Astara Rayon Polis Şöbəsi əməkdaşlarının keçirdiyi əməliyyat-axtarış tədbirləri nəticəsində yaşayış evindən oğurluq edən rayon sakini saxlanıb.
DİN Mətbuat Xidmətinin Lənkəran regional qrupundan verilən məlumata görə, Astara rayonunun Şiyəkəran kənd sakini S.Quliyevaya məxsus yaşayış evindən 450 manat dəyərində 1 ədəd televizorun və ümumilikdə 3500 manat dəyərində 7 ədəd xalçanın oğurlanması ilə bağlı Rayon Polis Şöbəsinə müraciət daxil olub. Keçirilmiş əməliyyat-axtarış tədbirləri ilə oğurluğu törətməkdə şübhəli bilinən şəxs müəyyən edilərək saxlanıb. Araşdırmalarla onun Şiyəkəran kənd sakini E.Bayramov olduğu müəyyən edilib. Oğurlanmış əşyalar ondan aşkarlanaraq maddi sübut kimi götürülüb.
Faktla bağlı araşdırma aparılır.