Avqustun 8-də saat 15:00 radələrində Səbail rayonu ərazisində Dənizkənarı Milli Parkda dənizdən üzərində zorakılıq əlamətləri olmayan, 50-55 yaşlarında qadın meyiti tapılıb. Meyitin əlamətləri: boyu 156 santimetr, arıq bədən quruluşlu, saçları qaradır.
Meyit aşkar edilərkən qulağında qızıl sırğa, əynində yaşıl kofta və qara rəngdə uzun ətək olub. Həmin şəxsi tanıyanlardan “102 Zəng Mərkəzi”nə, yaxud 492-02-02 nömrəli telefonla Səbail RPİ-nin 9-cu Polis Bölməsinə məlumat vermələri xahiş olunur.