çərşənbə günü, 19 avqust 2026
     

Energetik içkilərə vergi tətbiqi müzakirədə…

Image


Son illər Azərbaycanda, xüsusilə gənclər arasında energetik içkilərə maraq artıb. Hər addımbaşı rast gəldiyimiz supermarketlərdə yaş məhdudiyyəti olmadan bu içkiləri əldə etmək mümkündür. İnsan orqanizmi üçün zərərli olan  bu məhsulun satışına hər hansı qadağanın olmaması isə onu daha da əlçatan edib.

Artıq bəzi ölkələrdə energetik içkilərin satışına qadağalar qoyulub və ya məhdudiyyətlər tətbiq edilib. Məsələn, 2010-cu ildə ABŞ-da kofein tərkibli spirtli enerji içkiləri tamamilə satışdan çıxarılıb. Elə həmin il Litvada energetik içkilərin yetkinlik yaşına çatmayanlara satışına qadağa qoyulub. 2015-ci ildə Rusiyanın Moskva vilayətində də eyni məhdudiyyətlər tətbiq olunub. Türkiyə, Danimarka, Norveç, Uruqvay, İslandiya, eləcə də ABŞ-nın Vaşinqton, Yuta, Oklahoma, Miçiqan kimi ştatlarında da bu cür qadağalar mövcuddur.

Hazırda Finlandiyada energetik içkilərə vergi tətbiqi barədə düşünürlər. Uşaqların hüquqları üzrə ombudsman və ölkə parlamentinin bir qrup deputatı bu içkiləri «zərərli məhsullara vergi tətbiqi» siyahısına salmaq tələbi ilə çıxış edib. Artıq gələn ilin dövlət büdcəsinə bununla bağlı xüsusi aksiz vergisi əlavə oluna bilər.

Bu ilin aprel ayının 6-dan etibarən Almaniyada «şəkər vergisi» tətbiq edilir. Bu yığım barədə müzakirələrə iki il əvvəl başlanmışdı və o vaxtdan bəri ölkədə şirin içkilərin tərkibində işlədilən şəkərin miqdarı 45 milyon kiloqram azaldılıb. Qida istehsalçıları öz məhsullarının reseptinə yenidən baxaraq vergi tutulan həddi aşmamaq üçün müvafiq addımlar atıblar.

İngiltərə ictimaiyyətində «şəkər vergisi» adlandırılan qanuna əsasən, 100 millilitr içkinin tərkibindəki şəkər 5 qramı aşarsa, hər litrə görə 18 pens vergi tutulur. 100 millilitr içkidə istifadə edilən şəkər miqdarının 8 qramı aşması isə hər litrə görə 24 pens həcmində vergi alınmasına səbəb olur.

...Paytaxtımızda fəaliyyət göstərən «Doktor Davud» Tibb Mərkəzinin direktoru Davud Qüdrətovun sözlərinə görə, hazırda şəhərin bütün mağazalarda satılan enerji verən bir banka içkinin tərkibində 0,5 litr su, 75 mq. kofein, 500 mq. taurin, şəkər, qlükoza, qlükoronolakton, rəngverici, aromatizator, limon duzu, duzluluğu tənzimləyici, karbon 4 oksid və bəzi vitaminlər var: «Əksər televiziyaların «qanadlandırıcı» kimi reklam etdiyi «XL», «Pitbull», «Rox», «Red Bull», «Hell», «Jaquar», «Blue», «Reo Line», «Monster» və s. kimi içkilər, əslində vətəndaşlarımızın, xüsusilə gənclərimizin sağlamlığı üçün ciddi təhlükə mənbəyidir. Bu içkilər nəinki insana enerji vermir, əksinə, onun daxilindəki enerji ehtiyatını xərcləyir. Biz gec-tez, bu enerjini yorğunluq, yuxusuzluq, əsəb və depressiya şəklində geri qaytarırıq. Belə çıxır ki, insan öz resurslarından «borc» götürür, borcu isə əvvəl-axır qaytarmalısan.

Enerjiverici içkilərin «qanadlandırması» ilə bağlı yayılan miflərlə yanaşı, zərərləri ilə bağlı faktlar da kifayət qədərdir. Xarici mətbuata bir neçə dəqiqəlik səyahət yetərlidir ki, yüzlərlə belə fakt tapasan. Məsələn, 2001-ci ildə İçveçdə 30 yaşlı Tereza diskotekada iki banka energetik içki ilə spirtli içkini qarışdıraraq içdikdən sonra ürəyi dayanıb, 18 yaşlı basketbolçu Ross Kuni isə 3 banka energetik içki qəbulundan sonra elə idman meydançasında dünyasını dəyişib. Bütün bunlar mətbuatın yazdıqlarıdır, yazmadıqları, xəbərsiz olduqları isə ...».

Araşdırmalara görə, təkcə 2005-ci ildə kofeinin həddən artıq dozada qəbulu zamanı 1000-dən artıq insan dünyasını dəyişib. 2008-ci ildə bu rəqəm 16.000-dən çox olub. Bu rəqəmlərlə tanış olduqda hər birimizdə haqlı suallar yaranır: həqiqətənmi energetik içkilər insana bu qədər güclü təsir edir, enerji verir, yoxsa bizdən pul qoparmaq üçün bu da bəzi istehsalçıların növbəti tələsidir? Doğrudanmı, biz bir banka içki ilə həyatımızı risqə atırıq?

Milli Məclisin deputatı Azər Badamov hesab edir ki, Azərbaycan bazarında enerji içkiləri birtərəfli qaydada reklam olunur, onu yalnız insana güc gətirəcək, əhval-ruhiyyəni yaxşılaşdıracaq bir qida kimi təqdim edirlər: «Dünyanın inkişaf etmiş ölkələrinin bazarlarına diqqət yetirsək görərik ki, Almaniya, İngiltərə və ABŞ kimi ölkələr öz vətəndaşlarını enerji içkilərindən uzaqlaşmağa çağırır. Müəyyən tədbirlər görürlər ki, bu içkidən daha az istifadə olunsun. Dünya Səhiyyə Təşkilatı tərəfindən də energetik içkilərin törədəcəyi fəsadlar haqqında geniş danışılır. Yəni bu içkilərin insan orqanizminə zərərini bizim səhiyyə təşkilatları da təbliğ etməlidir. Bildirilməlidir ki, hansı hallarda və nə qədər bu içkidən istifadə etmək olar. Çünki bizdə bu içki adi  su  yerinə içilir. Bunun da əsas səbəbi onun qiymətinin ucuzluğu və  fəsadları haqqında vətəndaşlarımızın məlumatsız olmasıdır».

Millət vəkili onu da qeyd etdi ki, Azərbaycanda enerji içkilərinin əsas istehlakçıları yeniyetmələr və gənclərdir: «Bu içkidən istifadə etmək gənclər arasında, bir növ, dəb halını alıb. Onlar heç də düşünmürlər ki, orqanizmlərinin enerji içkisinə ehtiyacı yoxdur. Çünki gənc orqanizm kifayət qədər enerjilidir və qəbul edilən hər hansı stimulyasiyaedici vasitə onun məhvinə aparır. Biz gələcəyimiz olan gənc nəsli qorumaq istiqamətində ciddi addımlar atmalı, müxtəlif yollarla yeniyetmələrimizi zərərli vərdişlərdən, o cümlədən bu cür təhlükəli içkilərdən istifadə etməkdən çəkindirməliyik. Hesab edirəm ki, çıxış yollarından biri də enerji içkilərinin idxalına, istehsalına və satışına əlavə rüsum və vergilərin tətbiq edilməsidir. Bu, həm həmin içkilərdən istifadənin miqdarını azaldar, həm də dövlət büdcəsinə əlavə vəsait gətirər...».



VİDEO

Biri ermənini öpür, biri sovet bayrağı qaldırır... Günümüzə baxın! - VİDEO

Lavrov işdən kənarlaşdırılır, yoxsa oyun qurulur? - VİDEO

Dünyada xaos böyüyür, Azərbaycana təhlükə də artır... - VİDEO

Ərdoğan “Məkkə sazişi”nin arxasındakı sirri açdı - Ekspertlər şübhə ilə baxır...

Avropa Birliyinin Naxçıvan dəmir yollarında marağının görünən və görünməyən tərəfləri...

İrəvanda Azərbaycan təbii qazına qarşı ikitərəfli kampaniya başladı...

SON XƏBƏRLƏR

19.08.2026 / 12:14
Həkim səhvi ilə bağlı mübahisələdə məhkəmələr nəyə diqqət yetirirlər? - Ali Məhkəmə açıqladı

19.08.2026 / 11:29
30 ilin sirləri - əfqan əsirliyindən qaçan pilotun film kimi hekayəsi

19.08.2026 / 10:57
Şəxsiyyətləri müəyyənləşdirilən daha 5 itkin şəhid dəfn ediləcək

19.08.2026 / 10:31
Siyəzəndə narkotiklərlə bağlı əməliyyatlar - 9 nəfər həbs edildi

19.08.2026 / 07:14
Türkiyədə maraqlı tarixi yer kəşf olundu

19.08.2026 / 06:27
ABŞ-da META şirkəti məhkəməyə verildi - zərərçəkən uşaq və yeniyetmələrdir

18.08.2026 / 22:24
ABŞ-ın keçmiş kəşfiyyat şefi xəbərdarlıq etdi - Rusiya Almaniyaya hücum edə bilər…

18.08.2026 / 21:18
Məkkə Sazişinin tam məzmunu qapalı saxlanılır...

18.08.2026 / 20:48
Naxçıvanda tarixi abidələrlə bağlı ciddi problemlər var - Prezident təsadüfi söz deməz...

18.08.2026 / 20:26
Ermənistanda Avropanın Yeni Missiyasının məqsədləri açıqlandı - hansı maliyyə axını?..

18.08.2026 / 19:56
Yuşşenko Ukraynaya dəstəyə görə Prezident İlham Əliyevə təşəkkür etdi

18.08.2026 / 19:41
Naxçıvanda və Zəngəzurda doğrulmuş yeni idarəçilik Konstitusiyada nə vaxt əks olunacaq...

18.08.2026 / 19:27
Azərbaycan yalan və saxta iddialara görə CNN-i məhkəməyə verdi...

18.08.2026 / 19:15
Macarıstanın yeni hakimiyyəti türk birliyinə münasibətini ilk dəfə ifadə etdi...

18.08.2026 / 18:53
İrandan ABŞ-a net mesaj - blokada və sanksiyalar qaldırılana qədər Hörmüz açılmayacaq...

18.08.2026 / 18:37
İran ABŞ-ın Hörmüz blokadasını qırmaq üçün hücuma hazırlaşır...

18.08.2026 / 18:20
Bəzi qurum və təşkilatların istifadəçi hesablarına kiberhücum cəhdləri olub

18.08.2026 / 18:06
Rusiyada yanacaq böhranının ikinci dalğası başladı – YDM-lərin yalnız 28 faizində benzin var…

18.08.2026 / 17:50
Ağ Ev üzvü gizli dipmissiya ilə Rusiyaya gedibmiş - ikitərəfli “mədəni” əlaqələri təşviq etmək üçün…

18.08.2026 / 17:48
Ərdoğanın Avropa Birliyi ilə münasibətlərində qaranlıq şey qalmadı - məsələnin Azərbaycana təsiri olacaq?..

18.08.2026 / 17:34
Rusiya Xəzər dənizi vasitəsilə İrana dron və sursat tədarük edir…

18.08.2026 / 17:19
İndi də İran ABŞ-dan əl çəkmir - ABŞ-la İran rol dəyişdirirlər...

18.08.2026 / 17:02
Tramp Hörmüz boğazının xəritəsini "yeni ABŞ ərazisi" adı ilə paylaşdı…

18.08.2026 / 16:47
Paşinyan Rusiya ilə KTMT mübahisəsini özünə lazımlı sonu görünməyən ritorikaya çevirir...

18.08.2026 / 16:31
Türkiyədə yayın dadı yalnız dənizdə deyil, süfrədə də yaşanır

18.08.2026 / 16:16
Mütəşəkkil köləlik: Rusiyanın sərt miqrant qaydaları

18.08.2026 / 16:05
Doğum sürətlə azalır, ölüm sayı artır...

18.08.2026 / 16:01
Ermənistan-Azərbaycan sərhədində ticarət - Ermənistanın tekstil istehsalı Azərbaycan xammalına əsaslana bilər...

18.08.2026 / 15:56
Rusiyanın Ukraynadakı quru qoşunları ardıcıl şəkildə zəiflədilir... Necə?

18.08.2026 / 15:51
"Təhlükəsizlik bizim gündəliyimizdə prioritet olmağa davam edəcək"" - Prezident

18.08.2026 / 15:49
Kedminin Azərbaycan tarixini hədəfə alan ritorikası - tarixi silmək cəhdi, yoxsa yeni siyasi təxribat?

18.08.2026 / 15:26
Prezident İlham Əliyev Britaniyanın yeni səfirinin etimadnaməsini qəbul edib - FOTO

18.08.2026 / 13:58
Türkiyə Qara dənizdə alternativ logistika yaradır - İydərə limanı

18.08.2026 / 13:43
Bəşər Əsədin əmisi oğlu da edam cəzasına məhkum edildi...

18.08.2026 / 13:26
Rusiya səfiri Azərbaycan XİN-ə çağırıldı...

18.08.2026 / 13:20
Rusiyada miqrantlar üçün giriş tələblərinin daha da sərtləşdirilməsi təklif edildi...

18.08.2026 / 13:07
Tramp Məkkə sazişinə rişxənd elədi...(?)

18.08.2026 / 12:51
Husilər Saudi Aramco neft emalı zavoduna hücum etdi…

18.08.2026 / 12:36
Ukrayna ilk dəfə Rusiya daxilindəki hədəfləri Britaniya dronları ilə vurdu – Moskva Londonu hədələdi…

18.08.2026 / 12:14
Övladlarından ayrı qalan ana iki azyaşlı uşağına qovuşdu

18.08.2026 / 12:02
“Kərkükdən gələn səs”: unudulmuş nəğmələr yenidən səhnəyə qayıdır

18.08.2026 / 12:00
Yaponiyada Azərbaycanı tanıdan yeni kitab nəşr olunub

18.08.2026 / 11:46
Mətbuat Şurası Bəyanat yaydı

18.08.2026 / 11:41
Mətbuat Şurası Rusiya KİV-lərində Azərbaycana qarşı təhdidləri pislədi - BƏYANAT

18.08.2026 / 11:30
Hörmüz boğazında daha bir gəmiyə atəş açıldı – ölən var…

18.08.2026 / 11:19
Trampın reytinqi 33%-ə düşüb - Reuters/Ipsos

18.08.2026 / 11:09
Trampın komandası ilə bağlı maraqlı fakt ortaya çıxdı - 57 məmurun sərvəti dodaq uçuqlatdı…

18.08.2026 / 10:55
Axtarışda olan 101 nəfər saxlandı

18.08.2026 / 10:41
Lavrov qəzəbləndi - Yaponiya "əxlaq həddini aşıb", səfir XİN-ə çağırıldı, amma gəlmədi

18.08.2026 / 10:18
İran Bərzaninin ofisinə edilən hücuma münasibət bildirdi – ehtiyatsızlıq…

18.08.2026 / 10:02
Bölgələrdə yanğına səbəb olan 3 nəfər məsuliyyətə cəlb olundu

18.08.2026 / 09:43
Tovuzda avtomobil su arxına düşdü, sürücü öldü

18.08.2026 / 09:25
Ukrayna Qara dənizdə rus nefti daşıyan Yunanıstan tankerini vurdu…

18.08.2026 / 09:03
Elbrusda 8 alpinist itkin düşdü

18.08.2026 / 08:24
Türkiyənin S 400-nə dünyada sahib çıxan yoxdur - milyardlar metalloma verilə bilər

18.08.2026 / 07:12
Kuşner Yaxın Şərq səfərindən “əliboş” döndü - Netanyahu “öncə HƏMAS” dedi

18.08.2026 / 06:53
Yaponiya səfiri Rusiya XİN-ə getmək qərarı verdi - Lavrovun atmacasından sonra…

18.08.2026 / 06:41
Xaricdən maliyyələşmə şübhəsi “Yabloko”nu Dumadan kənarda qoydu

18.08.2026 / 06:29
Qara dənizdə Rusiya nefti daşıyan yunan gəmisinə hücum edilib

18.08.2026 / 06:16
Konqres Demokratları Trampın səlahiyyətlərini məhdudlaşdırmaq niyyətindədir - Omana təhdidlərdən sonra…

18.08.2026 / 06:08
Fidan və Araqçi arasında yeni “Hörmüz müzakirəsi” - sırada nə var…

17.08.2026 / 21:47
İran ABŞ-a bir neçə həftə vaxt verdi – razılaşma yerinə yetirilməsə, hücuma başlayacağıq…

17.08.2026 / 21:23
Saakaşvili düz deyirsə, Gürcüstan Bakı və İrəvana qarşı Kremlin oyunlarını oynayacaq...

17.08.2026 / 20:56
Zəngəzur dəhlizindən İrana ikinci dəmir yolu - ABŞ-İran savaşı davam etsə...

17.08.2026 / 20:43
Putinin öz partiyası da xarici maliyyə mənbələrindən asılı vəziyyətə düşüb... 810 milyard...

17.08.2026 / 20:17
Lavrov Türkiyəyə - Eyni vaxtda həm Avropada, həm NATO-da, həm də Rusiya ilə dostluq olmaz...

17.08.2026 / 19:56
Ermənistan vətəndaşlığı almaq istəyən xarici ermənilərlə ciddi problem yaranıb...

17.08.2026 / 19:11
“Avroittifaq Azərbaycanla münaqişədə (?) Ermənistanı müdafiə edə bilməyəcək”...

17.08.2026 / 18:38
Azərbaycana qarşı terror və zorakılıq çağırışları edən 3 Rusiya vətəndaşı beynəlxalq axtarışa verildi...

17.08.2026 / 18:03
Tramp Omanı vurmaqla hədələdi - "yolumuza çıxarlarsa, onları yerlə bir edərik”…

17.08.2026 / 17:40
Böyükşor gölünün suyu yaşıl rəngə boyandı - Dövlət Xidməti səbəbi açıqladı...

17.08.2026 / 17:23
Husilər Qırmızı dənizdə Səudiyyənin hərbi gəmilərinə raket zərbələri endirdi…

17.08.2026 / 17:05
İran Ermənistanı hərblə hədələyir - İrəvan qorxu içində...

17.08.2026 / 16:52
ABŞ Çindən donanmanı geri çəkir - Vaşinqtonda yeni siyasi qalmaqal başladı...

17.08.2026 / 16:38
Gürcüstan tezliklə Rusiyanın bir hissəsi ola bilər

17.08.2026 / 16:31
İran İraq Kürdüstanının baş nazirinin ofisini bombaladı…

17.08.2026 / 16:20
Azərbaycan diasporunun Moskvadakı rəhbəri Rusiyadan deportasiya edildi...

17.08.2026 / 16:06
Rusiya Ermənistan mallarını Azərbaycan məhsulları ilə əvəzləyir...

17.08.2026 / 15:50
Azərbaycan Xəzər dənizini Avropa ilə Asiya arasında rəqəmsal körpüyə çevirir...

17.08.2026 / 15:43
Nikah və boşanmaların sayı azalıb...

17.08.2026 / 15:36
Azərbaycan əhalisinin sayı açıqlandı

Azərbaycanda vətəndaş cəmiyyətinin inkişafında rəqəmsallaşma və innovasiyalar ön plana çıxır

XƏBƏR ARXİVİ