çərşənbə axşamı günü, 22 sentyabr 2026
     

Natenyahu Türkiyə məsələsində də Trampı yoldan çıxarmağa çalışır - F35 olmasa...

Image


Yeganə Hacıyeva: “İsrailin baş naziri ABŞ Prezidentinin qərarına hüquqi baxımdan mane ola bilməz”

İsrailin Baş naziri Benyamin Netanyahu bir daha Türkiyəyə F-35 qırıcı təyyarələrinin satışına qarşı çıxıb. “Daha əvvəl dediyim kimi, bu, Yaxın Şərqdə güc balansını pozacaq, çünki mənim fikrimcə, Türkiyənin aqressiv istəkləri var. Onlar açıq şəkildə Osmanlı İmperiyasını bərpa etmək istədikləri barədə danışırlar", - deyə Netanyahu CNN-ə verdiyi müsahibədə bildirib.

O, Osmanlı İmperiyasının yalnız müasir Türkiyənin ərazisini deyil, həm də bir çox başqa ölkələri: Suriyanı, İordaniyanın bir hissəsini, bütün müasir İsraili və bəzi Fars körfəzi dövlətlərini əhatə etdiyini xatırladıb. "Buna görə də, mənim fikrimcə, bu, sülhü və sabitliyi təşviq edən bir qüvvə deyil. Əlbəttə ki, Amerikaya və ya ABŞ Prezidentinə istədiyi zaman gülümsəyən belə bir radikal rejimə belə bir güc versəniz, sonradan təcavüz görəcəksiz. Mən bunu etməzdim", - deyə İsrailin baş naziri bildirib.

Netenyahu Tranpa mane ola biləcəkmi?

Mətbuat Şuranın İH üzvü Yeganə Hacıyeva baki-xeber.com-a bildirdi ki, Netanyahunun bu bəyanatı təkcə İsrailin mövqeyinin ifadəsi deyil, həm də Vaşinqtona ünvanlanmış strateji siyasi mesajdır.

“Onun əsas məqsədi ABŞ administrasiyası və xüsusilə Konqresdə Türkiyəyə F-35 qırıcılarının satışına skeptik yanaşan dairələrə əlavə arqument verməkdir.

Lakin reallıq ondan ibarətdir ki, İsrailin baş naziri ABŞ Prezidentinin qərarına hüquqi baxımdan mane ola bilməz.

F-35 satışına dair qərar ABŞ administrasiyası tərəfindən qəbul edilir və Konqresin nəzarət mexanizmlərindən keçir.

Buna görə də Netanyahu bu prosesi dayandırmaqdan daha çox ona siyasi təsir göstərməyə çalışır”.

Y.Hacıyevanın fikrincə, əgər Donald Tramp Türkiyə ilə strateji münasibətləri gücləndirməyi ABŞ-ın milli maraqlarına uyğun hesab edərsə, Netanyahunun etirazları yekun qərarı dəyişmək üçün kifayət etməyə bilər. “Bununla belə, İsrailin təhlükəsizlik narahatlıqları Vaşinqtonda həmişə ciddi qəbul olunduğundan, bu mövqe satış prosesinin uzanmasına, əlavə şərtlərin irəli sürülməsinə və ya müəyyən məhdudiyyətlərlə həyata keçirilməsinə təsir göstərə bilər.

Nəticə etibarilə, Netanyahu Trampın qərarına birbaşa mane ola biləcək siyasi və və ya hüquqi alətlərə malik deyil.

Lakin İsrailin ABŞ-da güclü siyasi və lobbi imkanları nəzərə alsaq , onun mövqeyi qərarvermə prosesinə təsir göstərən mühüm amillərdən biri ola bilər.

Yekun olaraq onu qeyd edim ki, nəticə ilk növbədə Türkiyə–ABŞ münasibətlərinin hansı strateji mərhələyə daxil olacağından asılı olacaq.

Əgər Vaşinqton Ankaranı NATO-nun cənub cinahında əvəzolunmaz tərəfdaş kimi qiymətləndirərək , Yaxın Şərq, Qara dəniz, Şərqi Aralıq dənizi və Cənubi Qafqazda Türkiyənin rolunu ABŞ-ın uzunmüddətli təhlükəsizlik maraqlarının tərkib hissəsi hesab edərsə, F-35 proqramı üzrə əməkdaşlığın bərpası ehtimalı çox yüksəkdir.

Digər mühüm amil ABŞ Konqresində formalaşacaq siyasi konsensusdur.

Çünki Konqres yalnız hərbi texnologiyaların ixracına nəzarət etmir, eyni zamanda NATO müttəfiqləri ilə təhlükəsizlik əməkdaşlığının siyasi çərçivəsini də müəyyənləşdirən əsas institutlardan biridir.

Əgər Konqresdə Türkiyənin müdafiə siyasəti, Rusiya ilə münasibətləri və regional fəaliyyətinə dair narahatlıqlar üstünlük təşkil edərsə, satış prosesi gecikdirilə, əlavə şərtlərlə müşayiət oluna və ya müəyyən məhdudiyyətlər tətbiq edilə bilər.

Əksinə, ABŞ-ın strateji maraqları Türkiyə ilə münasibətlərin normallaşdırılmasını tələb edərsə, Konqresdə daha praqmatik yanaşmanın formalaşması mümkündür.

Bununla yanaşı, Vaşinqtonun regional təhlükəsizlik prioritetləri də həlledici rol oynayacaq.

ABŞ administrasiyası Yaxın Şərqdə İranın təsirinin məhdudlaşdırılması, NATO-nun kollektiv müdafiə imkanlarının gücləndirilməsi, Qara dəniz regionunda Rusiyanın təsirinin balanslaşdırılması və bölgədə yeni təhlükəsizlik arxitekturasının qurulması kimi məqsədləri ön plana çıxararsa, Türkiyənin hərbi potensialının artırılması strateji zərurət kimi qəbul ediləcək.

Əks halda, İsrailin təhlükəsizlik narahatlıqları və regiondakı hərbi balansın qorunması arqumentləri daha çox nəzərə alınacaq”.

Y.Hacıyevanın sözlərinə görə, bu baxımdan, F-35 məsələsi təkcə silah satışı ilə bağlı texniki qərar deyil, ABŞ-ın Yaxın Şərq və Avro-Atlantik məkan üzrə uzunmüddətli geosiyasi strategiyasını əks etdirən siyasi qərardır.

“Məhz buna görə də yekun nəticə ayrı-ayrı liderlərin bəyanatlarından daha çox, Vaşinqtonun strateji hesablamaları və milli təhlükəsizlik maraqları ilə müəyyən ediləcək”-deyə Y.Hacıyeva qeyd etdi.

İradə SARIYEVA



VİDEO

Biri ermənini öpür, biri sovet bayrağı qaldırır... Günümüzə baxın! - VİDEO

Lavrov işdən kənarlaşdırılır, yoxsa oyun qurulur? - VİDEO

Dünyada xaos böyüyür, Azərbaycana təhlükə də artır... - VİDEO

Ermənistanda keçmiş "Arsax"la bağlı qondarma dövlət qurumları qadağan edildi...

Qərbdə Azərbaycana qarşı media kampaniyaları hər gün güclənir - səbəb...

Ərəblərdən sonra Albaniya Aqvan adlandı, ancaq heç vaxt Hayastan olmadı...

SON XƏBƏRLƏR

21.09.2026 / 23:08
ABŞ-dan bütün dünyaya İran təhdidi - dollar sistemindən çıxarılacaqsınız…

21.09.2026 / 22:45
Tramp ABŞ ordusuna husilərə hücum əmr verdi, qısa müddət sonra qərarını ləğv etdi...

21.09.2026 / 22:19
Avroittifaq Rusiyaya qarşı sanksiyaları uzadır - milyarderlər siyahıdan çıxarılır…

21.09.2026 / 21:56
Tramp Rusiyanın neft sənayesi üzərində nəzarəti itirdiyini dedi – zavodların çoxu vuulub…

21.09.2026 / 21:40
Paşinyan Rusiyanı Ermənistanda ancaq metro tikintisinə buraxır...

21.09.2026 / 21:22
"Karusel səsverməsi" Putinin də, Dumanın da dadına yetişdi...

21.09.2026 / 21:07
Azərbaycan 2023 - Antiterroru keçirməsəydi... Olacaq hansı dəhşətlərdən yan keçdik...

21.09.2026 / 20:42
Paşinyan Putinə - “qonşu ilə münaqişədə olan Ermənistanla sülh içindəki Ermənistanın fərqini bilin”...

21.09.2026 / 20:20
Ötən il 1,2 faiz böyüdük - bu il 3,5 faiz arta bilərik?... Müzakirə...

21.09.2026 / 20:03
Azərbaycan güclü alternativ tapacaq - Cənub Qaz Dəhlizinə görə Avropaya mesaj...

21.09.2026 / 19:44
Özbəkistan Naxçıvan vasitəsilə Türkiyə limanlarına çıxışı nəzərdən keçirir

21.09.2026 / 19:27
Nazir Vilayət Eyvazov sıra baxışı keçirdi - FOTO/VİDEO

21.09.2026 / 19:10
Hörmüz boğazında daha bir tanker vuruldu – yaralılar var…

21.09.2026 / 18:29
İrana hücum Trampın neçənci “qələbəsi” sayıldı...

21.09.2026 / 18:15
Husilər Pakistanın, Səudiyyə və Türkiyənin hərbi "Məkkə ittifaqını" dağıda bilər...

21.09.2026 / 18:10
Nazirlər Kabineti dövlət məktəblərində geyim formaları qaydalarına dəyişikliyi təsdiqlədi

21.09.2026 / 18:00
Çin Orta Asiya üzərindən İrana dəmiryolu açdı - Pekin ABŞ-a şok yaşatdı...

21.09.2026 / 17:53
Rusiya ilə Ermənistanın əmlak savaşı hər ikisini siyasi uçuruma aparır...

21.09.2026 / 17:36
"Bakı Biznes Mərkəzi" Mədəniyyət Nazirliyinin tabeliyinə verildi

21.09.2026 / 17:30
Qarabağdakı əməliyyatlarla bağlı dünyanın susduğu daha bir məqam...

21.09.2026 / 17:20
Qafqaz Albaniyasının yazılı irsi: Alban əlifbasının genezisi, məhv edilməsi və tarixi saxtalaşdırma cəhdləri

21.09.2026 / 17:05
Albanlar erməni idilərsə, niyə özlərinə fərqli əlifba yaratdılar...

21.09.2026 / 16:58
Türk Dövlətləri Təşkilatının qlobal rolu artır

21.09.2026 / 16:40
ABŞ Ermənistan ordusunu Rusiya və İrana qarşı hazırlayır - ən sonda Azərbaycan...

21.09.2026 / 16:37
Ermənistanı Avropa İttifaqı ilə bir neçə konkret mərhələli çətinlik gözləyir...

21.09.2026 / 16:31
Azərbaycan U-15 dünya çempionatı ilə bağlı viza qaydalarını asanlaşdırır

21.09.2026 / 16:18
Milli Məclisin deputatı Vüqar Rəhimzadə Culfada seçiciləri ilə növbəti görüşünü keçirib - FOTO

21.09.2026 / 16:14
ABŞ-Çin "süni intellekt müharibəsinə" start verildi...

21.09.2026 / 16:08
Həsən Həsənov: “Albaniya ərazisində üç fərqli dinin mövcud olub”

21.09.2026 / 15:58
Naxçıvan Müəllimlər İnstitutu ləğv edilir

21.09.2026 / 15:51
Həsən Həsənov: “Çində, uyğurların yaşadığı ərazilərin yaxınlığında alban adlı türkəsilli qruplar yaşayır, Qazaxıstanda da alban adlı tayfalar var”

21.09.2026 / 15:40
Tramp növbəti dəfə Zelenskiyə çağırış etdi – Rusiyanın neft zavodlarına hücumu dayandırın…

21.09.2026 / 15:33
Tarixçi alim dərsliklərdəki nöqsanlarla bağlı nazirliyə müraciət edib

21.09.2026 / 15:26
Ukraynadan Rusiyaya daha bir ağır zərbə - 60 milyon dollarlıq radar stansiyası vuruldu…

21.09.2026 / 15:17
Həsən Həsənov: “Albaniya Atropatenanın törəməsidir”

21.09.2026 / 15:10
Venesuelanın 4 milyardlıq qızıl ehtiyatı da ABŞ-ın əlinə keçdi - 31 ton qızıl Nyu-Yorka aparıldı…

21.09.2026 / 15:05
Tarixçi-alim: Alban irsinin öyrənilməsində toponimlər mühüm mənbədir

21.09.2026 / 14:53
“Qafqaz Albaniyasının irsinə tarixi baxış” mövzusunda maarifləndirici seminar təşkil olunub

21.09.2026 / 14:29
Polis Lerikdə əməliyyat keçirdi - bir nəfər 15 kq narkotiklə yaxalandı...

21.09.2026 / 14:17
Tramp Rusiya ilə geniş iqtisadi-ticarət əlaqələrinə başlayır - Ukraynaya zərbə...

21.09.2026 / 14:01
Putin Abxaziya və Cənubi Osetiyanı birləşdirməkdən hələlik vaz keçir - səbəb...

21.09.2026 / 13:46
Hörmüz boğazı iki il ərzində əhəmiyyətini itirəcək? – Qətərdən ABŞ-ın iddiasına reaksiya…

21.09.2026 / 13:31
Ukrayna Ufada neft emalı zavodunu vurdu...

21.09.2026 / 13:19
Formula 1 Azərbaycanla bağlı paylaşım etdi - Biz yenə Bakıdayıq!

21.09.2026 / 13:12
Avropa Ukraynanı qışa hazırlayır – Kiyevə gizli şəkildə silah daşınır…

21.09.2026 / 13:04
Polşada Azərbaycana qarşı təxribatın qarşısı alındı

21.09.2026 / 12:53
Alban-Udi icmasının nümayəndələri Gəncəsər məbədini ziyarət ediblər

21.09.2026 / 12:30
Ramiz Mehdiyevin cinayət işi üzrə hazırlıq iclası keçirildi

21.09.2026 / 12:16
Tovuzda 7 evi soyan oğru yaxalandı...

21.09.2026 / 12:08
Səyyad Aran deputatların səlahiyyətinin artırılmasını təklif etdi

21.09.2026 / 11:55
Kremlin müharibədən sonrakı ilk sınağı – seçicilər seçki qutusunda Putinə bu mesajı verdi…

21.09.2026 / 11:36
"Ermənistanda ən böyük revanşist elə kilsədir" - Fərhad Məmmədov

21.09.2026 / 11:21
Qazaxıstan Xəzərdə Rusiya ilə neft kəşfiyyat layihəsini sanksiyalara görə dayandırdı...

21.09.2026 / 10:57
İran Hörmüz boğazı üzərində ABŞ PUA-sını vurdu...

21.09.2026 / 10:43
"Qafqaz Albaniyasının tarixinin müəyyən dairələr tərəfindən dəyişdirilərək erməniləşdirilməsinə cəhdlər edilir" - Fərid Şəfiyev

21.09.2026 / 10:34
Zakir Həsənov hərbi polisin döyüş hazırlığı prosesini izlədi - FOTO/VİDEO

21.09.2026 / 10:26
Avropa kəşfiyyatlarından xəbərdarlıq... Rusiya yaxın aylarda NATO-ya hücum edə bilər...

21.09.2026 / 10:10
Ucarda narkotik tərkibli bitkilər yetişdirən şəxs saxlandı

21.09.2026 / 09:58
Ramiz Mehdiyev məhkəmə qarşısına çıxarılır...

21.09.2026 / 09:34
Tehranda Fransa səfirliyi ilə əlaqəli dil mərkəzinin gizli fəaliyyəti ifşa edildi - bağlandı...

21.09.2026 / 09:08
Mərkəzi Bank uçot dərəcəsi ilə bağlı növbəti qərarını bu həftə açıqlayacaq...

21.09.2026 / 08:06
Təbiətə münasibət özümüzdən başlayır

20.09.2026 / 23:31
Xəzər dənizinin qərb sahilləri və Abşeron yarımadası rus-hay siyasi-hərbi qüvvələrinə qarşı... XX əsrin əvvəllərində...

20.09.2026 / 22:55
Rusiya 2027-ci ilin payızında Avropaya hücum edəcək - Fransa kəşfiyyatından iddia…

20.09.2026 / 22:38
Macarıstanın Baş naziri hücuma məruz qaldı – Macyarın üzünə içki çırpdılar… VİDEO

20.09.2026 / 22:22
“Arşın mal alan” operettası Lənkəran teatrının təqdimatında Xankəndidə nümayiş olunub

20.09.2026 / 22:12
Ukrayna Avropa ölkələrini Rus Evlərini bağlamağa çağırdı – onlardan casusluq fəaliyyəti üçün istifadə edilir…

20.09.2026 / 21:53
Xocavənddə ilk dəfə Şəhər Günü keçirilir

20.09.2026 / 21:21
Vüqar Rəhimzadə: “Əsrin müqaviləsi”ndən başlanan inkişaf bizi suverenliyimizin bərpasına qovuşdurdu

20.09.2026 / 19:49
Tramp BMT iclası zamanı Pezeşkianla görüşə biləcəyi mesajını verdi - çox böyük hadisələr baş verəcək...

20.09.2026 / 19:22
ABŞ İranı yenidən vurmağa hazırlaşır – Tehrandan region ölkələrinə sərt xəbərdarlıq…

20.09.2026 / 15:25
Ukrayna Moskva Neft Emalı Zavodunu da bombaladı… - VİDEO

20.09.2026 / 15:04
Türkiyə səfirliyi Azərbaycanı təbrik etdi

20.09.2026 / 14:47
ABŞ-ın təyyarə gəmiləri təhlükədə - İran 80 döyüş başlığına bölünən yeni raketi sınaqdan keçirdi…

20.09.2026 / 14:25
Dünyanın ən böyük müsəlman ölkəsi ilk təyyarə gəmiyə sahib oldu…

20.09.2026 / 12:50
Tramp Yaxın Şərqdə gərginliyin artır - Tramp təcili Ağ Evə qayıtdı, husilərə genişmiqyaslı hücum əməliyyatı masada…

20.09.2026 / 12:14
DİN: "Tarixi missiya uğurla yerinə yetirildi" - VİDEO

20.09.2026 / 11:44
Moskvaya görünməmiş dron hücumu – bir gecədə 2 mindən çox dron vuruldu…

20.09.2026 / 11:08
Ceyhun Bayramov ABŞ-a getdi...

20.09.2026 / 10:46
İsrail səfirliyi Azərbaycanı Suverenlik Günü münasibətilə təbrik etdi

20.09.2026 / 10:19
“Əsrin müqaviləsi”nin imzalanmasından 32 il ötür...

Əliyev Qarabağda dünya presedenti yaratdı - işğala son, separatçılara cəza presedenti...

XƏBƏR ARXİVİ