İslam İnqilabının mərhum Lideri Ayətullah Seyid Əli Xameneinin tabutunu daşıyan təyyarə onun xatirəsinə dəfn mərasimlərinin keçiriləcəyi İraqa enib.
İran dövlət xəbər agentliyi IRNA-nın məlumatına görə, çərşənbə axşamı Nəcəf hava limanına enən təyyarədə Ayətullah Xameneinin onunla birlikdə vəfat edən ailə üzvlərinin də tabutları olub.
Tabutlar çərşənbə günü Nəcəfdə və müqəddəs Kərbəla şəhərində keçiriləcək dəfn mərasimlərində iştirak etmək üçün daşınacaq.
İraqın Baş naziri Əli əl-Zeydi çərşənbə günü rəsmilərin genişmiqyaslı yas tədbirləri təşkil edə bilməsi üçün istirahət günü elan edib.
SAMİRƏ