ABŞ qüvvələrinin İrana bu gecə etdiyi hücumlar tamamilə zəruri idi. Bunu NATO-nun Baş katibi Mark Rutte İran və ABŞ arasında eskalasiyaların yenidən alovlanması fonunda bildirib.
“Atəşkəs qüvvədə olduğu halda və İran faktiki olaraq bu atəşkəsi pozduğu zaman, hesab edirəm ki, ABŞ-nin buna qətiyyətli şəkildə cavab verməsi tamamilə zəruridir”, – deyə Rutte Ankarada NATO liderlərinin sammiti çərçivəsində jurnalistlərə bildirib.
“Qeyd edək ki, ABŞ və İran arasında nüvə proqramı ilə əlaqədar konkret nəticələr əldə olunmadığına görə, 28 fevralda ABŞ və İsrailin İrana qarşı hərbi hava hücumlara başlayıb və İran da həmin gündən İsraili və ABŞ-nin regiondakı obyektlərini raket və PUA ilə atəşə tutub. Pakistanın vasitəçiliyi ilə tərəflər arasında 7 apreldə atəşkəs razılaşması əldə olunub.
18 iyunda İran və ABŞ arasında sülh memorandumu imzalanıb. Memorandumu İran prezidenti Məsud Pezeşkian və ABŞ prezidenti Donald Tramp imzalayıblar. 19 iyundan sözügedən memorandum qüvvəyə minib.
21 iyunda İran və ABŞ arasında müzakirələrin ilk raundu Pakistan və Qətərin vasitəçiliyi ilə baş tutub.