36-cı NATO Zirvə Görüşü üçün Ankaraya gələn ABŞ Prezidenti Donald Tramp, ikitərəfli görüşdən əvvəl Prezident Rəcəb Tayyib Ərdoğanla mətbuat konfransı keçirib.
Ukrayna-Rusiya münaqişəsi ilə bağlı suala cavab olaraq ABŞ Prezidenti bildirib ki, Putin də, Zelenski də razılaşma əldə etmək istəyir: "Mən Prezident Putinlə danışdım. O, cənab Ərdoğana böyük hörmət bəsləyir. Mən həmçinin Zelenski ilə də danışdım. Düşünürəm ki, bir nəticəyə gələcəyik. Mən səkkiz müharibəni dayandırmışam və düşünürəm ki, doqquzuncu müharibəyə də çatacağıq. Müharibələri ümidi itirəndə qazanırsınız. Bəzən Putinlə çox yaxşı yola gedirəm, bəzən Zelenski ilə, bəzən isə yox. Ən yaxşı bildiyim şey razılaşmalar əldə etməkdir. Düşünürəm ki, hər ikisi razılaşma əldə etmək istəyir".
Tahir TAĞIYEV