Cümə günü, 20 noyabr 2026
     

Hüquqi və demokratik Azərbaycan Respublikasında multikulturalizm siyasəti və azərbaycançılıq...

Image


I yazı
Dünyada insanları qayğılandıran məsələlər arasında insan hüquq və azadlıqları xüsusi yer tutur. Bir sıra ölkələrdə bu problemin mövcudluğu narahatlıq doğurur. Məlumdur ki, hazırda Avropa ölkələrində, Amerikanın özündə, Rusiya və digər dövlətlərdə milli zəmində ayrıseçkilik halları müşahidə olunur.
İnsan hüquqlarının müdafiəsi ilə bağlı beynəlxalq qurumlar fəaliyyət göstərir, bu qurumlar da mümkün qədər insan hüquqlarını qorumağa çalışır. İnsan hüquqları əsasən o ölkələrdə pozulur ki, orada milli müxtəliflik mövcuddur. Elə dövlətlər də var ki, vətəndaşları bir-iki millətdən ibarətdir. Bu dövlətlərdə də insan hüquqlarının pozulması halları var. Məsələn, qonşu Ermənistan Respublikasında ermənilər və erməniləşmiş yezidi kürdlər (az sayda), erməniləşmiş yunanlar (az sayda) yaşayır. Bu ölkədə insan hüquqlarının, vətəndaşların heysiyyətinin tapdanması adi hal alıb. Burada insan hüquqları sahəsində ciddi böhran baş verir.
Bildiyimiz kimi, Azərbaycan çoxsaylı xalqların yaşadığı dövlətdir. Lakin, başqa ölkələrdən fərqli olaraq, bizim ölkədə qeyri-türklərin və qeyri-islam dini təmsilçilərinin hüquqları pozulmur, onlara heç bir məhdudiyyət qoyulmur.
AMEA İnsan Hüquqları üzrə Elmi-Tədqiqat İnstitutunun Beynəlxalq əlaqələr şöbəsinin böyük elmi işçisi, tarix üzrə fəlsəfə doktoru Aqil Əhmədov "Hüquqi-demokratik Azərbaycanda multikulturalizm siyasəti insan hüquqlarına göstərilən ali dəyərdir" elmi-tədqiqat məqaləsində bu məsələyə toxunub.
Hüquqi-demokratik respublika olan Azərbaycanda insan hüquqları sahəsində böhran deyil, çiçəklənmə mövcuddur desək yanılmarıq.
Aqil Əhmədov qeyd edir ki, insan hüquqlarının müdafiəsi kimi mühüm məsələlər demokratik tərəqqi yolunu tutmuş dövlətlərdə davamlı inkişafa ciddi dəstək ifadə etməkdədir: "Bu baxımdan, Azərbaycan Respublikasında vətəndaş hüquqlarının təmin olunması ilə paralel, insan hüquq və azadlıqlarının qorunmasına göstərilən yüksək münasibət beynəlxalq hüququn prinsiplərinə hörmətlə yanaşıldığını göstərir. Azərbaycanda insan hüquqlarının müdafiəsi məsələsi ölkədə yaşayan xalqlara münasibətdə daha qabarıq şəkildə özünü əks etdirir. Qədim dövlətçilik ənənələrinin mövcud olduğu Azərbaycanda həyatın müasir mərhələsində tolerant mühitin formalaşması və xalqlar arasında mehriban münasibətlərin hökm sürməsi həyata keçirilən stabil daxili və xarici siyasətin nəticəsi olaraq meydana çıxır".
Tədqiqatçının fikrincə, stabil siyasət Azərbaycanda müxtəlif mədəniyyətlərə mənsub xalqların birgəyaşayışının təmin olunmasında əsas amillərdən birincisidir. Alimin bildirdiyinə görə, çoxkonfessiyalı dövlət olan Azərbaycanda müşahidə olunan sosial-iqtisadi inkişaf və tərəqqiyə nail olunmasında insan hüquqlarının yüksək səviyyədə müdafiəsi ilə yanaşı, bu siyasətin nəticəsi olaraq ölkə ərazisində yaşayan müxtəlif xalqların nümayəndələrinə göstərilən ehtiram sivilizasiyalararası dialoqun genişləndirilməsinin vacibliyinə diqqət çəkir: "Bu səbəbdən Azərbaycanda multikultural dəyərlərin inkişafı bilavasitə insan hüquqlarının müdafiəsinə əhəmiyyətli dərəcədə təsir göstərir. Hazırda respublikada mövcud olan davamlı inkişaf, insan hüquqları və multikultural dəyərlərin təməlində düşünülmüş, praqmatik siyasət dayanır.
Azərbaycanda müasir dövlət quruculuğunun və multikulturalizm siyasətinin müəllifi olmuş görkəmli dövlət xadimi Heydər Əliyev tarixən ölkədə yaşamış və hazırda yaşamaqda olan xalqların sosial-mədəni potensialını yüksək qiymətləndirib. Məhz ilk dəfə Heydər Əliyev tərəfindən Azərbaycanda mövcud olan çoxmədəniyyətli cəmiyyətə siyasi və hüquqi qiymət verilib. Bununla bağlı Heydər Əliyev çıxışlarının birində deyib: "Azərbaycan əhalisinin çoxmilli tərkibi bizim sərvətimizdir, üstünlüyümüzdür. Biz bunu qiymətəndiririk və qoruyub saxlayacağıq". Respublikanın çoxmilli tərkibi ölkənin müasir beynəlxalq münasibətlərə inteqrasiyasına müsbət təsir göstərir və tanınması baxımından əhəmiyyət kəsb edir. Bu səbəbdən qeyd etmək lazımdır ki, çoxkonfessiyalı milli sərvəti qoruyub saxlamaq hər bir Azərbaycan vətəndaşının borcudur və bu məqam dövlətin həm siyasi, həm də mədəni baxımdan mühüm üstünlüyüdür.
Dövlətin mövcudluğu müəyyən sərhədlər, iqtisadi-coğrafi amillərlə bağlı olmaqla yanaşı, eyni zamanda ənənələrə də söykənir. Azərbaycan xalqının məskunlaşdığı və yayıldığı bu ərazidə tarixən yaratdığı çoxlu dövlətləri olub. Xalqımızın tarixdə özünəməxsus imzası var, yaratdığı dövlətlər Yaxın və Orta Şərqdə çox ciddi tarixi izlər qoyub. Dövlətçilik yaşadığımız tarixi dövrün reallıqları ilə tarixi keçmişimiz arasındakı əlaqələrin bərpa olunması və bunun hər bir formada insanlara çatdırılmasıdır. Dövlətçilik dedikdə ilk növbədə tarixdən bizə ötürülən, nəsillərə əxz etdiyimiz, qazandığımız həmin dövlət prinsiplərinin saxlanması, qorunması yada düşür. Xalq üçün birinci onun dövlətidir. Əgər dövlət yoxdursa, hansı ideologiya və prinsipdən danışmaq olar? (Qurbanlı M. "Ulu öndər Heydər Əliyevin irsi milli sərvətimizdir", "Səs" qəzeti, nömrə 233, 12 dekabr 2009). Buradan aydın olur ki, tarixi dövlətçilik və mədəni ənənələrin qovuşduğu məkanlardan olan Azərbaycanda sivilizasiyalararası münasibətlərə ehtiramla yanaşılmış və eyni mövqe və siyasət müasir dövrdə daha sivil qaydalarda davamlı inkişafa nail olunması və insan hüquqlarına münasibətdə öz əksini tapıb".
A.Əhmədovun yazdığına görə, hazırda Azərbaycanda tolerant şəraitdə öz dillərini və mədəniyyətlərini yaşadan xalqlar sosial-iqtisadi, mədəni inkişafa töhfə verir, həmçinin, ölkə həqiqətlərinin beynəlxalq ictimaiyyətə çatdırılmasında onların səyləri müşahidə olunan vacib məqamlardandır.
Alim qeyd edir ki, Heydər Əliyevin Azərbaycanda təməlini qoyduğu davamlı inkişaf bugünkü gündə daha da yüksəlib və ayrıseçkilik edilmədən əhalinin bütün təbəqələrinin hüquqlarının qorunmasında dövlətin birmənalı dəstəyi səmərə verməkdədir: "Bu müdrik siyasətin Azərbaycanda layiqli davamçısı olan Prezident İlham Əliyevin 2016-cı ili ölkədə multikulturalizm ili elan etməsi beynəlxalq aləmin diqqətini çəkir, respublikaya göstərilən maraq artır və müxtəlif mədəniyyətlərə mənsub xalqların birgəyaşayışının mümkün olduğunu açıq şəkildə bəyan edir. Burada Prezident İlham Əliyevin ölkədə insan hüquq və azadlıqlarının qorunmasına göstərdiyi yüksək münasibət dövlətin təməl siyasi prioritetlərinin uğurla davam etdirildiyini və multikulturalizmin alternativinin olmadığını göstərmiş olur".
Azərbaycanda insan hüquqları və multikultural dəyərlərə münasibətin Heydər Əliyev mərhələsindən danışan A.Əhmədov vurğulayır ki, hüquqi-demokratik dövlət quruculuğu görkəmli dövlət xadimi Heydər Əliyevin siyasi fəaliyyətində mühüm istiqamət təşkil edib: "Burada Heydər Əliyevin vətəndaş və insan hüquqlarının təmin olunması sahəsində verdiyi fərmanlar və digər qəbul olunan sənədlər ölkənin gələcək inkişafı üçün ciddi əsas yaradıb. Bu isə, öz növbəsində, Azərbaycanda stabil siyasi inkişafa gətirib çıxarıb. Azərbaycanda belə yüksək inkişafın bir təzahürü kimi, biz çoxkonfessiyalı cəmiyyətin, xalqlararası münasibətin təmin olunmasını daha yaxından müşahidə edirik.
1998-ci ilin 22 fevralında Heydər Əliyev "İnsan və vətəndaş hüquqlarının və azadlıqlarının təmin edilməsi sahəsində tədbirlər haqqında" Fərman imzalayıb, burada insan hüquqları sahəsində həyata keçirilən tədbirlərin istiqaməti və konsepsiyası səhih şəkildə müəyyən edilib. İnsan hüquqları sahəsində proqram rolunu oynayan bu sənədlə insan hüquqları məsələsi ümumdövlət səviyyəsinə qaldırılıb. Həmin ilin 18 iyun tarixində isə Azərbaycan Respublikası Prezidentinin Fərmanı ilə "İnsan hüquqlarının müdafiəsinə dair Dövlət Proqramı" təsdiq olunub. Azərbaycan Respublikasının insan hüquqlarının qorunması sahəsində əldə etdiyi ən mühüm nailiyyətlərdən biri də BMT və Azərbaycan hökuməti arasında 1998-ci ilin avqustunda imzalanmış "İnsan hüquqları və demokratiyanın dəstəklənməsi sahəsində birgə layihə haqqında" memorandum olub. Bu memoranduma əsasən, BMT insan hüquqlarını dəstəkləmək və müdafiə etmək sahəsində ümumi biliklərin və potensialın Avropa standartlarına uyğunlaşdırılması, prosedur və hesabatlar sisteminin təkmilləşdirilməsi, mülki cəmiyyətin inkişafı və digər məsələlər sahəsində Azərbaycan Respublikası hökuməti ilə birgə tədbirlər həyata keçirib (Hüseynova İ. "Heydər Əliyev və Azərbaycanda demokratik dövlət quruculuğu", "Dirçəliş XXI əsr" jurnalı, nömrə 133-134, 2009, s. 86-99). Göründüyü kimi, Heydər Əliyevin müstəqil Azərbaycan Respublikasına rəhbərliyinin ilk illərində insan və vətəndaş hüquqlarının müdafiə olunması kimi məsələlər əhəmiyyəti ilə seçilib. Qəbul olunan fərmanlarda göstərilən müddəalar Azərbaycan ərazisində yaşayan hər kəsə, bütün xalqların nümayəndələrinə şamil edilir və hazırda Prezident İlham Əliyevin insan hüquq və azadlıqlarının müdafiəsi sahəsində imzaladığı Dövlət Proqramı məhz Heydər Əliyevin təməlini qoyduğu müdrik və sülhsevər siyasətin nəticəsi və ümumilikdə davamı olaraq genişlənməkdədir.
Beynəlxalq hüququn norma və prinsiplərindən çıxış edərək insan hüquqları sahəsində beynəlxalq sənədlərə qoşulan Azərbaycanda bu siyasətin vacib tərəflərindən biri kimi milli və dini zəmində mədəniyyətlərarası gərginliyin olmaması məhz Heydər Əliyevin müdrik siyasətinin uğurla davam etdirildiyini göstərməkdədir. Burada, həmçinin, BMT, İƏT, Aİ kimi nüfuzlu beynəlxalq təşkilat rəsmilərinin Azərbaycanda həyata keçirilən multikulturalizm dövlət siyasətinin inkişafını təqdir etdiklərini qeyd etmək lazımdır. UNESCO-nun baş direktoru, İƏT baş katibi, İSESCO-nun baş direktoru və ya Aİ rəsmiləri Bakıda keçirilən humanitar forumlarda yaxından iştirak etmiş, tədbirin insan hüquqları və multikulturalizmə həsr olunan bölmələrində Azərbaycanın bu sahədə əldə etdiyi nailiyyətlərin beynəlxalq aləm üçün əhəmiyyətinə diqqət çəkmişlər. Beynəlxalq tədbirlərə ev sahibliyi edən Azərbaycan bununla dünyada sülh və əminamanlığın davamlı olması üçün bütün dövlətlərin mövcud sahədə aktiv siyasət yürütməsinin vacibliyini önə çəkib.
Burada Ermənistanın region üçün təhdidə çevrilən işğalçılıq siyasətinin insan hüquqlarına ciddi zərbə vurduğu göstərilməklə yanaşı, xalqların Qafqaz adlı ümumi evində multikultural dəyərlərin inkişafına da mənfi təsiri vurğulanıb. Hazırda Ermənistanın monoetnik ölkə kimi mədəni inkişaf səviyyəsinin tənəzzülə uğraması fikri heç bir Avropa liderində şübhə döğurmur. Bu səbəbdən multikultural dəyərlər və insan hüquqları bir-birini tamamlayır və hər ikisinin fəaliyyətində insan amili, dialoq və hörmət prinsipi əsas məqamlardandır".
İradə SARIYEVA
Yazı Azərbaycan Respublikasının Prezidenti yanında Kütləvi İnformasiya Vasitələrinin İnkişafına Dövlət Dəstəyi Fondunun maliyyə dəstəyilə çap olunur.




VİDEO

Aydın Quliyev Mətbuat Şurasında seçkilərə qatılmamasının səbəblərini qurultayda açdı... - VİDEO

Biri ermənini öpür, biri sovet bayrağı qaldırır... Günümüzə baxın! - VİDEO

Lavrov işdən kənarlaşdırılır, yoxsa oyun qurulur? - VİDEO

“Günəş fəallığı” Xəzər suyuna təsir edən sonuncu amıldir - Rusiyadan gələn izaha cavab...

Putin “nüvə çantası”nı özü ilə Çinə niyə aparmışdı...

Ermənilər Qarabağda Amaras udin-alban abidəsinə kor iddialardan əl çəkmirlər...

SON XƏBƏRLƏR

20.11.2026 / 09:30
Azərbaycan Respublikasının Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyi 2027-ci il üzrə kiçik və böyük qrant müsabiqələrini elan edir

20.11.2026 / 08:21
Ukraynanın NATO-ya üzvlüyü gündəmdə - yalnız ərazi güzəşti qarşılığında…

20.11.2026 / 08:11
Netanyahunun əsas rəqibi hərəkətə keçdi - Ayzenkot ərəb partiyaları ilə koalisiyaya gedir

20.11.2026 / 08:01
Senat Trampın İrana qarşı müharibə səlahiyyətini məhdudlaşdırmaq cəhdini rədd etdi

20.11.2026 / 00:45
Beynəlxalq Məhkəmədən tarixi qərar... Myanma Arakan müsəlmanlarına qarşı rəsmən soyqırımda ittiham olundu – təzminat ödəyəcəklər…

20.11.2026 / 00:11
Qarakənd faciəsindən 35 il ötür...

20.11.2026 / 00:01
Bu gün Ağdam Şəhəri Günüdür - Qarabağın dirçəliş rəmzinə çevrilən Ağdam...

19.11.2026 / 22:53
Azərbaycan tarixinin öyrənilməmiş səhifələri

19.11.2026 / 22:35
Sadiq həmişə müharibənin qələbə ilə bitəcəyini deyirdi…

19.11.2026 / 21:58
Yeni prezident seçkilərinə qədər Əkrəm İmamoğluna “siyasətlə məşğulluq” qadağası qoyuldu...

19.11.2026 / 21:35
“Günəş fəallığı” Xəzər suyuna təsir edən sonuncu amıldir - Rusiyadan gələn izaha cavab...

19.11.2026 / 21:17
Almaniya Cənubi Qafqazda sülh prosesi ilə bağlı yeni kurs elan etdi...

19.11.2026 / 21:04
Prezident İlham Əliyevin sosial media hesablarında Vyetnama səfəri ilə bağlı videoçarx paylaşılıb

19.11.2026 / 20:50
Paşinyan Azərbaycan XİN-lə tam razılaşdı...

19.11.2026 / 20:33
Putin “nüvə çantası”nı özü ilə Çinə niyə aparmışdı...

19.11.2026 / 20:19
QHT “Süni intellekt dövrünün tələbəsi necə olmalıdır” adlı layihə icra edir...

19.11.2026 / 20:15
Aşqabad bütün istiqamətlərdə diplomatiyanı dəyişir, tək Türk birliyindən başqa - Şok səbəblər...

19.11.2026 / 19:55
Paşinyandan üsyan etdi - 1870-ci illərdən bəri... bizi türklərə düşmən etdilər...

19.11.2026 / 19:35
Sumqayıtda “Psixologiya və Şəxsi İnkişaf” forumu keçirilib - FOTO

19.11.2026 / 19:18
2023-cü ilin 1 yanvarından bu yana 220 manat məbləği dəyişməyib - niyə?

19.11.2026 / 19:02
Ermənistan Alban irsini özününküləşdirərək UNESCO-ya daxil etmək istəyir – TƏXRİBAT

19.11.2026 / 18:56
Tramp Putin və Cinpinlə görüşdə İranın nüvə silahına sahib olmasına imkan verməyəcəyini bəyan etdi...

19.11.2026 / 18:43
Putindən sərt mesajlar - Krım körpüsünə cavab, ərazi məsələsində güzəştsizlik və Qərbə xəbərdarlıq...

19.11.2026 / 18:41
ORMEŞƏNİN ŞƏRƏF DASTANI - Vətənə, qəhrəmanlığa və yaddaşa yazılan əbədi abidə

19.11.2026 / 18:28
YAP: 34 illik zəngin siyasi irs və yeni dövrün strateji hədəfləri

19.11.2026 / 18:23
Sahibə Qafarova Türkmənistanda Matviyenko ilə görüşdü

19.11.2026 / 18:21
Şəhid adı əbədidir...

19.11.2026 / 18:18
Ermənistanda TRIPP layihəsinin həyata keçirilməsi üçün vəsait ayırdı...

19.11.2026 / 18:13
Putin, Tramp və Si Cinpin sülh haqqında Bəyannamə qəbul etdilər

19.11.2026 / 18:01
İranın ağası və... dığası - YUNUS OĞUZ yazır

19.11.2026 / 17:57
Səməd Vurğunun böyük Vətən sevgisi

19.11.2026 / 17:41
“Deputatların “üsyankar” çıxışları idarə olunur” - İddia...

19.11.2026 / 17:24
Astanada TÜRKPA Səhiyyə komitələri üzvlərinin 3-cü iclası keçirilib

19.11.2026 / 17:10
Prezident İlham Əliyev Vyetnama səfərə edib - FOTO

19.11.2026 / 16:55
Çində tarixi görüş - Putin, Tramp və Cinpin nələri müzakirə etdi...

19.11.2026 / 16:18
Ermənilər Qarabağda Amaras udin-alban abidəsinə kor iddialardan əl çəkmirlər...

19.11.2026 / 16:10
Almaniya Qafqazda ümidini Azərbaycana bağladı - enerjinin gücü budur bax...

19.11.2026 / 15:49
Tramp İranla bağlı təzə taktika işə salıb - "məhdud zərbələr"...

19.11.2026 / 15:18
Anna Akopyan Nikol Paşinyanı hakimiyyətdən devirir...(?)

19.11.2026 / 14:46
Qərbi Azərbaycan İcması Tom Lantos Komissiyasını qərəzli yanaşmadan əl çəkməyə çağırdı

19.11.2026 / 14:41
Bakı-İrəvan sülh prosesinin "altına bomba qoyulur" - qatil Monte Melkonyana kino çəkildi...

19.11.2026 / 14:40
Azərbaycanda ərzağa xərclənən pullar artır, lakin başadüşülən səbəblər var...

19.11.2026 / 14:26
Tramp APEC sammitində Cinpin danışarkən yatdı... - VİDEO

19.11.2026 / 14:22
Parakənd Xalkolit yaşayış yeri

19.11.2026 / 14:11
İnformasiya texnologiyaları Azərbaycanın inkişafında yeni güclü mənbə kimi özünü daha çox təsdiqləyir....

19.11.2026 / 13:57
Rusiyanın ABŞ-la yeni bazarlıq planları - Kalininqraddan çıxırıq, Ukraynanı NATO-ya buraxırıq...

19.11.2026 / 13:56
"Ermənistanın 200-dən çox kütləvi məzarlığın yerini açıqlamasını gözləyirik" - Hikmət Hacıyev

19.11.2026 / 13:44
Prezident İlham Əliyev: "Bu gün Azərbaycan Cənubi Qafqazda əsas logistika və energetika habıdır"

19.11.2026 / 13:42
"Heydər Əliyev Fondu Vyetnamla humanitar münasibətlərin dərinləşməsinə fəal surətdə kömək edir" - Prezident

19.11.2026 / 13:40
Prezident: "Vyetnam biznesinin Azərbaycan iqtisadiyyatında iştirakı münasibətlərin mühüm tərkib hissəsidir"

19.11.2026 / 13:37
Paşinyan yeni Konstitusiya qəbul olunmayacağı təqdirdə istefa verəcəyini bəyan etdi...

19.11.2026 / 13:34
"Azərbaycan-Vyetnam iqtisadi-ticari əlaqələri ardıcıl şəkildə inkişaf edir" - Prezident

19.11.2026 / 13:32
Prezident İlham Əliyev Vyetnam Xəbər Agentliyinə müsahibə verib

19.11.2026 / 13:21
Cinpin Tayvanla bağlı Trampa çağırış etdi - Tramp ABŞ-ın Tayvanın müstəqilliyini dəstəkləmədiyini dedi...

19.11.2026 / 13:06
Alen Simonyan müxalifəti hədələdi – “yeni Konstitusiya qəbul edilməsə... onları darmadağın edəcəyik”

19.11.2026 / 12:47
Putin, Tramp və Si Cinpin arasında ilk üçtərəfli görüş başladı...

19.11.2026 / 12:26
Putin və Tramp arasında görüş keçirildi...

19.11.2026 / 12:12
Xeyirxahlıq missiyası

19.11.2026 / 12:07
Xəzərin sahilboyu ərazilərinin idarə olunması üçün yeni mexanizmlər tətbiq ediləcək...

19.11.2026 / 11:59
Simonyan Azərbaycana gəlir...

19.11.2026 / 11:43
Xəzərin sahilindəki qanunsuz tikililərin taleyi necə olacaq? - Açıqlama

19.11.2026 / 11:30
"Xəzərin sahilboyu ərazilərində qanunsuz fəaliyyətlər də mövcuddur" - İlqar Həbiyev

19.11.2026 / 11:17
“Dünya misli görünməmiş kiberdəyişikliklərin yalnız başlanğıcındadır" - DTX rəis müavini

19.11.2026 / 10:30
Bakıda ilk dəfə avtobuslar üçün ayrıca svetofor quraşdırılacaq...

19.11.2026 / 10:07
Məleykə Abbaszadə Bakı Dövlət Universitetinin rektoru təyin edildi

19.11.2026 / 10:05
Elçin Babayev Bakı Dövlət Universitetinin rektoru vəzifəsindən azad edildi

19.11.2026 / 09:41
ABŞ-ın üç aviadaşıyıcısından biri Yaxın Şərqi tərk etdi - nə baş verir?

19.11.2026 / 09:12
Vəkil Orxan Kəngərli saxlanıldı

19.11.2026 / 08:50
Azərbaycan Fransanı regionda sülh prosesinə mane olan qərəzli mövqeyindən əl çəkməyə çağırdı

19.11.2026 / 06:02
Çexiya da rus idmançıların ölkəyə girişini yasaqladı

18.11.2026 / 22:36
Ukraynada "ikinci Çernobıl" təhlükəsi... Avropada nüvə qəzası risqi son 40 ilin ən yüksək səviyyəsinə çatdı - 38 ölkədən XƏBƏRDARLIQ...

18.11.2026 / 22:10
İtaliyada İsraili tənqid etmək qadağan edildi...

18.11.2026 / 21:44
Kaya Kallası Rusiya ilə danışıqlarda iştirakdan kim (lər) məhrum etdi...

18.11.2026 / 21:27
9-cu əsrdə Rusiyanı xristianlaşdıran da ermənilər olublarmış...

18.11.2026 / 21:11
Tramp ölkənin “bütün” hərbi gücünü İranın üstünə tökdü...

18.11.2026 / 20:53
Spiker Rubinyan sülh sazişinə Paşinyandan fərqli mövqe göstərdi...

18.11.2026 / 20:36
Ermənistan və Rusiya dəmiryolu üzrə qapalı İşçi qruplar yaratdı...

18.11.2026 / 20:20
Ermənistan parlamentində inanılmaz konstitusiya “bazarlığı” başladı...

18.11.2026 / 20:03
Ermənistanın hökumət sənədində Azərbaycana qarşı “070” kodlu təxribat rəsmiləşdirilir...

18.11.2026 / 19:44
Məmurlar Prezidentin qərarından sui-istifadəni davam etdirirlər...

18.11.2026 / 19:27
Britaniya Avropa İttifaqından çıxmasına peşman olub, yenidən quruma qayıtmaq istəyir

İnformasiya texnologiyaları Azərbaycanın inkişafında yeni güclü mənbə kimi özünü daha çox təsdiqləyir....

XƏBƏR ARXİVİ