ABŞ Prezidenti Donald Tramp Ukrayna Prezidenti Volodimir Zelenski ilə görüşündə Vaşinqtonun Kiyevə Patriot hava hücumundan müdafiə sistemi üçün tutucu raketlərin istehsalı üzrə lisenziya verə biləcəyini açıqlayıb. NATO sammiti səbəbilə Ankaraya uçan Zelenski üçün bu məsələ, xüsusən də Rusiyanın Ukraynaya son hücumları fonunda, əsas idi. "Sizə Patriot raketlərinin istehsalı üçün lisenziya verəcəyik. Bu olduqca gözəldir, elə deyilmi? Beləliklə, sizə kifayət qədər vermədiyimizdən şikayət edə bilməzsiniz. Onları özünüz hazırlayın"- Tramp Zelenski ilə mətbuat konfransında deyib. "Biz bir çox müharibəni həll etdik və düşünürdüm ki, bu, ən asan müharibə olacaq, amma Putin mürəkkəb adamdır" - deyə bildirən Tramp, həmçinin zarafatla Zelenskidən Putinlə danışıqlar üçün Moskvaya gedib-getməyəcəyini soruşub. Ukrayna prezidenti cavabında deyib ki, Ukrayna dronları səbəbindən ora təhlükəlidir və görüş üçün daha yaxşı yer Avropa olacaq.
SAMİRƏ