Bakının müxtəlif rayonlarında oğurluq əməlləri törətməkdə şübhəli bilinən şəxslər saxlanılıblar. Bu barədə Daxili İşlər Nazirliyinin (DİN) Mətbuat xidməti məlumat yayıb.
Məlumata görə, Xəzər rayon sakini polisə müraciət edərək ona məxsus “KamAZ” markalı yük avtomobilindən ümumi dəyəri 1000 manat olan 4 ədəd akkumulyatorun oğurlandığını bildirib.
Polis əməkdaşlarının keçirdikləri tədbirlər nəticəsində cinayəti törətməkdə şübhəli bilinən T.Mirələmov saxlanılıb.
Bundan başqa, paytaxtın Binəqədi və Yasamal rayonlarında da oğurluq faktları qeydə alınıb. Zərərçəkən şəxslər polisə müraciət edərək “Toyota” markalı avtomobildən mobil telefonların, içərisində nağd pul və digər şəxsi əşyalar olan çantanın, eləcə də velosipedin oğurlandığını bildiriblər.
Keçirilən əməliyyat tədbirləri nəticəsində oğurluq əməllərini törətməkdə şübhəli bilinən R.Mikayılov, A.Abdurahmanov və K.Heydərov saxlanılıblar.
Faktlarla bağlı araşdırmalar davam etdirilir.
ZÜMRÜD