Vergilər Nazirliyi vergi borcuna görə ölkədən getmə hüququ məhdudlaşdırılmış hüquqi şəxslərin icra orqanları rəhbərlərinin adını açıqlayıb. Nazirlikdən "APA-Economics"ə verilən məlumata görə, 22 noyabr tarixinə vergi borcu olduğuna görə 998 müəssisə rəhbərinin ölkədən çıxması qadağan edilib.
Qeyd edək ki, 17 noyabr tarixinə vergi borcu olduğuna görə 739 müəssisə rəhbərinin ölkədən çıxması qadağan edilib.
Ölkədən çıxışına qadağa qoyulan şəxslər arasında 8 xarici vətəndaş da var.
Nazirlik vergi ödəyicilərinin borcunu açıqlamayıb.
Vergi borcuna görə ölkədən getmə hüququ məhdudlaşdırılmış fiziki şəxslərin də sayı artıb. 22 noyabr tarixinə vergi borcu olduğuna görə ölkədən çıxışı məhdudlaşdırılan şəxslərin sayı 449-a yüksəlib. Halbuki 17 noyabr tarixinə açıqlanan siyahıda 420 fiziki şəxsin adı qeyd olunub. Beləliklə, 29 nəfərin də vergi borcu ödənmədiyindən onların adları siyahıya əlavə olunub.
Ölkədən çıxışına qadağa qoyulan şəxslər arasında 4 xarici vətəndaş da var.