18/09/2020 10:26
728 x 90

Yevlaxdan Cəlilabada dilənçiliyə gedənlər saxlandı

img

Cəlilabad Rayon Polis Şöbəsinin əməkdaşları tərəfindən ölkə ərazisində elan edilmiş xüsusi karantin rejiminin tələblərini pozan şəxslərlə bağlı tədbirlər davam etdirilir.

DİN Mətbuat Xidmətinin Lənkəran regional qrupundan baki-xeber.com-a verilən məlumata görə, bu istiqamətdə keçirilən nəzarət-profilaktiki tədbirlər çərçivəsində sərtləşdirilmiş karantin rejiminin tələblərinə uyğun olaraq Cəlilabad şəhəri ərazisində qurulmuş postlardan birində saxlanılan “Vaz 21011” markalı avtomobilin sürücüsü olan Yevlax şəhər sakini C.Bukavadzenin karantin rejimi qaydalarını pozaraq Yevlaxdan Cəlilabada gəldiyi müəyyən edilib.

Avtomobildə olan digər 2 Yevlax sakini isə Cəlilabad şəhəri ərazisində dilənçiliklə məşğul olduqlarını bildiriblər. Hər 3 şəxs Cəlilabad RPŞ-yə dəvət edilərək onlarla profilaktik söhbətlər aparılıb və barələrində İnzibati Xətalar Məcəlləsinin müvafiq maddəsi ilə protokol tərtib edilib.

Son xəbərlər