Bazar günü günü, 18 oktyabr 2026
     

Xəzər Konvensiyasının Azərbaycana gətirəcəyi iqtisadi dividendlərin yeni istiqamətləri...

Image


Vüqar Bayramov: “Bu da tranzit ölkə olaraq Azərbaycanın beynəlxalq yükdaşımalardan əldə etdiyi gəlirin artmasına zəmin yaradacaq”

 

Qazaxıstanın Aktau şəhərində Azərbaycan, İran, Qazaxıstan, Rusiya və Türkmənistan prezidentlərinin iştirakı ilə Xəzərin statusunu müəyyənləşdirən sammitin gündəliyinə daxil olan məsələlər - su hövzəsinin hüquqi statusu, Xəzərdə əməkdaşlıq, iqtisadiyyat, nəqliyyat, ekologiya və bioresursların qorunması, regional və qlobal təhlükəsizlik məsələləri müzakirə olunaraq  mühüm əhəmiyyətə malik qərarlar qəbul olundu.

Sammitin yekununda 5 Xəzəryanı dövlətin başçıları tərəfindən dənizin hüquqi statusunu müəyyən edəcək Konvensiyada ərazi suları, dəniz sərhədləri, dənizin dibinin bölgüsü, naviqasiya qaydaları, balıq ovu hüquqları, ətraf mühitin qorunması, dəniz elmi tədqiqatları, hərbi əməkdaşlıq məsələləri, dənizin sərvətlərindən istifadə və başqa məqamların tənzimlənməsi yer alır.

“Xəzər beşliyi”nin sammitində imzalanan sənədin 14-cü maddəsinə görə, sahilyanı ölkələr dənizin dibi ilə qaz və neft kəmərləri çəkə bilərlər, bunun üçün sadəcə olaraq kəmərin keçdiyi sektorlara sahib ölkələrin razılığı kifayət edir. Bu maddə Türkmənistan və Qazaxıstanın karbohidrogen ehtiyatlarının Azərbaycan vasitəsilə Türkiyə və Avropaya nəqlinə yaşıl işıq yandırır. Belə ki, indiyədək statusun qeyri-müəyyən olması Qazaxıstanın planlaşdırdığı Xəzər kəmərinə və Türkmənistanın öz qazını Avropa bazarına çıxarmaq istədiyi Transxəzər kəmərinə ciddi maneələr törədirdi.

Prezident İlham Əliyev sammitdəki çıxışında bildirib ki, Azərbaycan “Şimal-Cənub” beynəlxalq nəqliyyat dəhlizinin yaradılmasında və inkişafında da mühüm rol oynayır: “Biz bu layihəyə böyük əhəmiyyət veririk. Azərbaycan ərazisində bu layihənin reallaşması üçün bütün işlər başa çatıb. Nəqliyyat sektoruna çoxmilyardlıq investisiyanın qoyulması Azərbaycanı Avrasiyanın mühüm nəqliyyat və logistik mərkəzlərindən birinə çevirib. Azərbaycanın Qazaxıstana və Türkmənistana öz tranzit xidmətlərini təqdim etdiyi “Şərq-Qərb” dəhlizi, Azərbaycandan keçməklə İran və Rusiya arasında tranzitin reallaşdırıldığı “Şimal-Cənub” dəhlizi - bunlar iqtisadi əməkdaşlığı möhkəmləndirən, yeni iş yerləri yaradan, bizi bir-birimizə yaxınlaşdıran, sabitliyin və təhlükəsizliyin möhkəmlənməsinə şərait yaradan layihələrdir”.

Bu gün regional və qlobal nəqliyyat-kommunikasiya dəhlizlərinin reallaşdırılması ilə Azərbaycan özünü təkcə neft və qaz hasil edərək ixrac edən ölkə kimi deyil, həm də Şərqi Qərblə, Şimalı Cənubla birləşdirən nəqliyyat qovşağı və logistika mərkəzi kimi təqdim edir.

Azərbaycanda yaradılan müasir yol-nəqliyyat infrastrukturu sayəsində region ölkələrinin həm daşımalarla bağlı problemləri həllini tapır, həm də onların da tranzit imkanları artır. Bütün bu deyilənlərin fonunda, Xəzərin statusu ilə bağlı razılaşmanın əldə olunması Azərbaycanın beynəlxalq tranzit ölkə kimi rolunun artmasında necə rol oynayacaq?
Məsələyə münasibət bildirən iqtisadçı-ekspert Vüqar Bayramovun sözlərinə görə, bu, Azərbaycanın beynəlxalq yükdaşımalarda rolunu artıracaq: “Çünki burada söhbət beynəlxalq yükdaşımalar, kəmərlərin çəkilməsi və digər məsələlər üzrə razılıq almaqdan gedir. Nəticə etibarilə Xəzərin hüquqi statusunun müəyyənləşdirilməsi Xəzər üzərindən daşınan yüklərin kəmiyyətinə təsir göstərəcək. Azərbaycan Xəzər üzərindən daşınan yüklərin payının artmasında maraqlıdır. Ələt limanının qurulması və Azərbaycanın mövcud infrastrukturu buna imkan verir. Azərbaycan və Xəzər üzərindən daha çox yüklərin daşınmasına imkan verəcək. Bu da tranzit ölkə olaraq Azərbaycanın beynəlxalq yükdaşımalardan əldə etdiyi gəlirin artmasına zəmin yaradacaq.  Beynəlxalq yükdaşımaların həcminin, ölkələrin gəlirlərinin həcminin artması nəticə etibarilə yeni iş yerlərinin açılması, məşğulluğun təmin edilməsi baxımından çox vacibdir. Kəmərlərin çəkilməsi və bu istiqamətdə fəaliyyətin gücləndirilməsi enerji resurslarının daşınması baxımından çox vacibdir. Bu, fərqli bazarlara çıxış imkanları deməkdir. Konvensiyaya əsasən, Xəzəryanı ölkələr sərhədlərin müəyyən edilməsi və xüsusən də Xəzərin dibindəki ehtiyatların istifadəsi ilə bağlı qarşılıqlı olaraq anlaşacaqlar. Azərbaycan artıq Rusiya və Qazaxıstanla belə bir anlaşma imzalayıb. Bu baxımdan söhbət Türkmənistan və İranla anlaşmanın əldə olunmasından gedir”.

Vidadi ORDAHALLI 



VİDEO

Aydın Quliyev Mətbuat Şurasında seçkilərə qatılmamasının səbəblərini qurultayda açdı... - VİDEO

Biri ermənini öpür, biri sovet bayrağı qaldırır... Günümüzə baxın! - VİDEO

Lavrov işdən kənarlaşdırılır, yoxsa oyun qurulur? - VİDEO

Türkiyədəki təriqət hicabçıları Azərbaycanda “28 şubat” ssenariləri uydurur...

Avrasiyanın yeni ticarət və nəqliyyat əlaqələrinin xəritəsi Bakıda cızılır

İqtisadiyyat Nazirliyinin və Beynəlxalq Valyuta Fondunun Azərbaycan proqnozları bir-birinə qarşıdır...

SON XƏBƏRLƏR

17.10.2026 / 23:11
Bir ömürdən minlərlə ömrə uzanan mənəvi irs:Minarə Tahirovanın əziz xatirəsinə - MDU rektoru Anar Eminov yazır...

17.10.2026 / 19:12
Zelenski Trampın dizel qərarını yenə tənqid etdi – bu ilk addımdır, Rusiyaya qarşı sanksiyaların ləğvi davam edəcək…

17.10.2026 / 17:29
Bahalaşmaya qarşı çıxan etirazçılar Marsel şəhər bələdiyyəsinin binasına basqın etdilər…

17.10.2026 / 17:10
Aydın Quliyev Mətbuat Şurasında seçkilərə qatılmamasının səbəblərini qurultayda açdı... - VİDEO

17.10.2026 / 16:45
ABŞ Rusiya dizel yanacağının potensial alıcılarının siyahısını Moskvaya təqdim etdi

17.10.2026 / 16:20
Hörmüz boğazında minaya dəyən supertankerdə güclü yanğın başladı…

17.10.2026 / 16:02
Tramp makiyajdan istifadə etdiyini etiraf etdi - ölü kimi görünmək istəmirəm…

17.10.2026 / 15:37
Biləsuvarda ağır yol qəzası - iki nəfər ölüb, üç nəfər xəsarət alıb...

17.10.2026 / 15:33
Valeh Ələsgərov "Şərəf" ordeni ilə təltif edilib

17.10.2026 / 15:18
“Şahinlərin Görüşü-2026” təlimində növbəti məşq uçuşları icra olunub - VİDEO

17.10.2026 / 14:50
Misir prezidenti 2030-cu ildə vəzifəsindən gedəcəyini açıqladı…

17.10.2026 / 14:35
Bakıda keçirilən NATO təlimi başa çatdı - FOTO/VİDEO

17.10.2026 / 13:22
Beynəlxalq Valyuta Fonduna ən çox borcu olan ölkələr - siyahı açıqlandı...

17.10.2026 / 10:18
Bir gündə 38 cinayətin üstü açıldı, axtarışda olan 51 nəfər saxlandı

17.10.2026 / 09:51
“Environmental Protection First” koalisiyası Ermənistanın COP17-yə ev sahibliyi etməsini ikili standart adlandırdı

17.10.2026 / 09:04
Tarix üzrə fəlsəfə doktoru Hacı Həsənovun yaradıcılığında milli ruh

17.10.2026 / 07:51
Avropa İttifaqı üzv ölkələrdən 10 gəmini bir araya gətirə bilmir…

17.10.2026 / 07:39
Trampın mətbuat katibi işdən ayrıldı - Keti ilk çıxışında “özünü yandırdı”…

16.10.2026 / 22:10
Bakıdan Parisə demokratiya mesajı: Fransanın insan haqları siyasəti ifşa olundu...

16.10.2026 / 21:52
Azərbaycan tarixdə Nürnberq məhkəməsinin 2-ci nümunəsini yaratdı...

16.10.2026 / 21:36
Avropanın iki ən böyük təşkilatı “atavizm qalığı” adlandırılıdı...

16.10.2026 / 21:21
28 dövlətin qarşısında Ermənistan da, BMT də, ATƏT də ifşa olundu...

16.10.2026 / 21:05
Bakıdan dünyaya: “bunu etməsəniz, müharibələr davam edəcək”...

16.10.2026 / 20:51
Məğlub etdik, məhv etmədik - Əliyev 44 gün Zəfərinin mühüm mənəvi aspektini də açdı...

16.10.2026 / 20:37
İkitərəfli, çoxtərəfli formatlardan regional təhlükəsizliyə - Azərbaycanın yeni düsturu...

16.10.2026 / 20:25
Əliyev keçmiş Ermənistan prezidentlərinin cinayətləri məsələsini qaldırdı...

16.10.2026 / 20:20
Bizim öz yolumuz var, bizim öz amalımız var və bütün Azərbaycan xalqı bu amal ətrafında birləşib! - VİDEO

16.10.2026 / 20:16
Prezidentin sosial media hesablarında Ermənistanın Gəncəyə beşinci raket hücumunun ildönümü ilə bağlı VİDEOÇARX yayımlanıb

16.10.2026 / 20:14
Ramiz Mehdiyev YAP-dan çıxarıldı...

16.10.2026 / 20:08
Dünyanı daha ağır fəlakətlərdən xilas etmək yolunun anonsu Bakıdan verildi...

16.10.2026 / 19:51
Azərbaycan-Ermənistan sülhünün möhkəmləndirilməsində İrəvan yenə məsuliyyətsizlik edir...

16.10.2026 / 19:45
Türkiyəli jurnalist Azərbaycanın həbs qərarından sonra çıxıb üzr istədi

16.10.2026 / 19:31
Aydın Quliyev:"Mətbuat Şurasının yeni İdarə Heyətinə üzvlük seçkilərinə niyə qatılmadım?"...

16.10.2026 / 19:17
Prezident İlham Əliyev Milli Paralimpiya Komitəsinin kollektivini və paralimpiyaçıları təbrik etdi

16.10.2026 / 18:10
Bakıda AQEM-in fəaliyyəti ilə bağlı mühüm nəticələrə imza atıldı

16.10.2026 / 18:07
Tramp-Zelenski ziddiyyətləri böyüyür - Ukrayna nə bədəl ödəyə bilər?..

16.10.2026 / 17:53
Azad Füzuli tarixi Zəfərin qürurunu və Böyük Qayıdışın sevincini yaşayır - Vüqar Rəhimzadə

16.10.2026 / 17:30
İrəvanın Avropa siyasəti iflasa uğradı, ermənilər yenidən Rusiya ilə aranı düzəltməyə can atır...

16.10.2026 / 17:22
Əli Əsədov paralimpiya komitələrinin rəhbərləri ilə əməkdaşlığın genişləndirilməsini müzakirə edib

16.10.2026 / 17:20
Tramp "bütün bombaların anasını" İranın başına atmaq istəyir... 9.5 ton...

16.10.2026 / 17:11
Əlilliyi olan şəxslər və şəhid ailələri ilə bağlı maliyyələşdirmə müddəti uzadıldı

16.10.2026 / 17:06
Trampın yeni mətbuat katibi mətbuatın “radar"ına düşdü - lisenziyası yoxmuş…

16.10.2026 / 16:49
Azərbaycana hicab müdaxiləsi AKP iqtidarını parçalaya bilər - diqqət mərkəzində Fidan və Kalın...

16.10.2026 / 16:45
Azərbaycan və Türkiyə doğma qardaşdır

16.10.2026 / 15:22
Azərbaycanda hakimiyyətin zorla ələ keçirilməsinə çağırışlar edən Türkiyə vətəndaşı beynəlxalq axtarışa verilib - FOTO

16.10.2026 / 15:13
Mingəçevir Dövlət Universiteti QS Stars beynəlxalq qiymətləndirməsində dörd istiqamət üzrə maksimum nəticə əldə edərək 5 ulduz alıb

16.10.2026 / 15:09
Fatih Ərbakan Azərbaycanın düşməni kimi göründü – ermənilər hicabı sevir?..

16.10.2026 / 14:48
10 milyonluq Azərbaycan daha çox sərmayə yatırıb, nəinki 85 milyonluq Türkiyə - niyə?..

16.10.2026 / 14:36
Tramp və Mask Ukraynanın internet sürətini kəsir - dron və raketlər yarıyolda düşə bilər...

16.10.2026 / 14:22
Ceyhun Bayramov AQEM-in Baş katibi ilə Azərbaycanın sədrliyinin nəticələrini müzakirə edib

16.10.2026 / 13:07
Milli mədəni irs və art-terapiya: Azərbaycandan Vaşinqtona uzanan yaradıcı təşəbbüs

16.10.2026 / 12:54
Prezident İlham Əliyev Gürcüstanın yeni səfirini qəbul edib - FOTO

16.10.2026 / 12:51
Prezident Azərbaycanda paralimpiya hərəkatının inkişafında xidmətləri olan bir qrup şəxsi təltif edib

16.10.2026 / 12:47
Prezident İlham Əliyev Hindistanın ölkəmizdə yeni təyin olunmuş səfirini qəbul edib - FOTO

16.10.2026 / 12:16
Mətbuat Şurasının yeni sədri və üzvləri seçildi

16.10.2026 / 11:36
Natiq Məmmədli: Azərbaycan jurnalistləri dezinformasiya hücumuna qarşı prinsipial mövqe nümayiş etdirməlidir

16.10.2026 / 11:06
XII Bakı Beynəlxalq Kitab Sərgisində 30 ölkə təmsil olunacaq

16.10.2026 / 11:01
Müşfiq Ələsgərli:"Media subyektlərinin redaksiyalarında süni intellekt sistemlərindən istifadə qaydalarını müəyyən edən daxili sənədlər qəbul edilməlidir"

16.10.2026 / 10:43
Ukrayna Ryazanda neft zavodunu vurdu, Tramp qəzəbləndi – rüsvayçılıqdır, o, bizim işləməli olduğumuz adam deyil…

16.10.2026 / 10:30
Rəşad Məcid: "4 il ərzində Mətbuat Şurasına ümumilikdə 815 şikayət daxil olub"

16.10.2026 / 10:20
Azərbaycan jurnalistlərinin IX Qurultayının iştirakçıları Prezidentə müraciət ünvanladı

16.10.2026 / 09:53
Xırdalanda məktəbə hücum edən şəxs həbs edildi

16.10.2026 / 09:28
Azərbaycan jurnalistlərinin IX qurultayı keçirilir

16.10.2026 / 09:19
MM komissiyası Azərbaycana qarşı aparılan hibrid hücumlarla əlaqədar bəyanat yaydı

16.10.2026 / 09:06
XİN AQEM-in VII Sammitinin nəticələrini açıqladı

16.10.2026 / 08:50
Azərbaycan-Türkiyə münasibətlərinin cari vəziyyəti müzakirə olundu

16.10.2026 / 08:01
Moskva ətrafında yeni virus aşkarlandı - meymunçiçəyi…

16.10.2026 / 07:53
Netanyahu ilk dəfə əl-Şəra ilə telefon danışığından söz açdı

15.10.2026 / 23:34
BMT-dən ərzaq böhranı xəbərdarlığı - ABŞ və İranın bir neçə həftə vaxtı var…

15.10.2026 / 23:16
Trampdan sonra Mask da Zelenskinin getməsini istədi, tutarlı da cavab aldı – Putinə də belə çağırış edibsinizmi…

15.10.2026 / 22:28
Azərbaycan tarixinin öyrənilməmiş səhifələri - Rusiyanın İrana təcavüzündə Azərbaycan hərbiçilərindən istifadə etməsi (1920-ci il)

15.10.2026 / 22:11
Təsadüf - zərurət

15.10.2026 / 21:41
Prezident İlham Əliyevin sosial media hesablarında Qətər Əmiri ilə görüşlə bağlı videoçarx paylaşılıb

15.10.2026 / 21:33
Qarabağdan qovulan separatçıların bir qismi Ukraynada vuruşub məhv oldular...

15.10.2026 / 21:25
Prezidentin sosial media hesablarında Trans-Xəzər Fiber-Optik Kabel Xəttinin açılışı ilə bağlı videoçarx paylaşılıb

15.10.2026 / 21:16
İran Gürcüstan azərbaycanlıları ilə bağlı xüsusi plan hazırlayıb - Regional təhlükə...

15.10.2026 / 20:51
Dizel yanacağının dünya siyasətinə təsiri artır, hətta Ukrayna buna qurban edilir

15.10.2026 / 20:35
Ermənistan Rusiyanın “dəmir caynağından” xilas ola bilmir, Kreml bu ölkədən çıxmaqdan imtina edir

15.10.2026 / 20:18
Baxçalı Azərbaycanla bağlı çətin bir yükün altına keçir...

15.10.2026 / 20:02
Paşinyan Azərbaycanla ərazi mübadiləsinə hazırlaşır...

15.10.2026 / 19:45
Tanınmış ilahiyyatçıların çoxu hicab məsələsində prinsipsiz davrandı...

Azərbaycançılıq və dini-mənəvi irs-hicab olayları Azərbaycan ideologiyasına qarşı çevrilib...

XƏBƏR ARXİVİ