2018-ci ilədək Azərbaycanda artıq 4 dərman istehsalı zavodu fəaliyyət göstərəcək. Trend-in məlumatına görə, bunu iqtisadiyyat naziri Şahin Mustafayev Bakıda Azərbaycan Beynəlxalq investisiya konfransında deyib.
Nazir bu yaxınlarda Azərbaycan-Rusiya birgə əczaçılıq zavodunun təməlqoyma mərasiminin keçirildiyini xatırladıb: "Həmçinin bu ay İranla birgə əczaçılıq zavodunun təməlini qoyacağıq. Bundan başqa, hazırda biz daha iki oxşar layihəni nəzərdən keçiririk".