Cümə axşamı günü, 20 avqust 2026
     

İkinci Bakı Şopinq Festivalı – getdikcə populyarlaşan ticarət bayramı statusunda…

Image


“Vegas Optics” mağazalar şəbəkəsi - Səbinə Dadaşova: “Festivalda alış-verişi sevənlərin yüksək marağı müşahidə olunur”
"Albatros" mağazası - Elman Cəfərov: “İstər yerli, istərsə də xarici ölkələrin vətəndaşları böyük maraqla fesivalda işrirak edirlər”
“Newbalance” mağazası - Şəmistan Əlizadə: “Ticarət Festivalının keçirilməsi alış-veriş həvəskarlarının Bakıda cəmləşməsinə səbəb olub”
Vergilər Nazirliyinin Media və Kommunikasiya Mərkəzi: “…100 AZN-dən çox alış-veriş edən yerli vətəndaşlar aldıqları məhsullardan tutulan ƏDV-nin müəyyən qismini geri ala biləcəklər”

 

Bir neçə gündür Bakıda İkinci Şopinq Festivalına start verilib. Məlumat üçün qeyd edək ki, Prezident İlham Əliyevin 2016-cı il 1 sentyabr tarixli "Azərbaycan Respublikasında turizmin inkişafı ilə bağlı əlavə tədbirlər haqqında” Sərəncamına əsasən, keçirilən festivalın təşkili Mədəniyyət və Turizm Nazirliyinin nəzdində fəaliyyət göstərən Azərbaycan Konqreslər Bürosuna həvalə edilib.

Ticarət festivallarının keçirilməsində məqsəd Azərbaycanın turizm və iqtisadi potensialının yüksəldilməsi, sahibkarlıq fəaliyyətinin təşviq edilməsi ilə ölkənin ticarət dövriyyəsinin artırılmasının stimullaşdırılmasıdır.

Bakıda təşkil olunan Şopinq Festival Qafqazda və Orta Asiyada ilk dəfə Azərbaycanda keçirilib. Bu isə nəinki Qafqaz respublikaları, hətta Fars körfəzi ölkələrində də ölkəmizə marağın yaranmasına səbəb olub.

Oktyabrın 15-dən başlayan ikinci Bakı Şopinq Festivalı noyabrın 15-dək davam edəcək. Məlumdur ki, ilk Bakı Şopinq Festivalı bu ilin 10 aprel – 10 may tarixlərində uğurla keçirilib. Aprel-may aylarında keçirilən festivalda paytaxtın və region sakinləri ilə yanaşı, o cümlədən ölkəmizə gələn turistlər də böyük həvəslə iştirak ediblər. Şopinq həvəskarları Bakıda keçirilən ticarət bayramından razılıqlarını sosial şəbəkə vasitəsilə ictimaiyyətə çatdırıblar. Xaricilər tək alış-verişdən deyil, eyni zamanda onların istirahəti üçün yaradılan şəraitdən də razı olduqlarını bildiriblər.

Analoji vəziyyət hazırda paytaxt ərazisində keçirilən festivalda da müşahidə olunur. Paytaxtın bir sıra ərazilərində fəaliyyət göstərən ticarət mərkəzləri və ayrı-ayrı mağazalar Şopinq Festivalına qoşulub.

Alış-veriş həvəskarları festivala qoşulmuş mağazalardan geyim, ətriyyat, elektronika, məişət texnikası, mebel və kosmetika məhsullarını endirimlə əldə edə bilirlər.

Onu da bildirək ki, bütün dünyada geniş yayılan “Tax Free” xarici vətəndaşlar tərəfindən alınan və kommersiya məqsədləri üçün nəzərdə tutulmayan mallara görə ödənilmiş əlavə dəyər vergisinin (ƏDV) geri qaytarılması sistemidir. Ötən ildən başlayaraq Azərbaycanda da bu sistem tətbiq olunur. Alınan malların ƏDV-si turistlərə geri qaytarılır. Onlar “Tax Free” loqosu olan mağazalarda alınan mallara görə ödədiyi ƏDV məbləğini ölkəni tərk edərkən hava limanında geri ala bilirlər.

Bu ildən başlayaraq, paytaxtımızda təşkil edilən Şopinq Festivalı sayəsində ölkəmizdə “Tax Free” anlayışı xarici ölkələrlə müqayisədə daha cəlbedici olub. Belə ki, digər ölkələrdə “Tax Free” yalnız xarici turistlərə şamil edilirsə, Azərbaycanda bu sistemdən yerli əhali də yararlana bilir. Azərbaycan vətəndaşları da aldıqları mallara görə ödədikləri ƏDV-nin bir qismini geri ala bilirlər.

Qeyd edək ki, “Baku Shoping Festival–Tax Free” nişanı olan mağazalardan 100 manatdan çox alış-veriş edən zaman məhsulların əlavə dəyər vergisinin (ƏDV) müəyyən qismi müştərilərə geri qaytarılır. ƏDV qaytarılması yalnız “Baku Shoping Festival – Tax Free” nişanı olan mağazalarda mümkündür. Nişan olmayan mağazalarda “Tax Free” sistemi tətbiq olunmur.

Bəllidir ki, alıcılar festival boyunca xüsusi hədiyyə kartları qazanacaq, eləcə də xüsusi uduşlu lotereyalar və endirim kuponları əldə edəcəklər. Turistləri və yerli alıcıları həvəsləndirmək üçün ticarət mərkəzlərində interaktiv oyunlar təşkil olunacaq. Bundan başqa, festival zamanı moda nümayişləri və digər müxtəlif əyləncə xarakterli tədbirlərin təşkili də nəzərdə tutulur. Festival boyunca Fəvvarələr meydanında "Fan” zonası fəaliyyət göstərəcək.

Onu da bildirək ki, ötən festivaldan fərqli olaraq, bu səfər hipermarketlər, supermarketlər şəbəkəsi də ilk dəfə olaraq qatılıb. Hətta bir sıra apteklər də festivalda ilkin olaraq təmsil olunurlar. Festivala qoşulan ticarət və xidmət obyektlərinin sayında ciddi artım var. Əgər ilk festivalda tərəfdaş qismində çıxış edən müəssisələrin sayı 33 idisə, budəfəki festivalda 111-dir. Bu da keçən dəfəkindən üç dəfə çoxdur. Birinci festivalda əlavə dəyər vergisini (ƏDV) cəmi 172 şirkət qaytarıb. Budəfəki festivalda isə 467 müəssisənin ƏDV-ni qaytarması nəzərdə tutulur. Bu tədbirə ümumilikdə 578 müəssisə qatılıb.

Festivalda paytaxtın əsas ticarət mərkəzlərində yerləşən əksər brend mağazalar iştirak edir. Əsas ticarət mərkəzləri ilə yanaşı, paytaxtın ayrı-ayrı yerlərində də Bakı Şopinq Festivalının loqosunun olduğu obyektlərə rast gəlmək olur. Alıcıların yolunu gözləyən bir sıra mağazalarda ƏDV-nin qaytarılmasından əlavə, mallara 30 faizə qədər endirim də edilir. İkinci Şopinq Festivalına qoşulmuş dükanlar ticarət bayramından razı qaldıqlarını bildirirlər.

“Vegas Optics” mağazalar şəbəkəsinin inzibatçısı Səbinə Dadaşova “Bakı-Xəbər”ə açıqlamasında qeyd etdi ki, çalışdığı dükan Ticarət Festivalına yeni qoşulub: “Festival yeni başlamasına baxmayaraq, alış-veriş sevənlərin marağı artıq müşahidə olunur. “Vegas Optics” mağazalar şəbəkəsində “Tax Free” sistemi tətbiq olunur. Alıcı marağı hiss olunur. Mən sizə deyim ki, alıcılar arasında daha çox yerli vətəndaşlar üstünlük təşkil edir”.

Onu da qeyd edək ki, “Vegas Optics” mağazalar şəbəkəsi yalnız Bakı Şopinq Festivalı çərçivəsində “Emporio Armani”, “Giorgio Armani”, “Roberto Cavalli”, “Swarowski” brendlərinə 30 faiz endirim təklif edir. Alıcılar oktyabrın 18-21-i tarixlərində “Emporio Armani” və “Giorgio Armani”, oktyabrın 21-24-də isə “Roberto Cavalli”, “Swarowski” brendlərinə tətbiq olunan endirimlərdən faydalana bilərlər.

"Albatros" mağazasının meneceri Elman Cəfərov qəzetimizə açıqlamasında bildirdi ki, festival yeni başlamasına baxmayaraq, alıcılar arasında həyəcan hiss olunur: “İstər yerli, istərsə də xarici ölkələrin vətəndaşları böyük maraqla fesivalda iştirak edirlər. Təbii ki, burda “Tax Free”nin rolu danılmazdır. Nəzərə almaq lazımdır ki, Ticarət Festivalı yeni başlayıb. Bu müddətdə alıcılar arasında yerli vətəndaşlarda fəallıq daha çox hiss olunur. Analoji vəziyyət xarici alış-veriş həvəskarında da hiss olunacaq”.

Bakı Şopinq Festivalında iştirak edən “Newbalance” mağazasının reklam meneceri Şəmistan Əlizadə bizimlə söhbətində vurğuladı ki, ticarət bayramının keçirilməsi alış-veriş həvəskarlarının Bakıda cəmləşməsinə səbəb olub: “Belə bir festivalın ölkəmizdə keçirilməsi yalnız müsbət qarşılanmalıdır. Bu tədbir ilk növbədə ölkənin tanıdılmasında mühum rol oynayır. Həmçinin, turizmin inkişafına və ölkə iqtisadiyyatına müsbət təsir edəcək”.

Bildirək ki, ayaqqabı almaq istəyənləri Amerikanın öndə gedən ayaqqabı istehsalçılarından biri olan və Bakıda “Park Bulvar”da fəaliyyət göstərən “New Balance” mağazasından 30 faizədək endirimlər gözləyir.

Vergilər Nazirliyinin Media və Kommunikasiya Mərkəzindən “Bakı-Xəbər”ə verilən məlumata görə, festival  çərçivəsində “Baku Shoping Festival - Tax Free” nişanı olan mağazalardan 100 AZN-dən çox alış-veriş edən həm yerli, həm də xarici vətəndaşlar aldıqları məhsullardan tutulan ƏDV-nin müəyyən qismini geri ala biləcəklər. Həmin məbləğ nağd və ya bank hesabına köçürmə yolu ilə əldə edilə bilər.

Mərkəzdən o da bildirildi ki, “Tax Free” sistemi ölkəmizdə ötən ildən tətbiq edilir. Sistem ilkin olaraq Heydər Əliyev Beynəlxalq Hava Limanında təcrübədən keçirilib: “Əcnəbi turistlərin Azərbaycana cəlb edilməsini, onların ölkə ərazisində mal almasını stimullaşdıran bu sistem ölkəmizin turizm üzrə rəqabət qabiliyyətini artırır, xarici valyutanın daxil olmasını təşviq edir, nəticədə pərakəndə ticarətdə rəqabəti artırmaqla satış dövriyyəsini genişləndirir”.

Günel CƏLİLOVA



VİDEO

Biri ermənini öpür, biri sovet bayrağı qaldırır... Günümüzə baxın! - VİDEO

Lavrov işdən kənarlaşdırılır, yoxsa oyun qurulur? - VİDEO

Dünyada xaos böyüyür, Azərbaycana təhlükə də artır... - VİDEO

Ərdoğan “Məkkə sazişi”nin arxasındakı sirri açdı - Ekspertlər şübhə ilə baxır...

Avropa Birliyinin Naxçıvan dəmir yollarında marağının görünən və görünməyən tərəfləri...

İrəvanda Azərbaycan təbii qazına qarşı ikitərəfli kampaniya başladı...

SON XƏBƏRLƏR

20.08.2026 / 07:00
İsrail Suriyadan incik düşdü - “Türkiyəyönlü hərəkətinə görə”…

20.08.2026 / 06:57
Millət vəkilinin bıçaqlanma olayına görə ata-oğul həbs edildilər - Türkiyədə

20.08.2026 / 06:37
Almaniya kanslerindən israilli nazirin qorxunc çağırışına sərt təpki - “…qəbuledilməzdir”…

20.08.2026 / 06:17
NATO İranın üzv ölkələrə təhdidlərinə təhdidlə cavab verdi “…strategiyamız güclü və təsirlidir”…

20.08.2026 / 06:03
Tramp İrana “əjdaha sanksiyalar” vəd etdi

19.08.2026 / 22:46
Avropadakı ABŞ bazaları İranın hədəfində... Mümkün hücumlara qarşı hazırlıqlar başladı...

19.08.2026 / 22:21
İranla Fransa arasında gərginlik artır - diplomatlar ölkədən qovuldu, Tehran Parisə sərt xəbərdarlıq etdi...

19.08.2026 / 21:50
Moskvanın böyük qorxusu – Qərb "erməni və Moldova metodları" ilə Duma seçkilərinə müdaxilə edəcək...

19.08.2026 / 21:33
Azərbaycanın Sovet dövrü tarixi yenidən yazılmalıdır -Tarixçilər qəti mövqe tutur...

19.08.2026 / 21:15
İlham Əliyevin “Metsamor AES bağlanmalıdır” tələbinə İrəvandan reaksiya...

19.08.2026 / 20:48
Ermənilər İrəvandan Təbrizə təyyarə reyslərini bərpa edirlər...

19.08.2026 / 20:25
Rusiya XİN Azərbaycan baş prokurorluğunun məlumatına çoxbaşlı cavab verdi...

19.08.2026 / 20:09
Tokayev Nazarbayevin hüquqlarını əlindən aldı – xalqa müraciət edə bilməyəcək…

19.08.2026 / 19:41
Rusiya Azərbaycanla münasibətlərini yenidən gərginləşdirir...

19.08.2026 / 19:33
Özəl tərəfdarı millət vəkili CHP-li Keleş tərəfindən bıçaqlandı

19.08.2026 / 19:10
Rusiya və Ukrayna arasında əsir mübadiləsi - 103-nü verib 103-nü aldılar...

19.08.2026 / 18:43
"Azərbaycan ehtiyac içində olan insanlara və ölkələrə humanitar dəstək göstərməkdə davam edir" - XİN

19.08.2026 / 18:30
Bakıda bu kabab evində at DNT-si aşkarlandı - ŞOK...

19.08.2026 / 18:07
İsrail və Türkiyə arasında müharibə təhlükəsi - İsrailin Suriyaya son hücumu ilə bağlı ŞOK İDDİA...

19.08.2026 / 17:40
Əliyevin Rusiya ilə siyasi davranışları Ermənistanda qızğın müzakirə olunmağa başlayıb...

19.08.2026 / 17:27
Xaricdən idarə olunan onlayn kazino şəbəkəsinin rəhbəri Gürcüstanda yaxalanaraq Azərbaycana gətirildi - VİDEO

19.08.2026 / 17:12
Gürcüstanda pul qazanmaqda Azərbaycan Türkiyəni üstələdi, fərq – 550 min dollar...

19.08.2026 / 16:49
Tramp Omanı Amerikanın düşmənləri siyahısına daxil etdi - vurulacaq...

19.08.2026 / 16:25
Azərbaycanın dövlət borcunda dəyişiklik gözlənilir...Nazirlik hesabat yaydı...

19.08.2026 / 16:22
CNN Azərbaycana böhtan atdı, məhkəməyə verildi...

19.08.2026 / 16:11
Ermənistan ordusunda ölüm halları ölkəni yenidən qarışdırdı...

19.08.2026 / 16:06
Paşinyan Türkiyəyə dəmiryolu çəkilişini beynəlxalq tenderə çıxardı...

19.08.2026 / 15:37
Putin “Yabloko”nun adını bütün seçki sənədlərindən silməyi əmr etdi...

19.08.2026 / 15:15
Yevlax Regional Xəstəxanasının baş həkimi vəzifəsindən azad edildi

19.08.2026 / 14:58
Rusiyadan Ermənistana Azərbaycandan vasitəsilə 1 820 ton buğda göndəriləcək

19.08.2026 / 14:44
Mədəniyyət Nazirliyinə yeni aparat rəhbəri təyin olundu, Mustafa Abbasbəyliyə isə yeni vəzifə verildi

19.08.2026 / 14:36
Netanyahu Trampın Qəzza planını rədd etdi, Tramp dözdü - inanmaq olar?..

19.08.2026 / 14:12
Tramp İranla danışıqları dayandırmağı əmr etdi - sərt sanksiyalar gəlir…

19.08.2026 / 13:54
ABŞ münaqişəni qızışdırarsa, İran Avropaya zərbə endirə bilər…

19.08.2026 / 13:39
Rusiya ilə müharibənin Ukraynaya vurduğu ziyan 600 milyard dolları keçdi...

19.08.2026 / 13:25
Ukraynada yüksək vəzifəli məmurların evində axtarış aparılır - Zelenskinin ofis rəhbərinin müavini də təhlükə ilə üzləşdi…

19.08.2026 / 13:10
Prezident Kiçik Qaladərəsi kəndinin gənc sakininin arzusunu gerçəkləşdirdi - VİDEO

19.08.2026 / 12:54
ABŞ Azərbaycanı Çini tariflərdən yayınmağa kömək etməkdə ittiham edir…

19.08.2026 / 12:30
İran iki fransız diplomatı “persona non grata” elan etdi

19.08.2026 / 12:14
Həkim səhvi ilə bağlı mübahisələrdə məhkəmələr nəyə diqqət yetirirlər? - Ali Məhkəmə açıqladı

19.08.2026 / 11:43
Ağdam kənd qəbiristanlığında hərbi sursat aşkarlandı

19.08.2026 / 11:29
30 ilin sirləri - əfqan əsirliyindən qaçan pilotun film kimi hekayəsi

19.08.2026 / 11:16
Cinayət törətməkdə şübhəli bilinən 50 nəfər saxlandı

19.08.2026 / 10:57
Şəxsiyyətləri müəyyənləşdirilən daha 5 itkin şəhid dəfn ediləcək

19.08.2026 / 10:31
Siyəzəndə narkotiklərlə bağlı əməliyyatlar - 9 nəfər həbs edildi

19.08.2026 / 07:14
Türkiyədə maraqlı tarixi yer kəşf olundu

19.08.2026 / 06:27
ABŞ-da META şirkəti məhkəməyə verildi - zərərçəkən uşaq və yeniyetmələrdir

18.08.2026 / 22:24
ABŞ-ın keçmiş kəşfiyyat şefi xəbərdarlıq etdi - Rusiya Almaniyaya hücum edə bilər…

18.08.2026 / 21:18
Məkkə Sazişinin tam məzmunu qapalı saxlanılır...

18.08.2026 / 20:48
Naxçıvanda tarixi abidələrlə bağlı ciddi problemlər var - Prezident təsadüfi söz deməz...

18.08.2026 / 20:26
Ermənistanda Avropanın Yeni Missiyasının məqsədləri açıqlandı - hansı maliyyə axını?..

18.08.2026 / 19:56
Yuşşenko Ukraynaya dəstəyə görə Prezident İlham Əliyevə təşəkkür etdi

18.08.2026 / 19:41
Naxçıvanda və Zəngəzurda doğrulmuş yeni idarəçilik Konstitusiyada nə vaxt əks olunacaq...

18.08.2026 / 19:27
Azərbaycan yalan və saxta iddialara görə CNN-i məhkəməyə verdi...

18.08.2026 / 19:15
Macarıstanın yeni hakimiyyəti türk birliyinə münasibətini ilk dəfə ifadə etdi...

18.08.2026 / 18:53
İrandan ABŞ-a net mesaj - blokada və sanksiyalar qaldırılana qədər Hörmüz açılmayacaq...

18.08.2026 / 18:37
İran ABŞ-ın Hörmüz blokadasını qırmaq üçün hücuma hazırlaşır...

18.08.2026 / 18:20
Bəzi qurum və təşkilatların istifadəçi hesablarına kiberhücum cəhdləri olub

18.08.2026 / 18:06
Rusiyada yanacaq böhranının ikinci dalğası başladı – YDM-lərin yalnız 28 faizində benzin var…

18.08.2026 / 17:50
Ağ Ev üzvü gizli dipmissiya ilə Rusiyaya gedibmiş - ikitərəfli “mədəni” əlaqələri təşviq etmək üçün…

18.08.2026 / 17:48
Ərdoğanın Avropa Birliyi ilə münasibətlərində qaranlıq şey qalmadı - məsələnin Azərbaycana təsiri olacaq?..

18.08.2026 / 17:34
Rusiya Xəzər dənizi vasitəsilə İrana dron və sursat tədarük edir…

18.08.2026 / 17:19
İndi də İran ABŞ-dan əl çəkmir - ABŞ-la İran rol dəyişdirirlər...

18.08.2026 / 17:02
Tramp Hörmüz boğazının xəritəsini "yeni ABŞ ərazisi" adı ilə paylaşdı…

18.08.2026 / 16:47
Paşinyan Rusiya ilə KTMT mübahisəsini özünə lazımlı sonu görünməyən ritorikaya çevirir...

18.08.2026 / 16:31
Türkiyədə yayın dadı yalnız dənizdə deyil, süfrədə də yaşanır

18.08.2026 / 16:16
Mütəşəkkil köləlik: Rusiyanın sərt miqrant qaydaları

18.08.2026 / 16:05
Doğum sürətlə azalır, ölüm sayı artır...

18.08.2026 / 16:01
Ermənistan-Azərbaycan sərhədində ticarət - Ermənistanın tekstil istehsalı Azərbaycan xammalına əsaslana bilər...

18.08.2026 / 15:56
Rusiyanın Ukraynadakı quru qoşunları ardıcıl şəkildə zəiflədilir... Necə?

18.08.2026 / 15:51
"Təhlükəsizlik bizim gündəliyimizdə prioritet olmağa davam edəcək"" - Prezident

18.08.2026 / 15:49
Kedminin Azərbaycan tarixini hədəfə alan ritorikası - tarixi silmək cəhdi, yoxsa yeni siyasi təxribat?

18.08.2026 / 15:26
Prezident İlham Əliyev Britaniyanın yeni səfirinin etimadnaməsini qəbul edib - FOTO

18.08.2026 / 13:58
Türkiyə Qara dənizdə alternativ logistika yaradır - İydərə limanı

18.08.2026 / 13:43
Bəşər Əsədin əmisi oğlu da edam cəzasına məhkum edildi...

18.08.2026 / 13:26
Rusiya səfiri Azərbaycan XİN-ə çağırıldı...

18.08.2026 / 13:20
Rusiyada miqrantlar üçün giriş tələblərinin daha da sərtləşdirilməsi təklif edildi...

18.08.2026 / 13:07
Tramp Məkkə sazişinə rişxənd elədi...(?)

18.08.2026 / 12:51
Husilər Saudi Aramco neft emalı zavoduna hücum etdi…

18.08.2026 / 12:36
Ukrayna ilk dəfə Rusiya daxilindəki hədəfləri Britaniya dronları ilə vurdu – Moskva Londonu hədələdi…

18.08.2026 / 12:14
Övladlarından ayrı qalan ana iki azyaşlı uşağına qovuşdu

Azərbaycanda vətəndaş cəmiyyətinin inkişafında rəqəmsallaşma və innovasiyalar ön plana çıxır

XƏBƏR ARXİVİ