şənbə günü, 17 oktyabr 2026
     

Azərbaycanın neft gəlirləri iki dəfə artdı – dünyada qiymət 100 dolları hədəfləyib…

Image


Dünyanın geosiyasi və geoiqtisadi müstəvisində baş verənlər neftin qiymətində yenidən dinamik yüksəlişə rəvac verib. Görünən budur ki, hazırda baş verənlər neftin qiymətində yüksəlişin daha uzun müddət olmasını qaçılmaz edəcək. Eyni zamanda artıq o da həqiqətdir ki, neft resurslarını sabit şəkildə dünya bazarlarına çıxarmağı bacaran ölkələr, o cümlədən də Azərbaycan bu məhsulun satışından daha çox gəlir əldə edə biləcək.

Yeri gəlmişkən qeyd edək ki, Azərbaycan neftinin qiyməti bahalaşır. Son məlumatlara əsasən,  “Azeri Light” markalı neftin bir barrelinin qiyməti 1,21 dollar bahalaşaraq 81,5 dollar təşkil edib. Xatırladaq ki, Azərbaycan neftinin bir barrelinin qiyməti sonuncu dəfə mayın 23-də 81,31 dollar olub. Digər tərəfdən bu ilin ilk səkkiz ayında neft gəlirlərmiz ötən ilin müvafiq dövrü ilə müqayisədə iki dəfə artıb. Belə ki, cari ilin yanvar-avqust aylarında Azərbaycandan 19 milyon 934 min 911 ton xam neft və bitumlu minerallardan alınan xam neft məhsulları ixrac edilib. Səkkiz ayda ixrac edilən neft və neft məhsullarının dəyəri isə 10 milyard 493 milyon 533 min ABŞ dolları olub. Ötən ilin eyni dövründə isə Azərbaycandan 13 milyon 270 min 401 ton xam neft ixrac olunub, ixrac edilən neftin dəyəri 5 milyard 85 milyon 538 min dollar təşkil edib.

Amma ilin sonuna kimi Azərbaycanın neft gəlirlərinin bir qədər də artması proqnozlaşdırılır. Çünki neftin qiymətinin tezliklə 100 dollara çatması istisna olunmur. Rusiyanın energetika naziri Aleksandr Novak bunu İran ətrafında baş verən proseslərlə izah edib. Onun sözlərinə görə, İranla bağlı qeyri-müəyyənlik və geosiyasi proseslər neft bazarına təsir edir. Nazir bildirib ki, neft bazarı bəzi ölkələrdə istehsalın azalması ilə əlaqədar olaraq kövrək hala gəlib: “Bazar İranla bağlı qeyri-müəyyənliklə yanaşı, geosiyasi proseslərdən də təsirlənir. Bu, İrandan gündəlik 2 milyon barrel neft idxal edən ölkələrə mənfi təsir göstərir”.

Qeyd edək ki, ABŞ noyabrdan etibarən İrana qarşı yeni sanksiyalar tətbiq edəcək. Bu da neft bazarına öz təsirini göstərir və “qara qızıl”ın qiymətində bahalaşmanı dəstəkləyir. Beynəlxalq Energetika Agentliyinin (BEA) sentyabr ayı üzrə hesabatında da bildirilir ki, dünya bazarında neftin 1 barrelinin qiymətinin 80 ABŞ dollarını keçməsi İran və Venesualanın neft bazarını tərk etməsi ilə bağlıdır: "Neft bazarında vəziyyət kritikdir, bugünə qədər İran və Venesueladan əldə edilən nefti digər ixracatçıların hesabına təmin etmək çətin olacaq. Venesuelada gündəlik neft hasilatının həcmi ilin sonuna qədər 1,24 milyon barreldən milyon barrelə düşə bilər. Bundan başqa, qarşıdakı 54 gün ərzində İrandan neft alan ölkələr sanksiyaların təhdidi altında idxala davam edib-etməyəcəklərinə qərar verməlidir. Liviyadakı münaqişələr də yenidən başlaya bilər".

Bu durumda “FACTS Global Energy”nin rəhbəri Fereidun Fesharaki vurğulayır ki, “Brent” markalı neftin bir barrelinin qiyməti 100 dolları keçə bilər: “İranın neft təchizatının tamamilə dayanması vəziyyətində digər böyük istehsalçılar bu boşluğu asan doldura bilməyəcəyi üçün “Brent”in bir barrelinin qiyməti 100 dolları keçə bilər. ABŞ-dakı şist nefti istehsalçıları, demək olar ki, maksimum səviyyədə hasilat həyata keçirir. Buna görə də, ABŞ-ın şist neftinin bazarda İran boşluğunu dolduracağına inanmaq məntiqsizdir. Neftin qiymətinin 100 dollara yüksəlməsi isə ABŞ və Çinin ticari gərginliyindən asılıdır”. Artıq ABŞ özü də neftin qiymətinə dair proqnozunu artırıb. ABŞ-ın Enerji İnformasiya Administrasiyası qiymətlərin indikindən ən azı 15-20 faiz yüksək olacağını bildirir. Bu isə, digər hasilatçılar kimi, Azərbaycanın da neft gəlirlərinin artması deməkdir. Bu hal ölkənin maliyyə sahəsində manevr imkanlarını genişləndirmək, valyuta ehtyiatlarını artırmaqla yanaşı, manatın sabitlyinin daha etibarlı şəkildə qorunması baxımından da vacib əhəmiyyət kəsb edir. Qonşu Rusiyadan, Türkiyədən, İrandan fərqli olaraq, manatın bundan sonra da sabit səviyyədə qalacağı proqnozlaşdırılır. Elə iqtisadçı Vüqar Bayramov da vurğulayır ki, neft qiyməti Azərbaycan üçün vacibdir. Ekspert bildirib ki, dünya bazarında neftin qiymətinin hazırda artmağa davam etməsi Azərbaycana və dövlət büdcəsinə daxil olan vəsaitlərin həcminin artmasına gətirib çıxarır: “Neftin qiymətinin bahalaşması strateji valyuta ehtiyatlarımızın artması baxımından da çox vacibdir. Bu, nəticə etibarilə Azərbaycanın dövlət gəlirlərinə çox müsbət təsir göstərir. 2018-ci ilin dövlət büdcəsində nəzərdə tutulan məbləğlə müqayisədə neftin dünya bazar qiyməti xeyli yüksəkdir. Bu da, təbii ki, 2018-ci ildə Dövlət Neft Fonduna və dövlət büdcəsinə daxil olan vəsaitlərin həcminin artması deməkdir. İqtisadi və Sosial İnkişaf Mərkəzi neftin bahalaşması fonunda Neft Fonduna və dövlət büdcəsinə daxil olan əlavə vəsaitlərin həcmi ilə bağlı tədqiqatlar aparıb. Neftin qiymətinin 60 dollar olması fonunda ölkəyə 2 milyard 569 milyon dollar, Neft Fonduna isə əlavə 2 milyard 382 milyon dollar vəsait daxil olur. Neftin dünya bazarında orta qiyməti 75 dollar və daha artıq olarsa, bu zaman Neft Fonduna 4 milyard 764 milyon dollar, ölkəyə isə 5 milyard 139 milyon dollardan çox əlavə vəsait daxil olur. Hesablamalar göstərir ki, neftin baha olması ölkəyə və büdcəyə proqnozlaşdırılandan daha çox vəsaitin daxil olmasına imkan yaradıb. Neftin dünya bazar qiymətinin artması növbəti dövrlərdə də ölkəyə daxil olan valyutanın həcmində artımlara gətirib çıxaracaq".

Tahir TAĞIYEV



VİDEO

Biri ermənini öpür, biri sovet bayrağı qaldırır... Günümüzə baxın! - VİDEO

Lavrov işdən kənarlaşdırılır, yoxsa oyun qurulur? - VİDEO

Dünyada xaos böyüyür, Azərbaycana təhlükə də artır... - VİDEO

Türkiyədəki təriqət hicabçıları Azərbaycanda “28 şubat” ssenariləri uydurur...

Avrasiyanın yeni ticarət və nəqliyyat əlaqələrinin xəritəsi Bakıda cızılır

İqtisadiyyat Nazirliyinin və Beynəlxalq Valyuta Fondunun Azərbaycan proqnozları bir-birinə qarşıdır...

SON XƏBƏRLƏR

17.10.2026 / 19:12
Zelenski Trampın dizel qərarını yenə tənqid etdi – bu ilk addımdır, Rusiyaya qarşı sanksiyaların ləğvi davam edəcək…

17.10.2026 / 17:29
Bahalaşmaya qarşı çıxan etirazçılar Marsel şəhər bələdiyyəsinin binasına basqın etdilər…

17.10.2026 / 16:45
ABŞ Rusiya dizel yanacağının potensial alıcılarının siyahısını Moskvaya təqdim etdi

17.10.2026 / 16:20
Hörmüz boğazında minaya dəyən supertankerdə güclü yanğın başladı…

17.10.2026 / 16:02
Tramp makiyajdan istifadə etdiyini etiraf etdi - ölü kimi görünmək istəmirəm…

17.10.2026 / 15:37
Biləsuvarda ağır yol qəzası - iki nəfər ölüb, üç nəfər xəsarət alıb...

17.10.2026 / 15:33
Valeh Ələsgərov "Şərəf" ordeni ilə təltif edilib

17.10.2026 / 15:18
“Şahinlərin Görüşü-2026” təlimində növbəti məşq uçuşları icra olunub - VİDEO

17.10.2026 / 14:50
Misir prezidenti 2030-cu ildə vəzifəsindən gedəcəyini açıqladı…

17.10.2026 / 14:35
Bakıda keçirilən NATO təlimi başa çatdı - FOTO/VİDEO

17.10.2026 / 13:22
Beynəlxalq Valyuta Fonduna ən çox borcu olan ölkələr - siyahı açıqlandı...

17.10.2026 / 10:18
Bir gündə 38 cinayətin üstü açıldı, axtarışda olan 51 nəfər saxlandı

17.10.2026 / 09:51
“Environmental Protection First” koalisiyası Ermənistanın COP17-yə ev sahibliyi etməsini ikili standart adlandırdı

17.10.2026 / 09:04
Tarix üzrə fəlsəfə doktoru Hacı Həsənovun yaradıcılığında milli ruh

17.10.2026 / 07:51
Avropa İttifaqı üzv ölkələrdən 10 gəmini bir araya gətirə bilmir…

17.10.2026 / 07:39
Trampın mətbuat katibi işdən ayrıldı - Keti ilk çıxışında “özünü yandırdı”…

16.10.2026 / 22:10
Bakıdan Parisə demokratiya mesajı: Fransanın insan haqları siyasəti ifşa olundu...

16.10.2026 / 21:52
Azərbaycan tarixdə Nürnberq məhkəməsinin 2-ci nümunəsini yaratdı...

16.10.2026 / 21:36
Avropanın iki ən böyük təşkilatı “atavizm qalığı” adlandırılıdı...

16.10.2026 / 21:21
28 dövlətin qarşısında Ermənistan da, BMT də, ATƏT də ifşa olundu...

16.10.2026 / 21:05
Bakıdan dünyaya: “bunu etməsəniz, müharibələr davam edəcək”...

16.10.2026 / 20:51
Məğlub etdik, məhv etmədik - Əliyev 44 gün Zəfərinin mühüm mənəvi aspektini də açdı...

16.10.2026 / 20:37
İkitərəfli, çoxtərəfli formatlardan regional təhlükəsizliyə - Azərbaycanın yeni düsturu...

16.10.2026 / 20:25
Əliyev keçmiş Ermənistan prezidentlərinin cinayətləri məsələsini qaldırdı...

16.10.2026 / 20:20
Bizim öz yolumuz var, bizim öz amalımız var və bütün Azərbaycan xalqı bu amal ətrafında birləşib! - VİDEO

16.10.2026 / 20:16
Prezidentin sosial media hesablarında Ermənistanın Gəncəyə beşinci raket hücumunun ildönümü ilə bağlı VİDEOÇARX yayımlanıb

16.10.2026 / 20:14
Ramiz Mehdiyev YAP-dan çıxarıldı...

16.10.2026 / 20:08
Dünyanı daha ağır fəlakətlərdən xilas etmək yolunun anonsu Bakıdan verildi...

16.10.2026 / 19:51
Azərbaycan-Ermənistan sülhünün möhkəmləndirilməsində İrəvan yenə məsuliyyətsizlik edir...

16.10.2026 / 19:45
Türkiyəli jurnalist Azərbaycanın həbs qərarından sonra çıxıb üzr istədi

16.10.2026 / 19:31
Aydın Quliyev:"Mətbuat Şurasının yeni İdarə Heyətinə üzvlük seçkilərinə niyə qatılmadım?"...

16.10.2026 / 19:17
Prezident İlham Əliyev Milli Paralimpiya Komitəsinin kollektivini və paralimpiyaçıları təbrik etdi

16.10.2026 / 18:10
Bakıda AQEM-in fəaliyyəti ilə bağlı mühüm nəticələrə imza atıldı

16.10.2026 / 18:07
Tramp-Zelenski ziddiyyətləri böyüyür - Ukrayna nə bədəl ödəyə bilər?..

16.10.2026 / 17:53
Azad Füzuli tarixi Zəfərin qürurunu və Böyük Qayıdışın sevincini yaşayır - Vüqar Rəhimzadə

16.10.2026 / 17:30
İrəvanın Avropa siyasəti iflasa uğradı, ermənilər yenidən Rusiya ilə aranı düzəltməyə can atır...

16.10.2026 / 17:22
Əli Əsədov paralimpiya komitələrinin rəhbərləri ilə əməkdaşlığın genişləndirilməsini müzakirə edib

16.10.2026 / 17:20
Tramp "bütün bombaların anasını" İranın başına atmaq istəyir... 9.5 ton...

16.10.2026 / 17:11
Əlilliyi olan şəxslər və şəhid ailələri ilə bağlı maliyyələşdirmə müddəti uzadıldı

16.10.2026 / 17:06
Trampın yeni mətbuat katibi mətbuatın “radar"ına düşdü - lisenziyası yoxmuş…

16.10.2026 / 16:49
Azərbaycana hicab müdaxiləsi AKP iqtidarını parçalaya bilər - diqqət mərkəzində Fidan və Kalın...

16.10.2026 / 16:45
Azərbaycan və Türkiyə doğma qardaşdır

16.10.2026 / 15:22
Azərbaycanda hakimiyyətin zorla ələ keçirilməsinə çağırışlar edən Türkiyə vətəndaşı beynəlxalq axtarışa verilib - FOTO

16.10.2026 / 15:13
Mingəçevir Dövlət Universiteti QS Stars beynəlxalq qiymətləndirməsində dörd istiqamət üzrə maksimum nəticə əldə edərək 5 ulduz alıb

16.10.2026 / 15:09
Fatih Ərbakan Azərbaycanın düşməni kimi göründü – ermənilər hicabı sevir?..

16.10.2026 / 14:48
10 milyonluq Azərbaycan daha çox sərmayə yatırıb, nəinki 85 milyonluq Türkiyə - niyə?..

16.10.2026 / 14:36
Tramp və Mask Ukraynanın internet sürətini kəsir - dron və raketlər yarıyolda düşə bilər...

16.10.2026 / 14:22
Ceyhun Bayramov AQEM-in Baş katibi ilə Azərbaycanın sədrliyinin nəticələrini müzakirə edib

16.10.2026 / 13:07
Milli mədəni irs və art-terapiya: Azərbaycandan Vaşinqtona uzanan yaradıcı təşəbbüs

16.10.2026 / 12:54
Prezident İlham Əliyev Gürcüstanın yeni səfirini qəbul edib - FOTO

16.10.2026 / 12:51
Prezident Azərbaycanda paralimpiya hərəkatının inkişafında xidmətləri olan bir qrup şəxsi təltif edib

16.10.2026 / 12:47
Prezident İlham Əliyev Hindistanın ölkəmizdə yeni təyin olunmuş səfirini qəbul edib - FOTO

16.10.2026 / 12:16
Mətbuat Şurasının yeni sədri və üzvləri seçildi

16.10.2026 / 11:36
Natiq Məmmədli: Azərbaycan jurnalistləri dezinformasiya hücumuna qarşı prinsipial mövqe nümayiş etdirməlidir

16.10.2026 / 11:06
XII Bakı Beynəlxalq Kitab Sərgisində 30 ölkə təmsil olunacaq

16.10.2026 / 11:01
Müşfiq Ələsgərli:"Media subyektlərinin redaksiyalarında süni intellekt sistemlərindən istifadə qaydalarını müəyyən edən daxili sənədlər qəbul edilməlidir"

16.10.2026 / 10:43
Ukrayna Ryazanda neft zavodunu vurdu, Tramp qəzəbləndi – rüsvayçılıqdır, o, bizim işləməli olduğumuz adam deyil…

16.10.2026 / 10:30
Rəşad Məcid: "4 il ərzində Mətbuat Şurasına ümumilikdə 815 şikayət daxil olub"

16.10.2026 / 10:20
Azərbaycan jurnalistlərinin IX Qurultayının iştirakçıları Prezidentə müraciət ünvanladı

16.10.2026 / 09:53
Xırdalanda məktəbə hücum edən şəxs həbs edildi

16.10.2026 / 09:28
Azərbaycan jurnalistlərinin IX qurultayı keçirilir

16.10.2026 / 09:19
MM komissiyası Azərbaycana qarşı aparılan hibrid hücumlarla əlaqədar bəyanat yaydı

16.10.2026 / 09:06
XİN AQEM-in VII Sammitinin nəticələrini açıqladı

16.10.2026 / 08:50
Azərbaycan-Türkiyə münasibətlərinin cari vəziyyəti müzakirə olundu

16.10.2026 / 08:01
Moskva ətrafında yeni virus aşkarlandı - meymunçiçəyi…

16.10.2026 / 07:53
Netanyahu ilk dəfə əl-Şəra ilə telefon danışığından söz açdı

15.10.2026 / 23:34
BMT-dən ərzaq böhranı xəbərdarlığı - ABŞ və İranın bir neçə həftə vaxtı var…

15.10.2026 / 23:16
Trampdan sonra Mask da Zelenskinin getməsini istədi, tutarlı da cavab aldı – Putinə də belə çağırış edibsinizmi…

15.10.2026 / 22:28
Azərbaycan tarixinin öyrənilməmiş səhifələri - Rusiyanın İrana təcavüzündə Azərbaycan hərbiçilərindən istifadə etməsi (1920-ci il)

15.10.2026 / 22:11
Təsadüf - zərurət

15.10.2026 / 21:41
Prezident İlham Əliyevin sosial media hesablarında Qətər Əmiri ilə görüşlə bağlı videoçarx paylaşılıb

15.10.2026 / 21:33
Qarabağdan qovulan separatçıların bir qismi Ukraynada vuruşub məhv oldular...

15.10.2026 / 21:25
Prezidentin sosial media hesablarında Trans-Xəzər Fiber-Optik Kabel Xəttinin açılışı ilə bağlı videoçarx paylaşılıb

15.10.2026 / 21:16
İran Gürcüstan azərbaycanlıları ilə bağlı xüsusi plan hazırlayıb - Regional təhlükə...

15.10.2026 / 20:51
Dizel yanacağının dünya siyasətinə təsiri artır, hətta Ukrayna buna qurban edilir

15.10.2026 / 20:35
Ermənistan Rusiyanın “dəmir caynağından” xilas ola bilmir, Kreml bu ölkədən çıxmaqdan imtina edir

15.10.2026 / 20:18
Baxçalı Azərbaycanla bağlı çətin bir yükün altına keçir...

15.10.2026 / 20:02
Paşinyan Azərbaycanla ərazi mübadiləsinə hazırlaşır...

15.10.2026 / 19:45
Tanınmış ilahiyyatçıların çoxu hicab məsələsində prinsipsiz davrandı...

15.10.2026 / 19:22
Türkiyədəki təriqət hicabçıları Azərbaycanda “28 şubat” ssenariləri uydurur...

15.10.2026 / 19:07
Mask Ukraynanın Starlink-dən istifadəsinə qadağa qoydu - Kiyev Rusiyanın hava hücumları qarşısında müdafiəsiz qaldı…

Azərbaycançılıq və dini-mənəvi irs-hicab olayları Azərbaycan ideologiyasına qarşı çevrilib...

XƏBƏR ARXİVİ