çərşənbə axşamı günü, 22 sentyabr 2026
     

Sabiq prezidentlərin Qarabağda taladıqları əllərindən alındı...

Image


Bəhruz Quliyev: “Qarşıdurma yaxın dövrdə də davam edəcək və hüquqi müstəvidən, siyasi müstəviyə keçməsi istisna deyil”

Ermənistanın Baş Prokurorluğunun iddiası əsasında ölkənin üçüncü prezidenti Serj Sərkisyan və onunla əlaqəli şəxslərə məxsus olduğu bildirilən qanunsuz əldə edilmiş əmlakın müsadirəsi ilə bağlı iş üzrə qərar qəbul edilib.

Qərara əsasən, Ermənistan dövlətinin xeyrinə müsadirə olunacaq əmlak arasında mənzil, avtomobil dayanacaqları və həmçinin faizlər nəzərə alınmadan təxminən 630 milyon dram (təxminən 1,7 milyon ABŞ dolları) nağd vəsait var. Məhkəmə aktı qanuni qüvvəyə mindikdən sonra əmlaklar Ermənistan Respublikasının xeyrinə müsadirə olunacaq.

Bundan başqa, erməni oliqarx və “Çiçəklənən Ermənistan” Partiyasının təsisçisi Qaqik Tsarukyanın malikanəsində hüquq-mühafizə orqanlarının əməkdaşları tərəfindən axtarış aparılıb. Bildirilir ki, ona məxsus bütün müəssisələrdə və obyektlərdə, o cümlədən idman kompleksləri və hotellərdə də istintaq tədbirləri həyata keçirilir. Başqa bir müxalifət lideri Karapetyan ev dustağıdır, sabiq prezident Köçəryanın xaricə çıxışı məhdudlaşdırılıb. Bütün bunlar Paşinyanın fəaliyyətinə necə təsir edəcək, revanşist müxalifətin yaratdığı maneələri ortadan qaldıra biləcəkmi?

Sözügedən məsələ ilə bağlı fikirlərini baki-xeber.com-la bölüşən “SƏS” qəzetinin baş redaktoru, politoloq Bəhruz Quliyev bütün bunlara bir neçə prizmadan yanaşdı: “Qeyd olunan proseslər göstərir ki, Ermənistan daxilində siyasi qarşıdurma yeni və daha sərt mərhələyə qədəm qoyub. Serj Sərkisyanın əmlakının müsadirəsi, Qaqik Tsarukyanın biznes strukturlarında aparılan istintaq tədbirləri, digər müxalif fiqurlar barəsində hüquqi məhdudiyyətlər ilk növbədə onu göstərir ki, Paşinyan hakimiyyətini möhkəmləndirir. Bunun üçün uzun illər Ermənistan siyasətinə təsir göstərmiş köhnə siyasi-elita sisteminin imkanlarını minimuma endirmək xəttini davam etdirir. Paşinyan anlayır ki, Azərbaycanla münasibətlərin normallaşdırılması, sülh gündəliyinin irəli aparılması və Ermənistanın xarici siyasət kursunda dəyişikliklərin həyata keçirilməsi üçün ən ciddi maneələrdən biri məhz revanşist dairələrdir. Keçmiş prezidentlər Serj Sarkisyan və Robert Köçəryan, eləcə də onlarla əlaqəli siyasi və maliyyə qrupları uzun illər formalaşdırdıqları təsir imkanlarından istifadə edərək hökumətin təşəbbüslərinə müqavimət göstərməyə çalışırlar. Bu baxımdan son hüquqi addımlar həm korrupsiyaya qarşı mübarizə görüntüsü yaradır, həm də siyasi rəqiblərin resurs bazasını zəiflətməyə xidmət edir”.

Politoloqun fikrincə, bununla belə, hesab etmək olmaz ki, bu addımlar revanşist müxalifəti tamamilə siyasi səhnədən çıxaracaq: “Ermənistan cəmiyyətində həmin qüvvələrin müəyyən sosial dayaqları, maliyyə imkanları və xarici əlaqələri qalmaqdadır. Ona görə də qarşıdurma yaxın dövrdə də davam edəcək və hüquqi müstəvidən, siyasi müstəviyə keçməsi istisna deyil. Digər mühüm məqam ondan ibarətdir ki, Paşinyan qarşıdakı siyasi mərhələyə mümkün qədər zəif müxalifətlə daxil olmaq istəyir. Əgər o, dövlət institutları üzərində nəzarətini gücləndirə və revanşist qüvvələrin təşkilatlanma imkanlarını məhdudlaşdıra bilsə, həm daxili islahatları, həm də Azərbaycanla sülh prosesini daha rahat davam etdirmək imkanı əldə edəcək. Hesab edirəm ki, burada incə bir məqam da var. Hüquq-mühafizə tədbirləri cəmiyyət tərəfindən selektiv ədalət kimi qəbul olunarsa, bu, əks effekt verə, müxalifətin konsolidasiyasına və Paşinyana qarşı yeni etiraz dalğasının yaranmasına səbəb ola bilər. Əgər proseslər şəffaf hüquqi əsaslarla aparılarsa, hökumətin mövqeyi güclənəcək. Əks halda isə siyasi təqib ittihamları Ermənistan daxilində gərginliyi daha da artıracaq.

Hazırda Ermənistan daxilində gedən proseslər təkcə korrupsiyaya qarşı mübarizə deyil, həm də gələcək siyasi konfiqurasiyanın müəyyənləşdirilməsi uğrunda mübarizə kimi qiymətləndirilməlidir. Bu mübarizənin nəticəsi Ermənistanın daxili siyasi sabitliyinə, Azərbaycanla sülh gündəliyinin taleyinə və regionun gələcək geosiyasi mənzərəsinə birbaşa təsir göstərəcək. Paşinyan revanşist düşərgənin imkanlarını müəyyən qədər zəiflədə bilər. Lakin onların tamamilə siyasi səhnədən silinəcəyini söyləmək hələ tezdir. Bunun üçün yalnız hüquqi addımlar deyil, cəmiyyətin dəstəyinin qorunması və iqtisadi-sosial nəticələrin əldə olunması həlledici amil olacaq”.

Vidadi ORDAHALLI



VİDEO

Biri ermənini öpür, biri sovet bayrağı qaldırır... Günümüzə baxın! - VİDEO

Lavrov işdən kənarlaşdırılır, yoxsa oyun qurulur? - VİDEO

Dünyada xaos böyüyür, Azərbaycana təhlükə də artır... - VİDEO

Ermənistanda keçmiş "Arsax"la bağlı qondarma dövlət qurumları qadağan edildi...

Qərbdə Azərbaycana qarşı media kampaniyaları hər gün güclənir - səbəb...

Ərəblərdən sonra Albaniya Aqvan adlandı, ancaq heç vaxt Hayastan olmadı...

SON XƏBƏRLƏR

21.09.2026 / 23:08
ABŞ-dan bütün dünyaya İran təhdidi - dollar sistemindən çıxarılacaqsınız…

21.09.2026 / 22:45
Tramp ABŞ ordusuna husilərə hücum əmr verdi, qısa müddət sonra qərarını ləğv etdi...

21.09.2026 / 22:19
Avroittifaq Rusiyaya qarşı sanksiyaları uzadır - milyarderlər siyahıdan çıxarılır…

21.09.2026 / 21:56
Tramp Rusiyanın neft sənayesi üzərində nəzarəti itirdiyini dedi – zavodların çoxu vuulub…

21.09.2026 / 21:40
Paşinyan Rusiyanı Ermənistanda ancaq metro tikintisinə buraxır...

21.09.2026 / 21:22
"Karusel səsverməsi" Putinin də, Dumanın da dadına yetişdi...

21.09.2026 / 21:07
Azərbaycan 2023 - Antiterroru keçirməsəydi... Olacaq hansı dəhşətlərdən yan keçdik...

21.09.2026 / 20:42
Paşinyan Putinə - “qonşu ilə münaqişədə olan Ermənistanla sülh içindəki Ermənistanın fərqini bilin”...

21.09.2026 / 20:20
Ötən il 1,2 faiz böyüdük - bu il 3,5 faiz arta bilərik?... Müzakirə...

21.09.2026 / 20:03
Azərbaycan güclü alternativ tapacaq - Cənub Qaz Dəhlizinə görə Avropaya mesaj...

21.09.2026 / 19:44
Özbəkistan Naxçıvan vasitəsilə Türkiyə limanlarına çıxışı nəzərdən keçirir

21.09.2026 / 19:27
Nazir Vilayət Eyvazov sıra baxışı keçirdi - FOTO/VİDEO

21.09.2026 / 19:10
Hörmüz boğazında daha bir tanker vuruldu – yaralılar var…

21.09.2026 / 18:29
İrana hücum Trampın neçənci “qələbəsi” sayıldı...

21.09.2026 / 18:15
Husilər Pakistanın, Səudiyyə və Türkiyənin hərbi "Məkkə ittifaqını" dağıda bilər...

21.09.2026 / 18:10
Nazirlər Kabineti dövlət məktəblərində geyim formaları qaydalarına dəyişikliyi təsdiqlədi

21.09.2026 / 18:00
Çin Orta Asiya üzərindən İrana dəmiryolu açdı - Pekin ABŞ-a şok yaşatdı...

21.09.2026 / 17:53
Rusiya ilə Ermənistanın əmlak savaşı hər ikisini siyasi uçuruma aparır...

21.09.2026 / 17:36
"Bakı Biznes Mərkəzi" Mədəniyyət Nazirliyinin tabeliyinə verildi

21.09.2026 / 17:30
Qarabağdakı əməliyyatlarla bağlı dünyanın susduğu daha bir məqam...

21.09.2026 / 17:20
Qafqaz Albaniyasının yazılı irsi: Alban əlifbasının genezisi, məhv edilməsi və tarixi saxtalaşdırma cəhdləri

21.09.2026 / 17:05
Albanlar erməni idilərsə, niyə özlərinə fərqli əlifba yaratdılar...

21.09.2026 / 16:58
Türk Dövlətləri Təşkilatının qlobal rolu artır

21.09.2026 / 16:40
ABŞ Ermənistan ordusunu Rusiya və İrana qarşı hazırlayır - ən sonda Azərbaycan...

21.09.2026 / 16:37
Ermənistanı Avropa İttifaqı ilə bir neçə konkret mərhələli çətinlik gözləyir...

21.09.2026 / 16:31
Azərbaycan U-15 dünya çempionatı ilə bağlı viza qaydalarını asanlaşdırır

21.09.2026 / 16:18
Milli Məclisin deputatı Vüqar Rəhimzadə Culfada seçiciləri ilə növbəti görüşünü keçirib - FOTO

21.09.2026 / 16:14
ABŞ-Çin "süni intellekt müharibəsinə" start verildi...

21.09.2026 / 16:08
Həsən Həsənov: “Albaniya ərazisində üç fərqli dinin mövcud olub”

21.09.2026 / 15:58
Naxçıvan Müəllimlər İnstitutu ləğv edilir

21.09.2026 / 15:51
Həsən Həsənov: “Çində, uyğurların yaşadığı ərazilərin yaxınlığında alban adlı türkəsilli qruplar yaşayır, Qazaxıstanda da alban adlı tayfalar var”

21.09.2026 / 15:40
Tramp növbəti dəfə Zelenskiyə çağırış etdi – Rusiyanın neft zavodlarına hücumu dayandırın…

21.09.2026 / 15:33
Tarixçi alim dərsliklərdəki nöqsanlarla bağlı nazirliyə müraciət edib

21.09.2026 / 15:26
Ukraynadan Rusiyaya daha bir ağır zərbə - 60 milyon dollarlıq radar stansiyası vuruldu…

21.09.2026 / 15:17
Həsən Həsənov: “Albaniya Atropatenanın törəməsidir”

21.09.2026 / 15:10
Venesuelanın 4 milyardlıq qızıl ehtiyatı da ABŞ-ın əlinə keçdi - 31 ton qızıl Nyu-Yorka aparıldı…

21.09.2026 / 15:05
Tarixçi-alim: Alban irsinin öyrənilməsində toponimlər mühüm mənbədir

21.09.2026 / 14:53
“Qafqaz Albaniyasının irsinə tarixi baxış” mövzusunda maarifləndirici seminar təşkil olunub

21.09.2026 / 14:29
Polis Lerikdə əməliyyat keçirdi - bir nəfər 15 kq narkotiklə yaxalandı...

21.09.2026 / 14:17
Tramp Rusiya ilə geniş iqtisadi-ticarət əlaqələrinə başlayır - Ukraynaya zərbə...

21.09.2026 / 14:01
Putin Abxaziya və Cənubi Osetiyanı birləşdirməkdən hələlik vaz keçir - səbəb...

21.09.2026 / 13:46
Hörmüz boğazı iki il ərzində əhəmiyyətini itirəcək? – Qətərdən ABŞ-ın iddiasına reaksiya…

21.09.2026 / 13:31
Ukrayna Ufada neft emalı zavodunu vurdu...

21.09.2026 / 13:19
Formula 1 Azərbaycanla bağlı paylaşım etdi - Biz yenə Bakıdayıq!

21.09.2026 / 13:12
Avropa Ukraynanı qışa hazırlayır – Kiyevə gizli şəkildə silah daşınır…

21.09.2026 / 13:04
Polşada Azərbaycana qarşı təxribatın qarşısı alındı

21.09.2026 / 12:53
Alban-Udi icmasının nümayəndələri Gəncəsər məbədini ziyarət ediblər

21.09.2026 / 12:30
Ramiz Mehdiyevin cinayət işi üzrə hazırlıq iclası keçirildi

21.09.2026 / 12:16
Tovuzda 7 evi soyan oğru yaxalandı...

21.09.2026 / 12:08
Səyyad Aran deputatların səlahiyyətinin artırılmasını təklif etdi

21.09.2026 / 11:55
Kremlin müharibədən sonrakı ilk sınağı – seçicilər seçki qutusunda Putinə bu mesajı verdi…

21.09.2026 / 11:36
"Ermənistanda ən böyük revanşist elə kilsədir" - Fərhad Məmmədov

21.09.2026 / 11:21
Qazaxıstan Xəzərdə Rusiya ilə neft kəşfiyyat layihəsini sanksiyalara görə dayandırdı...

21.09.2026 / 10:57
İran Hörmüz boğazı üzərində ABŞ PUA-sını vurdu...

21.09.2026 / 10:43
"Qafqaz Albaniyasının tarixinin müəyyən dairələr tərəfindən dəyişdirilərək erməniləşdirilməsinə cəhdlər edilir" - Fərid Şəfiyev

21.09.2026 / 10:34
Zakir Həsənov hərbi polisin döyüş hazırlığı prosesini izlədi - FOTO/VİDEO

21.09.2026 / 10:26
Avropa kəşfiyyatlarından xəbərdarlıq... Rusiya yaxın aylarda NATO-ya hücum edə bilər...

21.09.2026 / 10:10
Ucarda narkotik tərkibli bitkilər yetişdirən şəxs saxlandı

21.09.2026 / 09:58
Ramiz Mehdiyev məhkəmə qarşısına çıxarılır...

21.09.2026 / 09:34
Tehranda Fransa səfirliyi ilə əlaqəli dil mərkəzinin gizli fəaliyyəti ifşa edildi - bağlandı...

21.09.2026 / 09:08
Mərkəzi Bank uçot dərəcəsi ilə bağlı növbəti qərarını bu həftə açıqlayacaq...

21.09.2026 / 08:06
Təbiətə münasibət özümüzdən başlayır

20.09.2026 / 23:31
Xəzər dənizinin qərb sahilləri və Abşeron yarımadası rus-hay siyasi-hərbi qüvvələrinə qarşı... XX əsrin əvvəllərində...

20.09.2026 / 22:55
Rusiya 2027-ci ilin payızında Avropaya hücum edəcək - Fransa kəşfiyyatından iddia…

20.09.2026 / 22:38
Macarıstanın Baş naziri hücuma məruz qaldı – Macyarın üzünə içki çırpdılar… VİDEO

20.09.2026 / 22:22
“Arşın mal alan” operettası Lənkəran teatrının təqdimatında Xankəndidə nümayiş olunub

20.09.2026 / 22:12
Ukrayna Avropa ölkələrini Rus Evlərini bağlamağa çağırdı – onlardan casusluq fəaliyyəti üçün istifadə edilir…

20.09.2026 / 21:53
Xocavənddə ilk dəfə Şəhər Günü keçirilir

20.09.2026 / 21:21
Vüqar Rəhimzadə: “Əsrin müqaviləsi”ndən başlanan inkişaf bizi suverenliyimizin bərpasına qovuşdurdu

20.09.2026 / 19:49
Tramp BMT iclası zamanı Pezeşkianla görüşə biləcəyi mesajını verdi - çox böyük hadisələr baş verəcək...

20.09.2026 / 19:22
ABŞ İranı yenidən vurmağa hazırlaşır – Tehrandan region ölkələrinə sərt xəbərdarlıq…

20.09.2026 / 15:25
Ukrayna Moskva Neft Emalı Zavodunu da bombaladı… - VİDEO

20.09.2026 / 15:04
Türkiyə səfirliyi Azərbaycanı təbrik etdi

20.09.2026 / 14:47
ABŞ-ın təyyarə gəmiləri təhlükədə - İran 80 döyüş başlığına bölünən yeni raketi sınaqdan keçirdi…

20.09.2026 / 14:25
Dünyanın ən böyük müsəlman ölkəsi ilk təyyarə gəmiyə sahib oldu…

20.09.2026 / 12:50
Tramp Yaxın Şərqdə gərginliyin artır - Tramp təcili Ağ Evə qayıtdı, husilərə genişmiqyaslı hücum əməliyyatı masada…

20.09.2026 / 12:14
DİN: "Tarixi missiya uğurla yerinə yetirildi" - VİDEO

20.09.2026 / 11:44
Moskvaya görünməmiş dron hücumu – bir gecədə 2 mindən çox dron vuruldu…

20.09.2026 / 11:08
Ceyhun Bayramov ABŞ-a getdi...

20.09.2026 / 10:46
İsrail səfirliyi Azərbaycanı Suverenlik Günü münasibətilə təbrik etdi

20.09.2026 / 10:19
“Əsrin müqaviləsi”nin imzalanmasından 32 il ötür...

Əliyev Qarabağda dünya presedenti yaratdı - işğala son, separatçılara cəza presedenti...

XƏBƏR ARXİVİ