19/09/2020 21:38
728 x 90

Biləsuvarda gizli nişan mərasimi keçirənlər cərimələndi - FOTO

img

Nazirlər Kabineti yanında Operativ Qərargah tərəfindən qəbul edilən xüsusi karantin rejiminin qaydalarının təmin olunması istiqamətində polis əməkdaşları tədbirləri davam etdirir.

DİN Mətbuat Xidmətinin Lənkəran regional qrupundan verilən məlumata görə, Biləsuvar Rayon Polis Şöbəsinə rayonun Təyyarə meydanı adlanan ərazisində yaşayan İ.Əlizadənin xüsusi karantin rejiminin qaydalarını pozaraq gizli şəkildə qızına nişan mərasimi keçirməsi barədə məlumat daxil olub. Polis əməkdaşları dərhal sözügedən ünvana gəliblər. Məclisin təşkilatçısı və orada iştirak edən 4 nəfər Rayon Polis Şöbəsinə dəvət edilib. Şöbədə və onlarla profilaktik söhbətlər aparılaraq karantin rejiminin qaydaları izah olunub və onların hər biri, barəsində İnzibati Xətalar Məcəlləsinin müvafiq maddəsi ilə protokol tərtib edilməklə, cərimə olunub.

Son xəbərlər