Mingəçevir Şəhər Polis Şöbəsinin Dövlət Yol Polisi Bölməsinin əməkdaşları tərəfindən qaydaları pozan velosipedçilərə qarşı reyd keçirilib.
DİN-in Mətbuat Xidmətinin Şəki regional qrupundan verilən məlumata görə, avtomobil yollarında hərəkət edərək həm özləri, həm də digər hərəkət iştirakçıları üçün təhlükə yaradan velosipedçilər saxlanılıb. Onlarla profilaktik söhbətlər aparılıb, velosipedi digər nəqliyyat vasitələrinin hərəkətinə mane olmayan daha təhlükəsiz yerlərdə idarə etmələrinin vacibliyi izah olunub.
Reyd zamanı qaydaları pozan 15 velosipedçi barəsində inzibati tədbir görülüb.
Biləsuvar Rayon Polis Şöbəsinin Dövlət Yol Polisi bölməsinin əməkdaşları da velosipedçilərin hərəkətinin tənzimlənməsi məqsədilə reyd keçirib.
DİN-in mətbuat xidmətinin Lənkəran regional qrupundan verilən məlumata görə, keçirilən reyd zamanı avtomobil yollarında hərəkət edərək, qəza şəraiti yaradan velosipedçilər saxlanıb. Onlarla profilaktik söhbətlər aparılıb və bu formada hərəkət etmələrinin həm özləri, həm də digər hərəkət iştirakçılarının həyatı üçün təhlükəli olduğu bildirilib.
Qaydalara əməl etməyən velosipedçilər barəsində qanunvericiliyə uyğun olaraq tədbirlər görülüb, cərimə protokolları tərtib olunub.