Cümə günü, 20 noyabr 2026
     

Genişmiqyaslı multikulturalizm tədbirləri azərbaycançılıq təbliğatının bir istiqaməti kimi...

Image


Məlum olduğu kimi, Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin Sərəncamı ilə 2016-cı il ölkəmizdə "Multikulturalizm ili" elan edilib. 2016-cı il 11 yanvar tarixində isə "2016-cı ilin Azərbaycan Respublikasında "Multikulturalizm ili" elan edilməsinə dair Tədbirlər Planı"nın təsdiq edilməsi haqqında ölkə başçısı Sərəncam imzalayıb.
Qeyd edək ki, 2016-cı ilin Azərbaycan Respublikasında "Multikulturalizm ili" elan edilməsinə dair Tədbirlər Planında multikulturalizm və azərbaycançılığın vəhdətinə geniş yer ayrılıb. Azərbaycanda 2016-cı ilin "Multikulturalizm ili" elan edilməsi bir sıra sahələrdə görülən işlərin intensivliyini artırdı. Tədbirlər Planında Azərbaycanda mövcud olan bütün ənənəvi dinlərin nümayəndələri, onların mədəniyyəti, dini dəyərləri ilə bağlı müddəalar yer alıb. Bu müddəalar azərbaycançılıqla multikulturalizmin vəhdətinin daha dərin olmasından xəbər verir.
AMEA-nın prezidenti, akademik Akif Əlizadə "2016-cı ilin Azərbaycan Respublikasında "Multikulturalizm ili" elan edilməsinə dair Tədbirlər Planı"nı şərh edərkən qeyd edir ki, bu sənəd olduqca əhəmiyyətli və dəyərlidir. Akademik Tədbirlər Planında təqdim edilən mövzuların aktuallığından danışarkən bildirir: "Burada elə mövzular var ki, onlarla bağlı il ərzində tədbirlərin keçirilməsi nəzərdə tutulur. Azərbaycan Prezidentinin təsdiq etdiyi Tədbirlər Planı, həmçinin, orta ümumtəhsil və orta ixtisas təhsili müəssisələrində mədəniyyətlərarası kommunikasiya bacarıqları və bilgilərinə həsr olunmuş seminarların və "Azərbaycanda multikulturalizm" mövzusunda kütləvi mühazirələrin təşkilini nəzərdə tutur. Burada qeyd etməliyəm ki, AMEA-nın elmi müəssisələrində məktəblilər üçün "Açıq qapı" günləri keçirilir. Belə tədbirdə institut və elmi müəssisələrlə yanaşı, Akademiyanın Gənc Alim və Mütəxəssislər Şurasının üzvləri yaxından iştirak edirlər. Ümumiyyətlə, elmi nailiyyətlərin təbliği, yeniyetmələr arasında elmə marağın artması daim AMEA rəhbərliyinin diqqət mərkəzindədir. Bu məqsədlə Rəyasət Heyətində xüsusi şöbə yaradılıb, 2014-cü ildə ilk dəfə və postsovet məkanında Rusiyadan sonra ikinci olaraq Bakıda "Elm festivalı" keçirilib. Festivalın cəmiyyətimizdə oyatdığı marağı nəzərə alaraq qərara alınıb ki, bu il elm bayramı Bakının hüdudlarını aşaraq, həmçinin, Gəncədə, Sumqayıtda, Naxçıvanda və Lənkəranda keçirilsin.
Gənc nəslin diqqətini çəkən tədbirlərimizdən biri də AMEA-nın əsas binasında daimi fəaliyyət göstərən sərgidir. Elmi nailiyyətləri əks etdirən ekspozisiya ilə artıq respublikanın bir sıra məktəblərinin şagirdləri tanış olub və elmi-tədqiqat müəssisələrinin əldə etdiyi göstəriciləri nümayiş etdirən stendlərin qarşısında onları institut direktorları, görkəmli alimlər qarşılayır, maraqlı ekskursiyalar aparırlar. Şübhəsiz ki, ölkəmizdə "Multikulturalizm ili"nin elan olunmasına müvafiq olaraq bu sərgi gənc nəslə multikultural dəyərlərimizlə tanışlıq üçün əlavə bir vasitə olacaq. Oxuculara daha iki layihəmizdən - Alimlər Evindən və Elm Tarixi Muzeyindən də xəbər vermək istərdim. Artıq bu iki yeni müəssisənin fəaliyyət göstərəcəyi yerlər müəyyən olunub, muzeyin mövzu-ekspozisiya planı isə hazırlanmaqdadır".
A.Əlizadə vurğulayır ki, Milli Elmlər Akademiyasının "Elm" qəzeti, "Elm və həyat", "Xəbərlər məcmuəsi" və digər çoxsaylı nəşrləri multikulturalizm mövzusunu daim diqqət mərkəzində saxlayır, elmi-publisistik məqalələr dərc edir, Akademiyanın institut və müəssisələri müsabiqələr keçirir, məqalələr toplusundan ibarət kitab nəşr edirlər.
Onun bildirdiyinə görə, bu gün Azərbaycan elminin coğrafiyası, demək olar ki, ölkəmizin bütün bölgələrini əhatə edir, istər torpağın, yaxud Xəzərin altındakı təbii sərvətlərimiz olsun, istərsə də yerin üzərindəki tarixi abidələrimiz, onların hamısı elmin süzgəcindən keçir, onlarla, yüzlərlə alimin həyatının məqsədinə çevrilərək elmi tədqiqatların nəticəsi olaraq xalqımıza xidmət edir: "Demək olar ki, əsrlər boyu əcdadlarımızın ucaltdığı daşınan və daşınmaz hər bir abidə haqqında alimlərimizin əziyyətli əməyi barədə kitab deyil, kitabxanalar yazılıb və buna görə "Beynəlxalq abidələr və tarixi yerlər günü", "Atəşgah Məbədi" Dövlət Tarix-Memarlıq Qoruğunda "Azərbaycan memarlığında dini tolerantlıq", "Alban Apostol Kilsəsi: dünənimiz və bu günümüz" çərçivələrində konfransın və tolerantlığı əks etdirən digər tədbirlərin keçirilməsi Akademiya, onun müvafiq institut və qurumları üçün müntəzəm gördükləri işin məntiqi davamı olacaq. Onu da qeyd etməliyəm ki, bu il Rəyasət Heyətinin ilk iclaslarından birində ölkəmizdə "Multikulturalizm ili" elan edilməsi haqqında Prezident İlham Əliyevin Sərəncamının icrası məsələləri müzakirə edilib. Ölkəmizin aparıcı alimlərinin iştirak etdiyi həmin iclasda Prezidentin müxtəlif elmi-pedaqoji, siyasi-ictimai qurumlarla yanaşı, AMEA-nın qarşısına qoyduğu mühüm vəzifələrin icra yolları, məsul qurumlar və şəxslər müəyyən edilib. İclasda səslənən "Multikulturalizmin elmi-nəzəri əsasları və Azərbaycan reallığında inkişaf perspektivləri" mövzusunda məruzədə vurğulanıb ki, ulu öndər Heydər Əliyev Azərbaycanın gələcək uğurlu inkişafı üçün dəqiq ideoloji hədəf seçib və bu siyasət sayəsində ölkəmiz çoxmədəniyyətlilik ənənəsini inkişaf etdirib, onu keyfiyyətcə yeni müstəviyə keçirib. Ümummilli lider Heydər Əliyev multikulturalizm siyasətini ölkənin demokratik inkişafının tərkib hissəsi hesab edirdi, Azərbaycan ərazisində yaşayan milli azlıqların hüquq və azadlıqlarının, o cümlədən etnik-mədəni dəyərlərinin qorunmasının demokratiyanın mühüm prinsipi olan insanların hüquq və azadlıqlarının qorunmasından irəli gəldiyini göstərirdi. Müdrik dövlət xadiminin rəhbərliyi ilə demokratik inkişaf yolu seçmiş Azərbaycan Respublikası, Heydər Əliyevin qeyd etdiyi kimi, dinindən, dilindən, irqindən asılı olmayaraq, Azərbaycanın bütün vətəndaşlarının eyni hüquqlara malik olmasını təmin etməli idi. Buna uyğun olaraq Konstitusiyanın yeni bəndləri üzə çıxır və yaxud yeni sosial-siyasi münasibətlər rakursundan işıqlanırdı.
Prezident İlham Əliyevin dediyi kimi, "leksikonumuzda nisbətən yeni söz olan multikulturalizm ənənələri Azərbaycanda əsrlər boyu həmişə mövcud olub. Sadəcə, müxtəlif cür adlanıb, lakin mahiyyəti dəyişməyib".
Hər bir ölkə özünün enerji, iqtisadi, milli təhlükəsizliyini qoruduğu kimi, multikultural təhlükəsizliyini də təmin etməlidir. Multikultural təhlükəsizliyin ümumi mahiyyəti, etnik, dini, irqi, mədəni mənsubiyyətindən asılı olmayaraq, bütün xalqların, etnik qrupların mədəni dəyərlərinin qorunmasından ibarətdir. Ölkə daxilindəki müxtəlif konfessiyalara siyasi münasibətin bərabər yönəlməsi mexanizminin qurulması, ölkədəki milli müxtəlifliyin qorunmasına yönəlmiş dövlət qayğısı, burada yaşayan bütün xalqların və etnik qrupların mədəni dəyərlərinin qorunmasına dövlət və cəmiyyət tərəfindən dəstək verilməsi multikulturalizmin əsas prinsipləridir. Bu prinsiplər Bakı Beynəlxalq Multikulturalizm Mərkəzinin AMEA-nın intellektual dəstəyi ilə hazırladığı "Azərbaycan multikulturalizminin ədəbi-bədii qaynaqları", "Azərbaycan multikulturalizminin elmi-fəlsəfi və publisistik qaynaqları", "Azərbaycan multikulturalizminin siyasi və hüquqi qaynaqları" əsərlərində geniş yer alıb, demək olar ki, multikulturalizmi elmi fənn səviyyəsinə gətirib".
AMEA prezidenti vurğulayır ki, dövlət başçımızın bu sahədə apardığı məqsədyönlü və əzmkar işlərin nəticəsi olaraq bu sahəyə dünyanın diqqəti daha da artır və Birləşmiş Millətlər Təşkilatının Sivilizasiyalar Alyansının 7-ci Qlobal Forumunun 2016-cı ildə Bakı şəhərində keçirilməsi barədə qərar qəbul etməsi dünya ölkələrinin Azərbaycandakı multikultural mühitə olan münasibətinin real ifadəsinin daha bir təsdiqi oldu: "Eyni zamanda, Azərbaycan dünyanı alternativi olmayan multikulturalizm siyasətindən daha səmərəli faydalanmağa dəvət edir.
Sərəncamda AMEA-nın qarşısına qoyulan mühüm vəzifələri yüksək peşəkarlıqla yerinə yetirmək üçün Akademiyanın güclü potensialı var və görüləcək işlərlə bağlı artıq müfəssəl və uzunmüddətli tədbirlər planı hazırlanıb və icra olunmaqdadır. Bunların arasında AMEA-nın Rəyasət Heyəti yanında Multikulturalizm problemləri üzrə elmi-tədqiqat mərkəzinin və institutlararası multikulturalizm virtual mərkəzinin təsis edilməsi, 2016-cı ildə AMEA-da "Dünya multikulturalizm modelləri" mövzusunda silsilə beynəlxalq konfransların keçirilməsi, Bakı Beynəlxalq Multikulturalizm Mərkəzi ilə birgə "Multikulturalizm ensiklopediyasının" tərtib edilməsi və "Multikulturalizm" adlı jurnalın nəşri yer alıb. Göründüyü kimi, görüləsi işlərimiz çox, onları həyata keçirmək üçün dövlətimizin, əsası isə Prezident İlham Əliyevin dediyi kimi, ictimaiyyətin dəstəyi var. Mühacir dalğası ilə üzləşən aparıcı Avropa dövlətləri liberal demokratiya prinsiplərinə əsaslanaraq mədəni azlıqları "milli qazanda" əridərək onları assimilyasiya etmək istədiyi halda, fərqli yol seçmiş gənc Azərbaycan dövləti öz sözünü deyib onu əməli işlərlə təsdiq etməkdədir".
Azərbaycanda mövcud olan multikulturalizm mühiti bütün sahələrdə özünü göstərə bilir. Tədbirlər Planından da göründüyü kimi dövlət bu məsələyə xüsusi diqqət yetirir və multikulturalizm ənənəsinin cəmiyyətimizin bütün sferalarında özünə yer tutmasını təmin edir. Məlum olduğu kimi, Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin Sərəncamı ilə 2016-cı ilin "Multikulturalizm ili" elan edilməsi, 2016-cı il 11 yanvar tarixində isə "2016-cı ilin Azərbaycan Respublikasında "Multikulturalizm ili" elan edilməsinə dair Tədbirlər Planı"nın təsdiq edilməsi haqqında ölkə başçısının Sərəncamı cəmiyyətdə, elmi ictimaiyyətdə, azsaylı xalqların icma və təşkilatlarında yüksək səviyyədə qarşılanıb. Hesab edirik ki, Azərbaycanın dünyaya təqdim etdiyi bu ənənədən nümunə götürən dövlətlər çox olacaq.
İradə SARIYEVA
Yazı Azərbaycan Respublikasının Prezidenti yanında Kütləvi İnformasiya Vasitələrinin İnkişafına Dövlət Dəstəyi Fondunun maliyyə dəstəyilə çap olunur.




VİDEO

Aydın Quliyev Mətbuat Şurasında seçkilərə qatılmamasının səbəblərini qurultayda açdı... - VİDEO

Biri ermənini öpür, biri sovet bayrağı qaldırır... Günümüzə baxın! - VİDEO

Lavrov işdən kənarlaşdırılır, yoxsa oyun qurulur? - VİDEO

“Günəş fəallığı” Xəzər suyuna təsir edən sonuncu amıldir - Rusiyadan gələn izaha cavab...

Putin “nüvə çantası”nı özü ilə Çinə niyə aparmışdı...

Ermənilər Qarabağda Amaras udin-alban abidəsinə kor iddialardan əl çəkmirlər...

SON XƏBƏRLƏR

20.11.2026 / 09:30
Azərbaycan Respublikasının Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyi 2027-ci il üzrə kiçik və böyük qrant müsabiqələrini elan edir

20.11.2026 / 08:21
Ukraynanın NATO-ya üzvlüyü gündəmdə - yalnız ərazi güzəşti qarşılığında…

20.11.2026 / 08:11
Netanyahunun əsas rəqibi hərəkətə keçdi - Ayzenkot ərəb partiyaları ilə koalisiyaya gedir

20.11.2026 / 08:01
Senat Trampın İrana qarşı müharibə səlahiyyətini məhdudlaşdırmaq cəhdini rədd etdi

20.11.2026 / 00:45
Beynəlxalq Məhkəmədən tarixi qərar... Myanma Arakan müsəlmanlarına qarşı rəsmən soyqırımda ittiham olundu – təzminat ödəyəcəklər…

20.11.2026 / 00:11
Qarakənd faciəsindən 35 il ötür...

20.11.2026 / 00:01
Bu gün Ağdam Şəhəri Günüdür - Qarabağın dirçəliş rəmzinə çevrilən Ağdam...

19.11.2026 / 22:53
Azərbaycan tarixinin öyrənilməmiş səhifələri

19.11.2026 / 22:35
Sadiq həmişə müharibənin qələbə ilə bitəcəyini deyirdi…

19.11.2026 / 21:58
Yeni prezident seçkilərinə qədər Əkrəm İmamoğluna “siyasətlə məşğulluq” qadağası qoyuldu...

19.11.2026 / 21:35
“Günəş fəallığı” Xəzər suyuna təsir edən sonuncu amıldir - Rusiyadan gələn izaha cavab...

19.11.2026 / 21:17
Almaniya Cənubi Qafqazda sülh prosesi ilə bağlı yeni kurs elan etdi...

19.11.2026 / 21:04
Prezident İlham Əliyevin sosial media hesablarında Vyetnama səfəri ilə bağlı videoçarx paylaşılıb

19.11.2026 / 20:50
Paşinyan Azərbaycan XİN-lə tam razılaşdı...

19.11.2026 / 20:33
Putin “nüvə çantası”nı özü ilə Çinə niyə aparmışdı...

19.11.2026 / 20:19
QHT “Süni intellekt dövrünün tələbəsi necə olmalıdır” adlı layihə icra edir...

19.11.2026 / 20:15
Aşqabad bütün istiqamətlərdə diplomatiyanı dəyişir, tək Türk birliyindən başqa - Şok səbəblər...

19.11.2026 / 19:55
Paşinyandan üsyan etdi - 1870-ci illərdən bəri... bizi türklərə düşmən etdilər...

19.11.2026 / 19:35
Sumqayıtda “Psixologiya və Şəxsi İnkişaf” forumu keçirilib - FOTO

19.11.2026 / 19:18
2023-cü ilin 1 yanvarından bu yana 220 manat məbləği dəyişməyib - niyə?

19.11.2026 / 19:02
Ermənistan Alban irsini özününküləşdirərək UNESCO-ya daxil etmək istəyir – TƏXRİBAT

19.11.2026 / 18:56
Tramp Putin və Cinpinlə görüşdə İranın nüvə silahına sahib olmasına imkan verməyəcəyini bəyan etdi...

19.11.2026 / 18:43
Putindən sərt mesajlar - Krım körpüsünə cavab, ərazi məsələsində güzəştsizlik və Qərbə xəbərdarlıq...

19.11.2026 / 18:41
ORMEŞƏNİN ŞƏRƏF DASTANI - Vətənə, qəhrəmanlığa və yaddaşa yazılan əbədi abidə

19.11.2026 / 18:28
YAP: 34 illik zəngin siyasi irs və yeni dövrün strateji hədəfləri

19.11.2026 / 18:23
Sahibə Qafarova Türkmənistanda Matviyenko ilə görüşdü

19.11.2026 / 18:21
Şəhid adı əbədidir...

19.11.2026 / 18:18
Ermənistanda TRIPP layihəsinin həyata keçirilməsi üçün vəsait ayırdı...

19.11.2026 / 18:13
Putin, Tramp və Si Cinpin sülh haqqında Bəyannamə qəbul etdilər

19.11.2026 / 18:01
İranın ağası və... dığası - YUNUS OĞUZ yazır

19.11.2026 / 17:57
Səməd Vurğunun böyük Vətən sevgisi

19.11.2026 / 17:41
“Deputatların “üsyankar” çıxışları idarə olunur” - İddia...

19.11.2026 / 17:24
Astanada TÜRKPA Səhiyyə komitələri üzvlərinin 3-cü iclası keçirilib

19.11.2026 / 17:10
Prezident İlham Əliyev Vyetnama səfərə edib - FOTO

19.11.2026 / 16:55
Çində tarixi görüş - Putin, Tramp və Cinpin nələri müzakirə etdi...

19.11.2026 / 16:18
Ermənilər Qarabağda Amaras udin-alban abidəsinə kor iddialardan əl çəkmirlər...

19.11.2026 / 16:10
Almaniya Qafqazda ümidini Azərbaycana bağladı - enerjinin gücü budur bax...

19.11.2026 / 15:49
Tramp İranla bağlı təzə taktika işə salıb - "məhdud zərbələr"...

19.11.2026 / 15:18
Anna Akopyan Nikol Paşinyanı hakimiyyətdən devirir...(?)

19.11.2026 / 14:46
Qərbi Azərbaycan İcması Tom Lantos Komissiyasını qərəzli yanaşmadan əl çəkməyə çağırdı

19.11.2026 / 14:41
Bakı-İrəvan sülh prosesinin "altına bomba qoyulur" - qatil Monte Melkonyana kino çəkildi...

19.11.2026 / 14:40
Azərbaycanda ərzağa xərclənən pullar artır, lakin başadüşülən səbəblər var...

19.11.2026 / 14:26
Tramp APEC sammitində Cinpin danışarkən yatdı... - VİDEO

19.11.2026 / 14:22
Parakənd Xalkolit yaşayış yeri

19.11.2026 / 14:11
İnformasiya texnologiyaları Azərbaycanın inkişafında yeni güclü mənbə kimi özünü daha çox təsdiqləyir....

19.11.2026 / 13:57
Rusiyanın ABŞ-la yeni bazarlıq planları - Kalininqraddan çıxırıq, Ukraynanı NATO-ya buraxırıq...

19.11.2026 / 13:56
"Ermənistanın 200-dən çox kütləvi məzarlığın yerini açıqlamasını gözləyirik" - Hikmət Hacıyev

19.11.2026 / 13:44
Prezident İlham Əliyev: "Bu gün Azərbaycan Cənubi Qafqazda əsas logistika və energetika habıdır"

19.11.2026 / 13:42
"Heydər Əliyev Fondu Vyetnamla humanitar münasibətlərin dərinləşməsinə fəal surətdə kömək edir" - Prezident

19.11.2026 / 13:40
Prezident: "Vyetnam biznesinin Azərbaycan iqtisadiyyatında iştirakı münasibətlərin mühüm tərkib hissəsidir"

19.11.2026 / 13:37
Paşinyan yeni Konstitusiya qəbul olunmayacağı təqdirdə istefa verəcəyini bəyan etdi...

19.11.2026 / 13:34
"Azərbaycan-Vyetnam iqtisadi-ticari əlaqələri ardıcıl şəkildə inkişaf edir" - Prezident

19.11.2026 / 13:32
Prezident İlham Əliyev Vyetnam Xəbər Agentliyinə müsahibə verib

19.11.2026 / 13:21
Cinpin Tayvanla bağlı Trampa çağırış etdi - Tramp ABŞ-ın Tayvanın müstəqilliyini dəstəkləmədiyini dedi...

19.11.2026 / 13:06
Alen Simonyan müxalifəti hədələdi – “yeni Konstitusiya qəbul edilməsə... onları darmadağın edəcəyik”

19.11.2026 / 12:47
Putin, Tramp və Si Cinpin arasında ilk üçtərəfli görüş başladı...

19.11.2026 / 12:26
Putin və Tramp arasında görüş keçirildi...

19.11.2026 / 12:12
Xeyirxahlıq missiyası

19.11.2026 / 12:07
Xəzərin sahilboyu ərazilərinin idarə olunması üçün yeni mexanizmlər tətbiq ediləcək...

19.11.2026 / 11:59
Simonyan Azərbaycana gəlir...

19.11.2026 / 11:43
Xəzərin sahilindəki qanunsuz tikililərin taleyi necə olacaq? - Açıqlama

19.11.2026 / 11:30
"Xəzərin sahilboyu ərazilərində qanunsuz fəaliyyətlər də mövcuddur" - İlqar Həbiyev

19.11.2026 / 11:17
“Dünya misli görünməmiş kiberdəyişikliklərin yalnız başlanğıcındadır" - DTX rəis müavini

19.11.2026 / 10:30
Bakıda ilk dəfə avtobuslar üçün ayrıca svetofor quraşdırılacaq...

19.11.2026 / 10:07
Məleykə Abbaszadə Bakı Dövlət Universitetinin rektoru təyin edildi

19.11.2026 / 10:05
Elçin Babayev Bakı Dövlət Universitetinin rektoru vəzifəsindən azad edildi

19.11.2026 / 09:41
ABŞ-ın üç aviadaşıyıcısından biri Yaxın Şərqi tərk etdi - nə baş verir?

19.11.2026 / 09:12
Vəkil Orxan Kəngərli saxlanıldı

19.11.2026 / 08:50
Azərbaycan Fransanı regionda sülh prosesinə mane olan qərəzli mövqeyindən əl çəkməyə çağırdı

19.11.2026 / 06:02
Çexiya da rus idmançıların ölkəyə girişini yasaqladı

18.11.2026 / 22:36
Ukraynada "ikinci Çernobıl" təhlükəsi... Avropada nüvə qəzası risqi son 40 ilin ən yüksək səviyyəsinə çatdı - 38 ölkədən XƏBƏRDARLIQ...

18.11.2026 / 22:10
İtaliyada İsraili tənqid etmək qadağan edildi...

18.11.2026 / 21:44
Kaya Kallası Rusiya ilə danışıqlarda iştirakdan kim (lər) məhrum etdi...

18.11.2026 / 21:27
9-cu əsrdə Rusiyanı xristianlaşdıran da ermənilər olublarmış...

18.11.2026 / 21:11
Tramp ölkənin “bütün” hərbi gücünü İranın üstünə tökdü...

18.11.2026 / 20:53
Spiker Rubinyan sülh sazişinə Paşinyandan fərqli mövqe göstərdi...

18.11.2026 / 20:36
Ermənistan və Rusiya dəmiryolu üzrə qapalı İşçi qruplar yaratdı...

18.11.2026 / 20:20
Ermənistan parlamentində inanılmaz konstitusiya “bazarlığı” başladı...

18.11.2026 / 20:03
Ermənistanın hökumət sənədində Azərbaycana qarşı “070” kodlu təxribat rəsmiləşdirilir...

18.11.2026 / 19:44
Məmurlar Prezidentin qərarından sui-istifadəni davam etdirirlər...

18.11.2026 / 19:27
Britaniya Avropa İttifaqından çıxmasına peşman olub, yenidən quruma qayıtmaq istəyir

İnformasiya texnologiyaları Azərbaycanın inkişafında yeni güclü mənbə kimi özünü daha çox təsdiqləyir....

XƏBƏR ARXİVİ