Beynəlxalq maliyyə qurumları tərəfindən növbəti il üçün xam neftin 1 barrelinin 50 dollar ətrafında proqnozlaşdırılmasını nəzərə alaraq 2018-ci ilin dövlət büdcəsi gəlirlərinin hesablanması zamanı neft gəlirlərinin hesablanmasında neftin ixrac qiyməti 45 dollar səviyyəsində qəbul edilib.
"APA-Economics" xəbər verir ki, bu barədə 2018-ci ilin dövlət və icmal büdcələri üzrə layihələrin təqdimatında qeyd edilib.
Sənəddə deyilir ki, 2018-ci il üçün dövlət büdcəsinin gəlirləri 20,127 mlrd. manat proqnozlaşdırılır ki, bu da ÜDM-in 29%-i həcmində olmaqla, 2017-ci ilin təsdiq olunmuş proqnozu ilə müqayisədə 3,361 mlrd. manat və yaxud 20%, 2016-cı ilin faktiki icra göstəricisi ilə müqayisədə 2 mlrd. 621,2 mln. manat və yaxud 15% çoxdur. t (2017-ci ilə nisbətən 3,5 mlrd. manat və ya 77,8% az), il ərzində veriləcək dövlət zəmanətlərinin məbləğinin yuxarı həddi 4 mlrd. manat (217-ci ilə nisbətən 6 mlrd. manat və ya 60% az) məbləğində proqnozlaşdırılıb. Bununla yanaşı, dövlətə məxsus olan hüquqi şəxslərin birbaşa borclanmasının da sərtləşdirilməsi istiqamətində zəruri addımlar atılıb. Belə ki, Azərbaycan prezidentinin 2016-cı il 28 dekabr tarixli fərmanı ilə "Dövlətə məxsus olan hüquqi şəxslərin daxili və xarici borcalması qaydası" təsdiq edilib. Eyni zamanda, qeyd edilən fərmanın müvafiq bəndinin icrasını təmin etmək məqsədilə dövlətə məxsus olan hüquqi şəxslərin daxili və xarici borcalması qaydalarının pozulmasına görə məsuliyyət müəyyən edən qanun və onların tətbiq edilməsi barədə müvafiq fərman layihələri hazırlanıb.