Ölkə ərazisində elan edilmiş xüsusi karantin rejiminin tələblərini pozaraq məsuliyyətsiz davranış sərgiləyən, həmçinin icazə sistemindən sui-istifadə edən şəxslərlə bağlı tədbirlər davam etdirilir.
Daxili İşlər Nazirliyinin Mətbuat Xidmətinin Lənkəran regional qrupundan verilən məlumata görə, Lənkəranda bu istiqamətdə keçirilən tədbirlər zamanı karantin qaydalarını pozan daha bir neçə şəxs müəyyən edilərək inzibati qaydada cərimələniblər.
Belə ki, 8103 nömrəsinə həqiqətə uyğun olmayan müraciətlər edərək epidemiya əleyhinə rejimin qaydalarını pozan 6 nəfər Lənkəran sakininin Nəsimi küçəsində futbol oyunu təşkil etdikləri aşkarlanıb.