İslam İnqilabı Keşikçiləri Korpusu (İİKK) ABŞ-ın Küveytdəki Arifcan və Əli Əs-Salem bazalarındakı infrastruktur və obyektləri, eləcə də Bəhreyndəki Cəfər və Şeyx İsa bazalarını vurub.
İİKK komandanlığı bu hücumun ABŞ-ın hərəkətlərinə qarşı cavab tədbirinin ilk mərhələsi olduğunu bildirib. Qeyd edilib ki, zərbə ABŞ qüvvələrinin İranın cənubundakı sahil əyalətlərindəki hədəflərə zərbə endirməsindən və ölkənin şərqindəki iki körpüyə hücum etməsindən bir saat sonra baş verib.
Tehran eskalasiya və öhdəliklərin pozulmasında Vaşinqtonu günahlandırıb. İİKK həmçinin xəbərdarlıq edib ki, ABŞ hücumları təkrarlanarsa, İranın "sarsıdıcı cavabı" regiondakı digər ABŞ hərbi bazalarını da əhatə edəcək.
SAMİRƏ