İyulun 7-də Özbəkistan Parlamentinin (Oliy Məclis) Qanunvericilik Məclisi Latın əlifbasına əsaslanan Özbək əlifbasında dəyişikliklər haqqında qanunu qəbul edərək Senata göndərib.
Dörd hərfin dəyişdirilməsini və 28 hərfdən və bir durğu işarəsindən ibarət əlifbaya keçidi nəzərdə tutan sənəd üç ayrı iclasda müzakirə edilib. Qanun layihəsini təqdim edən Elmlər Akademiyasının vitse-prezidenti Bəhrom Abduhalimov bildirib ki, məsələ əlifbanın kökündən dəyişdirilməsi ilə deyil, mövcud əlifbanın dörd "problemli" hərfinin - "o", "g", "ch" və "sh" - təkmilləşdirilməsi ilə bağlıdır.
Qeyd edək ki, sovetləşmə dönəmində özbək xalqının Türk dünyası ilə əlaqələrini məhdudlaşdırmaq məqsədilə əlifbasının 13 hərfi fərqli tərtib olunub. Hazırkı islahatlar ortaq Türk dilinin yaradılması ilə paralel olaraq, dilin digər türkdilli xalqlar arasında daha anlaşılan hala gəlməsini təmin etməkdir.
SAMİRƏ