"F-35 məsələsi bizim üçün yeni deyil. Biz bu məsələni əvvəllər ABŞ ilə müzakirə etmişik. Beş təyyarənin də sözünü almışıq və cənab Tramp bu barədə bizə söz verib". Bunu Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan Ankarada Trampla birgə mətbuata açıqlamasında bildirib.
Prezident Ərdoğan Trampın F-35-lərlə bağlı verdiyi sözün həmişə üstündə durduğunu bildirib: "İnanıram ki, F-35-lərlə bağlı Liderlər Zirvəsindən müsbət bir qərar çıxacaq".
ABŞ-dan KAAN təəyarələri üçün mühərriklərin tədarükü məsələsini də müzakirə edəcəklərini deyən Türkiyə lideri ABŞ Prezidentinin bununla bağlı verdiyi vədi tədbirdə də təkrarlayacağına inandığını bildirib.
Tahir TAĞIYEV