İsrailin Baş naziri Benyamin Netanyahu bir daha Türkiyəyə F-35 qırıcı təyyarələrinin satışına qarşı çıxıb. "Daha əvvəl dediyim kimi, bu, Yaxın Şərqdə güc balansını pozacaq, çünki mənim fikrimcə, Türkiyənin aqressiv istəkləri var. Onlar açıq şəkildə Osmanlı İmperiyasını bərpa etmək istədikləri barədə danışırlar", - deyə Netanyahu CNN-ə verdiyi müsahibədə bildirib. O, Osmanlı İmperiyasının yalnız müasir Türkiyənin ərazisini deyil, həm də bir çox başqa ölkələri: Suriyanı, İordaniyanın bir hissəsini, bütün müasir İsraili və bəzi Fars körfəzi dövlətlərini əhatə etdiyini xatırladıb. "Buna görə də, mənim fikrimcə, bu, sülhü və sabitliyi təşviq edən bir qüvvə deyil. Əlbəttə ki, Amerikaya və ya ABŞ Prezidentinə istədiyi zaman gülümsəyən belə bir radikal rejimə belə bir güc versəniz, sonradan təcavüz görəcəksiz. Mən bunu etməzdim", - deyə İsrailin baş naziri bildirib.
SAMİRƏ