Polis əməkdaşlarının keçirdiyi əməliyyat tədbirləri ilə ictimai nəqliyyatda cibgirlik edən şəxs saxlanıb.
Aprelin 25-də paytaxtın Nizami Rayon Polis İdarəsinin 25-ci Polis Şöbəsinə ərizə ilə müraciət edən Bakı şəhər sakini T.Ağasıyeva bir gün əvvəl marşrut avtobusunda içərisində 180 manat olan pulqabısının oğurlandığını bildirib.
Dərhal polis əməkdaşları tərəfindən əməliyyat-axtarış tədbirlərinə başlanıb və bu cinayəti törətməkdə şübhəli bilinən şəxs qısa müddətdə müəyyən edilərək “isti izlər”lə saxlanıb.
Araşdırmalarla onun Bakı şəhər sakini, əvvəllər məhkum olunmuş Cavid Ramiyar olduğu müəyyən edilib.
Faktla bağlı araşdırma aparılır.
Natiq CAVADOV DİN Mətbuat Xidmətinin əməkdaşı