Bazar günü günü, 29 noyabr 2026
ANA SƏHİFƏ
SON XƏBƏRLƏR
BAKI-XƏBƏR TV
ƏLAQƏ
MENYU
Dünya
Gündəm
Siyasət
İqtisadiyyat
Sosial
Kriminal
Mədəniyyət
İdman
Azərbaycan xalqının qədim mərasimləri - böyük çillə, kiçik çillə və boz ay haqqında nə bilirik?
Tarix: 20.02.2015 / 01:33
Bölmə: Layihə
İnsan cəmiyyəti formalaşandan bəri minlərlə, yüzlərlə hadisələr, təqvimlər, əlamətdar tarixlər, yaşantılar mövcud olub. Fəsillərin dəyişməsi, onların bir-birinə təhvil verilməsi halları hər zaman maraqla müşahidə edilib. Bu məsələlər inanclara, dəyərlərə, mədəniyyət sistemlərinə aid edilməklə yanaşı, həm də elmin səhifələrinə yazılıb.
Biz təbiət hadisələrindən, təbiətlə, fəsillərlə bağlı bayram, mərasim və mövsümi hadisələrdən danışarkən bir sıra əlamətlərdən də söhbət açırıq. Çillələr də çox vaxt bu sırada daha çox xatırlanan, barəsində danışılan məsələlərdən olur. Təbiətdə baş verən hər bir hadisənin elmi yozumu, əsaslandırılması var. Gecə ilə gündüzün tarazlaşması, gecənin uzanıb gündüzün qısalması, yaxud əksinə, gündüzün uzanıb gecənin qısalması səbəbləri artıq elmlə öz təsvirini tapıb. Bəlli olduğu kimi, dekabrın 21-dən Yer qış günəş duruşu nöqtəsindən keçir. Alimlər hesab edir ki, bu hərəkət epliktika boyunca davam edir. Nəticədə fəsil dəyişkənliyi baş verir, payız öz yerini qışa verir. Təbiətin maraqla izlənən bu gedişinə xalq təqvimində maraqlı izah verilib. Xalq təqviminə inansaq, dekabrın 21-dən sonra təxminən 4-5 gün gecə ən uzun, gündüz isə ən qısa vaxta malik olur. Dekabrın 26-27-dən sonra isə gecə tədricən qısalmağa, gündüz isə uzanmağa başlayır. Bu proses martın 21-dək davam edir, martın 21-də yaz gecə-gündüz bərabərliyinə şahidlik edirik.
Xalq təqviminə görə, qış fəsli 3 hissəyə bölünür: böyük çillə 40 gün, kiçik çillə 20 gün çəkir. Onlardan sonra Novruzadək qalan 30 gün boz ay adlanır.
Etnoqrafların bildirdiyinə görə, dekabrın 21-dən yanvarın 30-dək böyük çillə, yanvarın 31-dən fevralın 19-dək kiçik çillə, fevralın 20-dən martın 20-dək boz ay davam edir.
Onu da qeyd edək ki, artıq böyük çillə də, kiçik çillə də
arxada qalıb, bu gündən boz ay başlayır (20 fevral). Təbiətin sıraladığı bu təqvimlər zaman olub ki, xalq tərəfindən özünəxas şəkildə qeyd edilib. Çillələrin də xalq tərəfindən xüsusi mərasim və ayinlərlə qarşılanması halları mövcud olub. Sevindirici haldır ki, o mərasimlərin bir qismi Cənubi Azərbaycanda, Naxçıvanda, Borçalıda yaşayır.
Alimlərin tədqiqatlarına görə, Yer oxunun ekvator müstəvisinə meylliliyi gecə və gündüzün qeyri-bərabər olmasına, fəsillərin yaranmasına səbəb olub. Yerin Günəş ətrafında hərəkəti ilə bağlı olaraq illər, fəsillər əmələ gəlir. İstilik, işıqlanma və iqlim qurşaqları yaranır. Canlıların həyatında böyük dəyişikliklər baş verir.
Kiçik çillə (29 yanvar-18 fevral) - Azərbaycan xalqının milli adət və ənənələrinə görə, 20 qış günüdür. Kiçik çillə böyük çillədən (21 dekabr-29 yanvar) sonra gəlir.
Etnoqraf və astroloqların qeyd etdiyinə görə, qədim insan öz ətrafında baş verən prosesləri, xüsusən də təbiət hadisələrini diqqətlə müşahidə edib və ona öz yozumunu verib. Alimlərin fikirlərinə istinad etsək görərik ki, qədim insan həyatını bərkə-boşa salan, qayğı ilə yükləyən təbiət çətinliklərinə qış adı verib. Alimlər hesab edir ki, bu obraz ulu babalarımızın təsəvvüründə qorxulu, qara cizgilərlə canlanırdı və ona el arasında müxtəlif təsvirlər verilirdi. Professor Məhərrəm Qasımlı ilə bu sahədə çoxsaylı söhbətlərimiz zamanı o bildirib ki, babalarımız qışa "qara qış", "böyük çillə", "kiçik çillə" kimi adlar verməklə onun sərt iqlimə malik olduğunu ifadə edib. M.Qasımlı və digər folklorşünas alimlər deyir ki, bir çox hallarda "qış"ın əvəzedicisi kimi işlənən "çillə" sözü dərd-bəla, ağrı-acı, çətinlik, müşkül anlamında işlədilir. Qış yerini yaza təhvil verən zaman yandırılan tonqala el arasında "çillə qovan tonqal" deyilməsi və Novruzqabağı keçirilən mərasimlərə "çillə çıxartma", "çilləkəsmə" adı verilməsi də qışın ağrı-acı, dərd-bəla, sıxıntı kimi "çillə" obrazında folklor biçimi qazandığını göstərir. Böyük və kiçik çillə, boz ay, çərşənbələr bir təbiət hadisəsi kimi izlənir.
Lap qədim dövrlərdə yaranan və el arasında məşhur olan, folklor mətnlərinin yığılıb tədqiq edilməsini həyata keçirən zəhmətkeş elm adamlarının yazıya aldığı bir sıra arxaik nağıllarda bu mövzu canlandırılıb.
Alimlər yazır ki, el arasında "qışın oğlan çağı" adlandırılan bu dövrdə havaların mütləq kəskin soyuması müşahidə olunur. Əski inanclara görə, onlar qışın tən ortasında görüşür. Mövsüm və mərasim adətlərini ifadə edən folklor mətnlərindən birində qeyd edilir: "Kiçik böyükdən soruşur, nə gördün? Böyük deyir ki, dolu samanlıqlar, yağ küpələri, qollu-biləkli qarılar təndirə çörək yapırdı. Kiçik deyir, eybi yox, ömrüm 20 gün də olsa, mən o qarıları külfədən soxub bacadan çıxaracağam. Dolu samanlıq və yağ küplərini isə tükədəcəm. Ömrüm az, dalım yaz... Qədim türklər qış fəslini 3 yerə bölürdülər. Böyük çillə 40 gün, kiçik çillə 20 gün və bundan sonra 30 günlük boz ay gəlir. Daha mülayim olan böyük çillədən fərqli olaraq kiçik çillədə havalar sərt şaxtalarla müşahidə olunur. Həmişə sərt soyuğuna görə kiçik çillə mifologiyada amansız, həyatı donduran, qorxulu bir qüvvə kimi təsvir olunur. Ancaq el arasında deyildiyi kimi, üzü yaza gedən qışdan qorxmağa dəyməz...".
Kənd yerlərində doğulub boya-başa çatan insanlar yaxşı bilir ki, ən böyük maraqla qeyd edilən mərasimlərdən biri "çillə gecəsi"dir. Məlum olduğu kimi, böyük çillənin başladığı günün əvvəlki axşamı, ilin ən uzun gecəsi bayram edilir. Hər bölgənin iqlim və imkanlarına görə payız mövsümünün son günlərinə qədər saxlana bilən meyvələrdən süfrə açılır. Quru və yaş meyvələrin yanında şirniyyat, fəsəli, qatlama, nəzik kökə və s. də süfrədə olur. Onu da bildirək ki, çillə gecəsində qarpız süfrənin ən baş neməti sayılır. Bu qarpıza çillə qarpızı deyilir və onun kəsilməsi ailələrdə böyük şadlıqla müşayiət olunur. Bu ənənə çox bölgələrimizdə artıq sıradan çıxıb, ancaq Cənubi Azərbaycanda yaşayır və geniş şəkildə qeyd edilir. Bildiyimiz kimi, qarpız yeyilir, bu həm də soyuğa etirazdır. Alimlər yazır ki, hər ailə həmin gecə mütləq bir qarpız almalıdır. Əgər yeni evlənənlər varsa, onlara da valideynləri tərəfindən qarpız hədiyyə verilir. Qoz halvası, kök halvası, paxlava, toxum(tum) və meyvələr və digər şirniyyatlar da bu gecədə süfrədə olmalıdır. Bunlardan başqa çillə axşamının özünə xas ənənələri var.
Etnoqraflar bildirir ki, nişanlı qızlar və yeni gəlinlərə qayınana, qayınata və digər birinci dərəcə yaxınları tərəfindən hədiyyələr göndərilir. Bu hədiyyələrə "çilləlik" deyilər. Etnoqraflar qeyd edir ki, çilləlik hava qaralmadan hazırlanıb göndərilir. Adət və ənənələr, mərasimlər sistemində xüsusi yer tutan "çillə payı"nın göndərilmə ənənəsi də maraqlıdır. O da bildirilir ki, çillə payı yeddi qaba qoyulur. Bu qablara da "çillə qabı" deyilir. Alimlər yazır ki, qablar hazırlanır, üzərləri ağ və ya al şal ilə örtülür. Qabların birinə qarpız, birinə qovun, birinə nar, birinə qırmızı alma, birinə armud, birinə un və düyü, birinə parçalar, birinə paltarlar, birinə də qızılla gümüş qoyulur. Etnoqrafların araşdırıb üzə çıxardığı bu gözəl ənənə indi o qədər də yaşamasa da, maraqlı məqamlarla zəngindir.
Etnoqraflar yazır ki, qızın və ya gəlinin ana və atası hədiyyə gətirənləri önlərində üzərrik yandıraraq qarşılayarlar, hədiyyələri hörmətlə götürüb evdə otağına düzürlər. Hədiyyələri gətirənlərə pul, yun corab kimi hədiyyələr verilir. Qız və oğlan tərəfləri birlikdə şənlik edirlər. Gətirilən hədiyyələrdən ertəsi səhər qonum-qonşuya pay göndərilir. Bu da xalqımızın çox dəyərli adətlərindən, bayramlaşma ənənəsindən irəli gələn məsələdir. Etnoqraflar onu da deyir ki, "çillə gecəsi" həm də düyü plovu bişirilir. Bişirilən bu plovun çillələr müddətində xoşbəxtlik gətirəcəyinə inanılır. Gecə boyunca mahnılar oxunur, kos-kosa, bəxt açma, qapı dinləmə kimi ənənəvi kənd oyunları oynanılır. Babalar, nənələr uşaqlara nağıllar, hekayələr danışır, bilməcələr söyləyir.
Mərasimlər sistemimizdə xüsusi yer tutan boz ay haqqında da danışmaq istəyirik. Etnoqraf alimlər qeyd edir ki, Azərbaycanda xalqın keçmiş ədət-ənənəsinə görə, Novruz bayramı gəlməzdən əvvəl olan dövrə verilən addır boz ay. Boz aya "yazın qırxlı çağı" da deyilir. Bu ayda hava gah günəşli, gah yağıntılı keçir. "Çoban aldatdı" yağışı da bu ayda çox görünür. Xalq arasında ağlayan-güləyən ay kimi tanınan boz ayın dörd çərşənbəsi var.
Qeyd edək ki, Azərbaycanın mərasim folkloru ilə məşğul olan alimləri çərşənbələri müxtəlif adlarla adlandırır. Bir qisim alimlər hesab edir ki, bunlar su, od, yel və torpaq çərşənbələridir və sonuncu həm də "ilaxır çərşənbə" adlanır. Novruz bayramından 4 həftə öncə xalqımız bu çərşənbələri xüsusi təntənə ilə qeyd edir. Bu çərşənbələrin qeyd olunmasının da öz tarixi kökləri var.
Filologiya üzrə fəlsəfə elmləri doktoru Qalib Sayılovun mediada gedən fikirlərinə görə, çərşənbələr yaradılış, yəni dünyanın, insanın yaranması ilə bağlı olan bir prosesdir.
Çərşənbələrin başqa cür adlandırılmasına gəlincə, başqa mərasim folkloru ilə məşğul olan alimlər su, od, yel və torpaq adlandırılmasına qarşıdır.
Bu alimlər hesab edir ki, qeyd edilən bu adların türk dünyagörüşü ilə əlaqəsi yoxdur. Su, od, yel və torpaq kultu "abi-atəş-xaki-bad" sisteminə uyğundur, burada isə türkçülükdən heç bir iz yoxdur.
Bu məsələ ilə bağlı daha geniş şəkildə araşdırmalar aparıb bu sistem barədə ətraflı danışacağıq. İndi isə barəsində danışdığımız əsas məsələ böyük və kiçik çillə, eləcə də boz ay oldu. Əlbəttə, xalqımızın bayramlar və mərasimlər sistemində yer tutan bu mərasimləri yada salmaq, unudulan adətləri xatırlatmaq müsbət haldır. Mövzunu növbəti həftələrdə davam etdirəcəyik.
İradə SARIYEVA
Yazı Azərbaycan Respublikasının Prezidenti Yanında Kütləvi İnformasiya Vasitələrinin İnkişafına Dövlət Dəstəyi Fondunun maliyyə dəstəyilə çap olunur.
DİGƏR XƏBƏRLƏR
Tarix: 24.08.2016 / 01:18
Bölgələrimizdə multikulturalizm tədbirləri azərbaycançılığın əyani nümayiş forması kimi...
Tarix: 19.08.2016 / 02:28
Təsviri incəsənət tariximizin örnəkləri azərbaycançılıq nümunələri kimi...
Tarix: 18.08.2016 / 01:39
Təsviri incəsənət tariximizin örnəkləri azərbaycançılıq nümunələri kimi...
Tarix: 16.08.2016 / 15:36
Alimlərimizin multikulturalizm - mədəni müxtəlifliyin problemlərinin tədqiqinə azərbaycançılıq müstəvisində metodoloji yanaşmaları...
Tarix: 11.08.2016 / 01:34
Azərbaycançılığın ayrılmaz istiqaməti olan multikulturalizm Azərbaycanda dönməz həyat tərzinə çevrilib
Tarix: 10.08.2016 / 01:11
Azərbaycançılığın ayrılmaz parçası olan multikulturalizm Azərbaycanda həyat tərzidir...
Tarix: 09.08.2016 / 17:07
Mirzə Fətəli Axundovun fəlsəfi baxışları və Azərbaycan tolerantlıq tarixində onun yeri...
Tarix: 06.08.2016 / 01:49
Mirzə Fətəli Axundovun fəlsəfi baxışlarının Azərbaycan tolerantlığında yeri...
Tarix: 05.08.2016 / 01:42
Mirzə Fətəli Axundovun fəlsəfi baxışlarının Azərbaycan tolerantlığında yeri...
Tarix: 04.08.2016 / 01:29
Azərbaycan kinosu və azərbaycançılıq təbliğatı...
Tarix: 03.08.2016 / 02:14
Azərbaycan kinosu və azərbaycançılıq...
Tarix: 02.08.2016 / 02:00
Aşıq sənəti - azərbaycançılığın mühüm ifadə formalarından biri kimi...
VİDEO
Tarix: 17.10.2026 / 17:10
Aydın Quliyev Mətbuat Şurasında seçkilərə qatılmamasının səbəblərini qurultayda açdı... - VİDEO
Tarix: 27.11.2025 / 11:10
Biri ermənini öpür, biri sovet bayrağı qaldırır... Günümüzə baxın! - VİDEO
Tarix: 12.11.2025 / 11:05
Lavrov işdən kənarlaşdırılır, yoxsa oyun qurulur? - VİDEO
Tarix: 26.11.2026 / 20:10
TRIPP Transxəzər qaz boru kəmərini yenidən dirçəldir...
Tarix: 26.11.2026 / 19:37
Avropa diplomatiyasında Azərbaycanla bağlı qeyri-adi canlanma var - nə baş verir...
Tarix: 26.11.2026 / 18:49
Naxçıvanın ən böyük rayonuna ayrılmış illik büdcənin 7 milyon manatı hara "gedəcək"?..
SON XƏBƏRLƏR
29.11.2026 / 20:21
İran İlon Maskın internetindən istifadə edib
29.11.2026 / 20:10
Trampın varisini tapdılar - O Vitse-prezident Vens deyil...
29.11.2026 / 19:56
OPEC+ ölkələrindən gözlənilməz qərar
– yeddi ölkə hasilat müzakirələrini dayandırır...
29.11.2026 / 19:33
Batumidəki futbol insidenti diplomatik müstəviyə keçdi
– Türkiyə səfiri XİN-ə çağırıldı...
29.11.2026 / 19:20
Bosniyadan İrana qarşı casusluq ittihamı
– dörd diplomat ölkədən qovuldu...
29.11.2026 / 19:03
"Ermənistan, geri dön, gözümüzün kökü saraldı axı"
- ümidlər hələ sönməyib...
29.11.2026 / 18:48
2028-ci il ABŞ seçkilərində sürpriz namizədlər ortaya çıxır
– aktyor Makkonaki və şərhçi Karlson...
29.11.2026 / 18:21
Meloni Zelenski ilə sərt danışdı
- Kiyevin addımlarından bezmişəm...
29.11.2026 / 16:24
Ukrayna cəbhədə atəşkəsə razıdır, amma bir şərtlə
– Zelenskidən Putin və Trampa mühüm mesaj...
29.11.2026 / 16:07
Ukrayna Rusiyanın neft zavodlarını sıradan çıxarır
– Moskva yanacaq çatışmazlığını gizlədə bilmədi...
29.11.2026 / 15:36
İran ABŞ hədəflərini Maskın peyk internetinin köməyi ilə vurub
– “Starlink”lə bağlı SENSASİON İDDİA...
29.11.2026 / 13:19
Yaxın Şərqdə hərbi fəallıq artır
– Pakistan Səudiyyəyə qoşun göndərdi...
29.11.2026 / 12:34
Hörmüz boğazında iki neft tankeri minaya düşdü
– gəmilərdə yanğın başladı...
29.11.2026 / 11:21
Tehran müharibənin coğrafiyasını genişləndirməklə hədələdi
– İrandan Vaşinqton və Təl-Əvivə mesaj...
29.11.2026 / 09:15
Pirallahıda oğurluq edən keçmiş məhkumlar saxlanıldı
29.11.2026 / 08:57
Netanyahu “alternativ baş nazir” olmağa da razıdır…
29.11.2026 / 08:26
Özbək hərbiyyəsi rus terminlərindən “arınır” -
"Veşmeşok-yükxalta", "okop-xandaq", "furajka- börk" "ataka-hamla"… kimi yazılacaq...
28.11.2026 / 22:47
Kiyevin növbəti hərbi planı üzə çıxdı
- Zelenski Krım körpüsünün tamamilə dağıdılmasını əmr etdi...
28.11.2026 / 22:23
Albaniyada baş nazir Ramaya qarşı üsyan... Yandırıcı butulkalar və rezin güllələr...
Etirazlar nəzarətdən çıxdı...
28.11.2026 / 21:50
Batumidə gərginlik yenidən alovlandı
– israilli və türkiyəli azarkeşlər aeroportda əlbəyaxa oldu...
28.11.2026 / 18:35
Putinə tərif, Zelenskiyə sərt tənqid
– Trampın kürəkəni Kiyev və Avropanı ayağa qaldırdı...
28.11.2026 / 18:14
ABŞ-da nə baş verir? Ağ Evdə gizli təhlükəsizlik planı işə düşdü
- Rubio, Bessent və digər nazirlər evlərini tərk edib hərbi bazalara sığındı...
28.11.2026 / 17:57
Rusiyada azərbaycanlı iş adamının əmlak imperiyası təhlükədə...
“Alekseyevski” bazarı və 20 tikili Xəlilovun əlindən alına bilər...
28.11.2026 / 16:27
MRT və KT müayinələri pulsuz deyil? Vətəndaşlar nə qədər ödəməlidir?
- Agentlikdən açıqlama...
28.11.2026 / 16:10
İrandan ABŞ-a qarşı gizli əməliyyat iddiası
– ABŞ aviadaşıyıcısı vuruldu, əsgərlər yuxuda yaxalandı, iki tanker geri alındı...
28.11.2026 / 15:57
Borclu olduğu adamın velosipedini oğurlayıb sataraq borcunu qaytardı
28.11.2026 / 15:19
Ukrayna kəşfiyyatından SENSASİYALI İDDİA
– Şimali Koreya Rusiyaya silah yardımını dayandırdı…
28.11.2026 / 15:02
"Sədərək" və "Binə" ticarət mərkəzləri bağlanır?..
28.11.2026 / 14:50
Dəvət olunmadığı toya gəlib qonaqların telefonlarını apardı
– Bakıda 3300 manatlıq oğurluq…
28.11.2026 / 14:28
Sumqayıtda məktəbdə sıxlıq narazılıq yaratdı
– bir sinifdə 52 uşaq... Valideynlər ayağa qalxdı...
28.11.2026 / 14:12
Yasamalda öz evini soyan şəxsin başqa oğurluqları da açıldı...
28.11.2026 / 13:10
Hörmüz boğazı ətrafında gərginlik artır
- ABŞ İranın dəniz blokadasını yarmaq istəyən gəmini vurdu...
28.11.2026 / 12:45
Moskvada saxlanıldı, Rusiya ordusuna göndərildi
– Azərbaycanlı Ukraynada əsir düşdü...
28.11.2026 / 12:34
Əhməd Vəliyev 2-ci dərəcəli “Vətənə xidmətə görə” ordeni ilə təltif edildi
28.11.2026 / 12:04
Əli Əsədov “Şərəf” ordeni ilə təltif edildi
28.11.2026 / 11:48
İrandan Azərbaycana qanunsuz keçməyə cəhd edən əcnəbilər sərhəddə yaxalandı
28.11.2026 / 11:33
Prezident: "Azərbaycan-Mavritaniya dostluq əlaqələrinin inkişafına böyük əhəmiyyət veririk"
28.11.2026 / 11:24
"Azərbaycan-Albaniya dostluq və əməkdaşlıq əlaqələrinin bugünkü səviyyəsi məmnunluq doğurur"
- Prezident
28.11.2026 / 11:23
Prezident İlham Əliyev Mavritaniya Prezidentinə məktub ünvanlayıb
28.11.2026 / 11:20
Prezident İlham Əliyev Bayram Beqayı təbrik edib
28.11.2026 / 11:08
Azərbaycan idmançıları Ermənistanda 6 medal qazandılar..
28.11.2026 / 09:46
Yaxın Şərq üzrə Yeni Təhlükəsuzlik konsepsiyası bəyan edildi -
ərəb ölkələri ilə tək-tək razılaşma...
28.11.2026 / 09:08
Daşlaşmış yaddaşın söküntüsü: Bakının XIX əsr memarlıq irsini necə qorumalı?
28.11.2026 / 07:24
Putin və komandasına Çin yeməkləri o qədər xoş gəlib ki…
Qalıq yeməkləri təyyarəyə götürüblər…
27.11.2026 / 22:31
Rəsmi Tiflis Rusiya ilə illər sonra dialoqa başladı, Kreml sanksiyaları işə saldı...
27.11.2026 / 22:08
Trampın kürəkəni Ukraynaya qarşı Putinin açıq vəkili kimi danışdı...
27.11.2026 / 21:50
Rusiyanın Ukraynada can itkiləri ilə bağlı gizli rəqəmlər sızdırıldı...
27.11.2026 / 21:34
Zəngəzur dəhlizinə Rusiya və İrandan gələn hüquqi- siyasi maneələr təhlil edildi...
27.11.2026 / 21:17
İran MDB üzvlüyünə qəbul olunur...
27.11.2026 / 21:01
Tramp-NATO baş katibinin görüşündən çox ziddiyyətli xəbər çıxdı...
27.11.2026 / 20:46
Zaxarova: “...Zəngəzur dəhlizi baş tutmayacaq”...
27.11.2026 / 20:32
Naxçıvanda fəxri adların verilməsi ölkə Prezidentinin səlahiyyətlərində deyilmiş...Niyə?
27.11.2026 / 20:20
Müxaliflərin Ermənistandan deportasiyasına hazırlıq görülür
27.11.2026 / 19:55
ABŞ xəbərdarlıq edir: Rusiyanın Ermənistan dəmir yollarina nəzarəti TRIPP layihəsinə təsir edəcək
27.11.2026 / 19:33
Mingəçevir Dövlət Universitetindən ilk və yeni təşəbbüs:
"Tələbə Tədqiqatları və İnnovasiyalar” üzrə I Mingəçevir Forumu keçirilib
27.11.2026 / 19:30
Dünya boyu “ticarət müharibələri” Trampa görə yenidən qızışır
27.11.2026 / 19:03
Rusiyanın kosmik qüvvələr komandanının həbsində Ukrayna izləri var -
adam rüşvəti kimdən alıb...
27.11.2026 / 18:35
Rusiyaya qarşı yeni sanksiyalar gəlir -
siyahıda Türkiyə və Qırğızıstan da var...
27.11.2026 / 18:30
Ukraynada dron dövrü bitir, lazer müharibəsi başlayır...
27.11.2026 / 18:10
Azərbaycan qızıl alqı-satqısından nə qazandı, nə itirdi
27.11.2026 / 17:49
İrəvan küçələri yenidən döyüş meydanına dönür...
Konstitusiya uğrunda...
27.11.2026 / 17:43
Rusiya sərhədçiləri Cənubi Qafqazı tərk edir -
siyasi qərar verildi...
27.11.2026 / 17:15
İndi dünya Trampla Rüttenin Putinə son çağırışının aqibətindən danışır...
27.11.2026 / 17:02
Azərbaycan və Ermənistan nümayəndələri Dilicanda dəyirmi masa keçirdi
27.11.2026 / 16:53
Paşinyan Moskvaya gedir, danışıqların gizli gündəmi məlum oldu
– Kreml İrəvana diqqət çəkən mesaj göndərdi...
27.11.2026 / 16:42
Prezident Abşeron dəniz blokuna dair yenilənmiş Sazişi təsdiqlədi
27.11.2026 / 16:31
Avropa Komissiyasının nümayəndələri Bakı Limanında olublar
27.11.2026 / 15:57
Trampdan İranla bağlı qorxunc xəbərdarlıq
– Avropanı vura bilərlər, nüvə fəlakəti yaşana bilər...
27.11.2026 / 15:36
“Sülh körpüsü”nün üzvləri Mirzoyanın müavini ilə görüşüblər...
27.11.2026 / 15:27
Azıx-Tağlar qoruğu ilə bağlı yeni qərar...
27.11.2026 / 15:23
İmişlinin sabiq icra başçısı Vilyam Hacıyev azadlığa buraxıldı
27.11.2026 / 15:10
Küveytə dron hücumu... İki italiyalı öldürüldü, Tehran ittihamları rədd edir
– biz hücum etmədik...
27.11.2026 / 14:43
Batumidə Fələstin bayrağına görə qalmaqal
– Ankara hərəkətə keçdi... Həbs olunan 16 türk azarkeş azad edildi
27.11.2026 / 14:27
Türkiyədə Halk TV-yə qarşı üçüncü əməliyyat dalğası
– məşhur aparıcı və həyat yoldaşı saxlanıldı
27.11.2026 / 14:11
Ukraynaya maliyyə dəstəyində MÖVQE ayrılığı –
45 milyard avronun taleyi...
27.11.2026 / 13:50
ATƏT-də sədr böhranı... Azərbaycana müraciət edildi
– Bakıdan müsbət mesajlar verildi...
27.11.2026 / 13:36
İranlı narkotacirlə əlaqədə olan şəxs Şirvanda yaxalandı
27.11.2026 / 13:26
Xocavənddə daha 24 ailəyə evlərinin açarları təqdim olundu
27.11.2026 / 13:23
DAİM SEÇİCİNİN YANINDA OLAN MİLLƏT VƏKİLİ
27.11.2026 / 13:16
Avtoservisdə müştəri ustanın 5 min manatını oğurladı...
27.11.2026 / 13:14
"Azərbaycandan öyrənəcəyimiz çox şey var"
- Estoniyalı nazir
Azərbaycan diaspor quruculuğunda yeni səhifəyə ehtiyac yaranır...
Populyar xəbərlər
Tarix: 04.11.2026 / 14:39
Gələn il pensiyalar bu qədər artırılacaq...
Tarix: 16.11.2026 / 14:45
Azərbaycanda pensiya Ermənistandan 2 dəfə, Rusiyadan isə 40 dollar çoxdur
- RƏQƏMLƏR
Tarix: 26.11.2026 / 10:17
Azərbaycan əsilli iş adamı Kremlin 500 metrliyində hotel açdı...
Tarix: 23.11.2026 / 11:56
Ən çox boşanma bu rayonda qeydə alınıb
– SİYAHI
Tarix: 14.11.2026 / 18:21
Macarıstanda keçmiş nazirə qarşı əməliyyat
- ələ keçirilən pulları 12 nəfər beş aparatla səkkiz saata saydı...
XƏBƏR ARXİVİ