18/09/2020 20:09
728 x 90

Avtomobildə yarım kiloqramdan artıq heroin və psixotrop maddə - Biləsuvarda...

img

DİN Mətbuat Xidmətinin Lənkəran regional qrupundan verilən məlumata görə, Biləsuvar Rayon Polis Şöbəsi əməkdaşlarının əldə edilmiş məlumat əsasında keçirdiyi əməliyyat-axtarış tədbirləri nəticəsində narkotiklərin qanunsuz dövriyyəsində şübhəli bilinən Masallı rayon sakini Cahid Abdullayev idarə etdiyi “VAZ 2107” markalı avtomobillə Biləsuvar rayonunun Əsgərabad kəndi ərazisində saxlanıb. Keçirilən baxış zamanı onun idarə etdiyi avtomobildən yarım kiloqramdan artıq heroin və 7 qrama yaxın psixatrop maddə olan metamfetamin aşkarlanaraq götürülüb.

Faktla bağlı Biləsuvar RPŞ-də araşdırma aparılır.

Son xəbərlər