ABŞ Prezidenti Tramp bu gecə İrana qarşı yeni hücum dalğasının baş verə biləcəyini açıqlayıb. Tramp bu barədə Ankarada Ukrayna Prezidenti Zelenski ilə görüş zamanı bildirib.
“İran çox pis davranır, razılaşmanı pozur. Onlar çox nadinc davranırlar. Dünən gecə onlara çox sərt hücum etdik. Onlar dərs çıxarmalıdırlar. Çox güman ki, bu gecə də İrana çox sərt zərbə endirəcəyik. Mən bunu adətən deməzdim, amma edə biləcəkləri bir şey qalmayıb…
İranın hərbi qüvvələri məhv edilib. İran donanması dənizin dibindədir. Dünən 28 İran gəmisini vurduq. İranla razılaşma olub-olmayacağını bilmirəm. Bəlkə də Xark adasını ələ keçirəcəyik”, - deyə Tramp bildirib.
Tahir TAĞIYEV