni güclü mənbə kimi özünü daha çox təsdiqləyir....
Populyar xəbərlər
Tarix: 04.11.2026 / 14:39
Gələn il pensiyalar bu qədər artırılacaq...
Tarix: 16.11.2026 / 14:45
Azərbaycanda pensiya Ermənistandan 2 dəfə, Rusiyadan isə 40 dollar çoxdur
- RƏQƏMLƏR
Tarix: 14.11.2026 / 18:21
Macarıstanda keçmiş nazirə qarşı əməliyyat
- ələ keçirilən pulları 12 nəfər beş aparatla səkkiz saata saydı...
Tarix: 14.11.2026 / 11:23
Türkiyə Ermənistana uçan hərbi təyyarənin hava məkanından keçməsinə icazə vermədi...
Tarix: 14.11.2026 / 16:50
Ev təsərrüfatları ilə bağlı yeni qaydalar əslində əhalinin öz mənafelərinə uyğundur -
baxın, necə...
XƏBƏR ARXİVİ