Bazar günü günü, 18 oktyabr 2026
     

Bakı-Tiflis-Qarsın Avropa və Asiya üçün əhəmiyyəti sürətlə artır

Image


Azərbaycanın reallaşdırdığı ən uğurlu transmilli layihələrdən biri olan Bakı-Tiflis-Qars dəmir yolu xətti öz əhəmiyyətinə görə bu gün dünyanın ən böyük dövlətlərinin də diqqətini özünə cəlb etməkdədir.

Belə görünür ki, həm Avropanın, həm də Asiyanın bir çox ölkələri yükdaşımalarda Bakı-Tiflis-Qarsdan istifadədə maraqlı tərəf kimi çıxış edir. Özü də burada ən müxtəlif təyinatlı yüklərin daşınması xüsusi diqqət mərkəzində yer alır. Yeri gəlmişkən qeyd edək ki, belə bir vaxtda Rusiyadan dəmirlə yüklənmiş ilk yük vaqonları bu dəmir yolu ilə Türkiyə ərazisinə çatıb. Bu qatarın mənzil başına qısa müddətə çatması bir daha göstərir ki, Bakı-Tiflis-Qars həm qlobal, həm də regional yükdaşımalar üçün ən əlverişli, etibarlı və təhlükəsiz yollardan sayılır.

Şimal qonşumuzun Maqnitoqorsk şəhərindən yola salınan vaqonlar isə 5 min kilometrə yaxın məsafəni uğurla qət edərək, Türkiyənin Aralıq dənizi sahilindəki Payas stansiyasına daxil olub. Rusiyanın Maqnitoqorsk-Qruzovoy stansiyasından yola salınan dəmirlə yüklənmiş vaqonlar 17 gün ərzində Rusiya, Azərbaycan və Gürcüstandan keçərək mənzil başına çatıb. Bu, Rusiyadan Bakı-Tiflis-Qars dəmir yolu vasitəsilə Türkiyəyə göndərilən ilk dəmir məhsuludur. İndiyə kimi Maqnitoqorsk Metallurgiya Kombinatının yükləri əvvəlcə Novorossiysk limanına, oradan da gəmi vasitəsilə İsgəndəruna çatdırılırdı. Bu zaman yüklər 6 min kilometrə yaxın məsafəni qət edərək, yalnız 30 gün sonra təyinat yerinə çata bilirdi. Maqnitoqorsk Metallurgiya Kombinatı Türkiyəyə ayda 60 min tona yaxın dəmir məhsulu göndərir. Həmin yükün bundan sonra Bakı-Tiflis-Qars dəmir yolu ilə nəql edilməsi planlaşdırılır.

Rusiyanın digər müəssisə və şirkətləri də artıq bu layihəyə böyük maraq göstərir. Məsələn, keçən ay Bakı-Tiflis-Qars vasitəsilə Rusiyadan taxıl daşınmasına start verilib. Beləliklə, Azərbaycanın təşəbbüsü, məqsədyönlü siyasəti və xüsusi səyləri ilə həyata keçirilən bu dəmir yolu layihəsi təkcə Asiya ilə Avropa arasında yox, eyni zamanda, region ölkələri arasındakı yükdaşımalar üçün də böyük əhəmiyyətə malikdir. Layihəyə Mərkəzi Asiya ölkələri, Əfqanıstan və bir çox Avropa ölkəsi tərəfindən də böyük maraq göstərilir. “Rus konteyner şirkəti” Səhmdar Cəmiyyətinin (“RKŞ” SC) baş direktoru İvan Qrişşagin bildirir ki, Bakı-Tiflis-Qars yükdaşımalar üçün digər marşrutlara nisbətdə daha əlverişlidir: “Azərbaycan, Gürcüstan və Türkiyə arasında hökumətlərarası saziş əsasında çəkilmiş Bakı-Tiflis-Qars dəmir yolunun böyük potensialı var. Yaxın vaxtlarda biz bu potensialı işə salmaq istəyirik. Biz görürük ki, Rusiya və sazişin iştirakçısı olan ölkələr arasında münasibətlər Bakı-Tiflis-Qars sayəsində əhəmiyyətli dərəcədə yaxşılaşa bilər. Biz Avropa ilə Asiyanın qoşulması yolu ilə yaxın vaxtlarda birbaşa xarici investisiyaların gələcəyini də gözləyirik”. “RKŞ” SC mütəxəssisləri Bakı-Tiflis-Qars dəmir yolu marşrutunu Rusiyanın Privoljsk, Ural və Sibir federal dairələrindən Türkiyənin Aralıq dənizindəki limanlarına, daha sonra Afrika və Yaxın Şərq ölkələrinə yükdaşımalarının ən qısa yolu kimi qiymətləndirir. Digər ekspertlər də bildirir ki, Bakı-Tiflis-Qars Avropa ilə Asiyanı birləşdirən ən qısa və etibarlı yoldur. İlkin mərhələdə bu yolla 5 milyon ton, sonrakı mərhələdə 17 milyon ton yük daşımaq planlaşdırılır. Sonra yükdaşımaların həcmini daha da artırmaq nəzərdə tutulur. “RKŞ” SC analitiklərinin proqnozlarına görə, gələcəkdə dəmir yolunun sərnişindaşıma və yükdaşıma qabiliyyəti artırılaraq, ildə təqribən 2-3 milyon sərnişinə və 15 milyon tondan çox yükə çatdırıla bilər. Bütün bunlar Avropa ölkələrinin də diqqətini Bakı-Tiflis-Qarsa cəlb edir. Hətta bu fonda İtaliya belə yüklərini Bakı-Tiflis-Qarsla daşımağı düşünür. “ADY Konteyner” şirkətinin direktoru Natiq Cəfərov qeyd olunan xüsusda maraqlı açıqlama verib. O qeyd edir ki, “ADY Konteyner” şirkəti İtaliyadan gələn yüklərin Bakı-Tiflis-Qars dəmir yolu vasitəsilə İran və ya Mərkəzi Asiya ölkələri və Çinə nəql edilməsi üçün sınaq daşımalarına başlayır. Natiq Cəfərov  bildirib ki, bu yaxınlarda “İtaliya Milli Dəmir Yolları” ilə yüklərin İtaliyanın Triest və Bari limanlarından Türkiyənin Mersin limanına çatdırılaraq, oradan da Bakı-Tiflis-Qars dəmir yolu vasitəsilə Azərbaycan ərazisindən keçərək İran və ya Mərkəzi Asiya ölkələri və Çinə nəqli perspektivləri müzakirə olunub. Artıq bu barədə razılığa gəlinib və tezliklə bu istiqamətdə sınaq daşımalarına başlanacaq. Bütün bunlar Bakı-Tiflis-Qarsla daşınacaq yüklərin həcminin daha da artacağını göstərir. Belə vəziyyətdə Azərbaycan üçün aktuallaşan məsələlərdən biri də Bakı-Tiflis-Qarsda istfiadə olunan vaqonların daxili istehsalıdır. Xatırladaq ki, Prezident İlham Əliyev Nazirlər Kabinetinin 2018-ci ilin birinci yarısının sosial-iqtisadi inkişafının yekunlarına və qarşıda duran vəzifələrə həsr olunan iclasında bu məsələyə toxunaraq bildirib ki, Azərbaycanda vaqon və konteynerlər istehsalı öz həllini tapmalıdır. Keçən il Bakı-Tiflis-Qarsın istifadəyə verilməsini, Ələt limanının fəaliyyətə başlamasını xatırladan dövlət başçısı gələcəkdə Azərbaycan ərazisindən yükdaşımaların həcminin artacağını deyib: “Nəzərə alsaq ki, gələcəkdə Azərbaycan ərazisindən yükdaşımaların həcmi artacaq, hesab edirəm, Azərbaycanda vaqonlar və konteynerlər istehsalı öz həllini tapmalıdır. Mən sahibkarlara müraciət edirəm ki, bu sahəyə diqqət göstərsinlər. Çünki bu, çox gəlirli sahə olacaq. Bunun əsas bazarı Azərbaycan olacaq. Çünki konteyner daşımaları dəfələrlə artacaq. Bizdə isə konteyner çatmır. Yükləri öz təşəbbüsümüzlə gətirmək üçün biz gərək konteyner parkına malik olaq. Ona görə, konteynerlərin istehsalı həm sahibkarlar üçün, həm dövlətimiz üçün çox vacib məsələdir. Hesab edirəm ki, sahibkarlar buna ciddi fikir verəcəklər”.

Nahid SALAYEV



VİDEO

Aydın Quliyev Mətbuat Şurasında seçkilərə qatılmamasının səbəblərini qurultayda açdı... - VİDEO

Biri ermənini öpür, biri sovet bayrağı qaldırır... Günümüzə baxın! - VİDEO

Lavrov işdən kənarlaşdırılır, yoxsa oyun qurulur? - VİDEO

Türkiyədəki təriqət hicabçıları Azərbaycanda “28 şubat” ssenariləri uydurur...

Avrasiyanın yeni ticarət və nəqliyyat əlaqələrinin xəritəsi Bakıda cızılır

İqtisadiyyat Nazirliyinin və Beynəlxalq Valyuta Fondunun Azərbaycan proqnozları bir-birinə qarşıdır...

SON XƏBƏRLƏR

17.10.2026 / 23:11
Bir ömürdən minlərlə ömrə uzanan mənəvi irs:Minarə Tahirovanın əziz xatirəsinə - MDU rektoru Anar Eminov yazır...

17.10.2026 / 19:12
Zelenski Trampın dizel qərarını yenə tənqid etdi – bu ilk addımdır, Rusiyaya qarşı sanksiyaların ləğvi davam edəcək…

17.10.2026 / 17:29
Bahalaşmaya qarşı çıxan etirazçılar Marsel şəhər bələdiyyəsinin binasına basqın etdilər…

17.10.2026 / 17:10
Aydın Quliyev Mətbuat Şurasında seçkilərə qatılmamasının səbəblərini qurultayda açdı... - VİDEO

17.10.2026 / 16:45
ABŞ Rusiya dizel yanacağının potensial alıcılarının siyahısını Moskvaya təqdim etdi

17.10.2026 / 16:20
Hörmüz boğazında minaya dəyən supertankerdə güclü yanğın başladı…

17.10.2026 / 16:02
Tramp makiyajdan istifadə etdiyini etiraf etdi - ölü kimi görünmək istəmirəm…

17.10.2026 / 15:37
Biləsuvarda ağır yol qəzası - iki nəfər ölüb, üç nəfər xəsarət alıb...

17.10.2026 / 15:33
Valeh Ələsgərov "Şərəf" ordeni ilə təltif edilib

17.10.2026 / 15:18
“Şahinlərin Görüşü-2026” təlimində növbəti məşq uçuşları icra olunub - VİDEO

17.10.2026 / 14:50
Misir prezidenti 2030-cu ildə vəzifəsindən gedəcəyini açıqladı…

17.10.2026 / 14:35
Bakıda keçirilən NATO təlimi başa çatdı - FOTO/VİDEO

17.10.2026 / 13:22
Beynəlxalq Valyuta Fonduna ən çox borcu olan ölkələr - siyahı açıqlandı...

17.10.2026 / 10:18
Bir gündə 38 cinayətin üstü açıldı, axtarışda olan 51 nəfər saxlandı

17.10.2026 / 09:51
“Environmental Protection First” koalisiyası Ermənistanın COP17-yə ev sahibliyi etməsini ikili standart adlandırdı

17.10.2026 / 09:04
Tarix üzrə fəlsəfə doktoru Hacı Həsənovun yaradıcılığında milli ruh

17.10.2026 / 07:51
Avropa İttifaqı üzv ölkələrdən 10 gəmini bir araya gətirə bilmir…

17.10.2026 / 07:39
Trampın mətbuat katibi işdən ayrıldı - Keti ilk çıxışında “özünü yandırdı”…

16.10.2026 / 22:10
Bakıdan Parisə demokratiya mesajı: Fransanın insan haqları siyasəti ifşa olundu...

16.10.2026 / 21:52
Azərbaycan tarixdə Nürnberq məhkəməsinin 2-ci nümunəsini yaratdı...

16.10.2026 / 21:36
Avropanın iki ən böyük təşkilatı “atavizm qalığı” adlandırılıdı...

16.10.2026 / 21:21
28 dövlətin qarşısında Ermənistan da, BMT də, ATƏT də ifşa olundu...

16.10.2026 / 21:05
Bakıdan dünyaya: “bunu etməsəniz, müharibələr davam edəcək”...

16.10.2026 / 20:51
Məğlub etdik, məhv etmədik - Əliyev 44 gün Zəfərinin mühüm mənəvi aspektini də açdı...

16.10.2026 / 20:37
İkitərəfli, çoxtərəfli formatlardan regional təhlükəsizliyə - Azərbaycanın yeni düsturu...

16.10.2026 / 20:25
Əliyev keçmiş Ermənistan prezidentlərinin cinayətləri məsələsini qaldırdı...

16.10.2026 / 20:20
Bizim öz yolumuz var, bizim öz amalımız var və bütün Azərbaycan xalqı bu amal ətrafında birləşib! - VİDEO

16.10.2026 / 20:16
Prezidentin sosial media hesablarında Ermənistanın Gəncəyə beşinci raket hücumunun ildönümü ilə bağlı VİDEOÇARX yayımlanıb

16.10.2026 / 20:14
Ramiz Mehdiyev YAP-dan çıxarıldı...

16.10.2026 / 20:08
Dünyanı daha ağır fəlakətlərdən xilas etmək yolunun anonsu Bakıdan verildi...

16.10.2026 / 19:51
Azərbaycan-Ermənistan sülhünün möhkəmləndirilməsində İrəvan yenə məsuliyyətsizlik edir...

16.10.2026 / 19:45
Türkiyəli jurnalist Azərbaycanın həbs qərarından sonra çıxıb üzr istədi

16.10.2026 / 19:31
Aydın Quliyev:"Mətbuat Şurasının yeni İdarə Heyətinə üzvlük seçkilərinə niyə qatılmadım?"...

16.10.2026 / 19:17
Prezident İlham Əliyev Milli Paralimpiya Komitəsinin kollektivini və paralimpiyaçıları təbrik etdi

16.10.2026 / 18:10
Bakıda AQEM-in fəaliyyəti ilə bağlı mühüm nəticələrə imza atıldı

16.10.2026 / 18:07
Tramp-Zelenski ziddiyyətləri böyüyür - Ukrayna nə bədəl ödəyə bilər?..

16.10.2026 / 17:53
Azad Füzuli tarixi Zəfərin qürurunu və Böyük Qayıdışın sevincini yaşayır - Vüqar Rəhimzadə

16.10.2026 / 17:30
İrəvanın Avropa siyasəti iflasa uğradı, ermənilər yenidən Rusiya ilə aranı düzəltməyə can atır...

16.10.2026 / 17:22
Əli Əsədov paralimpiya komitələrinin rəhbərləri ilə əməkdaşlığın genişləndirilməsini müzakirə edib

16.10.2026 / 17:20
Tramp "bütün bombaların anasını" İranın başına atmaq istəyir... 9.5 ton...

16.10.2026 / 17:11
Əlilliyi olan şəxslər və şəhid ailələri ilə bağlı maliyyələşdirmə müddəti uzadıldı

16.10.2026 / 17:06
Trampın yeni mətbuat katibi mətbuatın “radar"ına düşdü - lisenziyası yoxmuş…

16.10.2026 / 16:49
Azərbaycana hicab müdaxiləsi AKP iqtidarını parçalaya bilər - diqqət mərkəzində Fidan və Kalın...

16.10.2026 / 16:45
Azərbaycan və Türkiyə doğma qardaşdır

16.10.2026 / 15:22
Azərbaycanda hakimiyyətin zorla ələ keçirilməsinə çağırışlar edən Türkiyə vətəndaşı beynəlxalq axtarışa verilib - FOTO

16.10.2026 / 15:13
Mingəçevir Dövlət Universiteti QS Stars beynəlxalq qiymətləndirməsində dörd istiqamət üzrə maksimum nəticə əldə edərək 5 ulduz alıb

16.10.2026 / 15:09
Fatih Ərbakan Azərbaycanın düşməni kimi göründü – ermənilər hicabı sevir?..

16.10.2026 / 14:48
10 milyonluq Azərbaycan daha çox sərmayə yatırıb, nəinki 85 milyonluq Türkiyə - niyə?..

16.10.2026 / 14:36
Tramp və Mask Ukraynanın internet sürətini kəsir - dron və raketlər yarıyolda düşə bilər...

16.10.2026 / 14:22
Ceyhun Bayramov AQEM-in Baş katibi ilə Azərbaycanın sədrliyinin nəticələrini müzakirə edib

16.10.2026 / 13:07
Milli mədəni irs və art-terapiya: Azərbaycandan Vaşinqtona uzanan yaradıcı təşəbbüs

16.10.2026 / 12:54
Prezident İlham Əliyev Gürcüstanın yeni səfirini qəbul edib - FOTO

16.10.2026 / 12:51
Prezident Azərbaycanda paralimpiya hərəkatının inkişafında xidmətləri olan bir qrup şəxsi təltif edib

16.10.2026 / 12:47
Prezident İlham Əliyev Hindistanın ölkəmizdə yeni təyin olunmuş səfirini qəbul edib - FOTO

16.10.2026 / 12:16
Mətbuat Şurasının yeni sədri və üzvləri seçildi

16.10.2026 / 11:36
Natiq Məmmədli: Azərbaycan jurnalistləri dezinformasiya hücumuna qarşı prinsipial mövqe nümayiş etdirməlidir

16.10.2026 / 11:06
XII Bakı Beynəlxalq Kitab Sərgisində 30 ölkə təmsil olunacaq

16.10.2026 / 11:01
Müşfiq Ələsgərli:"Media subyektlərinin redaksiyalarında süni intellekt sistemlərindən istifadə qaydalarını müəyyən edən daxili sənədlər qəbul edilməlidir"

16.10.2026 / 10:43
Ukrayna Ryazanda neft zavodunu vurdu, Tramp qəzəbləndi – rüsvayçılıqdır, o, bizim işləməli olduğumuz adam deyil…

16.10.2026 / 10:30
Rəşad Məcid: "4 il ərzində Mətbuat Şurasına ümumilikdə 815 şikayət daxil olub"

16.10.2026 / 10:20
Azərbaycan jurnalistlərinin IX Qurultayının iştirakçıları Prezidentə müraciət ünvanladı

16.10.2026 / 09:53
Xırdalanda məktəbə hücum edən şəxs həbs edildi

16.10.2026 / 09:28
Azərbaycan jurnalistlərinin IX qurultayı keçirilir

16.10.2026 / 09:19
MM komissiyası Azərbaycana qarşı aparılan hibrid hücumlarla əlaqədar bəyanat yaydı

16.10.2026 / 09:06
XİN AQEM-in VII Sammitinin nəticələrini açıqladı

16.10.2026 / 08:50
Azərbaycan-Türkiyə münasibətlərinin cari vəziyyəti müzakirə olundu

16.10.2026 / 08:01
Moskva ətrafında yeni virus aşkarlandı - meymunçiçəyi…

16.10.2026 / 07:53
Netanyahu ilk dəfə əl-Şəra ilə telefon danışığından söz açdı

15.10.2026 / 23:34
BMT-dən ərzaq böhranı xəbərdarlığı - ABŞ və İranın bir neçə həftə vaxtı var…

15.10.2026 / 23:16
Trampdan sonra Mask da Zelenskinin getməsini istədi, tutarlı da cavab aldı – Putinə də belə çağırış edibsinizmi…

15.10.2026 / 22:28
Azərbaycan tarixinin öyrənilməmiş səhifələri - Rusiyanın İrana təcavüzündə Azərbaycan hərbiçilərindən istifadə etməsi (1920-ci il)

15.10.2026 / 22:11
Təsadüf - zərurət

15.10.2026 / 21:41
Prezident İlham Əliyevin sosial media hesablarında Qətər Əmiri ilə görüşlə bağlı videoçarx paylaşılıb

15.10.2026 / 21:33
Qarabağdan qovulan separatçıların bir qismi Ukraynada vuruşub məhv oldular...

15.10.2026 / 21:25
Prezidentin sosial media hesablarında Trans-Xəzər Fiber-Optik Kabel Xəttinin açılışı ilə bağlı videoçarx paylaşılıb

15.10.2026 / 21:16
İran Gürcüstan azərbaycanlıları ilə bağlı xüsusi plan hazırlayıb - Regional təhlükə...

15.10.2026 / 20:51
Dizel yanacağının dünya siyasətinə təsiri artır, hətta Ukrayna buna qurban edilir

15.10.2026 / 20:35
Ermənistan Rusiyanın “dəmir caynağından” xilas ola bilmir, Kreml bu ölkədən çıxmaqdan imtina edir

15.10.2026 / 20:18
Baxçalı Azərbaycanla bağlı çətin bir yükün altına keçir...

15.10.2026 / 20:02
Paşinyan Azərbaycanla ərazi mübadiləsinə hazırlaşır...

15.10.2026 / 19:45
Tanınmış ilahiyyatçıların çoxu hicab məsələsində prinsipsiz davrandı...

Azərbaycançılıq və dini-mənəvi irs-hicab olayları Azərbaycan ideologiyasına qarşı çevrilib...

XƏBƏR ARXİVİ