Cümə günü, 20 noyabr 2026
ANA SƏHİFƏ
SON XƏBƏRLƏR
BAKI-XƏBƏR TV
ƏLAQƏ
MENYU
Dünya
Gündəm
Siyasət
İqtisadiyyat
Sosial
Kriminal
Mədəniyyət
İdman
Hüquqi və demokratik Azərbaycan Respublikasında multikulturalizm siyasəti və azərbaycançılıq...
Tarix: 20.07.2016 / 00:31
Bölmə: Layihə
II yazı
Dünyada insanları qayğılandıran məsələlər arasında insan hüquq və azadlıqları xüsusi yer tutur. Bir sıra ölkələrdə bu problemin mövcudluğu narahatlıq doğurur. Məlumdur ki, hazırda Avropa ölkələrində, Amerikanın özündə, Rusiya və digər dövlətlərdə milli zəmində ayrıseçkilik halları müşahidə olunur. İnsan hüquqlarının müdafiəsi ilə bağlı beynəlxalq qurumlar fəaliyyət göstərir, bu qurumlar da mümkün qədər insan hüquqlarını qorumağa çalışır.
AMEA İnsan Hüquqları üzrə Elmi-Tədqiqat İnstitutunun Beynəlxalq əlaqələr şöbəsinin böyük elmi işçisi, tarix üzrə fəlsəfə doktoru Aqil Əhmədov "Hüquqi-demokratik Azərbaycanda multikulturalizm siyasəti insan hüquqlarına göstərilən ali dəyərdir" elmi-tədqiqat məqaləsində qeyd edir ki, Azərbaycan Respublikasında insan hüquqlarına hörmət və multikultural dəyərlərə göstərilən ali münasibətdən danışarkən tarix və müasirlik arasında paralel aparmaq mümkündür. O bildirir ki, islam sivilizasiyasının, həmçinin, islama qədər Azərbaycanda mövcud olmuş bir çox mədəniyyətlərin və dinlərin yayılması müasir dövrdə ölkənin müasir beynəlxalq münasibətlərə inteqrasiyasında siyasi, həm də mədəni baxımdan mühüm əhəmiyyət kəsb edir: "Belə olduğu halda, tarixdən gələn və müasir dövrdə əhəmiyyətini itirməyən çoxmədəniyyətli cəmiyyətin inkişafı məsələsi dövlət müstəqilliyinin bərpasından sonra Heydər Əliyevin siyasi fəaliyyətində diqqət mərkəzində olub və Azərbaycanda multikultural dəyərlərin müdafiəsi sahəsində konsepsiya təşkil edib.
Əslində burada üzərində durulması vacib olan məqamlardan biri Heydər Əliyevin mükəmməl siyasi idarəçiliyinin və müasir dövrdə milli məfkurəmizin təməlində dayanan azərbaycançılıq ideyasının inkişafı ilə bağlı olan məsələdir. Müasir Azərbaycanın qurucusu və memarı Heydər Əliyev ölkəyə rəhbərliyi dövründə azərbaycançılıq məfkurəsini əsas götürərək, müxtəlif sahələrlə yanaşı, milli-mənəvi dəyərlərə, xalqlararası münasibətlərə və insan hüquqlarının qorunması kimi vacib məqamların inkişafına həssas yanaşıb. Bu gün Azərbaycanda mövcud olan çoxmədəniyyətli cəmiyyət respublikanın həm daxili, həm də xarici siyasəti üçün müsbət dəyər formalaşdırır. Ölkədə fəaliyyət göstərən bir sıra dini icmalar Azərbaycan hökumətinin yürütdüyü şəffaf siyasətə şahid olaraq bu siyasətin genişlənməsi və daha da möhkəmlənməsinə öz mənəvi dəstəklərini ifadə edirlər. Belə müsbət məqamlar bir çox hallarda beynəlxalq ictimaiyyətin diqqətini çəkir və tolerantlıq məkanı olan Azərbaycanla, diplomatik-siyasi, iqtisadi və mədəni olmaqla, bir çox sahələrdə respublika ilə əməkdaşlığa maraq ildən-ilə artır. Müdrik siyasətin kökündə heç şübhəsiz ki, Heydər Əliyevin müəyyən etdiyi və gələcək nəsillərə ötürdüyü milli-mənəvi miras böyük rol oynayır.
Ölkənin ictimai-siyasi həyatında baş verən demokratik dəyişikliklər Azərbaycanda yaşayan azsaylı xalqlara olan marağın artmasına şərait yaradır. Dövlətin milli siyasəti yalnız ayrı-ayrı etnos və xalqlara deyil, milli mənsubiyyətindən asılı olmayaraq, bütün ölkə vətəndaşlarının həyatın bütün sahələrində bərabərhüquqlu inkişafına xidmət edir. Heydər Əliyevə Azərbaycanda normal həyatı bərqərar etmək, millətlərarası sülhə nail olmaq, sosial-iqtisadi inkişafı təmin etmək, xalqlar və ölkələrarası münasibətləri tənzimləmək nəsib oldu. Başqaları buna nail ola bilmədi. Heydər Əliyev isə bacardı. Buna görə də xalq ona dahi beynəlmiləlçi, müsəlman dünyasının lideri, "Qafqazın atası" adını verdi (Zabelin M. "Tarix yaradan şəxsiyyət" "Azərbaycan" qəzeti, nömrə 129, 17 iyun 2009). Həqiqətən də stabil siyasət Azərbaycanda müxtəlif etnos və etnik qrupların sülh və mehriban şəraitdə yaşaması, hüquqlarının müdafiəsi sahəsində atılan mühüm addımdır. Azərbaycan Respublikasında sülhsevər siyasətin təməlini qoymaq görkəmli dövlət xadimi Heydər Əliyevə nəsib olmaqla yanaşı, burada mühüm məqamlara da diqqət yetirmək vacibdir. Belə ki, Heydər Əliyevin xalqa sevgisi, yüksək siyasi təcrübəsi və ən əsası xarizmatik şəxsiyyəti bu məsələdə əhəmiyyətli rol oynadı".
Tədqiqatçı müasir dövrdə Azərbaycanda həyata keçirilən dövlət siyasətinin prioritetlərindən iki istiqamət barədə də danışır.
Müəllif yazır ki, 1) insan hüquqlarının müdafiəsi; 2) multikultural dəyərlərin inkişaf etdirilməsi kimi vacib məqamların təhlil olunması bir daha onu göstərir ki, ölkədə hüquqi-demokratik dövlət quruculuğu uğurla davam etdirilir və çoxmədəniyyətli respublikada xalqlararası gərginliyin yaranması üçün heç bir ciddi əsas yoxdur. "Əksinə, Heydər Əliyevin uzaqgörən siyasətinin davamı olaraq Azərbaycanda insan hüquqları və multikulturalizm siyasəti xalqları birləşdirmək və milli-mənəvi məsələlərdə həmrəy addımlamaq üçün yeni perspektivlər yaratmaqdadır"-deyə A.Əhmədov vurğulayır.
Azərbaycanda insan hüquqları və alternativi olmayan multikultural dəyərlərin müasir mərhələdə təhlilini verən A.Əhmədovun qeyd etdiyinə görə, Azərbaycan Respublikasında bu mərhələni haqlı olaraq Prezident İlham Əliyevin müdrik siyasətinin xalq tərəfindən təqdir olunması, dövlətin beynəlxalq aləmdə tanınması, daxili və xarici siyasətində əldə olunan uğurların mərhələsi adlandırmaq mümkündür: "Bu səbəbdən qeyd etmək lazımdır ki, Azərbaycanda insan hüquqlarının müdafiəsi və multikulturalizm siyasətinin inkişafı müasir mərhələdə dövlət siyasətinin prioritetləri olaraq beynəlxalq ictimaiyyətin diqqətini çəkməkdədir. Son on üç ildə Azərbaycanda müşahidə olunan sosial-iqtisadi tərəqqi, vətəndaş və insan hüquqlarının qorunması, həmçinin, multikultural dəyərlərin illər ötdükcə möhkəmlənməsi dövlət-xalq münasibətlərinə öz müsbət təsirini göstərib və dövlətə olan etimad artıb. Bu etimadın təməlində heç şübhəsiz ki, Heydər Əliyev kimi bir dühanın təməlini qoyduğu siyasət dayanır. O siyasət ki, Azərbaycanda yaşayan bütün vətəndaşlara və müxtəlif mədəniyyətləri təmsil edən xalqlara bərabər hüquqlar tanıyır. Bu siyasətin müasir Azərbaycanda layiqli davamçısı Prezident İlham Əliyevin ölkəyə rəhbərliyindən ötən illər ərzində davamlı inkişaf genişlənib və insan hüquqlarının ayrılmaz hissəsi olan multikulturalizm siyasəti müsbət meyllərin inkişafına gətirib çıxarıb.
Müsbət inkişafa nail olunmasında ölkə qanunvericiliyinə edilən əlavə və dəyişikliklər həm hüquqi baxımdan, həmçinin, onun icrası zamanı sosial-siyasi baxımdan ciddi əhəmiyyət kəsb edir. Azərbaycanda 2003-cü ildən etibarən müxtəlif vaxtlarda ölkədə insan hüquqlarının inkişafı və multikultural dəyərlərin genişlənməsində səmərə təşkil edən sənədlər qəbul olunub. 2009-cu ilin martında keçirilən referendumda Milli Konstitusiyamızın 29 maddəsinə edilən 40-a yaxın əlavə və dəyişikliklərin böyük əksəriyyəti insan hüquq və azadlıqlarının yüksək səviyyədə qorunmasına, yeni müdafiə mexanizmlərinin müəyyənləşdirilməsinə xidmət edir. "Dövlətin ali məqsədi" maddəsinə edilən əlavəyə əsasən, dövlətin məqsədi insan hüquq və azadlıqlarının qorunması ilə yanaşı, onları yüksək həyat şəraiti ilə təmin etməkdir. Hazırda milli qanunvericilikdə müşahidə olunan belə müsbət meyllər Azərbaycanda həyatın bütün sahələrinə öz müsbət təsirini davam etdirir. Nəticədə ölkədə yaşayan hər kəs, müxtəlif konfessiyaların nümayəndələri Azərbaycan vətəndaşları olaraq bunu hiss edir və yaşayır.
Azərbaycan Respublikası Prezidentinin 27 dekabr 2011-ci il tarixli Sərəncamı ilə təsdiq edilmiş "Azərbaycan Respublikasında insan hüquq və azadlıqlarının müdafiəsinin səmərəliliyinin artırılması haqqında" Milli Fəaliyyət Proqramının icrası ötən dövr ərzində ölkədə davamlı inkişafa ciddi dəstək verib. Bu fəaliyyətin müsbət nəticələrindən biri multikulturalizm və inteqrasiya insan hüquqlarının vacib elementi kimi təkcə mədəni və ya fəlsəfi deyil, həmçinin, hüquqi və siyasi baxımdan milli və beynəlxalq səviyyədə nəzəri konseptual yanaşma tələb edir. Multikulturalizm Azərbaycanda yaşam tərzi olaraq tarixi köklərə malik olsa da, multikultural dəyərlərə münasibətin Azərbaycan tərəfindən təqdim edilən siyasi modeli əlbəttə ki, ölkədə həyata keçirilən stabil siyasətin mühüm amil olduğuna diqqət çəkir. Bu isə, öz növbəsində, Azərbaycanın müasir beynəlxalq münasibətlərdə tutduğu mövqeyinin möhkəmlənməsinə və mövcud sahədə problemlərin birgə həlli yollarının araşdırılmasında səsinin eşidilməsinə ciddi şərait yaradır. Belə balanslaşdırılmış siyasətin yüksək səviyyədə təqdim olunması və dialoqa göstərilən həssas münasibət təməli Heydər Əliyev tərəfindən qoyulan şəffaf siyasətin hazırda Prezident İlham Əliyev tərəfindən davam etdirildiyini və Azərbaycanın milli maraqlarının qorunması, həmçinin, təhlükəsizliyinin təmin olunmasında, sosial-siyasi, iqtisadi, mədəni inkişafında əhəmiyyətli təsirini davam etdirməkdədir".
A.Əhmədov bildirir ki, Azərbaycan son illər sivilizasiyalararası dialoqun gücləndirilməsi, dünyada sülh və əminamanlığın bərqərar olunmasına təşviq edən beynəlxalq tədbirlərin keçirildiyi məkana çevrilib. Onun qeyd etdiyinə görə, belə tədbirlərdən biri Prezident İlham Əliyevin böyük dəstəyi ilə hər il baş tutan Bakı Beynəlxalq Humanitar Forumudur: "Belə yüksək səviyyəli tədbirdə iştirak edən dövlət başçıları, yüksək dövlət rəsmilərinin iştirakı ilə keçirilən forumun siyasi, hüquqi və mədəni əhəmiyyətini dünya mediası da yaxından izləyir. Forumda diqqət çəkən bölmələrdən biri multikulturalizm siyasəti və çoxkonfessiyalı cəmiyyətlərdə davamlı inkişafa nail olunmasına həsr olunan müzakirələrlə bağlıdır. Burada Azərbaycan Respublikasının təcrübəsi ilə bağlı səslənən fikirlər ölkənin beynəlxalq aləmdə multikultural dəyərlərin yaşandığı stabil inkişaf məkanı kimi tanınmasının siyasi və mədəni əhəmiyyətini açıq şəkildə göstərməkdədir.
Azərbaycanın multikulturalizm sahəsində əldə etdiyi mühüm nailiyyətlərdən biri Bakı Beynəlxalq Multikulturalizm Mərkəzinin açılması olub. Bu Mərkəzin fəaliyyətə başlaması Azərbaycan Respublikasının dünyada sülhsevər siyasət yürütdüyünə və insan hüquq və azadlıqlarına yüksək səviyyədə hörmət edildiyinə bir daha bariz nümunə oldu. Bu səbəbdən Prezident İlham Əliyevin çıxış və müsahibələrində qeyd etdiyi kimi: "Azərbaycan çoxmillətli ölkədir. Burada müxtəlif dinlərin nümayəndələri bir ailə kimi yaşayır". Buradan çoxmədəniyyətli cəmiyyətin inkişafına dövlətin birmənalı dəstəyi, multikulturalizm siyasətinə göstərdiyi həssas münasibətin heç də təsadüfən baş vermədiyini anlamaq çətin deyil. Yəni Azərbaycan Respublikası tarixinin dərinliklərindən süzülüb gələn multikultural dəyərlərini mənəvi miras olaraq müasir dövrə qədər gətirib çıxara bilmiş və Prezident İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan dövləti bu sülhsevər missiyanı davam etdirərək hüquqi-demokratik inkişafını daha da möhkəmlədə bilib".
Alim bildirir ki, multikultural dəyərlərə yüksək münasibət göstərən Azərbaycan Respublikası qısa vaxt ərzində bunun mümkün olduğunu və insan hüquqlarının müdafiəsində çoxmədəniyyətli cəmiyyət amilinin əhəmiyyətinə diqqət çəkərək dünya liderlərinin məsələyə münasibətinin vacibliyini bəyan edir: "Yəni Azərbaycan hökuməti multikulturalizm siyasətinin iflasa uğramadığını, əksinə, ərazisində yaşayan xalqların sülh və mehriban şəraitdə yaşamasını önə çəkərək, bunun təməlində yürüdülən stabil siyasətin əhəmiyyətini də vurğulamış olur. Prezident İlham Əliyevin qeyd etdiyi kimi, "multikulturalizmin alternativi yoxdur". Bu məsələdə alternativ axtarışında olan Avropanın yaşamaqda olduğu miqrant böhranı bir daha onu göstərdi ki, mədəni və siyasi dialoqun gücləndirilməsi zəruridir və bundan qaçmaq qlobal problemin həllinə kömək yox, əksinə, daha çox süni maneə yaratmaqdadır.
Məqalə boyu bütün sadalanan müsbət məqamları ümumiləşdirərək, Azərbaycan Respublikasında insan hüquq və azadlıqlarının inkişafı və bu siyasətin təməlində dayanan multikulturalizm siyasətinin bir model olaraq beynəlxalq aləm tərəfindən müsbət qəbul olunmasını və alınan nəticələri müddəalar şəklində aşağıda göstərildiyi kimi ifadə etmək mümkündür:
Hüquqi və demokratik inkişaf yolunda irəliləyən Azərbaycan Respublikasında insan hüquq və azadlıqlarının yüksək səviyyədə müdafiə olunması multikultural dəyərlərə ali münasibətdə öz əksini tapıb;
Müasir Azərbaycanda multikulturalizm siyasətinin uğurlu başlanğıcı görkəmli dövlət xadimi Heydər Əliyev tərəfindən əsası qoyulmuş azərbaycançılıq məfkurəsinə əsaslanır və nəticə olaraq xalqların sülh və mehriban şəraitdə yaşamasına diqqəti artırır;
Prezident İlham Əliyevin siyasi fəaliyyəti çoxkonfessiyalı Azərbaycanda insan hüquq və azadlıqlarının qorunmasında milli və beynəlxalq qanunvericiliyin inkişafına əhəmiyyətli təsir göstərir və mövcud sahədə siyasi-hüquqi, mədəni səmərə təşkil edir;
Azərbaycanda yaşayan müxtəlif xalqların nümayəndələri ölkə həqiqətləri və mədəniyyətinin inkişafında yaxından iştirak edir. Bu mühüm amil respublikanın beynəlxalq münasibətlərə inteqrasiyasına dəstək verir;
Azərbaycanda milli və etnik mədəniyyətin inkişafı ərazisində yaşayan xalqları bir-birinə yaxınlaşdırır, milli maraqlarının qorunmasında həmrəy addım atmağa təşviq edir;
İnsan hüquqları və multikultural dəyərlərin nəzəri əsaslarının inkişafında beynəlxalq tədbirlərin əhəmiyyəti illər keçdikcə daha da artır.
Demokratik dəyərlərə sadiq qalan, müsəlman ölkəsi Azərbaycanın çoxkonfessiyalı cəmiyyəti bir daha onu göstərir ki, islam sülh və əminamanlıq dinidir, xalqlar arasında dialoqa tərəfdar olan və nəticə etibarilə birləşdirən mühüm amildir...".
İradə SARIYEVA
Yazı Azərbaycan Respublikasının Prezidenti yanında Kütləvi İnformasiya Vasitələrinin İnkişafına Dövlət Dəstəyi Fondunun maliyyə dəstəyilə çap olunur.
DİGƏR XƏBƏRLƏR
Tarix: 24.08.2016 / 01:18
Bölgələrimizdə multikulturalizm tədbirləri azərbaycançılığın əyani nümayiş forması kimi...
Tarix: 19.08.2016 / 02:28
Təsviri incəsənət tariximizin örnəkləri azərbaycançılıq nümunələri kimi...
Tarix: 18.08.2016 / 01:39
Təsviri incəsənət tariximizin örnəkləri azərbaycançılıq nümunələri kimi...
Tarix: 16.08.2016 / 15:36
Alimlərimizin multikulturalizm - mədəni müxtəlifliyin problemlərinin tədqiqinə azərbaycançılıq müstəvisində metodoloji yanaşmaları...
Tarix: 11.08.2016 / 01:34
Azərbaycançılığın ayrılmaz istiqaməti olan multikulturalizm Azərbaycanda dönməz həyat tərzinə çevrilib
Tarix: 10.08.2016 / 01:11
Azərbaycançılığın ayrılmaz parçası olan multikulturalizm Azərbaycanda həyat tərzidir...
Tarix: 09.08.2016 / 17:07
Mirzə Fətəli Axundovun fəlsəfi baxışları və Azərbaycan tolerantlıq tarixində onun yeri...
Tarix: 06.08.2016 / 01:49
Mirzə Fətəli Axundovun fəlsəfi baxışlarının Azərbaycan tolerantlığında yeri...
Tarix: 05.08.2016 / 01:42
Mirzə Fətəli Axundovun fəlsəfi baxışlarının Azərbaycan tolerantlığında yeri...
Tarix: 04.08.2016 / 01:29
Azərbaycan kinosu və azərbaycançılıq təbliğatı...
Tarix: 03.08.2016 / 02:14
Azərbaycan kinosu və azərbaycançılıq...
Tarix: 02.08.2016 / 02:00
Aşıq sənəti - azərbaycançılığın mühüm ifadə formalarından biri kimi...
VİDEO
Tarix: 17.10.2026 / 17:10
Aydın Quliyev Mətbuat Şurasında seçkilərə qatılmamasının səbəblərini qurultayda açdı... - VİDEO
Tarix: 27.11.2025 / 11:10
Biri ermənini öpür, biri sovet bayrağı qaldırır... Günümüzə baxın! - VİDEO
Tarix: 12.11.2025 / 11:05
Lavrov işdən kənarlaşdırılır, yoxsa oyun qurulur? - VİDEO
Tarix: 19.11.2026 / 21:35
“Günəş fəallığı” Xəzər suyuna təsir edən sonuncu amıldir - Rusiyadan gələn izaha cavab...
Tarix: 19.11.2026 / 20:33
Putin “nüvə çantası”nı özü ilə Çinə niyə aparmışdı...
Tarix: 19.11.2026 / 16:18
Ermənilər Qarabağda Amaras udin-alban abidəsinə kor iddialardan əl çəkmirlər...
SON XƏBƏRLƏR
20.11.2026 / 09:30
Azərbaycan Respublikasının Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyi 2027-ci il üzrə kiçik və böyük qrant müsabiqələrini elan edir
20.11.2026 / 08:21
Ukraynanın NATO-ya üzvlüyü gündəmdə -
yalnız ərazi güzəşti qarşılığında…
20.11.2026 / 08:11
Netanyahunun əsas rəqibi hərəkətə keçdi -
Ayzenkot ərəb partiyaları ilə koalisiyaya gedir
20.11.2026 / 08:01
Senat Trampın İrana qarşı müharibə səlahiyyətini məhdudlaşdırmaq cəhdini rədd etdi
20.11.2026 / 00:45
Beynəlxalq Məhkəmədən tarixi qərar...
Myanma Arakan müsəlmanlarına qarşı rəsmən soyqırımda ittiham olundu – təzminat ödəyəcəklər…
20.11.2026 / 00:11
Qarakənd faciəsindən 35 il ötür...
20.11.2026 / 00:01
Bu gün Ağdam Şəhəri Günüdür
- Qarabağın dirçəliş rəmzinə çevrilən Ağdam...
19.11.2026 / 22:53
Azərbaycan tarixinin öyrənilməmiş səhifələri
19.11.2026 / 22:35
Sadiq həmişə müharibənin qələbə ilə bitəcəyini deyirdi…
19.11.2026 / 21:58
Yeni prezident seçkilərinə qədər Əkrəm İmamoğluna “siyasətlə məşğulluq” qadağası qoyuldu...
19.11.2026 / 21:35
“Günəş fəallığı” Xəzər suyuna təsir edən sonuncu amıldir
- Rusiyadan gələn izaha cavab...
19.11.2026 / 21:17
Almaniya Cənubi Qafqazda sülh prosesi ilə bağlı yeni kurs elan etdi...
19.11.2026 / 21:04
Prezident İlham Əliyevin sosial media hesablarında Vyetnama səfəri ilə bağlı videoçarx paylaşılıb
19.11.2026 / 20:50
Paşinyan Azərbaycan XİN-lə tam razılaşdı...
19.11.2026 / 20:33
Putin “nüvə çantası”nı özü ilə Çinə niyə aparmışdı...
19.11.2026 / 20:19
QHT “Süni intellekt dövrünün tələbəsi necə olmalıdır” adlı layihə icra edir...
19.11.2026 / 20:15
Aşqabad bütün istiqamətlərdə diplomatiyanı dəyişir, tək Türk birliyindən başqa
- Şok səbəblər...
19.11.2026 / 19:55
Paşinyandan üsyan etdi
- 1870-ci illərdən bəri... bizi türklərə düşmən etdilər...
19.11.2026 / 19:35
Sumqayıtda “Psixologiya və Şəxsi İnkişaf” forumu keçirilib
- FOTO
19.11.2026 / 19:18
2023-cü ilin 1 yanvarından bu yana 220 manat məbləği dəyişməyib
- niyə?
19.11.2026 / 19:02
Ermənistan Alban irsini özününküləşdirərək UNESCO-ya daxil etmək istəyir – TƏXRİBAT
19.11.2026 / 18:56
Tramp Putin və Cinpinlə görüşdə İranın nüvə silahına sahib olmasına imkan verməyəcəyini bəyan etdi...
19.11.2026 / 18:43
Putindən sərt mesajlar
- Krım körpüsünə cavab, ərazi məsələsində güzəştsizlik və Qərbə xəbərdarlıq...
19.11.2026 / 18:41
ORMEŞƏNİN ŞƏRƏF DASTANI
- Vətənə, qəhrəmanlığa və yaddaşa yazılan əbədi abidə
19.11.2026 / 18:28
YAP: 34 illik zəngin siyasi irs və yeni dövrün strateji hədəfləri
19.11.2026 / 18:23
Sahibə Qafarova Türkmənistanda Matviyenko ilə görüşdü
19.11.2026 / 18:21
Şəhid adı əbədidir...
19.11.2026 / 18:18
Ermənistanda TRIPP layihəsinin həyata keçirilməsi üçün vəsait ayırdı...
19.11.2026 / 18:13
Putin, Tramp və Si Cinpin sülh haqqında Bəyannamə qəbul etdilər
19.11.2026 / 18:01
İranın ağası və... dığası
- YUNUS OĞUZ yazır
19.11.2026 / 17:57
Səməd Vurğunun böyük Vətən sevgisi
19.11.2026 / 17:41
“Deputatların “üsyankar” çıxışları idarə olunur”
- İddia...
19.11.2026 / 17:24
Astanada TÜRKPA Səhiyyə komitələri üzvlərinin 3-cü iclası keçirilib
19.11.2026 / 17:10
Prezident İlham Əliyev Vyetnama səfərə edib
- FOTO
19.11.2026 / 16:55
Çində tarixi görüş
- Putin, Tramp və Cinpin nələri müzakirə etdi...
19.11.2026 / 16:18
Ermənilər Qarabağda Amaras udin-alban abidəsinə kor iddialardan əl çəkmirlər...
19.11.2026 / 16:10
Almaniya Qafqazda ümidini Azərbaycana bağladı -
enerjinin gücü budur bax...
19.11.2026 / 15:49
Tramp İranla bağlı təzə taktika işə salıb -
"məhdud zərbələr"...
19.11.2026 / 15:18
Anna Akopyan Nikol Paşinyanı hakimiyyətdən devirir...(?)
19.11.2026 / 14:46
Qərbi Azərbaycan İcması Tom Lantos Komissiyasını qərəzli yanaşmadan əl çəkməyə çağırdı
19.11.2026 / 14:41
Bakı-İrəvan sülh prosesinin "altına bomba qoyulur" -
qatil Monte Melkonyana kino çəkildi...
19.11.2026 / 14:40
Azərbaycanda ərzağa xərclənən pullar artır, lakin başadüşülən səbəblər var...
19.11.2026 / 14:26
Tramp APEC sammitində Cinpin danışarkən yatdı...
- VİDEO
19.11.2026 / 14:22
Parakənd Xalkolit yaşayış yeri
19.11.2026 / 14:11
İnformasiya texnologiyaları Azərbaycanın inkişafında yeni güclü mənbə kimi özünü daha çox təsdiqləyir....
19.11.2026 / 13:57
Rusiyanın ABŞ-la yeni bazarlıq planları -
Kalininqraddan çıxırıq, Ukraynanı NATO-ya buraxırıq...
19.11.2026 / 13:56
"Ermənistanın 200-dən çox kütləvi məzarlığın yerini açıqlamasını gözləyirik"
- Hikmət Hacıyev
19.11.2026 / 13:44
Prezident İlham Əliyev: "Bu gün Azərbaycan Cənubi Qafqazda əsas logistika və energetika habıdır"
19.11.2026 / 13:42
"Heydər Əliyev Fondu Vyetnamla humanitar münasibətlərin dərinləşməsinə fəal surətdə kömək edir"
- Prezident
19.11.2026 / 13:40
Prezident: "Vyetnam biznesinin Azərbaycan iqtisadiyyatında iştirakı münasibətlərin mühüm tərkib hissəsidir"
19.11.2026 / 13:37
Paşinyan yeni Konstitusiya qəbul olunmayacağı təqdirdə istefa verəcəyini bəyan etdi...
19.11.2026 / 13:34
"Azərbaycan-Vyetnam iqtisadi-ticari əlaqələri ardıcıl şəkildə inkişaf edir"
- Prezident
19.11.2026 / 13:32
Prezident İlham Əliyev Vyetnam Xəbər Agentliyinə müsahibə verib
19.11.2026 / 13:21
Cinpin Tayvanla bağlı Trampa çağırış etdi
- Tramp ABŞ-ın Tayvanın müstəqilliyini dəstəkləmədiyini dedi...
19.11.2026 / 13:06
Alen Simonyan müxalifəti hədələdi
– “yeni Konstitusiya qəbul edilməsə... onları darmadağın edəcəyik”
19.11.2026 / 12:47
Putin, Tramp və Si Cinpin arasında ilk üçtərəfli görüş başladı...
19.11.2026 / 12:26
Putin və Tramp arasında görüş keçirildi...
19.11.2026 / 12:12
Xeyirxahlıq missiyası
19.11.2026 / 12:07
Xəzərin sahilboyu ərazilərinin idarə olunması üçün yeni mexanizmlər tətbiq ediləcək...
19.11.2026 / 11:59
Simonyan Azərbaycana gəlir...
19.11.2026 / 11:43
Xəzərin sahilindəki qanunsuz tikililərin taleyi necə olacaq?
- Açıqlama
19.11.2026 / 11:30
"Xəzərin sahilboyu ərazilərində qanunsuz fəaliyyətlər də mövcuddur"
- İlqar Həbiyev
19.11.2026 / 11:17
“Dünya misli görünməmiş kiberdəyişikliklərin yalnız başlanğıcındadır"
- DTX rəis müavini
19.11.2026 / 10:30
Bakıda ilk dəfə avtobuslar üçün ayrıca svetofor quraşdırılacaq...
19.11.2026 / 10:07
Məleykə Abbaszadə Bakı Dövlət Universitetinin rektoru təyin edildi
19.11.2026 / 10:05
Elçin Babayev Bakı Dövlət Universitetinin rektoru vəzifəsindən azad edildi
19.11.2026 / 09:41
ABŞ-ın üç aviadaşıyıcısından biri Yaxın Şərqi tərk etdi -
nə baş verir?
19.11.2026 / 09:12
Vəkil Orxan Kəngərli saxlanıldı
19.11.2026 / 08:50
Azərbaycan Fransanı regionda sülh prosesinə mane olan qərəzli mövqeyindən əl çəkməyə çağırdı
19.11.2026 / 06:02
Çexiya da rus idmançıların ölkəyə girişini yasaqladı
18.11.2026 / 22:36
Ukraynada "ikinci Çernobıl" təhlükəsi... Avropada nüvə qəzası risqi son 40 ilin ən yüksək səviyyəsinə çatdı
- 38 ölkədən XƏBƏRDARLIQ...
18.11.2026 / 22:10
İtaliyada İsraili tənqid etmək qadağan edildi...
18.11.2026 / 21:44
Kaya Kallası Rusiya ilə danışıqlarda iştirakdan kim (lər) məhrum etdi...
18.11.2026 / 21:27
9-cu əsrdə Rusiyanı xristianlaşdıran da ermənilər olublarmış...
18.11.2026 / 21:11
Tramp ölkənin “bütün” hərbi gücünü İranın üstünə tökdü...
18.11.2026 / 20:53
Spiker Rubinyan sülh sazişinə Paşinyandan fərqli mövqe göstərdi...
18.11.2026 / 20:36
Ermənistan və Rusiya dəmiryolu üzrə qapalı İşçi qruplar yaratdı...
18.11.2026 / 20:20
Ermənistan parlamentində inanılmaz konstitusiya “bazarlığı” başladı...
18.11.2026 / 20:03
Ermənistanın hökumət sənədində Azərbaycana qarşı “070” kodlu təxribat rəsmiləşdirilir...
18.11.2026 / 19:44
Məmurlar Prezidentin qərarından sui-istifadəni davam etdirirlər...
18.11.2026 / 19:27
Britaniya Avropa İttifaqından çıxmasına peşman olub, yenidən quruma qayıtmaq istəyir
İnformasiya texnologiyaları Azərbaycanın inkişafında yeni güclü mənbə kimi özünü daha çox təsdiqləyir....
Populyar xəbərlər
Tarix: 04.11.2026 / 14:39
Gələn il pensiyalar bu qədər artırılacaq...
Tarix: 16.11.2026 / 14:45
Azərbaycanda pensiya Ermənistandan 2 dəfə, Rusiyadan isə 40 dollar çoxdur
- RƏQƏMLƏR
Tarix: 14.11.2026 / 18:21
Macarıstanda keçmiş nazirə qarşı əməliyyat
- ələ keçirilən pulları 12 nəfər beş aparatla səkkiz saata saydı...
Tarix: 14.11.2026 / 11:23
Türkiyə Ermənistana uçan hərbi təyyarənin hava məkanından keçməsinə icazə vermədi...
Tarix: 14.11.2026 / 16:50
Ev təsərrüfatları ilə bağlı yeni qaydalar əslində əhalinin öz mənafelərinə uyğundur -
baxın, necə...
XƏBƏR ARXİVİ