Biləsuvar Rayon Polis Şöbəsinin əməkdaşlarının keçirdiyi növbəti uğurlu əməliyyat-axtarış tədbirləri nəticəsində ümumilikdə 30 kiloqrama yaxın narkotik vasitə və psixatrop maddə aşkar olunaraq qanunsuz dövriyyədən çıxarılıb.
DİN Mətbuat Xidmətinin Lənkəran regional qrupundan verilən məlumata görə, Biləsuvar RPŞ əməkdaşlarının daxil olmuş məlumat əsasında keçirdiyi əməliyyat tədbiri zamanı narkotiklərin qanunsuz dövriyyəsində şübhəli bilinən Musa Bayramzadə idarə etdiyi “VAZ-2106” markalı avtomobillə saxlanıb. Onun idarə etdiyi avtomobilə keçirilən baxış zamanı oradan 19 kiloqram 400 qram narkotik vasitə heroin, 6 kiloqram 315 qram qurudulmuş marixuana , 4 kiloqam 25 qram psixatrop maddə metamfetamin aşkarlanaraq götürülüb.
Faktla bağlı Biləsuvar RPŞ-nin istintaq bölməsində araşdırma aparılır.