Macarıstanın iki dövlət televiziya kanalı 7 iyul çərşənbə axşamı günü xəbər yayımlarını müvəqqəti dayandıraraq, keçmiş Baş nazir Viktor Orbanın hakimiyyəti dövründə yalan məlumat yaydıqlarına görə üzr mesajı yayımlayıb. Bu, yeni Baş nazir Peter Magyar hökuməti dövlət televiziyası və radiosunun rəhbərliyini dəyişdirdikdən qısa müddət sonra baş verib.
Əsas dövlət televiziya kanalı M1-də yayımlanan mesajda dövlət mediası islahatı başa çatana qədər xəbər yayımlarının dayandırıldığı bildirilir. "İctimai televiziya yalan danışmamalıdır. Bunu illərdir etdiyimiz üçün üzr istəyirik. İctimai yayım hazırda müstəqil və etibarlı olmaq üçün struktur islahatlarından keçir. Xəbər xidməti müvəqqəti olaraq dayandırılıb. Bizi izləməyə davam edin", - mesajda deyilir.
SAMİRƏ