çərşənbə axşamı günü, 22 sentyabr 2026
     

Tramp İrana zərbə əmrini birbaşa NATO sammitindən verdi...

Image


ABŞ Hörmüz boğazı yaxınlığındakı Oman sularında üç ticarət gəmisinə edilən hücumlara cavab olaraq İrana qarşı yeni bir hücum başladıb və Tehranın neft satış lisenziyasını ləğv edib. Bütün bunlar o deməkdir ki, tərəflər arasında atəşkəs yenidən təhlükə altındadır.

ABŞ Mərkəzi Komandanlığı bildirib ki, Amerika ordusu beynəlxalq sularda ticarət gəmilərinə yenidən hücumlara cavab olaraq İrana qarşı bir sıra güclü zərbələr endirib. Bəyanatda deyilir ki, zərbələr İranın Hörmüz boğazından keçən üç ticarət gəmisinə hücumlarına cavab olaraq endirilib: "İranın nümayiş etdirdiyi təcavüz əsassız, təhlükəli və atəşkəsin açıq şəkildə pozulmasıdır". Hörmüz boğazında əvvəlcə iki, ardınca isə bir tankerə hücum edilib. Qətər İranı mayeləşdirilmiş təbii qaz tankerinə hücumda ittiham edib. Heyət təxliyə edilib, lakin “Reuters” mənbələri yanğının partlayışa səbəb ola biləcəyini bildirib. Media orqanları həmçinin Səudiyyə Ərəbistanı bayrağı altında üzən tankerin Oman sahillərində zədələndiyini bildirib. Tehran hücumlara görə məsuliyyəti rədd edib. “Reuters” və “Axios” ABŞ rəsmisinə istinadən xəbər verir ki, ABŞ-ın İrana qarşı cavab zərbələri hava hücumundan müdafiə və sahil müşahidə sistemlərini, zenit və kruiz raketlərini, dron buraxılış məntəqələrini və liman obyektlərini hədəf alıb. “Axios” mənbəyinə görə, yeni zərbələr iyun ayının sonlarında baş verən zərbələrdən dörd-beş dəfə böyük və daha güclü olub. CNN mənbəyi onları "tez bitməyəcək cəza" adlandırıb. “Axios” şərh edir ki, zərbələrin mübadiləsi ABŞ və İranı yeni cavab hərəkətləri dövrünə salmaq riski daşıyır və iki ölkə prezidentləri tərəfindən üç həftədən az müddət əvvəl imzalanmış kövrək anlaşma memorandumunu təhlükə altına qoyur. Nəşrin mənbəyi bildirib ki, Tramp İrana zərbə endirmək planını təsdiqləyib və onun həyata keçirilməsi üçün əmri Türkiyədə keçirilən NATO sammiti zamanı verib. İranın dövlət mediası Bəndər Abbas və Sirik liman şəhərlərində, eləcə də Qeşm adasında partlayışlar barədə məlumat yayıb. İran mediasının məlumatına görə, Sirik və Bəndər Abbasdakı balıqçılıq körpülərinə zərbə endirilib, bir neçə balıqçı gəmisi yanıb. İran dövlət televiziya kanalı IRIB-in məlumatına görə, hədəf, ehtimal ki, Bəndər Abbasdakı telekommunikasiya qülləsi olub.

Press TV həmçinin İran neft ixracının əsas mərkəzi olan Xark adasında "bir neçə partlayış" səsi eşidildiyini və Qeşm adasında yeni partlayış dalğasının baş verdiyini bildirib. Bu fonda ABŞ Maliyyə Nazirliyi İrana neft satmağa imkan verən sanksiya güzəştlərini ləğv etdiyini açıqladı. İran Xarici İşlər Nazirliyi qərarı pisləyərək, bunu anlaşma memorandumunun şərtlərinin pozulması adlandırdı. “Reuters” agentliyinin məlumatına görə, ABŞ-ın bu addımı elan etməsindən sonra neft qiymətləri 3%-dən çox artıb. ABŞ-İran müharibəsi iyun ayında əldə edilən və daimi razılaşma üzrə danışıqlar üçün 60 günlük müddət təmin etmək məqsədi daşıyan müvəqqəti sülh razılaşması çərçivəsində dayandırılıb. Qətərdə keçirilən danışıqlar ötən həftə, Hörmüz boğazı da daxil olmaqla, sülh razılaşması üzrə aşkar irəliləyiş əlamətləri olmadan başa çatıb. Tramp dəfələrlə İrana qarşı tammiqyaslı hərbi əməliyyatları bərpa etməklə hədələyib və bu yaxınlarda bazar ertəsi jurnalistlərə açıqlama verib. İranın xarici işlər naziri Abbas Əraqçi buna cavab olaraq bildirib ki, müvəqqəti atəşkəs memorandumunun şərtlərinə əsasən, "təhdidlər davam edərsə, yekun razılaşma üzrə danışıqlar başlamayacaq". O, X-də yazıb: "İmzanıza hörmət edin". "Axios"un məlumatına görə, İrana yeni zərbələrdən əvvəl Tramp Ankarada Pentaqon katibi Pit Heqset, ABŞ dövlət katibi Marko Rubio və NATO sammitinə onunla birlikdə uçan maliyyə naziri Skott Bessent ilə görüşüb. Nəşrin yazdığına görə, onlara Birləşmiş Qərargah Rəisləri Komitəsinin sədri Den Keyn və digərləri qoşulub. “Reuters” agentliyinin məlumatına görə, ABŞ rəsmisi əvvəllər danışıq aparanların İranla yekun razılaşma üzərində vicdanla işləməyə davam etdiyini, Hörmüz boğazına nəzarətin isə Tehrana böyük təsir gücü verdiyini və bunun nəticəsində dünyanın ən güclü ordusu ilə çıxılmaz vəziyyətə düşməsinə imkan verdiyini bildirib. Müvəqqəti razılaşmaya əsasən, ABŞ Maliyyə Nazirliyi 22 iyunda İran mənşəli xam neft, neft-kimya məhsulları və neft məhsullarının satışını 21 avqusta qədər təsdiqləyən ümumi lisenziya verib. İndi bu lisenziyanı ləğv etməklə Vaşinqton Tehrana bütün əməliyyatları dayandırmaq üçün 17 iyula qədər vaxt verib. İran Xarici İşlər Nazirliyi bu addımı müharibəyə son qoyan çərçivə sazişinin pozulması kimi pisləyib və nəticələrinə görə ABŞ-ın məsuliyyət daşıyacağını bildirib. Nazirlik İranın öz maraqlarını və milli təhlükəsizliyini qorumaq üçün zəruri hesab etdiyi bütün tədbirləri görəcəyini bildirib. Nazirlikdən verilən açıqlamada deyilir: "Bu, ABŞ-ın ya birbaşa, ya da İsrail rejiminin Livana qarşı hərəkətləri vasitəsilə son 20 gün ərzində memorandumun müxtəlif müddəalarını dəfələrlə həm kiçik, həm də ciddi şəkildə pozması ilə əlaqədardır".

Tahir TAĞIYEV



VİDEO

Biri ermənini öpür, biri sovet bayrağı qaldırır... Günümüzə baxın! - VİDEO

Lavrov işdən kənarlaşdırılır, yoxsa oyun qurulur? - VİDEO

Dünyada xaos böyüyür, Azərbaycana təhlükə də artır... - VİDEO

Ermənistanda keçmiş "Arsax"la bağlı qondarma dövlət qurumları qadağan edildi...

Qərbdə Azərbaycana qarşı media kampaniyaları hər gün güclənir - səbəb...

Ərəblərdən sonra Albaniya Aqvan adlandı, ancaq heç vaxt Hayastan olmadı...

SON XƏBƏRLƏR

21.09.2026 / 23:08
ABŞ-dan bütün dünyaya İran təhdidi - dollar sistemindən çıxarılacaqsınız…

21.09.2026 / 22:45
Tramp ABŞ ordusuna husilərə hücum əmr verdi, qısa müddət sonra qərarını ləğv etdi...

21.09.2026 / 22:19
Avroittifaq Rusiyaya qarşı sanksiyaları uzadır - milyarderlər siyahıdan çıxarılır…

21.09.2026 / 21:56
Tramp Rusiyanın neft sənayesi üzərində nəzarəti itirdiyini dedi – zavodların çoxu vuulub…

21.09.2026 / 21:40
Paşinyan Rusiyanı Ermənistanda ancaq metro tikintisinə buraxır...

21.09.2026 / 21:22
"Karusel səsverməsi" Putinin də, Dumanın da dadına yetişdi...

21.09.2026 / 21:07
Azərbaycan 2023 - Antiterroru keçirməsəydi... Olacaq hansı dəhşətlərdən yan keçdik...

21.09.2026 / 20:42
Paşinyan Putinə - “qonşu ilə münaqişədə olan Ermənistanla sülh içindəki Ermənistanın fərqini bilin”...

21.09.2026 / 20:20
Ötən il 1,2 faiz böyüdük - bu il 3,5 faiz arta bilərik?... Müzakirə...

21.09.2026 / 20:03
Azərbaycan güclü alternativ tapacaq - Cənub Qaz Dəhlizinə görə Avropaya mesaj...

21.09.2026 / 19:44
Özbəkistan Naxçıvan vasitəsilə Türkiyə limanlarına çıxışı nəzərdən keçirir

21.09.2026 / 19:27
Nazir Vilayət Eyvazov sıra baxışı keçirdi - FOTO/VİDEO

21.09.2026 / 19:10
Hörmüz boğazında daha bir tanker vuruldu – yaralılar var…

21.09.2026 / 18:29
İrana hücum Trampın neçənci “qələbəsi” sayıldı...

21.09.2026 / 18:15
Husilər Pakistanın, Səudiyyə və Türkiyənin hərbi "Məkkə ittifaqını" dağıda bilər...

21.09.2026 / 18:10
Nazirlər Kabineti dövlət məktəblərində geyim formaları qaydalarına dəyişikliyi təsdiqlədi

21.09.2026 / 18:00
Çin Orta Asiya üzərindən İrana dəmiryolu açdı - Pekin ABŞ-a şok yaşatdı...

21.09.2026 / 17:53
Rusiya ilə Ermənistanın əmlak savaşı hər ikisini siyasi uçuruma aparır...

21.09.2026 / 17:36
"Bakı Biznes Mərkəzi" Mədəniyyət Nazirliyinin tabeliyinə verildi

21.09.2026 / 17:30
Qarabağdakı əməliyyatlarla bağlı dünyanın susduğu daha bir məqam...

21.09.2026 / 17:20
Qafqaz Albaniyasının yazılı irsi: Alban əlifbasının genezisi, məhv edilməsi və tarixi saxtalaşdırma cəhdləri

21.09.2026 / 17:05
Albanlar erməni idilərsə, niyə özlərinə fərqli əlifba yaratdılar...

21.09.2026 / 16:58
Türk Dövlətləri Təşkilatının qlobal rolu artır

21.09.2026 / 16:40
ABŞ Ermənistan ordusunu Rusiya və İrana qarşı hazırlayır - ən sonda Azərbaycan...

21.09.2026 / 16:37
Ermənistanı Avropa İttifaqı ilə bir neçə konkret mərhələli çətinlik gözləyir...

21.09.2026 / 16:31
Azərbaycan U-15 dünya çempionatı ilə bağlı viza qaydalarını asanlaşdırır

21.09.2026 / 16:18
Milli Məclisin deputatı Vüqar Rəhimzadə Culfada seçiciləri ilə növbəti görüşünü keçirib - FOTO

21.09.2026 / 16:14
ABŞ-Çin "süni intellekt müharibəsinə" start verildi...

21.09.2026 / 16:08
Həsən Həsənov: “Albaniya ərazisində üç fərqli dinin mövcud olub”

21.09.2026 / 15:58
Naxçıvan Müəllimlər İnstitutu ləğv edilir

21.09.2026 / 15:51
Həsən Həsənov: “Çində, uyğurların yaşadığı ərazilərin yaxınlığında alban adlı türkəsilli qruplar yaşayır, Qazaxıstanda da alban adlı tayfalar var”

21.09.2026 / 15:40
Tramp növbəti dəfə Zelenskiyə çağırış etdi – Rusiyanın neft zavodlarına hücumu dayandırın…

21.09.2026 / 15:33
Tarixçi alim dərsliklərdəki nöqsanlarla bağlı nazirliyə müraciət edib

21.09.2026 / 15:26
Ukraynadan Rusiyaya daha bir ağır zərbə - 60 milyon dollarlıq radar stansiyası vuruldu…

21.09.2026 / 15:17
Həsən Həsənov: “Albaniya Atropatenanın törəməsidir”

21.09.2026 / 15:10
Venesuelanın 4 milyardlıq qızıl ehtiyatı da ABŞ-ın əlinə keçdi - 31 ton qızıl Nyu-Yorka aparıldı…

21.09.2026 / 15:05
Tarixçi-alim: Alban irsinin öyrənilməsində toponimlər mühüm mənbədir

21.09.2026 / 14:53
“Qafqaz Albaniyasının irsinə tarixi baxış” mövzusunda maarifləndirici seminar təşkil olunub

21.09.2026 / 14:29
Polis Lerikdə əməliyyat keçirdi - bir nəfər 15 kq narkotiklə yaxalandı...

21.09.2026 / 14:17
Tramp Rusiya ilə geniş iqtisadi-ticarət əlaqələrinə başlayır - Ukraynaya zərbə...

21.09.2026 / 14:01
Putin Abxaziya və Cənubi Osetiyanı birləşdirməkdən hələlik vaz keçir - səbəb...

21.09.2026 / 13:46
Hörmüz boğazı iki il ərzində əhəmiyyətini itirəcək? – Qətərdən ABŞ-ın iddiasına reaksiya…

21.09.2026 / 13:31
Ukrayna Ufada neft emalı zavodunu vurdu...

21.09.2026 / 13:19
Formula 1 Azərbaycanla bağlı paylaşım etdi - Biz yenə Bakıdayıq!

21.09.2026 / 13:12
Avropa Ukraynanı qışa hazırlayır – Kiyevə gizli şəkildə silah daşınır…

21.09.2026 / 13:04
Polşada Azərbaycana qarşı təxribatın qarşısı alındı

21.09.2026 / 12:53
Alban-Udi icmasının nümayəndələri Gəncəsər məbədini ziyarət ediblər

21.09.2026 / 12:30
Ramiz Mehdiyevin cinayət işi üzrə hazırlıq iclası keçirildi

21.09.2026 / 12:16
Tovuzda 7 evi soyan oğru yaxalandı...

21.09.2026 / 12:08
Səyyad Aran deputatların səlahiyyətinin artırılmasını təklif etdi

21.09.2026 / 11:55
Kremlin müharibədən sonrakı ilk sınağı – seçicilər seçki qutusunda Putinə bu mesajı verdi…

21.09.2026 / 11:36
"Ermənistanda ən böyük revanşist elə kilsədir" - Fərhad Məmmədov

21.09.2026 / 11:21
Qazaxıstan Xəzərdə Rusiya ilə neft kəşfiyyat layihəsini sanksiyalara görə dayandırdı...

21.09.2026 / 10:57
İran Hörmüz boğazı üzərində ABŞ PUA-sını vurdu...

21.09.2026 / 10:43
"Qafqaz Albaniyasının tarixinin müəyyən dairələr tərəfindən dəyişdirilərək erməniləşdirilməsinə cəhdlər edilir" - Fərid Şəfiyev

21.09.2026 / 10:34
Zakir Həsənov hərbi polisin döyüş hazırlığı prosesini izlədi - FOTO/VİDEO

21.09.2026 / 10:26
Avropa kəşfiyyatlarından xəbərdarlıq... Rusiya yaxın aylarda NATO-ya hücum edə bilər...

21.09.2026 / 10:10
Ucarda narkotik tərkibli bitkilər yetişdirən şəxs saxlandı

21.09.2026 / 09:58
Ramiz Mehdiyev məhkəmə qarşısına çıxarılır...

21.09.2026 / 09:34
Tehranda Fransa səfirliyi ilə əlaqəli dil mərkəzinin gizli fəaliyyəti ifşa edildi - bağlandı...

21.09.2026 / 09:08
Mərkəzi Bank uçot dərəcəsi ilə bağlı növbəti qərarını bu həftə açıqlayacaq...

21.09.2026 / 08:06
Təbiətə münasibət özümüzdən başlayır

20.09.2026 / 23:31
Xəzər dənizinin qərb sahilləri və Abşeron yarımadası rus-hay siyasi-hərbi qüvvələrinə qarşı... XX əsrin əvvəllərində...

20.09.2026 / 22:55
Rusiya 2027-ci ilin payızında Avropaya hücum edəcək - Fransa kəşfiyyatından iddia…

20.09.2026 / 22:38
Macarıstanın Baş naziri hücuma məruz qaldı – Macyarın üzünə içki çırpdılar… VİDEO

20.09.2026 / 22:22
“Arşın mal alan” operettası Lənkəran teatrının təqdimatında Xankəndidə nümayiş olunub

20.09.2026 / 22:12
Ukrayna Avropa ölkələrini Rus Evlərini bağlamağa çağırdı – onlardan casusluq fəaliyyəti üçün istifadə edilir…

20.09.2026 / 21:53
Xocavənddə ilk dəfə Şəhər Günü keçirilir

20.09.2026 / 21:21
Vüqar Rəhimzadə: “Əsrin müqaviləsi”ndən başlanan inkişaf bizi suverenliyimizin bərpasına qovuşdurdu

20.09.2026 / 19:49
Tramp BMT iclası zamanı Pezeşkianla görüşə biləcəyi mesajını verdi - çox böyük hadisələr baş verəcək...

20.09.2026 / 19:22
ABŞ İranı yenidən vurmağa hazırlaşır – Tehrandan region ölkələrinə sərt xəbərdarlıq…

20.09.2026 / 15:25
Ukrayna Moskva Neft Emalı Zavodunu da bombaladı… - VİDEO

20.09.2026 / 15:04
Türkiyə səfirliyi Azərbaycanı təbrik etdi

20.09.2026 / 14:47
ABŞ-ın təyyarə gəmiləri təhlükədə - İran 80 döyüş başlığına bölünən yeni raketi sınaqdan keçirdi…

20.09.2026 / 14:25
Dünyanın ən böyük müsəlman ölkəsi ilk təyyarə gəmiyə sahib oldu…

20.09.2026 / 12:50
Tramp Yaxın Şərqdə gərginliyin artır - Tramp təcili Ağ Evə qayıtdı, husilərə genişmiqyaslı hücum əməliyyatı masada…

20.09.2026 / 12:14
DİN: "Tarixi missiya uğurla yerinə yetirildi" - VİDEO

20.09.2026 / 11:44
Moskvaya görünməmiş dron hücumu – bir gecədə 2 mindən çox dron vuruldu…

20.09.2026 / 11:08
Ceyhun Bayramov ABŞ-a getdi...

20.09.2026 / 10:46
İsrail səfirliyi Azərbaycanı Suverenlik Günü münasibətilə təbrik etdi

20.09.2026 / 10:19
“Əsrin müqaviləsi”nin imzalanmasından 32 il ötür...

Əliyev Qarabağda dünya presedenti yaratdı - işğala son, separatçılara cəza presedenti...

XƏBƏR ARXİVİ