Daxili işlər orqanları tərəfindən qanunsuz saxlanan silah-sursatın aşkar edilərək götürülməsi, eyni zamanda könüllü təhvil verilməsi məqsədilə əməliyyat-axtarış və profilaktiki tədbirlər davam etdirilir.
Suraxanı RPİ 30-cu Polis Şöbəsi əməkdaşlarının əldə edilmiş məlumat əsasında keçirdiyi əməliyyat-axtarış tədbirləri nəticəsində saxlanan Bakı şəhər sakini Vaqif Alxasovdan kustar üsulla hazırlanmış “Revolver” tipli tapanca və 8 ədəd 5,6 kalibirli patron götürülüb.
Sabirabad Rayon Polis Şöbəsinin əməkdaşları tərəfindən isə Şəhriyar kənd sakini Bəhlul Fərəcovdan müvafiq sənədləri olmayan “İJ-18” markalı tüfəng götürülüb.
Saxlanan şəxslər götürülmüş maddi sübutlarla birgə istintaqa təhvil verilib.
Natiq CAVADOV DİN Mətbuat Xidmətinin əməkdaşı