şənbə günü, 24 oktyabr 2026
     

Neftin 20-40 dollar qiymətinə öyrəşənlər Azərbaycanın postneft iqtisadi modelinə getdikcə daha çox baxırlar...

Image


Dünya enerci bazarlarında baş verənlər burada qiymətlərlə bağlı yeni sürətli deflyasiya dövrünün başlandığını göstərir. Ucuzlaşan qiymətlər neft və qaz hasilatı ilə məşğul olan ölkələrə getdikcə daha çox mənfi təsir edir. Hesab edilir ki, hasilatçı ölkələrin heç də hamısı bu vəziyyətin öhdəsindən gələ bilməyəcək. Amma qeyri-neft sektorunu inkişaf etdirməklə vəziyyətdən effektiv şəkildə çıxanlar da var və bu sırada Azərbaycanın adı getdikcə daha çox çəkilir.

Həqiqətən də Azərbaycanda iqtisadi artım getdikcə daha çox məhz qeyri-neft sektoru hesabına əldə olunmaqdadır. Bunun nəticəsidir ki, dünya bazarında neftin qiymətinin sürətlə ucuzlaşması, maliyyə böhranının dərinləşməsinə baxmayaraq, Azərbaycanda makroiqtisadi sabitlik qorunur.

İqtisadiyyatın şaxələndirilməsi istiqamətində atılan addımlar öz nəticəsini verir və qeyd olunduğu kimi, iqtisadiyyatın artımı, əsasən, qeyri-neft sektorunun inkişafı hesabına təmin olunur, ümumi daxili məhsulda bu sektorun xüsusi çəkisi artır. Ölkə iqtisadiyyatının şaxələndirilməsinin uğurlu nəticələrindən sayılan qeyri-neft sektorunun dinamik inkişafı isə bundan sonra da prioritet istiqamət olaaq. Əsas səbəb də odur ki, neft bazarında qiymət böhranının hələ müəyyən müddət davam etməsi gözlənir. Düzdür, OPEK üzvləri və Rusiya başda olmaqla, təşkilata daxil olmayan dövlətlərin görüşünün təşkili istiqamətində yeni səylərə başlanıb. Venesuela prezidenti Nikolas Maduronun bu barədə açıqlamasına görə, avqustun 4-də ölkəsinin neft sənayesi naziri Euloxio del Pino OPEK sədri Mühəmməd Barkindo ilə danışıqlar aparıb. Dövlət başçısı deyib ki, əsas məqsəd neft qiymətlərinin minimal həddini 40 dollarda sabitləşdirmək və 50-60 dollara doğru artmasına zəmin yaratmaqdır. Amma xatırladaq ki, OPEK-in iyunun 2-də Vyanada keçirilən son iclasında iştirakçı ölkələr ümumi razılığa gələ bilməyib. Yeni razılığın əldə olunması da müşkül görünür. Bu isə hasilatçı ölkələrin gəlirlərini azaldır. Məsələn, Rusiyanın neft ixracından əldə etdiyi gəlirlər 2016-cı ilin ilk yarısında keçən ilin analoji dövrü ilə müqayisədə 31,5% azalaraq 32,929 milyard ABŞ dolları təşkil edib. Ötən ilin ilk 6 ayı ərzində Rusiyanın neft ixracından gəlirləri 48,101 milyard ABŞ dolları təşkil edib. Ərəb ölkələrində də vəziyyət yaxşı deyil.

ABŞ-ın nəhəng neft şirkəti «Exxon Mobil»in ilin ikinci rübündə xalis mənfəətinin 59% azaldığını, «Chevron»un isə ardıcıl olaraq 3 rüb xalis zərər gördüyünü açıqlayıb. Bu dövrdə «Exxon Mobil»in xalis mənfəəti 1,7 milyard dollara, yaxud da hər səhmə 0,41 dollara qədər azalıb. Ötən ilin müvafiq dövründə bu rəqəmlər müvafiq olaraq 4,19 milyard dollar və 1 dollar təşkil edib. Eləcə də ABŞ-da korporativ iflasların sayı 2016-cı ilin ilk yarısında 2009-cu ildən etibarən ən yüksək həddə çatıb. Amerika korporasiyaları arasında iflasların sayının artmasına əsas səbəb neft-qaz sektorunun likvid vəsaitlərə çıxışının məhdudlaşması olub. Neftin ucuzlaşması isə vəziyyəti daha da çətinləşdirəcək. «The Guardian» yazır ki, neft qiymətli və tükənən xammaldır, amma ən azı indilik bazar bu xammalla ağzınadək doludur. Məhz buna görə də neftin qiyməti aprelin əvvəllərindən bəri ən aşağı həddə düşüb.

Məqalədə deyilir ki, bu vəziyyət, çox böyük ehtimalla, yaxın gələcəkdə də davam edəcək. Ekspertlər bildirir ki, neft qiymətlərinin iyun ayında dirçəlməsinə neftin özü ilə birbaşa bağlı olmayan hadisələr səbəb olub. Bura Kanadada yanğınlar, Nigeriya və Liviyada silahlı münaqişə ilə bağlı ixracın azalması və Küveytdə nefçilərin tətili daxildir. İndi bütün bu problemlər aradan qalxıb və neftin qiyməti düşməyə başlayıb. Ekspertlər deyir ki, bir ara neft qiymətlərinin dirçəlməyə başladığına inam yaranmışdı, lakin bu ümidlər puça çıxıb. «The Guardian» yazır ki, buna səbəb ABŞ neftinin qiymətinin bir barrel üçün 50 dollara çatması olub. Bu qiymətlə Amerikada neft hasilatını artırmaq yenidən sərfəli olub və istehsalçılar buruqların kranlarını yenidən açıblar. Üstəlik, ekspertlərin fikrincə, son dəfə ABŞ neftinin hasilatı qəfil azalmışdı, lakin artıq bu cür qəfillik olmayacaq.

«The Guardian» yazır ki, bu arada neft ixrac edən ölkələrin OPEK kartelinə daxil ölkələr də istehsalı artırıblar. Proqnozlara görə, iyul hasilatı OPEK-in tarixində ən yüksək hasilat olub. Bəzi məlumatlarda bunu İran və Nigeriyada neft hasilatının artması ilə bağlayırlar. Təhlilçilər başqa bir qəribəliyə də diqqət yetiriblər. Bir qayda olaraq, neftə tələbatın artması onun qiymətlərini də yüksəldir, amma son ucuzlaşma tələbatın artdığı şəraitdə baş verir. Ümumi mənzərə isə belədir ki, hazırda Çinin neft idxalı tələbatı yavaşıyıb, Avropa İttifaqında isə Britaniyanın təşkilatı tərk edib-etməyəcəyi ilə bağlı qeyri-müəyyənlik var.

«The Guardian» yazır ki, bütün bu səbəblərə görə neft qiymətləri 40 dollardan da aşağı düşə bilər, lakin heç kim qiymətin təkrar 20 dollara düşəcəyini gözləmir.

Yuxarıda qeyd olunduğu kimi, bu şəraitdə hasilatçılar üçün ən yaxşı hal qeyri-neft sektorunu inkişaf etdirməkdir və Azərbaycan artıq bu yolla gedir. Onu da bildirək ki, Azərbaycan qeyri-neft sektorunun inkişaf tempini nəzərə alaraq, qeyri-neft məhsullarının ixracının inkişafı məqsədilə dünyanı bir çox dövlətləri, o cümlədən Avropa ölkələri ilə əməkdaşlıqda maraqlıdır.

Çünki ölkəmizdə qeyri-neft məhsullarının inkişafı ildən-ilə artım tendensiyasına malikdir və Bakı yeni xarici tərəfdaşlar tapmaqda maraqlıdır.

Tahir TAĞIYEV



VİDEO

Aydın Quliyev Mətbuat Şurasında seçkilərə qatılmamasının səbəblərini qurultayda açdı... - VİDEO

Biri ermənini öpür, biri sovet bayrağı qaldırır... Günümüzə baxın! - VİDEO

Lavrov işdən kənarlaşdırılır, yoxsa oyun qurulur? - VİDEO

Orta Dəhliz Avropa ilə Asiya arasında ən təhlükəsiz marşrut seçildi...

Azərbaycanda şirin su ilə bağlı vəziyyət pisləşir - ümid Xəzərə qalıb…

15 temmuz “FETÖ darbesində” bircə nəfər siyasətçi-deputatın adı çıxmadı...

SON XƏBƏRLƏR

24.10.2026 / 14:01
Ukrayna-ABŞ-Rusiya danışıqları Əbu-Dabi və ya İsveçrədə keçirilə bilər...

24.10.2026 / 13:45
Tramp Ukrayna və Rusiyaya 200 faiz tarif tətbiq etməyi düşünür...

24.10.2026 / 13:28
Tramp İrana qarşı yeni hərbi əməliyyata “yaşıl işıq yandırdı”...

24.10.2026 / 12:20
SEPAH PKK-nın İrandakı ən böyük təlim mərkəzlərindən birini vurdu...

24.10.2026 / 11:57
Azərbaycanın Türkiyədəki səfiri Dövlət Bağçalı ilə görüşüb

24.10.2026 / 11:40
Bakıda kafedə ölümlə nəticələnən kütləvi dava - saxlananlar var...

24.10.2026 / 10:30
Cinayət törətməkdə şübhəli bilinən 50 nəfər saxlanıldı

24.10.2026 / 10:18
Azərbaycan XİN BMT Günü ilə bağlı paylaşım edib

24.10.2026 / 09:44
Zaqatalada silsilə oğurluqlar edən şəxs saxlanıldı

24.10.2026 / 08:49
Rusiya dizelinin ilk partiyası ABŞ-a doğru yola çıxdı…

24.10.2026 / 08:38
Serbiyada etirazlar pik həddə - gənclər Vuçiçi devirməyə qərarlıdır

24.10.2026 / 06:48
Bakıda “Çanaqqaladan Bakıya – Ortaq Sivilizasiya” sərgisi açılacaq

23.10.2026 / 21:36
Tramp düz deyir?- Putin və Si İranı “neçəyə satdılar"?...

23.10.2026 / 21:12
İran ABŞ tərəfindən ali rəhbərə sui-qəsdlə hədələndi, təslim olmağa çağırıldı

23.10.2026 / 20:54
Paşinyan sülhün imzalanma vaxtını tez-tez dəyişir - səbəb...

23.10.2026 / 20:37
Putinlə Tramp Avropanı “Ukraynadan sıxışdırıb kənara çıxardılar”...

23.10.2026 / 20:21
İlk zərbəni vurmuş tərəf kimi AKP iqtidarı Azərbaycanla bağlı nə etməlidir...

23.10.2026 / 20:07
Müxalif serblərin seçkiqabağı etirazları Vuçiçin yuxusunu ərşə çəkdi

23.10.2026 / 20:02
Narkotiklərin qanunsuz dövriyyəsini təşkil edən 7 nəfər saxlandı

23.10.2026 / 19:50
AKP iqtidarının Liviya uğursuzluğu: narazılıq pik həddə çatır

23.10.2026 / 19:33
AKP-nin yanlış Azərbaycan siyasəti Paşinyanı da ümidləndirib...

23.10.2026 / 19:10
Trampla Netanyahunun İrana birgə zərbə vurmaq planı – konkret vaxt deyilib...

23.10.2026 / 18:57
Dronla vurulan gəmidəki azərbaycanlılar xilas edildi...

23.10.2026 / 18:08
Lyayendən azərbaycanlıların olduğu gəminin vurulmasına REAKSİYA...

23.10.2026 / 17:50
Qara dənizdə içərisində azərbaycanlıların da olduğu gəmi vurularaq batırıldı... - VİDEO

23.10.2026 / 17:37
Konstitusiya dəyişikliyi məsələsi Ermənistanı bir-birinə vurdu

23.10.2026 / 17:02
ABŞ və Azərbaycan TRIPP ilə bağlı danışıqlar aparır, Ermənistan sadəcə kənardan izləyir

23.10.2026 / 16:50
XİN Caişankarın Bakıya səfəri barədə məlumat yaydı

23.10.2026 / 16:37
Bahalıq, iqtisadi problemlər bu dəfə İtaliyada kütləvi iğtişaşları şiddətləndirir

23.10.2026 / 16:36
Ərdoğanın zəngindən sonra da dayanmadılar - “Hicab həbsləri davam edir” iddiaları...

23.10.2026 / 16:25
ABŞ ordusu Tayvan döyüşünə hazırlaşır - Çinə böyük zərbə planı işə düşür

23.10.2026 / 16:05
Azərbaycanda islam maliyyəçiliyi nə deməkdir?..

23.10.2026 / 15:56
AK Parti iqtidarı Azərbaycanın “arzuolunmaz şəxs” elan etdiyi 31 şəxs barədə heç bir hüquqi prosedur başlatmadı... səbəb...

23.10.2026 / 15:35
Ərdoğanın Bakıya zəngi ilə bağlı mübahisələr davam edir...

23.10.2026 / 15:22
Prezidentin sosial media hesablarında Hindistanın XİN rəhbərini rəsmi qəbul etməsi ilə bağlı videoçarx paylaşılıb - VİDEO

23.10.2026 / 14:56
Zelenski təklif etdi, Rusiyanın rəyi hələ bilinmir - Ukrayna nəyi hədəfləyir?..

23.10.2026 / 13:50
Amerikalı milyarder Trampın İran müharibəsinə qarşı çıxdı - səhv etdik...

23.10.2026 / 13:37
Azərbaycanla Hindistan arasında fikir ayrılıqları müzakirə olundu...

23.10.2026 / 13:34
ABŞ qonşulardan İranla quru sərhədi bağlamağı tələb edə bilər...

23.10.2026 / 13:08
İrandan Körfəz ölkələrinə SƏRT XƏBƏRDARLIQ - ABŞ-a dəstəyi dayandırın, yoxsa...

23.10.2026 / 12:55
Ali təhsil alan zabitlərlə bağlı MÜHÜM QƏRAR - hərbi rütbədə olma müddəti bir il azaldılır...

23.10.2026 / 12:41
Prezident İlham Əliyev Fərhad Xəlilova “İstiqlal” ordenini təqdim edib - FOTO/YENİLƏNDİ

23.10.2026 / 12:35
Prezident Xalq rəssamı Fərhad Xəlilovu təbrik etdi

23.10.2026 / 12:33
Olimpiya Kompleksinin direktoru barəsində həbs qətimkan tədbiri seçildi

23.10.2026 / 12:30
Fərhad Xəlilov “İstiqlal” ordeni ilə təltif edildi

23.10.2026 / 12:12
Hafiz İsmayılbəylinin səlahiyyət müddəti uzadıldı

23.10.2026 / 11:58
İmperiya mərkəzləri kimi Azərbaycana göstərişlər verirlər – Deputat 3 hədəf göstərdi...

23.10.2026 / 11:35
KTMT liderləri Ermənistanın üzvlük məsələsini müzakirəyə çıxarır...

23.10.2026 / 11:12
Prezident İlham Əliyev Hindistanın xarici işlər nazirini qəbul etdi - FOTO

23.10.2026 / 11:07
Putin işğal edilmiş Ukrayna torpaqlarını Rusiya ərazisi elan etdi - "Zelenskinin açıqlaması yersizdir"...

23.10.2026 / 10:50
BDYPİ piyadalara növbəti dəfə çağırış etdi - azyaşlılarla hərəkət zamanı...

23.10.2026 / 10:37
Sosial ödənişlərin artırılması üçün altıncı sosial islahat paketi hazırlanır...

23.10.2026 / 10:15
Azərbaycanda vəzifəli şəxs HƏBS EDİLDİ - YARIM MİLYONLUQ YEYİNTİ...

23.10.2026 / 09:57
Gələn il şəhər və rayonlara dotasiya ayrılmayacaq - xərclərini öz gəlirləri hesabına ödəyəcəklər...

23.10.2026 / 09:26
Gələn ilin büdcəsi layihəsi Milli Məclisdə - gəlirlər və xərclər açıqlandı...

23.10.2026 / 09:10
Rusiya Qara dənizdə Ukrayna üçün hərbi yük daşıyan gəmini vurdu

23.10.2026 / 06:20
Məhkəmə Trampı fakt qarşısında qoydu - 11 dekabra kimi ifadə verməyə məcburdur…

23.10.2026 / 06:01
ABŞ Ukrayna üçün Starlink məhdudiyyətlərini ləğv etdi - Zelenski “xoruzun quyruğunu” gördü…

23.10.2026 / 05:53
Putin Rusiyanın NATO ölkələrinə qarşı müharibə iddialarını “siyasi şizofreniya” adlandırdı

22.10.2026 / 22:50
XXI əsrin çoxşaxəli hərbi qarşıdurması - Rusiya-Ukrayna müharibəsi (2014-2026)

22.10.2026 / 22:06
Media və Yayım Şurası Türkiyənin bəzi media resurslarında yayılan əsassız iddialara cavab verdi

22.10.2026 / 21:28
İsrail İran rejimini devirmək üçün yenidən hərəkətə keçdi...

22.10.2026 / 21:03
Rusiya Ermənistan üçün yeni iqtisadi fəlakət ssenarisi vəd edir...

22.10.2026 / 20:35
ABŞ Avropadan çıxacaq - Tramp hədələdi...

22.10.2026 / 20:17
Ermənistan parlamentində Zəngəzur dəhlizi barədə maraqlı fakt açıqlandı...

22.10.2026 / 19:54
Orta Dəhliz Avropa ilə Asiya arasında ən təhlükəsiz marşrut seçildi...

22.10.2026 / 19:30
Azərbaycanda şirin su ilə bağlı vəziyyət pisləşir - ümid Xəzərə qalıb…

22.10.2026 / 19:06
AK Parti iqtidarı Vensin İran barədə ikibaşlı bəyanatına susdu...

22.10.2026 / 18:43
AK Parti dönəmində yaradılmış 208 universitetin heç biri dünya top suyahılara düşə bilməyib...

22.10.2026 / 18:26
Azərbaycan BMT-də mina təhlükəsi ilə mübarizəyə beynəlxalq dəstəyin artırılmasına çağırdı

22.10.2026 / 18:19
Atamın nəfəsini duyduğum Naxçıvan...Atamla ikinci söhbətim...

22.10.2026 / 18:13
Azərbaycanın üstündə AKP-MHP iqtidarı pozula bilər...

22.10.2026 / 17:51
Bir ailədən iki azyaşlı şəhid - Cahid və Fazilə...

22.10.2026 / 17:42
Paşinyan sülh sazişinə qədər bütün yolların açılacağına ümidlidir...

22.10.2026 / 16:56
15 temmuz “FETÖ darbesində” bircə nəfər siyasətçi-deputatın adı çıxmadı...

22.10.2026 / 16:43
Leyla Əliyeva Səmərqənddə “Uşağın gözü ilə dünya” sərgisi və İmam əl-Buxari memorial kompleksi ilə tanış olub - FOTO

22.10.2026 / 16:05
Milli kimliyə bağlı gənclər uğurlu gələcəyin əsas təminatçılarıdır...

22.10.2026 / 15:53
"Əraziləri ver, pulumuzu qaytar" - Tramp Zelenskinin qarşısında şərt qoydu...

22.10.2026 / 15:35
Ərdoğanın keçmiş müşaviri saxlanıldı - şübhəli maliyyə əməliyyatları...

22.10.2026 / 15:13
ABŞ oliqarxları Fransada ifrat solçuların inqilabını hazırlayır...

22.10.2026 / 15:01
44 günün fövqündə: milli iradənin və tarixi yaddaşın təntənəsi

Milli kimliyə bağlı gənclər uğurlu gələcəyin əsas təminatçılarıdır...

XƏBƏR ARXİVİ