Suqovuşanda işçiləri daşıyan mikroavtobus aşıb. Trend-in Qarabağ bürosunun əldə etdiyi məlumata görə, hadisə ötən gecə qeydə alınıb.
Belə ki, “Hyundai” markalı mikroavtobus hərəkətdə olarkən sürücü idarəetməni itirib. Nəticədə nəqliyyat vasitəsi yol kənarındakı dərəyə aşıb.
Qəza zamanı xəsarət alan 6 nəfərdən 3-ü Mingəçevirdəki özəl xəstəxanaya yerləşdiriliblər. Qəza nəticəsində xəsarət alan digər 3 nəfər isə Bərdə Diaqnostika Mərkəzinə yerləşdirilib.
Faktla bağlı araşdırma davam etdirilir.