çərşənbə axşamı günü, 20 oktyabr 2026
     

Vergilər Nazirliyi özünəxidmətə keçid meyarının tətbiqinə başladı

Image


Statistikaya əsasən, Azərbaycan əhalisinin 70 faizi internet istifadəçisidir. İnternet bu gün təkcə əlaqə və ünsiyyət vasitəsi kimi deyil, həm də mallar, xidmətlər təqdim olunan platforma kimi çıxış edir. Dövlət qurumları, özəl şirkətlər öz xidmətlərini daha çox elektron formada təqdim etməyə üstünlük verirlər. Vergilər Nazirliyinin Vergi ödəyicilərinə xidmət və şəffaf vergi partnyorluğu departamenti  elektron xidmətlərdən sərbəst istifadə səviyyəsini əks etdirən özünəxidmətə keçid meyarının tətbiqinə başlayıb. Departamentin Xidmətin təşkili idarəsinin direktoru, baş vergi xidməti müşaviri Azər Şirinovla müsahibədə bu sahədə görülən işlər nəzərdən keçirilir:

- Azər müəllim, məsafədən rabitə kanalları (internet portalı, elektron terminal, elektron köşk və s.) vasitəsilə elektron xidmətlərin göstərilməsi istiqamətində Vergilər Nazirliyinin hansı xidmətləri və yeni layihələri var?

- Azərbaycan Respublikası Prezidentinin “Dövlət orqanlarının elektron xidmətlər göstərməsinin təşkili sahəsində bəzi tədbirlər haqqında” 23 may 2011-ci il tarixli fərmanı ilə müəyyən edilmiş vəzifələrin yerinə yetirilməsi sahəsində böyük işlər görülmüşdür. Vergilər Nazirliyi tərəfindən qabaqcıl beynəlxalq təcrübəyə əsaslanan xidmət kanalları yaradılmış, yeni layihələr tətbiq edilməklə elektron xidmətlər genişləndirilmişdir. Hazırkı şəraitdə vergi orqanları ilə vergi ödəyiciləri arasında mükəmməl elektron əlaqələrin qurulmasında, bu xidmətlərin genişləndirilməsində yeni mərhələnin əsası qoyulmuşdur. Bu gün Vergilər Nazirliyi mərkəzi icra hakimiyyəti orqanları arasında ən çox elektron xidmət göstərən dövlət orqanı kimi fəaliyyət göstərir.

Nazirliyin vergi ödəyicilərinə xidmət strukturlarının əsas vəzifələri tətbiq edilən elektron xidmətlər barədə vergi ödəyicilərinin məlumatlandırılması, maarifləndirilməsi, elektron xidmətlərin təşviqi, bu xidmətlərdən istifadəyə kömək göstərilməsidir. Vergilər Nazirliyinin rəsmi internet səhifəsində ayrıca “«Elektron xidmətlər” bölməsi yaradılmış, nazirliyin göstərdiyi bütün elektron xidmətlər, onların inzibati reqlamentləri, istifadə təlimatları, o cümlədən videotəlimatlar burada yerləşdirilmişdir.

Vergi ödəyicilərinə xidmət mərkəzlərinə müraciət edən şəxslərə elektron xidmətlərdən istifadə qaydası əyani şəkildə izah olunur, həmin mərkəzlər vasitəsilə elektron xidmətlərdən təkrar istifadə edən vergi ödəyiciləri ilə xüsusi təlimlər təşkil olunur. Xidmət mərkəzlərinin hamısında vergi ödəyicilərinin sərbəst istifadə edə biləcəyi, internetə çıxışı olan özünəxidmət kompüterləri quraşdırılmışdır.

- Özünəxidmətə keçid necə reallaşdırılır?

- Elektron xidmətlərimizdən sərbəst istifadənin təşviq edilməsi məqsədilə Vergi ödəyicilərinə xidmət və şəffaf vergi partnyorluğu departamenti tərəfindən özünəxidmətə keçid meyarı tətbiq olunur. Xidmət mərkəzlərində elektron xidmətlərdən istifadə etmiş vergi ödəyicilərinin sonrakı dövrdə xidmət mərkəzlərinə gəlmədən elektron xidmətlərdən sərbəst istifadə səviyyəsini əks etdirən bu meyar üzrə ilkin olaraq 2017-ci ilin ikinci rübü üçün hədəf 30% səviyyəsində müəyyən edilmişdir və növbəti dövrlərdə bu faiz göstəricisinin artırılması nəzərdə tutulur.

- Departamentin Xidmətin təşkili idarəsi tərəfindən aparılan təhlil zamanı 2017-ci ilin 9 ayı ərzində xidmət mərkəzlərində qəbul edilmiş vergi ödəyicilərinin sayının ötən ilin müvafiq dövrü ilə müqayisədə 8%, göstərilmiş xidmətlərin sayının isə 5,5% artmasına baxmayaraq, son iki ayda (avqust, sentyabr) bu dinamikada azalma müşahidə olunmuşdur. Bunun səbəbini necə izah edərdiniz?

- Son aylarda xidmət mərkəzlərinə müraciət edən vergi ödəyicilərinin sayının azalmasının səbəbləri araşdırılarkən belə qənaət yaranmışdır ki, buna daha çox aşağıdakı amillər təsir edir:

- Vergilər Nazirliyi tərəfindən davamlı şəkildə elektron xidmətlərin təşviqi, yeni elektron xidmətlərin təqdim edilməsi, vergi ödəyiciləri ilə fiziki təmasın məhdudlaşdırılması və daha çox elektron yazışmalara üstünlük verilməsi;

- Elektron sənəd mübadiləsinə qoşulanların, o cümlədən gücləndirilmiş elektron imza (ASAN imza) alanların sayının artması (cari ilin 9 ayı ərzində verilmiş ASAN imza sertifikatlarının sayı ötən ilin müvafiq dövrü ilə müqayisədə 2,2 dəfə artaraq 110.651 olmuşdur. 2013-cü ildən indiyədək 366.187 ASAN imza sertifikatı verilmişdir. Bu ilin ilk 9 ayı ərzində dövlət qeydiyyatına alınmış 8352 hüquqi şəxsin 5785-i və ya 69,3% -i, eləcə də 943 fiziki şəxs elektron formada vergi uçotuna alınmışdır);

- Departamentimizin elektron xidmətlərin tətbiqi ilə əlaqədar maarifləndirmə və təbliğat işlərini genişləndirməsi, ayrı-ayrı xidmətlər üzrə videotəlimatlar hazırlayaraq nazirliyin rəsmi internat saytında, KİV-lərdə, sosial şəbəkələrdə yayması, xidmət mərkəzlərinə müraciət edən vergi ödəyicilərinə elektron xidmətlərdən sərbəst istifadə barədə təlimatlandırması və onları özünəxidmətə cəlb etməsi.

- Özünəxidmətə keçidin etimadı doğrultması və uğur qazanması üçün hansı tədbirlərin görülməsi nəzərdə tutulur?

- Departamentimiz gələcəkdə də vergi ödəyiciləri tərəfindən elektron xidmətlərdən istifadənin genişləndirilməsi, bu sahədə özünəxidmətə keçidin təmin olunması istiqamətində müvafiq tədbirlərin görülməsini davam etdirəcəkdir. Bir faktı qeyd edək ki, təhlil zamanı cari ilin avqust ayında elektron xidmətlərdən istifadə üçün xidmət mərkəzlərinə müraciət etmiş fiziki şəxslərin 66,8%-nin 18-44 yaş arasında olduğu müəyyən edilmişdir. Həmin şəxslərin elektron xidmətlərdən istifadənin daha tez mənimsənilməsi imkanlarının olduğunu nəzərə alaraq, xidmət strukturları tərəfindən özünəxidmətə keçidin genişləndirilməsi məqsədlə maarifləndirmə tədbirlərinin, əlavə təlimlərin təşkili nəzərdə tutulmuşdur.

Məqsədimiz vergi ödəyicilərinin istək və tələblərinə uyğun xidmətlərin nazirliyin müvafiq informasiya mənbələrindən, o cümlədən rəsmi internet saytından, İnternet vergi idarəsindən və Çağrı Mərkəzindən əldə etmələrinə nail olmaqdır. Bütün bunlar xidmətlərin şəffaflıq şəraitində əlçatanlığına, həm vergi ödəyicilərinin, həm də vergi orqanlarının inzibatı xərclərinin azalmasına, vaxtdan daha səmərəli istifadə edilməsinə şərait yaradır.

Baki-xeber.com



VİDEO

Aydın Quliyev Mətbuat Şurasında seçkilərə qatılmamasının səbəblərini qurultayda açdı... - VİDEO

Biri ermənini öpür, biri sovet bayrağı qaldırır... Günümüzə baxın! - VİDEO

Lavrov işdən kənarlaşdırılır, yoxsa oyun qurulur? - VİDEO

Türkiyədəki təriqət hicabçıları Azərbaycanda “28 şubat” ssenariləri uydurur...

Avrasiyanın yeni ticarət və nəqliyyat əlaqələrinin xəritəsi Bakıda cızılır

İqtisadiyyat Nazirliyinin və Beynəlxalq Valyuta Fondunun Azərbaycan proqnozları bir-birinə qarşıdır...

SON XƏBƏRLƏR

20.10.2026 / 21:59
AK Partinin qurucusu Kemal Albayrak partiyanı “yıxıb-sürüdü”...

20.10.2026 / 21:53
TƏBİB-dən geridə nələr qaldı...

20.10.2026 / 21:37
ABŞ Rusiyanın müttəfiqinə çevrildi, Trampa qarşı etirazlar genişləndi

20.10.2026 / 21:26
Dünyada ərzaq inflyasiyası sürətlənir, proses Azərbaycana da təsir edir...

20.10.2026 / 21:15
Fransa dağılır, Makron çarəsiz qalıb...

20.10.2026 / 21:00
Avropada üsyanlar Putinin "gizli işi" kimi qiymətləndirilir...

20.10.2026 / 20:53
İsraildə parlament seçkiləri Yaxın Şərqin gələcək taleyini də müəyyən edəcək

20.10.2026 / 20:36
Lavrov İranı və Körfəz ərəb ölkələrini ABŞ-a qarşı təşkilatlandırır - yeni Konsepsiya...

20.10.2026 / 20:26
ABŞ Mərkəzi Asiyanın 5 ölkəsi ilə bağlı planlarını açdı...

20.10.2026 / 20:09
Ekoloqlar Paşinyanın COP17 sevincini gözündə qoydular

20.10.2026 / 19:50
Prezident seçkilərində AKP namizədi üçün ən pis proqnozlar verilir...

20.10.2026 / 19:34
Tramp, Si və Putin yeni dünya düzənini Avropasız müəyyənləşdirməyə başladılar...

20.10.2026 / 19:10
Gürcüstanda hakimlər müxalif partiyaları qapatmaqdan imtina edir - İstefalar başladı...

20.10.2026 / 19:01
Zəruri olmadığı təqdirdə Fransaya səfər etməyin - XİN xəbərdarlıq etdi...

20.10.2026 / 18:46
AKP qurucularından “AKP dağılacaq” bəyanatları gəldi...

20.10.2026 / 18:30
Leyla Əliyeva Aşqabadda Milli Türkmən Xalçası Muzeyində olub FOTO

20.10.2026 / 18:18
Azərbaycanda çevriliş hazırlayan AKP üzvlərinə cinayət işi açıldı...

20.10.2026 / 18:07
Leyla Əliyeva Aşqabadda MAMA “Ana təbiət” beynəlxalq incəsənət sərgisinin açılışında iştirak edib - FOTO

20.10.2026 / 18:02
Qazaxıstan XİN "Navai" ilə bağlı Rusiyanın notasına cavab verdi

20.10.2026 / 17:26
Netanyahu öz marağı naminə Trampı İrana qarşı yeni müharibəyə çəkir...

20.10.2026 / 17:02
Yeni nəsil üçün hibrid – real və virtual kənd kitabxana-klub modeli”... YYSİB-nin yeni kreativ layihəsi

20.10.2026 / 16:48
ATMU professoru Məhərrəm Zülfüqarlının “Ucar tarixi” kitabı nəşr olunub

20.10.2026 / 16:27
Azərbaycanda KSM ekosisteminin inkişafı üçün QHT-lər və biznesin ortaq gözləntiləri

20.10.2026 / 16:01
Qarabağda yeni milli park yaradılır - SƏRƏNCAM

20.10.2026 / 15:55
Mədəniyyət Nazirliyinin tabeliyində Gəncə Memorial Kompleksi yaradıldı

20.10.2026 / 14:09
Husilər-Səudlar müharibəsinin coğrafiyası genişlənəcək...

20.10.2026 / 13:54
Qazaxıstanda saxlanan Azərbaycan əsilli repə qarşı cinayət işi dayandırıldı – Navai ölkədən deportasiya edildi...

20.10.2026 / 13:37
Zelenski senatorları Ukraynaya yardımı bərpa etmək üçün Trampa təzyiq göstərməyə çağırdı

20.10.2026 / 13:21
İran ABŞ-a xəbərdarlıq etdi - Pikaks dağına mümkün hücumlar cavabsız qalmayacaq...

20.10.2026 / 13:06
Aşqabadda Leyla Əliyevanın, Oğulcahan Atabayevanın və Saida Mirziyoyevanın üçtərəfli görüşü olub - FOTO

20.10.2026 / 12:50
Nizami və Binəqədi prokurorlarının yeri dəyişdirildi

20.10.2026 / 12:28
Ukrayna Rusiyanın daha bir neft stansiyasına hücum etdi...

20.10.2026 / 12:11
İrandan Azərbaycana narkotik keçirilməsinin qarşısı alındı

20.10.2026 / 12:03
Müharibənin bitməsi və Ukraynanın NATO-ya qoşulması müqabilində Donbas Rusiyaya verilə bilər - Avropadan Putinə təklif...

20.10.2026 / 11:50
Cərimələnən şirkətlə 54 min manatlıq müqavilə imzalandı - məhbuslara dərmanı onlar satacaq...

20.10.2026 / 11:38
Neft Fondunun aktivləri 126 milyard manata yaxınlaşır...

20.10.2026 / 11:23
Məleykə Abbaszadə imtahanlardan sonra yaranan narazılıqlara münasibət bildirdi

20.10.2026 / 11:17
Hörmüz boğazında minaya düşən tankerdə yanğın başladı...

20.10.2026 / 11:05
329 nömrəli bağçada nöqsanlar aşkarlandı, protokol tərtib olundu

20.10.2026 / 10:52
SEPAH Hörmüz boğazında sualtı internet kabellərini vurmaqla hədələdi – bizə hücum olsa…

20.10.2026 / 10:23
"Zərərçəkmiş şəxslə sonradan barışmaq cəzanın avtomatik azaldılması demək deyil" - Ali Məhkəmə

20.10.2026 / 10:15
Dövlət qurumlarının informasiya təhlükəsizliyi üzrə rəhbərlərinin VIII Zirvə görüşü keçirilir

20.10.2026 / 09:26
Vens açıq danışdı – Ukrayna NATO-da olmamalıdır...

20.10.2026 / 08:47
Bu gün Zəngilan Şəhəri Günüdür

20.10.2026 / 07:47
Vens seçkidə Netanyahunu dəstəkləməyəcək - Trampdan fərqli olaraq…

20.10.2026 / 07:33
Hitlerin qardaşı oğlu ABŞ-da bioloji laboratoriya sahibi imiş…

20.10.2026 / 06:30
AKP-nin Diyanət Vəqfi də korrupsiya fırıldağında “baş köşədə” imiş – bu da din xadimləri...

20.10.2026 / 00:09
Tramp Zelenskiyə Ukrayna danışıqlarından çəkilməsini təklif etdi – onu başqası əvəz etməlidir...

19.10.2026 / 23:06
Leyla Əliyeva Aşqabadda Türkmənistan Dövlət Simfonik Orkestrinin konsertini izləyib - FOTO

19.10.2026 / 22:54
Leyla Əliyeva Arkadağda əfsanəvi "Galkynyş" milli atüstü oyunlar qrupunun çıxışını izləyib - FOTO

19.10.2026 / 22:40
Leyla Əliyeva Arkadağ şəhərində Uşaq Sağlamlığı və Reabilitasiya Mərkəzinin fəaliyyəti ilə tanış olub - FOTO

19.10.2026 / 22:28
Əziz Mahmud Hudayi Vəqfi də AKP iqtidarındakı korrupsiya olayına səsini qaldırdı - "...əxlaqdan kənardır"...

19.10.2026 / 22:12
Tramp Ukrayna ilə müharibədə Putinə əməlli-başlı dəstək verir - “60 gün fasilə”...

19.10.2026 / 21:56
İran müharibənin yeni dövründə görünməmiş raket texnikası göstərəcək - Kitabçı gəldi...

19.10.2026 / 21:41
Paşinyan sülh sazişini baş nazirliyinin son ilinə saxladı...

19.10.2026 / 21:32
Şəki Dövlət Dram Teatrında “Yol üstə” tamaşasının məşqlərinə başlanılıb

19.10.2026 / 21:18
"Biz xalqımızın bu qədər əzabına bais olmuş barbarların və uşaq qatillərinin səviyyəsinə enmədik" - Prezident İlham Əliyev

19.10.2026 / 21:14
Tramp Putinə 60 günlük şans verdi - “ 2 məqsədim var”dedi...

19.10.2026 / 20:57
AKP iqtidarı Türkiyəni 193 ölkənin ən kriminal 10 ölkəsi sırasına gətirdi...

19.10.2026 / 20:43
Ukraynaya qarşı Tramp - Putin dizel sövdələşməsindən AKP iqtidarı da pay götürdü...

19.10.2026 / 20:26
Hakan Fidan Bakıda düzmü etdi?

19.10.2026 / 20:12
TƏBİB-dən vahid səhiyyə modelinə keçid - islahatların yeni mühüm mərhələsi başladı...

19.10.2026 / 19:51
Əhali acından ölür, AKP iqtidarı İraqda, Suriyada, Sudanda, Liviyada milyardları göyə sovurur

19.10.2026 / 19:42
Masazırda avtomobilləri yandıran şəxs Özbəkistana qaçarkən yaxalandı, Azərbaycana gətirildi

19.10.2026 / 19:35
Dinçi AKP iqtidarı azad edilmiş ərazilərimizdə 5 milyardlıq layihələrin qədrini bilmədi...

19.10.2026 / 19:10
Azərbaycana qarşı çağırışlar edən 7 türkiyəli beynəlxalq axtarışa verildi

19.10.2026 / 18:59
Neft bazarında yeni qiymət xaosu başladı...

19.10.2026 / 18:42
Azərbaycanda boşanma göstəricisi ilk dəfə 50 faizi keçib...

19.10.2026 / 18:34
Türkiyədə erkən seçki AKP iqtidarını silkələdi...

19.10.2026 / 18:30
İran rəsmisi Azərbaycanın da adını çəkdi - Rusiya, Çin, Hindistan...

19.10.2026 / 18:28
Rusiya Ermənistana qarşı nüvə şantajına əl atır

19.10.2026 / 18:20
FETO ilə dinçi AKP iqtidarının düşmənçiliyi haradan başlayıb?

19.10.2026 / 18:15
AKP-nin təriqət hakimiyyəti İsraillə ticarəti sürətlə genişləndirir

19.10.2026 / 18:12
Heydər Əliyev Fondunun vitse-prezidenti Leyla Əliyeva Türkmənistanda səfərdədir - FOTO

19.10.2026 / 17:51
Tramp Ərdoğanı niyə "əzizləyir" - arada bu qədər problemlər varkən...

19.10.2026 / 17:35
Mətbuat Şurası Türkiyə mediasını Azərbaycana qarşı qərəzli kampaniyaya son qoymağa çağırıb

19.10.2026 / 17:17
AKP iqtidarı 1 trilyonluq maliyyə qalmaqalını xarici qüvvələrə bağlamaq istədi - alınmadı...

19.10.2026 / 16:26
ABŞ Yaxın Şərqdəki vətəndaşlarına mümkün eskalasiya barədə xəbərdarlıq etdi...

19.10.2026 / 16:11
Adnan Əhmədzadədən yeni xəbər var - məhkəmə qarşısına çıxarıldı...

19.10.2026 / 15:55
Zelenski Trampı sərt tənqid etdi - bizi Putinə təslim olmağa məcbur edir...

19.10.2026 / 15:41
Bakcell-in baş icraçı direktoru ADA Universitetinin tələbələri ilə görüşüb - FOTO

Azərbaycançılıq və dini-mənəvi irs-hicab olayları Azərbaycan ideologiyasına qarşı çevrilib...

XƏBƏR ARXİVİ