Azərbaycanın Naxçıvan və İranın Məşhəd şəhərləri arasında sərnişin qatarı noyarbrın sonunadək istifadəyə veriləcək. Trend-in məlumatına görə, bu barədə jurnalistlərə "Azərbaycan Dəmir Yolları" QSC-nin sədri Cavid Qurbanov deyib.
C.Qurbanov bildirib ki, Naxçıvan-Culfa-Təbriz-Tehran-Məşhəd marşrutu üzrə ilk qatar noyabrın 27-si və ya 30-u göndəriləcək.
Naxçıvan-Məşhəd sərnişin qatarı həftədə iki dəfə yola düşəcək. Bu relslərdə yenilənmiş vaqonlardan istifadə olunacaq.