SOCAR Xəzər dənizinin Azərbaycan sektorunda perspektiv strukturların aşkar olunması və ilkin kəşfiyyat işləri ilə bağlı bir sıra xarici şirkətlərlə danışıqları yekunlaşdırıb. “Trend”in məlumatına görə, bunu Azərbaycanda Neftçilər gününə həsr olunmuş tədbir zamanı SOCAR-ın prezidenti Rövnəq Abdullayev deyib.
Onun sözlərinə görə, danışıqların yekunlarına əsasən artıq razılıq da əldə olunub.
Azərbaycanda qaz yataqlarının işlənməsi barədə danışarkən R.Abdullayev qeyd edib ki, 2020-ci ildə “Ümid” qaz-kondensat yatağının ikinci platformasında yeni quyunun qazılmasına başlanılacaq: “Qazma işləri 2020-ci ildə başlanacaq. Quyu 2021-ci ildə istifadəyə veriləcək”.