22/09/2020 07:25
728 x 90

Sərt karantin elan edilən rayonlardan Qaxa istirahətə gələn 9 nəfər cərimələnib - FOTO

img

Qax Rayon Polis Şöbəsinin əməkdaşları tərəfindən sərt karantin elan edilən şəhər və rayonlardan icazələri olmadan, qaydaları pozaraq istirahət məqsədilə gələn şəxslərin müəyyən edilməsi məqsədilə reyd keçirilib.

DİN-in Mətbuat Xidmətinin Şəki regional qrupundan verilən məlumata görə, keçirilən reyd zamanı istirahət mərkəzlərinə gedən yollarda hərəkət edən nəqliyyat vasitələri Dövlət Yol Polisi Bölməsinin əməkdaşları tərəfindən yoxlanış məqsədilə saxlanıb. Planşet vasitəsilə yoxlanılan zaman bəzi şəxslərin qaydaları pozaraq, xüsusi karantin elan edilən rayonlardan istirahət məqsədilə Qaxa gəldikləri məlum olub. Şənbə və bazar günləri ərzində, ümumilikdə, 9 nəfər qaydaları pozduğu üçün barələrində protokol tərtib edilərək, hər biri 200 manat cərimələnib.

Son xəbərlər