ABŞ Prezidenti Donald Trampın Türkiyəyə səfəri başlayıb. Trampı Ankarada hava limanında Prezident Ərdoğan qarşılayıb. Prezident daha sonra mətbuat üçün açıqlamalar veriblər.
Tramp açıqlamasında Türkiyənin çox güclü bir ölkəyə çevrildiyini deyib: “Prezidentə böyük hörmətim var. Bir çox şeyi müzakirə edəcəyik. Yəqin ki, İran məsələsini də müzakirə edəcəyik".
F-35 döyüş təyyarələri məsələsinə münasibət bildirən Tramp bunu müzakirə edəcəklərini deyib: “Bu qərar bir çox insanı narahat edir. Niyə də yox? Türkiyə ilə çox yaxşı münasibətlərimiz var. Əlbəttə ki, bunu nəzərdən keçirəcəyik. Bu, indiyə qədər hazırlanmış ən yaxşı planlardan biridir. Mütləq dəyərləndirəcəyimiz bir məsələdir”.
Tramp Ankarada da NATO-dan məyusluğunu ifadə edib: “Əslində, əgər zirvə görüşü Türkiyədə olmasaydı və çox güclü bir lider olan dostum orada olmasaydı, mən də zirvədə iştirak etməzdim. Amma iştirak etməli olduğumu düşündüm, çünki həqiqətən də onun çox vacib bir lider olduğunu düşünürəm. Türkiyəyə gəlmək bizim üçün də çox vacibdir. Əlbəttə ki, əvvəllər bizə yaxşı münasibət göstərilmədi. Çünki İranda əməliyyat keçirdik. Heç kimin dəstəyinə ehtiyacımız yox idi. Mən bunu istəmədim belə. Amma soruşmadan belə, orada olmayacaqlarını dedilər. NATO-ya trilyonlarla dollar ianə etdik. Niyə? Avropa ölkələrini və Kanada da daxil olmaqla digər ölkələri qorumaq üçün”.
Tramp Türkiyəyə qarşı CAATSA sanksiyalarının ləğv ediləcəyi mesajını da verib: “Biz çox sıx əməkdaşlıq edirik. Sanksiyaları ləğv etməyin vaxtıdır. Dostlarımıza sanksiya tətbiq etmək istəmirik. Bu, çox sadədir. Sanksiya tətbiq edə biləcəyimiz bir çox insan var və edirik, amma dostlarımıza sanksiya tətbiq etmək istəmirik”.
Tahir TAĞIYEV