19/09/2020 03:52
728 x 90

Polis Oğuzda reyd keçirib

img

Oğuz Rayon Polis Şöbəsinin əməkdaşları qapalı məkanlarda tibbi maskadan istifadə etməyən şəxslərə qarşı tədbirləri davam etdirirlər.

DİN-in Mətbuat Xidmətinin Şəki regional qrupundan verilən məlumata görə, keçirilən reydlər zamanı bir neçə obyektdə karantin rejiminin qayda və tələblərinin  pozulduğu müəyyən edilib. Mağazalarda bəzi satıcı və müştərilərin sosial məsafəni gözləmədikləri, eləcə də tibbi maskadan istifadə etmədikləri aşkarlanıb. Həmin şəxslər barəsində İnzibati Xətalar Məcəlləsinin 211-ci maddəsinə əsasən protokol tərtib edilərək cərimələniblər.

Son xəbərlər