ABŞ prezidenti Donald Tramp Ankaradakı Prezident Sarayında keçirilən 36-cı NATO Dövlət və Hökumət Başçıları Zirvəsindən əvvəl NATO-nun Baş katibi ilə görüşün ardından Mark Rutte ilə birlikdə mətbuata açıqlamalar verib.
İranla müqaviləyə toxunan Tramp deyib ki, İran mövzusu onun üçün bitib.
"Düşünürəm ki, bitdi. Onsuz da onlarla məşğul olmaq istəmirəm, amma onlar alçaq məxluqlardır. Bilirsiniz, alçaq məxluq nə deməkdir? Onlar alçaq məxluqlardır. Onlar xəstə insanlardır. Onları xəstə insanlar idarə edir və onlar amansız, zorakı insanlardır. Əgər onların nüvə silahı olsaydı, ondan istifadə edərdilər. Məncə, hər şey bitdi"- o deyib.
Tramp bildirib ki, İran tərəfi ilə məşğul olmaq sadəcə vaxt itkisidir, çünki "onlar yalançıdırlar".
SAMİRƏ